Məhkəmə qərarları › İş №e-2(004)-6681/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6681/2023

29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6681/2023 29.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlımənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, maliyyə arayışının iddiaçıya təqdim edilməsi, mənzilə dəmir giriş qapısının qoyulması, həmin mənzildən iddiaçının istifadə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, maliyyə arayışının iddiaçıya təqdim edilməsi, mənzilə dəmir giriş qapısının qoyulması, həmin mənzildən iddiaçının istifadə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mübahisə predmetinin bir hissəsi (sonuncu hissə) Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlı mənzildən ......iddiaçının istifadə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsidir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ dedikdə, sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusu başa düşülür. Deməli, mübahisənin bir hissəsi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olmaqla MPM-in 39.1-ci maddəsinin tənzimetmə təsiri altına düşür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki işin aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Bu səbəbdən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah olunur ki, iddia ərizəsi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh MTK-ya qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində 2 otaqlımənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, maliyyə arayışının iddiaçıya təqdim edilməsi, mənzilə dəmir giriş qapısının qoyulması, həmin mənzildən iddiaçının istifadə və mənzili təmir etməsinə maneəçilik törədilməsinin Cavabdeh MTK-ya qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsi ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar