Məhkəmə qərarları › İş №e-2(004)-683/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-683/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-683/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilə bağlamaqla Samsung Galaxy A03 markalı mobil telefonlar, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilə bağlamaqla Samsung markalı tozsoran almış ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 510.4 (beş yüz on manat, qırx qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən 04092721 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 506.57 (beş yüz altı manat, əlli yeddi qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 250,4 (iki yüz əlli manat, qırx qəpik) manat olan Samsung markalı tozsoran üçün ümumilikdə, 147 (yüz qırx yeddi) manat olmaqla ondan, 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 510.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, xx.xx.2022-ci il tarixli 04092720 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 510.4 (beş yüz on manat, qırx qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 506.57 (beş yüz altı manat, əlli yeddi qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 250,4 (iki yüz əlli manat, qırx qəpik) manat olan Samsung markalı tozsoran üçün ümumilikdə, 147 (yüz qırx yeddi) manat olmaqla ondan, 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 832 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilədən görünür ki, Samsung Galaxy A03 markalı mobil telefonlar, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilədən görünür ki, Samsung markalı tozsoranı iddiaçı "xxxx" MMC Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində yuxarıda qeyd olunan müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli 04092720 nömrəli müqavilə üzrə 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilə üzrə 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilə üzrə 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 832 manat borcu yaranmışdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2022-ci il tarixli 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilə bağlamaqla Samsung Galaxy A03 markalı mobil telefonlar, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilə bağlamaqla Samsung markalı tozsoran almış ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat öhdəliyi yaranmışdır. Belə ki, cavabdeh tərəfindən 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 510.4 (beş yüz on manat, qırx qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün ümumilikdə 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən 04092721 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin şərtləri pozularaq alqısatqı qiyməti 506.57 (beş yüz altı manat, əlli yeddi qəpik) manat olan Samsung Galaxy A03 markalı mobil telefon üçün 339 (üç yüz otuz doqquz) manat olmaqla ondan, 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilənin şərtləri pozularaq alqı-satqı qiyməti 250,4 (iki yüz əlli manat, qırx qəpik) manat olan Samsung markalı tozsoran üçün ümumilikdə, 147 (yüz qırx yeddi) manat olmaqla ondan, 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) cərimə miqdarında borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, Alıcı Satıcı ilə bağladığı yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli 04092720 nömrəli, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli və xx.xx.2022-ci il tarixli 03031918 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 04092720 nömrəli müqavilə üzrə 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilə üzrə 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilə üzrə 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 04092720 nömrəli müqavilə üzrə 314.4 (üç yüz altmış on dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 31,6 (otuz bir manat, altmış qəpik) manat isə cərimə borcu, xx.xx.2022-ci il tarixli 04092721 nömrəli müqavilə üzrə 308.57 (üç yüz səkkiz manat, əlli yeddi qəpik) manat ödənilməmiş hissə, 30.43 (otuz manat, qırx üç qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 03031918 nömrəli müqavilə üzrə 133.6 (yüz otuz üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 13.4 (on üç manat, qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 832 (səkkiz yüz otuz iki) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar