Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6332/2024 28.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X7 İddiaçı MMC ilə xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr bağlamaqla kombi demir dokum atron, kombi stablizator, fen-daraq Rowenta, Sony Wı-C200 Wireless qulaqlıq, Casıo qol saatı almış və nəticədə 2138 (iki min yüz otuz səkkiz) manat öhdəliyi yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2034.9 manat olan kombi demir dokum atron, kombi stablizator, fen-daraq Rowenta üçün 1821.8 (min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 182.2 (yüz səksən iki manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 2004 (iki min dörd) manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 182.04 manat olan Sony Wı-C200 Wireless qulaqlıq, Casıo qol saatı üçün 121.12 (yüz iyirmi bir manat on iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.88 (on iki manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 134 (yüz otuz dörd) manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 274.02 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, cavabdeh X4 xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, kombi demir dokum atron, kombi stablizator, fen-daraq Rowenta üçün 1821.8 (min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 182.2 (yüz səksən iki manat iyirmi qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Sony Wı-C200 Wireless qulaqlıq, Casıo qol saatı üçün 121.12 (yüz iyirmi bir manat on iki qəpik) manat ödənilməmiş hissə, 12.88 (on iki manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 2138 (iki min yüz otuz səkkiz) manat borc və ödənilmiş 41.38 (qırx bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC ilə X7 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 01446 nömrəli müqavilədən görünür ki, kombi demir dokum atron, kombi stablizator, Rowenta markalı fen-darağı İddiaçı MMC cavabdeh X1, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 1-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilədən görünür ki, Sony Wı-C200 Wireless qulaqlıq, Casıo qol saatını İddiaçı MMC cavabdeh X1, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan 2-ci müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə cədvəlindən görünür ki, cavabdeh X5 İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli 01446 nömrəli müqavilə üzrə 1821.8 (min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 182.2 (yüz səksən iki manat iyirmi qəpik) manat cərimə olmaqla, ümumilikdə 2004 (iki min dörd) manat, xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilə üzrə 121.12 (yüz iyirmi bir manat on iki qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12.88 (on iki manat səksən səkkiz qəpik) manat cərimə olmaqla, ümumilikdə 134 (yüz otuz dörd) manat, yekun olaraq 2138 (iki min yüz otuz səkkiz) manat borcu vardır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı X2 ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2024-cü il tarixli 01446 nömrəli və xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, X7 İddiaçı MMC ilə xx.xx.2024-cü il tarixli 01446 nömrəli və xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilələr bağlamaqla kombi demir dokum atron, kombi stablizator, fen-daraq Rowenta, Sony Wı-C200 Wireless qulaqlıq, Casıo qol saatı almış, müqavilə öhdəliklərinə əməl etməmiş və nəticədə 2138 (iki min yüz otuz səkkiz) manat öhdəliyi yaranmışdır. Cavabdehin müqavilə üzrə ödədiyi məbləğ 274.02 manat təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə (təkzibetmə) fəaliyyəti təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 41.38 (qırx bir manat otuz səkkiz qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X4 xx.xx.2024-cü il tarixli 01446 nömrəli müqavilə üzrə 1821.8 (min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 182.2 (yüz səksən iki manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2004 (iki min dörd) manat, xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilə üzrə 121.12 (yüz iyirmi bir manat on iki qəpik) manat ödənilməmiş hissə, 12.88 (on iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 134 (yüz otuz dörd) manat, yekun olaraq 2138 (iki min yüz otuz səkkiz) manat borc və ödənilmiş 41.38 (qırx bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh X6 qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh X4 xx.xx.2024-cü il tarixli 01446 nömrəli müqavilə üzrə 1821.8 (min səkkiz yüz iyirmi bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 182.2 (yüz səksən iki manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2004 (iki min dörd) manat, xx.xx.2023-cü il tarixli 02075099 nömrəli müqavilə üzrə 121.12 (yüz iyirmi bir manat on iki qəpik) manat ödənilməmiş hissə, 12.88 (on iki manat səksən səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 134 (yüz otuz dörd) manat, yekun olaraq 2138 (iki min yüz otuz səkkiz) manat borc və ödənilmiş 41.38 (qırx bir manat otuz səkkiz qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-6332/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6332/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver