Məhkəmə qərarları › İş №e-2(004)-6697/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-6697/2025

19.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-6697/2025 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazılıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə 19 noyabr 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Tərəflərə xx.xx.2026-cı il tarixli və xx.xx.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş və iddia ərizəsində qeyd olunan ünvanlara bildiriş göndərilməsinə baxmayaraq, gəlməmələrinin səbəbi və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini nəzərə alaraq məhkəmə hazırlıq iclasının başqa tarixə təyin edilməsini məhkəmədən xahiş etmiş, lakin bu barədə hər hansı sübutunu ərizəyə əlavə etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100,60 (yüz manat altmış qəpik) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar