Məhkəmə qərarları › İş №e-2(004)-6507/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6507/2022

29.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6507/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə” dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2988 manat məbləğində vurulmuş zərər və 49,88 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 936, 1096.1- 1096.2, 1097.1, 1108.1, 1114-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, ASC “Xalq” bankı mülkiyyətində оlan «X3» markalı, **-AD-*** dövlət nömrə nişanlı avtоmоbilini xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı – "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB200123065 nömrəli avtomobilin sığorta şəhadətnaməsi verilmişdir. 2018-ci il dekabrın 29-da Cavabdeh idarə etdiyi “Honda Civik” markalı, **-OR- *** dövlət nömrə nişanlı avtоmоbillə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Niyazi küçələrinin kəsişməsində hərəkətsiz vəziyyətdə dayanmış “Opel Astra” markalı, **- XO-*** dövlət nömrə nişanlı avtоmоbillə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtomobillərin toqquşması nəticəsində “Honda Civik” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtоmоbil hərəkətsiz vəziyyətdə dayanmış “MAZDA CX-9” markalı, 90–XO–261 dövlət nömrə nişanlı avtоmоbillə, eləcə də “Opel Astra” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtоmоbil zərbənin nəticəsindən "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamış «X3» markalı, 10–AD–355 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 tərəfindən 30 mart 2019-cu il tarixində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən qərarın surəti inzibati tənbeh tədbirlərinin görülməsi üçün Səbail DYPŞə göndərilmişdir. Səbail DYPŞ-in xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində «X3» markalı, **-AD- *** dövlət nömrə nişanlı avtomobilə 4313 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixində 4313 manat məbləği "xxxx" MMC-yə ödəmişdir. İddiaçı ilə sığortalı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur. Cavabdeh idarə etdiyi “Honda Civik” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də sığortalandığından sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsaslanaraq "xxxx" ASC-yə 1075 manat sığorta ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pоzulmuş şəхs оna vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpa еtmək üçün çəkdiyi və ya çəkməli оlduğu хərclər, əmlakından məhrum оlması və ya əmlakının zədələnməsi (rеal zərər) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.2-ci maddəsinə əsasən, təkrarsığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ASC “Xalq” bankın mülkiyyətində оlan «X3» markalı, **-AD-*** dövlət nömrə nişanlı avtоmоbil xx.xx.2018-ci il tarixli, CSB200123065 nömrəli avtomobilin sığorta şəhadətnaməsi ilə xx.xx.2018-ci il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı – "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. 2018-ci il dekabrın 29-da Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi ilə Niyazi küçələrinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Honda Civik” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtоmоbil hərəkətsiz vəziyyətdə dayanmış “Opel Astra” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtоmоbillə toqquşmuşdur. Həmin avtomobillərin toqquşması nəticəsində “Opel Astra” markalı, **-XO-*** dövlət nömrə nişanlı avtоmоbil zərbənin nəticəsindən "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamış «X3» markalı, 10–AD– 355 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Səbail DYPŞ-in xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, hadisə nəticəsində «X3» markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobilə 4313 manat məbləğində zərər dəymişdir. Dəymiş zərər xx.xx.2019-cu il tarixində iddaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh idarə etdiyi “Honda Civik” markalı, **-OR-*** dövlət nömrə nişanlı avtоmоbil "xxxx" ASC-də sığortalandığı üçün "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 1075 manat sığorta ödənişi edilmişdir. "xxxx" ASC ilə ASC “Xalq” bankı arasında 250 manat şərtsiz azadolma məbləği nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış «X3» markalı, **-AD-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisinə ümumilikdə 4313 manat məbləğində pul vəsaiti ödənildiyindən, "xxxx" ASC tərəfindən iddiaçıya ödənmiş 1075 manat sığorta ödənişi və "xxxx" ASC ilə ASC “Xalq” bankı arasında nəzərdə tutulmuş 250 manat şərtsiz azadolma məbləği nəzərə alınaraq 2988 manat məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddia tələbi əsaslı olduğundan məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 49,88 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49,88 (qırx doqquz manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar