Məhkəmə qərarları › İş №e-2(004)-7357/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-7357/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-7357/2025 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqavilə üzrə 5745 (beş min yeddi yüz qırx beş manat) manat ödənilməmiş hissə, 574,50 (beş yüz yetmiş dörd manat əlli qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqavilə üzrə 3297 (üç min iki yüz doxsan yeddi manat) manat ödənilməmiş hissə, 329,70 (üç yüz iyirmi doqquz manat yetmiş qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 9946,20 manat borc, 119.47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Samsung Tv (Qızıl Zəmanət Ultra1 illik Xidmət ilə), X1 13 almış və nəticədə 9946,20 (doqquz min doqquz yüz qırx altı manat iyirmi qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5745 (beş min yeddi yüz qırx beş) manat (6 ay x 957.5 manat + 0 manat ilkin ödəniş) olan Samsung Tv (Qızıl Zəmanət Ultra1 illik Xidmət ilə)üçün ümumilikdə, 6319,50 (altı min üç yüz on doqquz manat əlli qəpik) manat olmaqla ondan, 5745 (beş min yeddi yüz qırx beş manat) manat ödənilməmiş hissə, güzəşt olunaraq 574,50 (beş yüz yetmiş dörd manat əlli qəpik) manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3297 (üç min iki yüz doxsan yeddi manat) manat (12 ay x 274.75 manat + 0 manat ilkin ödəniş) olan X2 13 üçün ümumilikdə, 3626,70 (üç min altı yüz iyirmi altı manat yetmiş qəpik) manat olmaqla ondan, 3297 (üç min iki yüz doxsan yeddi manat) manat ödənilməmiş hissə, güzəşt olunaraq 329,70 (üç yüz iyirmi doqquz manat yetmiş qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" MMC məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 567349 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 3297 manat olan X1 13 adlı malı alıcıya verməyi, alıcı isə hər ay 274,75 manat olmaqla 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 567349 nömrəli alqı-satqı müqaviləsi üzrə X1 13 adlı mal tam qüsursuz halda alıcıya təhvil verilmişdir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 567349 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC ümumi dəyəri 5745 manat olan Samsung Tv, Qızıl Zəmanət Ultra1 il xidmətini alıcıya verməyi, alıcı isə hər ay 957,5 manat olmaqla 6 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 567349 nömrəli alqı-satqı müqaviləsi üzrə Samsung Tv (Qızıl Zəmanət Ultra1 illik Xidmət ilə) tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 3297 manat, dəbbə pulu 329,70 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 5745 manat, dəbbə pulu 574,50 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 119,47 (bir yüz on doqquz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli nisyə alğı-satqı müqavilələrinə əlavələrdən görünür ki, alınmış məhsulların dəyəri 9042 manatdır. Müqavilələr üzrə ödənilməmiş məbləğ 9946,20 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 4911,55-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın müqavilələr üzrə dəbbənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə üzrə hesablanmış 329,70 manat və 574,50 manat məbləğində dəbbələrin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılaraq, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 70 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 111,62 (bir yüz on bir manat altmış iki qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3297 (üç min iki yüz doxsan yeddi) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5745 (beş min yeddi yüz qırx beş) əsas borc, 70 (yetmiş) manat dəbbə pulu olmaqla, ümumilikdə iki müqavilə üzrə 9162 (doqquz min yez altmış iki) pul və ödənilmiş dövlət rüsumunun 111,62 (bir yüz on bir manat altmış iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 3297 (üç min iki yüz doxsan yeddi) manat əsas borc, 50 (əlli) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 5745 (beş min yeddi yüz qırx beş) əsas borc, 70 (yetmiş) manat dəbbə pulu olmaqla, ümumilikdə iki müqavilə üzrə 9162 (doqquz min yez altmış iki) pul və ödənilmiş dövlət rüsumunun 111,62 (bir yüz on bir manat altmış iki qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar