Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-67/2025 17.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-ya qarşı “akta xitam verilməsi və qaz təchizatının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-ya qarşı “akta xitam verilməsi və qaz təchizatının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X4 Yasamal Rayon Qaz İdarəsi tərəfindən çıxarılan № ******* saylı 19 fevral 2024 -cü il tarixli AKT qanunsuz və əsassız olduğundan xitam verilməsi, ünvan 1 ünvanında yerləşən evin qaz təhcizatı tamami ilə bərpa edilməsi öhdəliyi Yasamal Rayon Qaz İdarəsinin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında olan ev X2 şəxsi mülkiyyətində olmuşdur. Mərhum anası rəhmətə getdikdən sonra notarial qaydada mülk açılmışdır. Onlar vərəsələr hal-hazırda həmin evdə yaşayırlar. 19 fevral 2024-cü il tarixində Yasamal rayon Azəriqaz idarəsi texniki baxış adı ilə, əməkdaş X7 gələrək onun evdə olmadığımdan istifadə edib, akt tərtib edərək qaz təhcizatını dayandıraraq evdəki ustaya qol çəkdirib, qaz təhcizatının dayandıraraq plomblayıb çıxıb getmişlər. Bina 1950-60 cı illərin binasıdır. otaqlarda olan dəyişikliklər ondan öncəki mülkiyyətçi tərəfindən olunmuş artıq 40 ilə təsadüf edir. Bütün bu illər ərzində mərhum anası bu evi alandan sonra da heç bir dəyişiklik etməmişdir və qazdan olduğu şəkildə istifadə edilib. Sonuncu dəfə 2021 -ci ildə yeni müqavilə bağlanarkəndə evə baxış keçirilmiş və qəbul edilmişdir. Hamamda 1 su qızdırıcı cihaz və 1 ədəd 4 konforkalı qaz mövcuddur. Baxış zamanı heç bir qaz sızması aşkar edilməmişdir. Qapıda təhlükəsizlik qaydalarına uyğun olaraq deşiklər var, su qızdırıcının bacası təhlükəsizilik qaydalarına uyğun olaraq da quraşdırılmışdır. Hamam otağında 40*40 -a kiçik pəncərə də mövcuddur. Qaz sızmasını aşkar edən klapanda quraşdırılmışdır. Belə olan halda dəm qazında söhbət gedə bilməz. Qanun yeni binalara aiddir. Bundan başqa əməkdaşlar tərəfindən heç bir xəbəradrlıq olunmadan qaz təhcizatı dayandırılmışdır, ilin bu fəslində. Habelə, aktda nə tələb olunduğu haqqında da qeydlər edilməmişdir. O, X5 Yasamal Rayon İdarəsinə gedərək, bu hərəkətin qanunsuz olduğunu desə də, "Get hara gedirsən, Nazirlər Kabinetinin qərarı var, ona əsasən qaz təhcizatını dayandırmışıq" cavab verilmişdir. Halbuki onlara bundan öncə bu haqda heç bir xəbərdarlıq edilməmişdir. O, 19 fevral 2024-cü il tarixində şikayətə Baş idarəyə getsə də, Yasamal rayon İdarəsinin kuratoru Azər Qasımova şikayət edib, bir tədbir görülməsini xahiş etsə də, o ona buna səlahiyyəti buna çatmır kimi cavab vermişdir. O, onun məhz Yasamal rayonunun kuratoru olduğunu və o rayona aid bütün yarana biləcək vətəndaş və idarə arasında anlaşılmamazlıqların araşdırılıb onun vəzifə öhdəliyi olduğunu xatırlatsa da. "Sən mənim, otdel kadrımsan biləsən mənim vəzifə səlahiyyətim nədən ibarətdir?" deyə sual vermişdir. “Kəsiblər yaxşı eliyiblər. Nazirlər Kabinetini hansısa qərarı var ona görə eliyiblər" demişdir. Qeyd etmək istərdi ki, Yasamal rayon Qaz idarəsi artıq neçənci dəfədir ki, müxtəlif bəhanələr ilə onlara həmin ünvanda yaşamağa problemlər yaradır. 2012-ci ildə qaz sayğacı binanın dəhlizindən oğurlanmışdır, qaz idarəsi isə onu dəyişdirməkdən imtina edirdi, ona görə də, həmin iş məhkəməyə verilmişdir və öz həll yolunu tapmışdır. 2021 -ci il tarixində isə, qaz xətti binanın dəhlizində naməlum şəxslər tərəfindən kəsilmişdir, qaz idarəsi tərəfindən isə yenidən qurulması isə həll olunmayan problem kimi qələmə verilmişdir. Yalnız şikayət etdikdən sonra yenisi ilə əvəz olunmasına razı gəlmişdir. Bu evdə qaz idarəsi ilə bağlı problemlər bitmir. Akta onlar imza atmayıblar. Evdə olan ustaya qol çəkdirilib. Akta qeyd olunan yerdəyişmələr 40 ildən çoxdur ki, mövcuddur. Hər il bu yoxlayış planlı şəkildə yerinə yetirilirdi və qaz idarəsini işçiləri tərəfindən təhvil verilib alınırdı. Belə ki, 20 ildən çoxdur ki, bu yerdəyişmə mövcuddur və vardır. Mərhum anası yuxarıda qeyd olunan ünvanda yerləşən evi 2004-cü ildə indiki vəziyyəti şəklində almışdır. Evi aldıqdan sonra heç bir dəyişiklik olunmamışdır və illərdir ki, həmin ev həmin qaz boruları vasitəsi ilə istismar edilir. Yoxlama dövrü gəldikdə hər dəfəsində Qaz idarəsi tərəfndən yoxlanışa gələnlər tərəfindən evə baxış keçirilib, təhvil verilirdi, Təxmini 3 il əvvəl isə, onlar bağda olduğu ərəfədə, kimlərsə tərəfindən, binanın dəhlizində olan, sayğaca daxil olan boru kəsilmişdir. Onlar Azəriqaza bu barədə məlumat verdikdən sonra, azəriqazın işçiləri gəlib, həmin borunu dəyişib, onlarla yeni müqavilə bağlayıb getmişdilər. Həmin an evə baxışda keçirilmişdi azəriqazın işçiləri tərəfindən. Ev Sovet hakimiyyəti dövründə inşa edilən evdir, qaz borularıda o dövrdən dəyişikliyə uğramayıb. Evin hamam otağında, bütün təhlükəsizlik qaydalarına uyğun olaraq, qapıda deşiklər, hamam otağa xüsusi balaca pəncərə vardır ki, hamamda heç bir dəm qazı boğulması kimi qəza halları baş verməsin. Bundan başqa aktda qeyd olunan plastik boru mövcud deyildir. Hamam otağında şəkildə də göründüyü kimi dəmir boru və su qızdırıcıya girən, bütün normalara uyğun olaraq sarı qaz prujin boru mövcuddur. Belə ki, aktda "Mətbəxt yerdəyişməsi yataq otağından qaz xətti birləşməsi ilə keçir vanna otağında QSO OSO boru xətti metal deyil" qeydlər edilmişdir. Mətbəx yerdəyişməsi 30-40 il arası edilmişdir və həmin vəziyyətdə də istifadə edilir, hətta bu vəziyyət bütün binada eyni cürə edilmişdir. AR Prezidentinin sərəncamı ilə isə onların bina tipli binalara evin sahəsini artırmağa bu şəkildə icazə verilir. Sözü gedən qaz xətləri dövlət tərəfindən ASSSR hakimiyyəti dövründən quraşdırılaraq itismar edilir. İllərdir ki, X4 Yasamal rayon idarəsi yoxlayış keçirərək, müqaviləni onunla yeniləyib, qazdan istifadəni mümkün hesab etmişdir. Azəriqaz İB-ə elektron qayda da şikayət ərizəsi göndərilmişdir. Belə ki, havaların belə sərt soyuq keçdiyi ərəfədə, onlar ailəvi olaraq isti sudan istifadə etməkdən məhrum edilmişdilər, heç bir xəbərdarlıq edilmədən, bu yolverilməzdir. Yuxarıda qeyd olunanları və qanunun digər maddələrini, nəzərə alaraq, hesab edir ki, yuxarıda qeyd olunan ünvanda yaşadıqları, evin qazla təmin edilməsi təhlükəsizlik qaydalarına tam olaraq uyğundur, Yasamal Rayon Azəriqaz əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində belə bir anlaşılmazlıq yaranışdır, odur ki, ev tam olaraq qazla təhciz edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 5 mərtəbəli binada 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçibdir. XV-ЖГ seriyalı, 383439 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı3, anası isə X3r. Cavabdeh İB-nın ******* saylı, 19 fevral 2024-cü il tarixli Müayinənin nəticəsinə dair Aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, bina 89, mənzil 1 üzrə müayinə keçirildi. Mətbəx yerdəyişməsi yataq otağından qaz xətti birləşməsi ilə keçir. Vanna otağında QSQ boru xətti metal deyil. QSQ 20551787 saylı plomplu qaz təchizatı dayandırıldı. Nöqsan və pozuntuların aradan qaldırılması üçün verilmiş vaxt 30 gündür. Cavabdeh İB-nın ******* saylı, 03 mart 2025-ci il tarixli Müayinənin nəticəsinə dair Aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, bina 89, mənzil 1 üzrə müayinə keçirildi. Qaz qurğuları üzrə mətbəx yerdəyişməsi, vanna otağının yerdəyişməsi, köhnə mətbəx otağı, vanna otağı, yataq otağı, eyvanda mətbəxdə gedən xətt yataq otağında keçir. Qaz qurğularının quraşdırıldığı otaq üzrə 1 ədəd PQU, vanna otağında 1 ədəd QSQ qaz qurğusu var. Bağlayıcı, tənzimləyici, qoruyu armaturlar, qaz sızmasını və dəm qazını müəyyən edən detektorlar yoxdur. Qaz təchizatı dayandırıldı. “Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. “Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 215 saylı, 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın 3.6-cı maddəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə, istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. Həmin qaydanın 3.8-ci maddəsinə əsasən qanunun 6-2-ci maddəsinə uyğun olaraq müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. 6-3 maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar yaşayış evlərinin tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə saxlanılmasını və müayinə keçirilərkən aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün texniki xidmətin ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsini təmin etməlidirlər. 6-3 maddəsinin 8-ci maddəsinə əsasən bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olması qaz paylayıcısı tərəfindən müayinə keçirilərkən yoxlanılır. 13-cü maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə qazın verilməsini dayandırır. 13-cü maddəsinin 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılara mərhum X1 qalan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində istifadədə olan 0,072 ha torpaq sahəsində yerləşən 89 nömrəli, 5 mərtəbəli binada 1 nömrəli mənzil üzrə ayrı-ayrı tarixlərdə (19 fevral 2024-cü il və 03 mart 2025-ci il tarixdə) Cavabdeh İB-nin əməkdaşları tərəfindən müayinə keçirilmiş, müayinə zamanı bir sıra nöqsanlar aşkarlanmışdır. Belə ki, qaz xəttlərinin yerdəyişməsi aparılmış, bağlayıcı, tənzimləyici, qoruyu armaturlar, qaz sızmasını və dəm qazını müəyyən edən detektorların yoxluğu aşkarlanmışdır. İstehlakçıya aşkarlanmış nöqsanların aradan qaldırılması üçün vaxt verilsə də, nöqsanlar aradan qaldırılmamışdır. Hazırda iddiaçılar qaz təchizatının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmənin 14 may 2024-cü il tarixli 2(004)-1715/2024 saylı qərardadı ilə kompleks məhkəmə-mühəndis-texniki və məhkəmə-fiziki-kimyəvi ekspertizaları təyin edilmişdir. Ekspertin vəsatəti ilə əlaqədar məhkəmə tərəfindən tədqiqat obyektinə baxış təyin edilmiş, həmin tarixdə ekspert məhkəməyə gəlsə də, iş üzrə tərəflər məhkəmə binasına gəlmədiklərindən tədqiqat obyektinə baxış keçirməklə qərardadda qoyulmuş sualların həll edilməsi mümkün olmamış və Məhkəmə Ekspterizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə qaz təhizatı haqqında qanunvericiliyin müddəalarını, habelə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia əsassız olub rədd edilməlidir. Mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-ya qarşı “akta xitam verilməsi və qaz təchizatının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284.1, 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh İB-ya qarşı “akta xitam verilməsi və qaz təchizatının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-67/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-67/2025
17.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver