Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-7087/2025 13.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə, iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Cavabdeh rəsmi qeydiyyat ünvanı Biləsuvar rayonu, Nərimankənd ərazi dairəsi, Nərimankənd kəndi-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyatı üzrə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. xx.xx.2025 il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə qaytarılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 152.1.5, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya hüququ üzrə vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Sığorta Şirkəti ASC-yə ərazi aidiyyati üzrə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. xx.xx.2025 il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına (bank rekvizitləri: bankın adı: ABB-nin Premyer müştəri xidməti, bankın kodu: 805250, Bankın VÖEN-i: **********, müxbir hesab: AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Hesab nömrəsi: AZ23İBAZ********************, VÖEN: **********) qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-7087/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-7087/2025
13.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver