Məhkəmə qərarları › İş №e-2(004)-661/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-661/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-661/2025 07.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000.00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70.00 (yetmiş manat) manat dövlət rüsumunun, cəmi 5070.00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, 99UP786dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 2106” markalı, 99UP786 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz E280” markalı, 90EM521 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000,00 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Abşeron RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000,00 (beş min) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirir ki, Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/773 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bugünədək Cəmiyyətə ödənilməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi məlumatından görünür ki, X1 məxsus olan VAZ 2106 minik markalı, 1989-cu il buraxılışlı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmış və bu barədə PAA********** nömrəli sığorta şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixli hesablama aktından görünür ki, X3 məxsus “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün məbləğ 5000 manat müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21-019021/04/AA-1633/21 saylı, 26 aprel 2021-ci il tarixli sığorta aktından görünür ki, 11 fevral 2021-ci il tarixdə sığorta hadisəsi nəticəsində dəymiş zərər 5000 manat müəyyən edilmiş, "xxxx" ASC tərəfindən X3 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron rayon X15 İdarəsinin Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 01:25-də Xırdalan şəhəri, Nizami küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Vaz 2106 minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5, hadisə baş verdiyi anda sürücüsü Cavabdehdur. Yol-nəqliyyat hadisəsinin baş verdiyi anda sürücü ayıq vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz E280 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Nəqliyyat vasitəsinin mülkiyyətçisi X12, hadisə zamanı idarə edən isə X4r. Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli prentenziyadan (geriyə tələb (subroqasiya) məktubu) görünür ki, "xxxx" ASC zərərin aradan qaldırılması üçün ödədiyi 5000 (beş min) manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində "xxxx" ASC-yə ödənilməsi tələb edilmiş, əks halda müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-661/2025 saylı, 10 aprel 2025-ci il tarixli qərardadına əsasən dəymiş ziyanın tam həcmini müəyyən etmək üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. “X10 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-086/2025 saylı, 04 senyabr 2025-ci il tarixli qiymətləndirmə işinin keçirilməsinin mümkün olmaması barədə məktubu 09 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, tərəflərə xidmət haqqının ödənilməsi ilə bağlı müraciət olunması üçün hər iki tərəflə əlaqə saxlanılmasına cəhd edilmişdir. İddiaçı tərəfin nümayəndəsi, "xxxx" ASC-nin əməkdaşı Nümayəndə ilə iş materiallarında göstərilən mobil nömrə vasitəsilə (***-***-**-**) əlaqə yaradılmış, ona xidmət haqqının ödənilməsi təklif olunmuşdur. Lakin, "xxxx" ASC-nin nümayəndəsi H.T.Əzizağa oğlu qiymətləndirmə prosesində maraqlı olmadıqlarını bildirərək xidmət haqqının ödənilməsindən imtina etmişdir. Cavabdeh ilə isə iş materiallarında göstərilən mobil nömrə (***-***-**-**) vasitəsilə əlaqə yaratmaq mümkün olmamışdır. İş materiallarına avtomobilin qəza zamanı çəkilmiş fotoşəkilləri təqdim edilmədiyindən və tərəflər tərəfindən də bu fotoşəkillər təqdim olunmadığından, qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Həm məlumatlarin çatışmazlığı, həm də baxışın mümkün olmaması qiymətləndirmənin obyektivliyinə və nəticələrinə əsaslı təsir göstərdiyindən qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 01:25-də Xırdalan şəhəri, Nizami küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs Vaz 2106 minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X7 mülkiyyətində olan və hadisə zamanı etibarnamə əsasında X6 tərəfindən idarə edilən Mercedes Benz E280 markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş matariallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21-019021/04/AA- 1633/21 saylı, 26 aprel 2021-ci il tarixli sığorta aktından görünür ki, 11 fevral 2021-ci il tarixdə sığorta hadisəsi nəticəsində dəymiş zərər 5000 manat müəyyən edilmiş, "xxxx" ASC tərəfindən X3 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron DYP-nin xx.xx.2021-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən siğorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinə etiraz etsə də, etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində ödənilmiş sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində ödənilmiş sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar