Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-741/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı yazılmış 982,5 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdeh ASC tərəfindən həmin mənzilə əsassız olaraq 982,5 manat məbləğində borc yazılmışdır. Cavabdehlə aralarında sudan istifadə haqqında müqavilə yoxdur. Həmin mənzildə yalnız bir nəfər yaşamışdır. Buna baxmayaraq beş nəfərə görə borc hesablanmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, abonent kartında sayğac S.Bayramovun adınadır. Sayğac 2021-ci ildə qoşulmuşdur. Sudan istifadə qaydalarına əsasən sayğac quraşdırılmamışdırsa sudan istifadə haqqı evdə qeydiyyatda olan şəxs sayına əsasən hesablanır. İddiaçı özü Sukanal idarəsinə yaxınlaşaraq müqavilə bağlanması barədə müraciət etməli, həmin ünvanda yaşaması ilə bağlı arayış təqdim etməli idi. İddiaçı ilə cavabdeh arasında sudan istifadə barədə müqavilənin olması barədə məlumatı yoxdur. Suala cavab olaraq bildirir ki, hazırda iddiaçıya hesablanmış borc 2014-cü ildən başlayaraq hesablanmışdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və bu barədə 29.10.2013-cü il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 10.12.2021-ci il tarixli arayışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh ASC-nin abonent kodu **********070 olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzildə 10828018 nömrəli, 01.01.2006-cı il tarixli müqavilə üzrə sudan istifadə haqqında 12.01.2022-ci il tarixli abonent kartından müəyyən olunur ki, “CSS-20” markalı, 21183230 nömrəli sayğac 02.12.2021-ci il tarixdə quraşdırılmış, abonent sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 2014-2021-ci illər üzrə borca 214 manat ödəniş etmiş, 2022-ci il üzrə isə yaranmış 38 manat borca 20 manat ödəniş etmiş, 20 manat borc, ümumilikdə 945,5 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş 27.01.2022-ci il tarixli maliyyə arayışına əsasən bir nəfər üçün sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı 2014-cü il üzrə (0.30 manat su təchizatı, tullantı suların axıdılması 0.06 manat olmaqla) 0.06+0.30=0.36 *5=1.80 *1 (ailə tərkibinin sayı) =1.8 manat 1 ay üçün, 2014-cü il üzrə 1.8*12=21.6 manat, 2015-ci il üzrə 21.6 manat, 2016-ci il üzrə (16.05.2016-cı ildən tariflər qalxdığından 4 ay üçün (yanvar-aprel) köhnə tariflə hesablanmışdır) (su təchizatı 0.30 manat, tullantı suların axıdılması 0.06 manat olmaqla) 1.8*4 ay=7.2 manat, (may ayından yeni tariflə hesablanmışdır) 0.35 + 0.15 =0.5*5=2.5*1 (ailə tərkibinin sayı) =2.5 may ayı üzrə 5*7 aya = 35, 2.5+7.2+35=44.7 manat, 2017-ci il üzrə 2.5*12=30 manat, 2018-ci il üzrə 30 manat, 2019-cu il üzrə 30 manat, 2020-ci il üzrə 30 manat, 2021-ci il üzrə 60 manat illik olmaqla 2014-2021-ci illər üzrə cəmi 267,9 manat borc müəyyən olunmuşdur. İşin müəyyən edilmiş halları odur ki, mübahisə premeti olan mənzil 2013-cü ildən iddiaçının mülkiyyətindədir və həmin mənzildə yalnız bir nəfər qeydiyyatdadır. Cavabdeh tərəfindən sözügedən mənzilə 945,5 manat borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən 982,5 manat məbləğində yazılmış borcun silinməsini xahiş edir. Cavabdeh isə borcun düzgün hesablandığını və həmin ünvan üzrə sudan istifadə haqqında müqavəlinin iddiaçının deyil, S.Bəhrəmovun adına olduğununu və 5 nəfərə görə borcun düzgün hesablandığını əsas gətirərək iddianın əsassız olduğunu bildirir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı ona hesablanan borcun 982,5 manat olduğunu qeyd edir. Lakin iş materiallarında olan abonent kartından müəyyən olunur ki, iddiaçıya 945,5 manat borc hesablanmışdır. Bundan əlavə, iş materiallarında olan abonent kartına əsasən sudan istifadə haqqında müqavilə 2006-cı ilə S.Bəhrəmovla bağlansa da, həmin mənzil 2013-cü ildən etibarən iddiaçının mülkiyyətindədir və hazırki borc 2014-cü ildən 5 nəfərə hesablanan borcdur. 2022-ci ildə hesablanmış borc isə sayğac göstəricisinə görə hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Çünki, cavabdeh tərəfindən 2014- 2021-ci illər üzrə hesablanan borc 5 nəfərin sayına görə hesablansa da iş materialları ilə təsdiq olunur ki, sözügedən mənzildə yalnız bir nəfər qeydiyyatda olmuşdur. Bir nəfərə görə isə 2014-2021-ci illər üzrə borc cəmi 267.9 manat təşkil edir. Həmin illər üzrə isə iddiaçı tərəfindən 214 manat ödəniş olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə 2014-2021-ci illər üzrə borcu cəmi 53.9 manat təşkil edir. Lakin abonent kartından müəyyən olunur ki, 2022-ci il üzrə hesablanan 38 manat borc məhz sayğac göstəricisinə görə hesablanmış və iddiaçı tərəfində 20 manat ödəniş olunmuşdur. Belə olan halda , müəyyən olunur ki, iddiaçının 2022-ci il üzrə borcu 18 manat təşkil edir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçının cavabdehə borcu cəmi 71.9 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq borc kimi yazılmış (945,5-71.9=873,6) 873,6 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, nə qədər ki, 873,6 manat məbləğində borc əssassız olaraq 5 nəfərin sayına görə müəyyən edilib, lakin həmin məbləğdə su təchizatı cavabdeh tərəfindən iddiaçının evinə verilməyib, həmin borcun artıq hesablanması Cavabdeh ASCnin əsassız varlanmasına səbəb olur. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Ona görə də, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hesablanma qaydası nəzərə alınmaqla, faktiki olaraq həmin mənzildə yaşamayanlara görə hesablanmış 873,6 manat məbləğində borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə Sudan istifadə Qaydalarının 7.4-ci bəndinə uyğun olaraq əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin ediməli, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 945,5 manat borcdan 873,6 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıların müdafiəsi haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 1, 7 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar hesablanmış 945,5 manat borcdan 873,6 manat məbləğində pul silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-741/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-741/2022
27.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver