Məhkəmə qərarları › İş №e-2(004)-7029/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7029/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7029/2025 07.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 529,75 (beş yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 52,98 (əlli iki manat doxsan səkkiz qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqavilə üzrə 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 52,95 (əlli iki manat doxsan beş qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqavilə üzrə 452,63 (dörd yüzəlli iki manat altmış üç qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat altmış qəpik) manat rüsum, 52,98 (əlli iki manat doxsan səkkiz qəpik) manat rüsum, 45,26 (qırx beş manat iyirmi altı qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 350,4 (üç yüz əlli mnat qırx qəpik) manat ödənilməmiş hissə, 35,04 (otuz beş manat dörd qəpik) manat cərimə olmaqla, Ümumilikdə 2095.66 manat borc, 40.96 manat manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, İmeikod **********64986 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, ROBOT TOZSORAN XİAOMİ S20+, İmei kod **********39048 SAMSUNG GALAXY A25, ROBOT TOZSORAN XİAOMİ S20 almış və nəticədə 2095.66 (iki min doxsan beş manat 66 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 637.08 (altı yüz otuz yeddi manat 8 qəpik) manat (12 ay x 53.09 manat + 0 manat ilkin ödəniş) olan İmeikod **********64986 XİAOMİ REDMİ NOTE 14, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün ümumilikdə, 606.33 (altı yüz altı manat 33 qəpik) manat olmaqla ondan, 529.75 (beş yüz iyirmi doqquz manat 75 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 52.98 (əlli iki manat 98 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 636.96 (altı yüz otuz altı manat 96 qəpik) manat (12 ay x 53.08 manat + 0 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN XİAOMİ S20+ üçün ümumilikdə, 582.41 (beş yüz səksən iki manat 41 qəpik) manat olmaqla ondan, 529.46 (beş yüz iyirmi doqquz manat 46 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52.95 (əlli iki manat 95 qəpik) manat cərimə; xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 603.96 (altı yüz üç manat 96 qəpik) manat (12 ay x 50.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********39048 SAMSUNG GALAXY A25 üçün ümumilikdə, 521.49 (beş yüz iyirmi bir manat 49 qəpik) manat olmaqla ondan, 452.63 (dörd yüzəlli iki manat 63 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 45.26 (qırx beş manat 26 qəpik) manat cərimə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 371.40 (üç yüz yetmiş bir manat 40 qəpik) manat (12 ay x 29.2 manat + 21 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN XİAOMİ S20 üçün ümumilikdə, 385.44 (üç yüz səksən beş manat 44 qəpik) manat olmaqla ondan, 350.4 (üç yüz əlli mnat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35.04 (otuz beş anat 4 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 387.16 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 475863 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, Müştəri bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)i "xxxx" MMC-yə sifariş verir. "xxxx" MMC həmin Mal'ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə Müştəriyə təqdim edir, Müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə ödəyir. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 (on) il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində "Müştəri'nin bu Müqavilədə nazərdə tutulmuş şərtlərlə "xxxx" MMC-dən mal və (və ya) xidmət əldə etmək hüququ var. xx.xx.2025-ci il tarixli, 475863 saylı müqavilədən və əlavədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında ümumilikdə dəyəri 603,96 (altı yüz üç manat doxsan altı qəpik) manat manat təşkil edən İmei kod **********39048 SAMSUNG GALAXY A25 markalı mobil telefonun alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli, əşyaların təhvil-təslim aktına əsasən, 475863 nömrəli müqavilə üzrə İmei kod **********39048 SAMSUNG GALAXY A25 markalı mobil telefon qüsursuz halda Cavabdeh təhvil verilmiş, o isə aktı imza etməklə malları qəbul etmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 475863 saylı nisyə alğı-satqı müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumi dəyəri 637,04 (altı yüz otuz yeddi manat dörd qəpik) manat olan İmeikod **********64986 XİAOMİ REDMİ NOTE 14 mobil telefonun, QİZİL ZƏMANƏT ULTRA 2 il xidmətinin alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 475863 nömrəli alqı-satqı müqaviləsi üzrə İmeikod **********64986 XİAOMİ REDMİ NOTE 14 mobil telefonun, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 475863 saylı nisyə alğı-satqı müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumi dəyəri 636,96 (altı yüz otuz altı manat doxsan altı qəpik) manat olan ROBOT TOZSORAN XİAOMİ S20 adlı malın alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 475863 nömrəli alqı-satqı müqaviləsi üzrə XİAOMİ S20+BLACK ROBOT TOZSORAN tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 475863 saylı nisyə alğı-satqı müqaviləsinə xx.xx.2025-ci il tarixli əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumi dəyəri 371,4 (üç yüz yetmiş bir manat qırx qəpik) manat olan XİAOMİ ROBOT TOZSORAN XİAOMİ S20 WHİTE adlı malın alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 475863 nömrəli alqı-satqı müqaviləsi üzrə ROBOT TOZSORAN XİAOMİ S20 WHİTE adlı mal tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcu 452,63 (dörd yüz əlli iki manat altmış üç qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcu 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcu 529,75 (beş yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş borcu 350,4 (üç yüz əlli manat qırx qəpik) manat təşkil edir. Cavabdehə ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə hər müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə müştəriyə güzəşt olaraq xx.xx.2025-ci il tarixli müqavilə üçün 45,26 (qırx beş manat iyirmi altı qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üçün 52,95 (əlli iki manat doxsan beş qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üçün 52,98 (əlli manat doxsan səkkiz qəpik) manat, xx.xx.2025-ci il tarixli müqavilə üçün 35,04 (otuz beş manat dörd qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********39048 SAMSUNG GALAXY A25 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə 23,60 (iyirmi üç manat altmış qəpik), İmei kod **********64986 XİAOMİ REDMİ NOTE 14 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə 23,60 (iyirmi üç manat altmış qəpik) olmaqla, X1 ümumilikdə 47,2 (qırx yeddi manat iyirmi qəpik) manat pul ödənilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40,96 (qırx manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malların qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malları alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malların dəyərini ödəmək üzrə vəzifəsini icra etməmişdir. İddia ərizəsinə əlavə olunmuş. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, tərəf olduğu müqavilə üzrə cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə 452,63 (dörd yüz əlli iki manat altmış üç qəpik) manat əsas borc, 45,26 (qırx beş manat iyirmi altı qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas borc, 52,95 (əlli iki manat doxsan beş qəpik) manat cərimə borcu , xx.xx.2025-ci tarixli müqavilə üzrə 529,75 (beş yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat əsas borc, 52,98 (əlli manat doxsan səkkiz qəpik) manat cərimə borcu , xx.xx.2025-ci tarixli müqavilə üzrə 350,4 (üç yüz əlli manat qırx qəpik) manat əsas borc, 35,04 (otuz beş manat dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2095,66 (iki min doxsan beş manat altmış altı qəpik) manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsasıdır. Belə ki, Mülki Məcəllənin 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 (iyirmi) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 (iyirmi) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 20 (iyirmi) manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 10 (on) manat məbləğində cərimənin müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 452,63 (dörd yüz əlli iki manat altmış üç qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ciil tarixli müqavilə üzrə 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 529,75 (beş yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 350,4 (üç yüz əlli manat qırx qəpik) manat əsas, 10 (on) manat cərimə borcu, X1 ödənilmiş 47,2 (qırx yeddi manat iyirmi qəpik) manat rüsum olmaqla, ümumilikdə 1979,44 (bir min doqquz yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 452,63 (dörd yüz əlli iki manat altmış üç qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ciil tarixli müqavilə üzrə 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 529,75 (beş yüz iyirmi doqquz manat yetmiş beş qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 350,4 (üç yüz əlli manat qırx qəpik) manat əsas, 10 (on) manat cərimə borcu, X1 ödənilmiş 47,2 (qırx yeddi manat iyirmi qəpik) manat rüsum olmaqla, ümumilikdə 1979,44 (bir min doqquz yüz yetmiş doqquz manat qırx dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat hissəsi pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova İş № 2(004)-7029/2025 (Məhkəmə iclasından kənar ayrıca hərəkət barədə) PROTOKOL Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 07 yanvar 2026-cı il Bakı şəhəri Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ərizəsinə kiçik iddialara dair ərizə üzrə işə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi sadələşdirilmiş icraat qaydasında saat 11:30-da baxılır. Sədrlik edən iş materiallarını nəzərdən keçirir və qətnaməni qəbul edir. Prosessual hərəkət 11:35-də qurtardı. Protokol 07 yanvar 2026-cı il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar