Məhkəmə qərarları › İş №e-2(004)-6653/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6653/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6653/2025 17.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün, 3942,15 (üç min doqquz yüz qırx iki manat 15 qəpik) manat ödənilməmiş hissə, 394,22 (üç yüz doxsan dörd manat 22 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün, 3732,83 (üç min yeddi yüz səksən iki manat 83 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 373,28 (üç yüz yetmiş üç manat 28 qəpik) manat dəbbə, ümumilikdə 8466,08 manat borc, 104,67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER, İmei kod **********46940 İPHONE 16 PRO, VİNİL MAT, VİNİL ŞƏFFAF, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidmət etmiş və nəticədə 8466,08 (səkkiz min dörd yüz altmış altı manat 8 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4984.08 (dörd min doqquz yüz səksən dörd manat 8 qəpik) manat (24 ay x 207.67 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 4336.37 (dör dmin üç yüz otuz altı manat 37 qəpik) manat olmaqla ondan, 3942.15 (üç min doqquz yü zqırx iki manat 15 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 394.22 (üç yüz doxsan dörd manat 22 qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3810.96 (üç min səkkiz yüz on manat 96 qəpik) manat (18 ay x 211.72 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTERüçün ümumilikdə, 4129.71 (dörd min üz iyirmi doqquz manat 71 qəpik) manat olmaqla ondan, 3732.83 (üç min yeddi yüz səksən iki manat 83 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 373.28 (üç yüz yetmiş üç manat 28 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1120.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%- nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 16 dekabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, əsas borc hissəsində iddia tələbini qəbul edir, lakin dəbbə pulunu yüksək hesab edir. O, borcu hissə-hissə ödəyə bilər. Hal-hazırda borcu ödəməyə imkanı yoxdur. Məhkəmə, cavabdehin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 364418 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER-in dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 364418 saylı alqı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün ilkin ödənişsiz, 24 ay ərzində hər ay 207,67 (iki yüz yeddi manat altmış yeddi qəpik) manat olmaqla, cəmi 4984,08 (dörd min doqquz yüz səksən dörd manat səkkiz qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 364418 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER-in dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 364418 saylı alqı-satqı müqaviləsinin əlavəsinə əsasən Cavabdeh İmei kod **********16612 İPHONE 16 PRO MAX, PAKET XXXL xidməti, ZƏMANƏT + 3 İL xidməti, APPLE ADAPTER üçün ilkin ödənişsiz, 18 ay ərzində hər ay 211,72 (iki yüz on bir manat yetmiş iki qəpik) manat olmaqla, cəmi 3810,96 (üç min səkkiz yüz on manat doxsan altı qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli, 364418 saylı müqavilə üzrə 3942,25 (üç min doqquz yüz qırx iki manat iyirmi beş qəpik) manat ödənilməmiş hissə, 394,22 (üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli, 364418 saylı müqavilə üzrə 3732,83 (üç min yeddi yüz otuz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 373,28 (üç yüz yetmiş üç manat iyirmi səkkiz qəpik) manat dəbbə, ümumilikdə 8466,08 (səkkiz min dörd yüz altmış altı manat səkkiz qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 104,67 (yüz dörd manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının müqavilə üzrə əsas borca hesablanmış tənasübsüz surətdə yüksək cərimə məbləği azaldılmalı, xx.xx.2025-ci il tarixli, 364418 saylı müqavilə üzrə cərimə 100 (yüz) manat, xx.xx.2025-ci il tarixli, 364418 saylı müqavilə üzrə cərimə 100 (yüz) manat məbləğində müəyyən edilərək, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3942,15 (üç min doqquz yüz qırx iki manat on beş qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə; xx.xx.2025ci il tarixli müqavilə üzrə 3732,83 (üç min yeddi yüz otuz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 7874,98 (yeddi min səkkiz yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 104,67 (bir yüz dörd manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3942,15 (üç min doqquz yüz qırx iki manat on beş qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3732,83 (üç min yeddi yüz otuz iki manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 7874,98 (yeddi min səkkiz yüz yetmiş dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-ə ödənilsin. Ödənilmiş 104,67 (yüz dörd manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar