Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-673/2025 18.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İddiaçı qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli 10306 nömrəli akta əsasən hesablanmış 2196 manat, xx.xx.2021-ci il tarixli 600465 nömrəli akta əsasən hesablanmış 4104 manat, xx.xx.2023-cü il tarixli 601021 nömrəli akta əsasən hesablanmış 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (yuyucu məntəqəsi) iddiaçının mülkiyyətindədir. Lakin o fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yuyucu məntəqəsi) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 152259 saylı, xx.xx.2010-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı qeyri-yaşayış sahəsində sudan smart sayğac vasitəsilə istifadə etmiş və dəyərini əvvəlcədən ödəmişdir.Sudan istifadəyə görə borcu olmamışdır. 2024-cü ilin may ayında cavabdehin nümayəndələri sudan istifadəyə görə iddiaçının 10259,10 manat borcu olduğunu, qeyd olunan borc ödənilmədiyi təqdirdə qeyri-yaşayış sahəsinin su təchizatının dayandırılacağını bildirmişlər. İddiaçı qeyd olunan borc məbləğinin araşdırılması üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinə müraciət etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları iddiaçı sudan qanunsuz istifadə etdiyi üçün xx.xx.2018-ci il tarixdə 10306 nömrəli inventar aktı tərtib edildiyini, həmin akta əsasən 2196 manat, xx.xx.2021-ci il tarixdə 600465 nömrəli inventar aktı tərtib edildiyini, həmin akta əsasən 4104 manat, xx.xx.2023-cü il tarixdə 601021 nömrəli inventar aktı tərtib edildiyini, həmin akta əsasən 4104 manat cərimə hesablandığını bildirmiş və qeyd olunan aktların surətini ona vermişlər. İddiaçıya təqdim olunan aktlarda onun qeyri-yaşayış obyektində d-20 mm-lik plasmast boru vasitəsilə sayğacdan keçmədən sudan qanunsuz istifadə etdiyi qeyd olunmuşdur. İddiaçı bildirir ki, akt tərtib olunarkən onun məlumatı olmamış və iştirakları təmin edilməmişdir. Cavabdehin nümayəndələri tərəfindən tərtib olunmuş aktlara əsasən ümumilikdə 10404 manat cərimə hesablanmışdır. İddiaçı həmin borcu qəbul etmədiyini və pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirdikdə cavabdehin nümayəndələri onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (yuyucu məntəqəsi) su təchizatını dayandırmışdır. “Sumqayıt Sukanal” İdarəsi aktlar tərtib etməklə D-20 mm borudan istifadə edilməsi ilə əlaqədar hesablamalar aparmışdır. “AR Nazirlər Kabinetinin Sudan İstifadə Qaydalarının” 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq bir il müddətinə hesablanır. İddiaçı qeyd edir ki, belə bir qoşulma halı var idisə, bu halda cavabdeh təşkilat bununla əlaqədar hər-hansı bir araşdırma aparmalı idi. Lakin, göründüyü kimi heç bir araşdırma aparmadan, ümumiyyətlə, heç bir qoşulma olmadan yuxarıda göstərilmiş aktı qeyri-qanuni tərtib etmişlər və heç bir əsas olmadan cərimə hesablamışlar. Həmçinin iddiaçı bildirir ki, əgər həqiqətən sudan qanunsuz istifadə etmişdisə onda cavabdeh təşkilat onun barəsində hüquq-mühafizə orqanlarına müraciət edə bilərdi. Cavabdeh tərəfindən isə belə müraciət edilməmişdir. O, fərdi sahibkar kimi vergi orqanlarında qeydiyyata alınmamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2018-ci il tarixli 10306 nömrəli akta əsasən hesablanmış 2196 manat, xx.xx.2021-ci il tarixli 600465 nömrəli akta əsasən hesablanmış 4104 manat, xx.xx.2023-cü il tarixli 601021 nömrəli akta əsasən hesablanmış 4104 manat, ümumilikdə 10404 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək cavabdehin nümayəndəsi X1 şəhərinə ezam olunduğu üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə prosesinin başqa vaxta təyin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən AZ 5008, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 İstismar Təsərrüfatı və X3 ilə İddiaçı arasında bağlanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair 152259 saylı, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən müəssisə abonenti tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının ödəniş üçün həcmi 42-ci məhəllə, Çerkassi küçəsi ünvanında su xəttinin giriş nöqtəsində quraşdırılmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya olduqda isə Qaydaların 4.2 və 4.3 bəndlərinə uyğun, su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən, suyun axım sürətindən və abonentin iş rejimindən asılı olaraq təyin edilir. Abonent müəssisə tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəyir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 600465 nömrəli aktına əsasən "xxxx" ASC-nin SSTŞ-nin Sumqayıt Su Kanal İdarəsinin nümayəndələri tərəfindən xx.xx.2021-ci il tarixdə Çerkassi küçəsi ünvanında yerləşən İddiaçı məxsus obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və aparılan araşdırma zamanı obyektdə su sayğacından keçməyən d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması müəyyən edilmiş, obyektin avtoyuma hissəsinin dörd hissəli olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2021-ci il tarixli, 600465 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün İddiaçı su və çirkab su xidmətləri üzrə cəmi 4 104.00 manat məbləğində borcu yaranmışdır və xx.xx.2021-ci il tarixə qalıq borcu 6155.1 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 600 nömrəli aktına əsasən "xxxx" ASC-nin Sumqayıt Su Kanal İdarəsinin nümayəndələri 07 fevral 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən obyektin su sayğacına, həmçinin su və kanalizasiya şəbəkəsinə baxış keçirilmiş və araşdırma aparılarkən abonent İddiaçı su sayğacına giriş xəttini kəsərək, d=20 xətli sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi məlum olmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli, 601021 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün İddiaçı su və çirkab su xidmətləri üzrə cəmi 4 104.00 manat məbləğində borcu yaranmışdır və xx.xx.2023-cü il tarixə qalıq borcu 10259.1 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin MXD-10306 nömrəli inventar aktına əsasən 12 oktyabr 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən yuyucuya baxış keçirilən zaman obyektdə quraşdırılan smart kart tipli su sayğacından keçməyən D=15 mm-lik plastik boru vasitəsilə kənar xətt aşkarlanmış, kənar xəttin diametri 15 mm müəyyən olunmuş, nəticədə kənar xətt kəsilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent haqqında məlumata əsasən xx.xx.2000-ci il tarixli 19369862: 152259 nömrəli müqaviləyə əsasında İddiaçı su və çirkab su xidmətləri üzrə xx.xx.2018-ci il üzrə cəmi 2193,10 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent haqqında məlumata əsasən xx.xx.2000-ci il tarixli 19369862: 152259 nömrəli müqaviləyə əsasında İddiaçı su və çirkab su xidmətləri üzrə xx.xx.2021-ci il üzrə cəmi 6155,10 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent haqqında məlumata əsasən xx.xx.2000-ci il tarixli 19369862: 152259 nömrəli müqaviləyə əsasında İddiaçı su və çirkab su xidmətləri üzrə xx.xx.2023-cü il üzrə cəmi 10259,10 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent haqqında məlumata əsasən xx.xx.2000-ci il tarixli 19369862: 152259 nömrəli müqaviləyə əsasında İddiaçı su və çirkab su xidmətləri üzrə xx.xx.2024-ci il üzrə cəmi 10371,10 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonent haqqında məlumata əsasən xx.xx.2000-ci il tarixli 19369862: 152259 nömrəli müqaviləyə əsasında İddiaçı su və çirkab su xidmətləri üzrə xx.xx.2025-ci il üzrə cəmi 14358,10 manat məbləğində qalıq borcu qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 26-ci maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.3-cü bəndinə əsasən fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 2.1.4-cü bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 3.1.1-ci bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçının hüququdur. 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7.-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iş materiallarına əlavə edilmiş MXD- 10306 nömrəli inventar aktında aktın tarixi göstərilməmiş, akt səlahiyyətli şəxs tərəfindən imzalanıb təsdiq edilməmiş, obyektin nümayəndəsi Rəfiyev Rafiq adlı şəxsin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmiş və həmin akt nəticəsində İddiaçı 2196 manat məbləğində borc hesablanmışdır. Təsdiqedici video və foto şəkillərin olduğu qeyd edilsə də, cavabdeh tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 600465 nömrəli aktda obyektin nümayəndəsi İddiaçı imza yerində imzası və ya imzalamaqdan imtinası qeyd olunmamış və həmin akt nəticəsində İddiaçı 4104 manat məbləğində borc hesablanmış, qanunsuz istifadə fakturasında “qəbul etdim” yeri boş qalmış, yəni İddiaçı borc məbləği barədə məlumat verilməmişdir. Cavabdeh tərəfindən təsdiqedici video və foto şəkillər məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 601021 nömrəli aktda obyektin nümayəndəsi yeri boş qalmış, imzalamaqdan imtina etdiyi qeyd edilmiş, həmin akt nəticəsində İddiaçı 4104 manat məbləğində borc hesablanmış, qanunsuz istifadə fakturasında “qəbul etdim” yeri boş qalmış, yəni İddiaçı borc məbləği barədə məlumat verilməmişdir. Cavabdeh tərəfindən təsdiqedici video və foto şəkillər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, müxtəlif vaxtlarda eyni əsaslarla aktlar tərtib olunsa da, bütün aktlar birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları imzalamaqla tərtib edilmiş və təsdiqedici video və foto şəkillərin olduğu qeyd edilsə də, cavabdeh tərəfindən həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli borc "xxxx" ASC tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçıya məxsus olan ünvan 4 ünvanı üzrə ümumi 10404 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əgər istehlakçı həqiqətən ardıcıl olaraq müvafiq qanun pozuntularına yol vermişsə, nəyə görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmiş, talamanın qarşısı alınmamış, hüquq mühafizə orqanlarına məlumat verilməmiş, sadəcə birtərəfli qaydada eyni əsaslı aktların tərtib olunması ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, borcun hesablanması əsassız və qanunsuz olmuşdur. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı adına xx.xx.2018-ci il tarixli 10306 nömrəli akta əsasən hesablanmış 2196 manat, xx.xx.2021-ci il tarixli 600465 nömrəli akta əsasən hesablanmış 4104 manat, xx.xx.2023-cü il tarixli 601021 nömrəli akta əsasən hesablanmış 4104 manat, ümumilikdə 10404 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 121.21 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı adına (müqavilə:19369862, kod:152259) xx.xx.2018-ci il tarixli 10306 nömrəli akta əsasən hesablanmış 2196 manat, xx.xx.2021-ci il tarixli 600465 nömrəli akta əsasən hesablanmış 4104 manat, xx.xx.2023-cü il tarixli 601021 nömrəli akta əsasən hesablanmış 4104 manat, ümumilikdə cəmi 10404 (on min dörd yüz dörd) manat məbləğində borc silinsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən 121.21 (bir yüz iyirmi bir manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-673/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-673/2025
18.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver