Məhkəmə qərarları › İş №e-2(004)-629/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-629/2021

08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-629/2021 08.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövət Reyestri Xidmətinin 4 saylı X18 maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması”na dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövət Reyestri Xidmətinin 4 saylı X18 maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyeva) X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinın nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, BT onlara sənəd verməkdən imtina edir. Belə ki texniki pasport qeydiyyatdan keçməmişdir, lakin inventar nömrəsi verilmişdir. Hal-hazırda inzibati məhkəmədə torpağın ilkin qeydiyyata aparılması barədə işiləri var. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bədəlova Çərkəzxanım onun anasıdır. Anası, xx.xx.2010-cu ildə rəhmətə getmişdir. Ərizəni verməyinin səbəbi, həyətlərində anasının adına olan qanuni tikili öz-özünə uçmuşdur və onu bərpa etmək üçün sənədləşmə işləri aparılmalıdır. Bədəlova anasının ailə qurduqdan sonra olan soyadıdı, hal-hazırda sənədlərdə anasının soyadı Həmzəyeva da gedir Bədəlova da. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Republikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasında təkrar iştirak etməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X2r. xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 2010-cu ildə vəfat etmiş X1 vərəsələri Ərizəçi və X7r və onlar miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak “xxxx” ASC-də D-902,045110,044894, D-0595, 046204, 93902, 05710638, 05711432, 05714755, 05713, 05710524, 158192, 6906 saylı hesabda olan əmanət və faizdən ibarətdir. ünvan 1 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun surətindən göründüyü kimi, fərdi yaşayış evinin mülkiyyətçisi kimi X8 qeyd edilmişdir. Azərbaycan Republikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X15 “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən mərhum X3 məxsus 50 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Ərizəçi müraciətinə baxılmış, araşdırma zamanı, fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, 318 inventar nömrəli texniki pasportda göstərilən hüquq sahibinin ad və soyadında müraciət üzrə əlavə edilmiş sənədlərdə göstərilən ad və soyadı ilə kəskin fərq olduğu aşkar edilmişdir . Belə ki, 318 inventar nömrəli texniki pasportda hüquq sahibi "X12” göstərilməsinə baxmayaraq müraciət üzrə əlavə edilmiş sənədlərdə “Bədəlova (Həmzəyevə) X14” kimi qeyd edildiyi aşkar edilmişdir. Əlavə olaraq, müayinə zamanı müraciət üzrə əlavə edilmiş 318 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin mövcud olmadığı və В tikilisinin yaşayışa yararsız (istifadəsiz) olduğu aşkar edildiyi, müraciətə baxış keçirilmiş ərazidə yerləşən 0.1578 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər əlavə edilmədiyi, o cümlədən, əlavə olunmuş sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatların (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilmədiyi, bu səbəbdən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının xx xxxxx 2019-cu il tarixli, 839 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvanlara, adlara və soyadlara əsasən hər hansı sənəd əldə etmək mümkün deyildir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx xxxxxx 2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Ərizəçi anası mərhum Bədəlova (Həmzəyeva) Çərkəz Əliqulu qızının qohumları haqqında ətraflı məlumat verilmədiyindən sorğunun icrası mümkün olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ünvan 1 ünvanında yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair tərtib olunmuş 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyeva) X9 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, ərizəçi 318 inventar nömrəli texniki pasportda səhvə yol verildiyini, əslində X26 Qulu kimi qeyd olunmuş şəxsin onun anası Bədəlova (Həmzəyeva) X14 olduğunu iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin texniki pasportda X4 başqa, Bədəlova Məsməxanımın adı qeyd edilmiş və üzərindən xətt çəkilmişdir. Məhkəmə qeyd edir ki, ərizədə sənədin 1(bir) nəfərə məxsus olduğu xahiş edilməsinə baxmayaraq, texniki pasportda 2 nəfər şəxsin adı qeyd edilmişdir. Məhkəmə ərizəçinin dəlillərini kifayət qədər əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: 318 inventar nömrəli texniki pasportun Bədəlova (Həmzəyeva) X9 məxsus olması faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar