Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7351/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti üçün, 946.98 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 94.70 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti üçün 548.64 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 54.86 cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 351.38 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 35.14 manat cərimə, ümumilikdə 2102.50 manat borc, 41.03 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti almış və nəticədə 2102.50 (iki min yüz iki manat, 50 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 946.98 (doqquz yüz qırx altı manat, 98 qəpik) manat (18 ay x 52.61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti üçün ümumilikdə, 1065.28 (min altmış beş manat, 28 qəpik) manat olmaqla ondan, 946.98 (doqquz yüz qırx altı manat, 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 94.70 (doxsan dörd manat, 70 qəpik) manat cərimə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 548.64 (beş yüz qırx səkkiz manat, 64 qəpik) manat (18 ay x 30.48 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti üçün ümumilikdə, 627.10 (altı üyz iyirmi yeddi manat, 10 qəpik) manat olmaqla ondan, 548.64 (beş yüz qırx səkkiz manat, 64 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 54.86 (əlli dörd manat, 86 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 423 (dörd yüz iyirmi üç manat) manat (12 ay x 35.25 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti üçün ümumilikdə, 410.12 (dörd yüz on manat, 12 qəpik) manat olmaqla ondan, 351.38 (üç yüz əlli bir manat, 38 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 35.14 (otuz beş manat, 14 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 71.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 422.98 manat olan İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətini alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 947.05 manat olan İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidmətini alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, satıcı dəyəri 548.55 manat olan İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən alqı-satqı müqaviləsi üzrə İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti tam qüsursuz halda alıcıya təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 351.38 manat ödənilməmiş hissə, 35.14 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti üçün 946.98 manat ödənilməmiş hissə, 94.70 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti üçün 548.64 manat ödənilməmiş hissə, 54.86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 2102.50 manat borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə "xxxx" MMC-yə olan borcunu 3 iş günü ərzində ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41.03 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********79621 POCO C65, VİNİL ŞƏFFAF, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 351.38 manat ödənilməmiş hissə, 35.14 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********73753 HONOR X9B, PAKET XL xidməti üçün 946.98 manat ödənilməmiş hissə, 94.70 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ Kod **********04534 OPPO A40M, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti üçün 548.64 manat ödənilməmiş hissə, 54.86 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi, 2102.50 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 35.14 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 94.70 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 54.86 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə ayrı-ayrılıqda 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunun cavabdehdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr üzrə öhdəliyini icra etmədiyindən iddiaçı tərəfindən həqiqətən 23.6 (iyirmi üç manat altmış qəpik) manat İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməklə müqavilə üzrə alınmış telefonun Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyətin qoyulmasını (İMEİ kodu deaktiv etmək) təmin etməklə əlavə xərc çəkməsi iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı bu hissədə iddiasını əsaslı edən sübutu, yəni İnnovativ Layihələr Mərkəzi Rüsumunu ödəməsini təsdiq edən qəbzi və ya digər sənədi iş materiallarına əlavə etməmişdir. Mülki Prosessual Məcllənin (bundan sonra - MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 41.03 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 351.38 (üç yüz əlli bir manat otuz səkkiz qəpik) manat, cərimə borcu üzrə 35.14 (otuz beş manat on dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 946.98 (doqquz yüz qırx altı manat doxsan səkkiz qəpik) manat, cərimə borcu üzrə 94.70 (doxsan dörd manat yetmiş qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 548.64 (beş yüz qırx səkkiz manat altmış dörd qəpik) manat, cərimə borcu üzrə 54.86 (əlli dörd manat səksən altı qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2031.7 (iki min otuz bir manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41.03 (qırx bir manat üç qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 351.38 (üç yüz əlli bir manat otuz səkkiz qəpik) manat, cərimə borcu üzrə 35.14 (otuz beş manat on dörd qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 946.98 (doqquz yüz qırx altı manat doxsan səkkiz qəpik) manat, cərimə borcu üzrə 94.70 (doxsan dörd manat yetmiş qəpik) manat; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 548.64 (beş yüz qırx səkkiz manat altmış dörd qəpik) manat, cərimə borcu üzrə 54.86 (əlli dörd manat səksən altı qəpik) manat olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 2031.7 (iki min otuz bir manat yetmiş qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41.03 (qırx bir manat üç qəpik) manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-7351/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7351/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver