Məhkəmə qərarları › İş №e-2(004)-6880/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-6880/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-6880/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 144156 saylı, xx.xx.2023-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 491,45 manat əsas borc, 151,70 manat cərimə, 144157 saylı, xx.xx.2023-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 58,23 manat əsas borc, 19,60 manat cərimə, 152294 saylı, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 568,95 manat əsas borc, 188,70 manat cərimə olmaqla, ümumilikdə 1478,63 manat borcun və 34,78 dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə bağlanmış 144156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2023-cü ildə bağlanmış 144157 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2024-cü ildə bağlanmış 152294 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən müvafiq olaraq 1058 manata nisyə telefon, 118 manata usb başlıq, smart saat və 569 manata blutuz qulaqlıq və telefon satmışdır. Cavabdeh hər ay müvafiq olaraq 81.92, 9.83, 47.41 manat ödəmək şərti ilə 12 ay müddətinə hissə-hissə ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən, alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2025-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək xx.xx.2023-cü ildə bağlanmış 144156 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 491.45 manat əsas, həmin gün üçün hesablanmış 151.70 manat cərimə, 643.15 manat ümumi borc, xx.xx.2023-cü ildə bağlanmış 144157 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 58.23 manat əsas, həmin gün üçün hesablanmış 19.60 manat cərimə, 77.83 manat ümumi borc, xx.xx.2024-cü ildə bağlanmış 152294 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 568.95 manat əsas, həmin gün üçün hesablanmış 188.70 manat cərimə, 757.65 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 144156 saylı, xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 144156 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 1058 manat dəyərində avadanlığı 12 ay müddətinə hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 144157 saylı, xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 144157 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 118 manat dəyərində avadanlığı 12 ay müddətinə hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 152294 saylı, xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış həmin 152294 saylı, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh 569 manat dəyərində avadanlığı 12 ay müddətinə hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına görə, cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə 491,45 manat ödənilməmiş əsas borc, 151,70 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 58,23 manat ödənilməmiş əsas borc, 19,60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 568,95 manat ödənilməmiş əsas borc, 188,70 manat cərimə borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024cü il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də həmin müqavilələr barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülürHəmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh aldığı əşyalara görə qalıq borc məbləğini ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc tələbi barədə iddia əsaslı hesab olunmalıdır. Lakin cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə əsas borc məbləğlərini nəzərə alaraq cərimə tələbinin azaldılmasını və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 49,1 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5,8 manat və xx.xx.2024cü il tarixli müqavilə üzrə 56,8 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 144156 saylı müqavilə üzrə 491,45 manat məbləğində əsas borc, 49,1 manat cərimə, xx.xx.2023-cü il tarixli 144157 saylı müqavilə üzrə 58,23 manat məbləğində əsas borc, 5,8 manat cərimə, xx.xx.2024-cü il tarixli 152294 saylı müqavilə üzrə 568,95 manat məbləğində əsas boc, 56,8 manat cərimə olmaqla, ümumilikdə 1230,33 manat borc və 28,94 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : F. HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar