Məhkəmə qərarları › İş №e-2(004)-6386/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6386/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6386/2024 20.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 604,9 manat əsas 90,7 manat cərimə olmaqla, cəmi 695,6 manat borc; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 304,1 manat əsas 45,6 manat cərimə olmaqla, cəmi 349,7 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 499,9 manat əsas, 74,9 manat cərimə olmaqla, cəmi 574,8 manat borc; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 136,9 manat əsas, 20,5 manat cərimə olmaqla, cəmi 157,4 manat borc olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1545,8 manat əsas, 231,7 manat cərimə olmaqla, cəmi 1777,5 manat borcun və 37,77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Midea" markalı soyuducu və oyuncağa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla cəmi 839 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqısatqı müqaviləsinə əsasən, sonuncu aldığı "Honor" markalımobil telefon, qulaqcığa görə 15 ay ödəniş cədvəli üzrə hər ay 62 manat olmaqla cəmi 924,10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı velosipedə görə 6 ay ödəniş cədvəli üzrə hər ay 100 manat olmaqla cəmi 599,90 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Taube" markalı televizor, kronşteynə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla cəmi 626,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 47 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 62 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 35 manat ödəniş etmiş ödəniş etmiş və ümumilikdə dörd müqavilə üzrə 1545,8 manat əsas, 231,7 manat cərimə olmaqla, cəmi 1777,5 manat borcu qaytarmamışdır. Nisyə alqı-satqı müqavilələrinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə dəyəri 839,90 manat olan "Midea" markalı soyuducu, oyuncağın alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Həmçinin, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə dəyəri 924,10 manat olan "Honor" markalımobil telefon, qulaqcığın alqı-satqısına dair ********* saylı müqavilə bağlanılmışdır. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə dəyəri 599,90 manat olan velosipedin alqı-satqısına dair ********* saylı müqavilə bağlanmışdır. Bundan başqa, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə dəyəri 626,90 manat olan "Taube" markalı televizor, kronşteynin alqı-satqısına dair ********* saylı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə "Midea" markalı soyuducu, oyuncaq tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə "Honor" markalımobil telefon, qulaqcıq tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında xx.xx.2024-cü il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə velosiped tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli satılmış məhsulun təhvil verilməsi haqqında akta əsasən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə "Taube" markalı televizor, kronşteyn tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 604,9 manat əsas, 90,7 manat cərimə olmaqla, cəmi 695,6 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 304,1 manat əsas, 45,6 manat cərimə olmaqla, cəmi 349,7 manat; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 499,9 manat əsas, 74,9 manat cərimə olmaqla, cəmi 574,8 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 136,9 manat əsas, 20,5 manat cərimə olmaqla, cəmi 157,4 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1545,8 manat əsas, 231,7 manat cərimə olmaqla, cəmi 1777,5 manat borcu yaranmışdır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzinə əsasən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 37,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilən əşyaların alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyaların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyaları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyaları ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixinə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 604,9 manat əsas, 90,7 manat cərimə olmaqla, cəmi 695,6 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 304,1 manat əsas, 45,6 manat cərimə olmaqla, cəmi 349,7 manat; xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 499,9 manat əsas, 74,9 manat cərimə olmaqla, cəmi 574,8 manat; xx.xx.2023-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 136,9 manat əsas, 20,5 manat cərimə olmaqla, cəmi 157,4 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1545,8 manat əsas, 231,7 manat cərimə olmaqla, cəmi 1777,5 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 60 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30 manat, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 40 manat, xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə 10 manat müəyyən edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 604,9 (altı yüz dörd manat doxsan qəpik) manat, cərimə borcu üzrə 60 (altmış) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 304,1 (üç yüz dörd manat on qəpik) manat, cərimə borcu üzrə 30 (otuz) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 499,9 (dörd yüz doxsan doqquz manat doxsan qəpik) manat, cərimə borcu üzrə 40 (qırx) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 136,9 (yüz otuz altı manat doxsan qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1685,8 (min altı yüz səksən beş manat səksən qəpik) manat borc pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 37,77 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 604,9 (altı yüz dörd manat doxsan qəpik) manat, cərimə borcu üzrə 60 (altmış) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 304,1 (üç yüz dörd manat on qəpik) manat, cərimə borcu üzrə 30 (otuz) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 499,9 (dörd yüz doxsan doqquz manat doxsan qəpik) manat, cərimə borcu üzrə 40 (qırx) manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 136,9 (bir yüz otuz altı manat doxsan qəpik) manat, cərimə borcu üzrə 10 (on) manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə 1685,8 (bir min altı yüz səksən beş manat səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37,77 (otuz yeddi manat yetmiş yeddi qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar