Məhkəmə qərarları › İş №e-2(004)-6283/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6283/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6283/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən ACER ASPİRE 5 markalı komputer, WİNDOWS 11 HOME, MİCROSOFT OFFİCE üçün 1509.33 (min beş yüz doqquz manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 150.67 (yüz əlli manat altmış yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə İMEİ KODU **********64017 SAMSUNG GALAXY A53 markalı telefon üçün 681.8 (altı yüz səksən bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 68.2 (altmış səkkiz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 7 45MM qol saatı üçün 385.88 (üç yüz səksən beş manat səksən səkkiz qəp)manat ödənilməmiş hissə 38.12 (otuz səkkiz manat on iki qəp) manat cərimə, ümumilikdə 2834 manat borc, 48.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 13921565 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib APPLE WATCH 7 45MM qol saatının qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 13921565 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh APPLE WATCH 7 45MM qol saatı üçün ilkin ödənişsiz,18 ay müddətinə hər ay 77,33 manat olmaqla, cəmi 1391,94 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 09441520 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib **********64017 İMEİ kodlu SAMSUNG GALAXY A53 markalı telefonun qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 09441520 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh **********64017 İMEİ kodlu SAMSUNG GALAXY A53 markalı telefon üçün ilkin ödənişsiz, 18 ay müddətinə hər ay 68.24 manat olmaqla, cəmi 1228,32 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02064432 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib ACER ASPİRE 5 markalı komputer,WİNDOWS 11 HOME, MİCROSOFT OFFİCE qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 02064432 saylı alğı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh ACER ASPİRE 5 markalı komputer,WİNDOWS 11 HOME, MİCROSOFT OFFİCE üçün ilkin ödənişsiz, 24 ay müddətinə hər ay 84,29 manat olmaqla, cəmi 2022,96 manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli, 02064432 saylı müqavilə üzrə 1509,33 manat ödənilməmiş hissə, 150,67 manat cərimə; xx.xx.2022-ci il tarixli, 09441520 saylı müqavilə üzrə 681,8 manat ödənilməmiş hissə, 68,2 manat cərimə; xx.xx.2022-ci il tarixli, 13921565 saylı müqavilə üzrə 385,88 manat ödənilməmiş hissə, 38,12 manat cərimə olmaqla, ümumilikdə 2834 manat borc vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 48,34 (qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş, nisyə aldığı məhsulların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimələrnin miqdarı azaldılaraq xx.xx.2022-ci il tarixli, 09441520 saylı müqavilə üzrə 30 (otuz) manat, xx.xx.2023-cü il tarixli, 02064432 nömrəli müqavilə üzrə 50 (əlli) manat, xx.xx.2022-ci il tarixli, 13921565 nömrəli müqavilə üzrə 10 (on) manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 09441520 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 681,8 (altı yüz səksən bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 02064432 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1509,33(min beş yüz doqquz manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2022-ci il tarixli, 13921565 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 385,88 (üç yüz səksən beş manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 2667,01 (iki min altı yüz altmış yeddi manat bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,34 (qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 09441520 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 681,80 (altı yüz səksən bir manat səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2023-cü il tarixli, 02064432 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1509,33 (min beş yüz doqquz manat otuz üç qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, xx.xx.2022-ci il tarixli, 13921565 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 385,88 (üç yüz səksən beş manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 2667,01 (iki min altı yüz altmış yeddi manat bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,34 (qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar