Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6658/2025 01.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X6 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X6 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********36352 HUAWEİ MATEPAD SE 11 LTE üçün 208,53 (iki yüz səkkiz manat 53 qəpik) manat ödənilməmiş hissə, 20,85 (iyirmi manat 85 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER üçün 1098,74 (birmin doxsan səkkiz maat 74 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 109,87 (yüz doqquz manat 87 qəpik) manat cərimə, ümumilikdə 1461,60 manat borc, 34,62 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh X6 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, qanunla nəzərdə tutulmuş vaxt ərzində hər hansı əsaslandırılmış etirazın dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İmei kod **********36352 HUAWEİ MATEPAD SE 11 LTE markalı telefonun qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əlavəyə əsasən X1 **********36352 HUAWEİ MATEPAD SE 11 LTE markalı telefon üçün 64 (altmış dörd) manat ilkin ödəniş, 12 ay ərzində hər ay 32,50 (otuz iki manat əlli qəpik) manat olmaqla, cəmi 454 (dörd yüz əlli dörd) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əsasən satıcı ("xxxx" MMC) əmlakı alıcıya verməyi, alıcı isə onu qəbul edib İmei kod **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER-in qiymətini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı alqı-satqı müqaviləsinə əlavəyə əsasən X1 **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER üçün 160 (yüz altmış) manat ilkin ödəniş, 12 ay ərzində hər ay 110,34 (yüz on manat otuz dörd qəpik) manat olmaqla, cəmi 1484,08 (bir min dörd yüz səksən dörd manat səkkiz qəpik) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Müqavilənin 4.5-ci bəndinə əsasən, müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar əlavə ödənişlər tələb edilə bilər. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən X5 xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İmei kod **********36352 HUAWEİ MATEPAD SE 11 LTE markalı telefon üçün 208,53 (iki yüz səkkiz manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 20,85 (iyirmi manat səksən beş qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İmei kod **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER üçün 1098,74 (bir min doxsan səkkiz manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 109,87 (yüz doqquz manat səksən yeddi qəpik) manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsum olmaqla, ümumilikdə 1232,21 (bir min iki yüz otuz iki manat iyirmi bir qəpik) manat borc vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 34,62 (otuz dörd manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından görünür ki, alıcı X2 ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Sözügedən Müqavilələrin 4.4, 4.5 və 5.1-ci və digər bəndləri “müqavilə azadlığı” prinsipi baxımından etibarlı şərt hesab edilir. Belə olan halda, satıcının verilmiş əşyaların dəyərinin ödənilməsini tələb etmək hüququ vardır. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2025-ci il tarixli müqavilə 20 manat məbləğində cərimə müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış iddiaçı tələb etdiyi İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat altmış qəpik) manat rüsumu malın istifadəsini mümkünsüz etdiyi və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyi, məhdudiyyətin aradan qaldırılması üçün ödənildiyi halda tələb edə bilər. Hazırki vəziyyətdə isə “ABC”-nin malın istifadəsini mümkünsüz etdiyini və ya cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh X4 xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə İmei kod **********36352 HUAWEİ MATEPAD SE 11 LTE markalı telefon üçün 208,53 (iki yüz səkkiz manat əlli üç qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İmei kod **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER üçün 1098,74 (bir min doxsan səkkiz manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1337,27 (bir min üç yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,62 (otuz dörd manat altmış iki qəpik) manat məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X4 xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə İmei kod **********36352 HUAWEİ MATEPAD SE 11 LTE markalı telefon üçün 208,53 (iki yüz səkkiz manat əlli üç qəpik) manat ödənilməmiş hissə10 (on) manat cərimə, xx.xx.2025-ci il tarixli, ********** saylı müqavilə üzrə İmei kod **********14412 SAMSUNG GALAXY S24 FE, SAMSUNG CHARGER üçün 1098,74 (bir min doxsan səkkiz manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə 1337,27 (bir min üç yüz otuz yeddi manat iyirmi yeddi qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,62 (otuz dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-6658/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6658/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver