Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-726/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı İri Şəhərlərin X5 Xidməti” X6 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X6 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X10 xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1569,09 manat borcun (abonent kodu: **********220) və 35,70 manat dövlət rüsumunun tutularaq “İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı “İri Şəhərlərin X5 Xidməti” X6 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********220) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1569,09 (bir min beş yüz altmış doqquz manat doqquz qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddia ərizəsi qanunsuz və əsassızdır olmaqla bərabər hüquqdan sui-istifadə edilməklə irəli sürülmüşdür. Cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi onu borcun yığılması barədə heç vaxt məlumatlandırmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən xəbərdarlıq məktubuna nəzər yetirdikdə görünür ki, xəbərdarlıq məktubunun üzərində tarix qeyd olunmamış və ümumiyyətlə hansı tarixdə tərtib edilərək ona göndərildiyi, məktubun ona göndərilməsinə və tərəfindən qəbul edilməsinə dair poçt qəbzləri işin materiallarına əlavə edilməmişdir. O hər zaman öhdəliklərini icra edən vətəndaş olmuş və iddiaçının qeyd etdiyi məbləğdə heç vaxt borcu olmamışdır. Əsassız olaraq ondan guya 21 il üzrə yığılan borcu tələb edir. İddia tələbi bu hissədə tam qanunsuzdur. Belə ki, o hər zaman kommunal ödənişlərini etmiş və əgər iddiaçının qeyd etdiyi kimi borcu yığılsaydı iddiaçı tərəfindən mənzilə verilən su dayandırılardı. Göründüyü kimi, bu uzun illər ərzində iddiaçı tərəfindən heç bir məhdudiyyət qoyulmamış, xəbərdarlıq edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq sübut etmə yükü tərəfin üzərinə düşür. Lakin, o 20 ildən çox müddətin ödəniş qəbzlərini saxlaya bilməz. Bu ümumiyyətlə mümkün deyildir. Çünki heç vaxt borcunun yığılmaması səbəbilə hər ilin sonunda qəbzləri atmış və saxlamaq niyyəti olmamışdır. Göründüyü kimi, hazırkı mübahisə vaxtaşırı icra edilməli öhdəliklərə aid edildiyindən iddiaçı qeyd olunan borc tələbi ilə bağlı son 3 ili tələb edə bilər. İddiaçı isə qanunvericiliyin tələblərinə zidd olaraq hazırda guya 21 il ərzində yığılan borcu ondan tələb edir. Yuxarıda da qeyd etdiyi kimi, onun həmin məbləğdə borcu heç vaxt olmamış, borcum yığılmış olsa idi iddiaçı tərəfindən suyun verilməsinə məhdudiyyətlər qoyulardı. İddiaçı iddia tələbinin əsaslarını özü sübuta yetirməlidir. Lakin, iddiaçının özünün təqdim etdiyi “abonent kartf’na nəzər yetirdikdə istifadə olunan suyun məbləği ilə ödənişlərin cəmi bir neçə ayrı-ayrı vaxtlarda üst-üstə düşmür. Belə ki, abonent kartının ilk vərəqində 2003-cü il üzrə ümumi illik qalıq 25,20 manat göstərilsə də, abonent kartının 1-ci səhifəsinin yuxarı hissəsində “illər üzrə borc” hissəsində 2003-cü il üçün 25,15 manat deyə qeyd olunmuşdur. Daha sonra, 2011-ci ildə olunan ümumi 576,45 manat məbləğində ödəniş həmin cədvəldə qeyd olunsa da, ümumi məbləğdən silinməmişdir. Əlavə olaraq onun son illərdə ödədiyi ödənişlər də cədvəldə öz əksini tapmamışdır. Hesab edir ki, iddiaçı vətəndaşların maddi vəziyyətini nəzərə almadan hansı yolla olursa olsun onlardan pul tələb edərək əsassız varlanmağa çalışır. Göstərilənlərə əsasən iddiaçı “İri Şəhərlərin X5 Xidməti” X6 ona qarşı borcun tutulması tələbinə dair iddiasının tam qanunsuz və əsassız olması səbəbilə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətinin buraxılması səbəbilə iddianın rədd edilməsinə dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İri Şəhərlərin X5 Xidməti” X6 nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Kodu **********220 olan Cavabdeh adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə xx.xx.1999-cu il tarixli, 10859485 saylı xidməti müqavilə üzrə Cavabdeh 2014-cü il üzrə 212 manat, 2015-ci il üzrə 88,92 manat, 2016-cı il üzrə 36,94 manat, 2017-ci il üzrə 121,5 manat, 2018-ci il üzrə 121,5 manat, 2019-cu il üzrə 92,5 manat, 2020-ci il üzrə 83 manat, 2021-ci il üzrə 163,73 manat, 2022-ci il üzrə 191 manat, 2023-cü il üzrə 241 manat, 2024-cü il üzrə 217 manat, olmaqla 2014-2024-cü illər üzrə cəmi 1569,09 manat borcu yaranmışdır. xx.xx.2024-cü tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası-X7 vasitəsilə 35,70 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddia müddətinin tətbiq edilməsi xahiş olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Bundan əlavə Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, “İri Şəhərlərin X5 Xidməti” X10 tərəfindən Cavabdeh (abonent kodu: **********220 olan) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Kodu **********220 olan Cavabdeh adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə xx.xx.1999-cu il tarixli, 10859485 saylı xidməti müqavilə üzrə Cavabdeh 2014-cü il üzrə 212 manat, 2015-ci il üzrə 88,92 manat, 2016-cı il üzrə 36,94 manat, 2017-ci il üzrə 121,5 manat, 2018-ci il üzrə 121,5 manat, 2019-cu il üzrə 92,5 manat, 2020-ci il üzrə 83 manat, 2021-ci il üzrə 163,73 manat, 2022-ci il üzrə 191 manat, 2023-cü il üzrə 241 manat, 2024-cü il üzrə 217 manat, olmaqla 2014-2024-cü illər üzrə cəmi 1569,09 manat borcu yaranmışdır. “İri Şəhərlərin X5 Xidməti” X10 tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Bununla belə məhkəmə Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, cavabdeh X3 tutulmalı olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun məbləği Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tutulmalı olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun məbləği Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla müəyyən edilməli və iddia tələbi qismən təmin edilərək, Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməyə görə son üç il (2021-ci ilin noyabr ayından- 2024-cü ilin noyabr ayınadək (iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixdədək)) ərzində yaranmış, cəmi 689 (40+191+241+217=689) manat məbləğində borc pul tutularaq “İri Şəhərlərin X5 Xidməti” X8 ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş və iddia ərizəsi ilə tələb etdiyi 35,70 (otuz beş manat yetmiş qəpik) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********220 olan) su təchizatı və kanalizasiya xidmətlərinə üzrə yaranmış 689 (altı yüz səksən doqquz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35,70 (otuz beş manat yetmiş qəpik) manat pul tutularaq iddiaçı “İri Şəhərlərin X5 Xidməti” X8 ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-726/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-726/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver