Məhkəmə qərarları › İş №e-2(004)-695/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-695/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-695/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********31947 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, PALTARYUYAN TOSHİBA üçün 39,80 manat ödənilməmiş hissə, 3,20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********09725 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON üçün 512,96 manat ödənilməmiş hissə, 51,04 manat cərimə olmaqla, ümumilikdə 607 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə bildirişini Cavabdeh xx.xx.2023-cü il tarixdə təhvil almış, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə, satıcı İMEİ KODU **********31947 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, PALTARYUYAN TOSHİBA üçün ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 73,40 manat ödəniş etmək şərti ilə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İMEİ KODU **********09725 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON üçün ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 57,08 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 39,80 manat ödənilməmiş hissə, 3,20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 512,96 manat ödənilməmiş hissə, 51,04 manat cərimə olmaqla, ümumilikdə 607 manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1453,40 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********31947 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, PALTARYUYAN TOSHİBA üçün 39,80 manat ödənilməmiş hissə, 3,20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********09725 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON üçün 512,96 manat ödənilməmiş hissə, 51,04 manat cərimə olmaqla, ümumilikdə 607 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********31947 SAMSUNG GALAXY A12 MARKALİ TELEFON, PALTARYUYAN TOSHİBA üçün 39,80 manat ödənilməmiş hissə, 3,20 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********09725 SAMSUNG GALAXY A23 MARKALİ TELEFON üçün 512,96 manat ödənilməmiş hissə, 51,04 manat cərimə olmaqla, ümumilikdə 607 (altı yüz yeddi) manat borc, 30(otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar