Məhkəmə qərarları › İş №e-2(004)-778/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-778/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-778/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 648 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə 416 manat əsas borcu mövcuddur. Göstərilənlərə əsasən, 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqaviləyə əsasən 416 (dörd yüz on altı) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqavilədən görünür ki, iddiaçı 648 manat dəyərindəki məişət avadanlığını Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində ilkin ödəniş etmədən 12 ay müddətinə, hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqaviləyə əsasən 416 (dörd yüz on altı) manat borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddəsi çıxış edir. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 600.4-cü (əsas borca münasibətdə) maddəsinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə İddiaçınə izah edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı münasibətlər borc münasibətləri (MM 739-cu maddə) deyil, nisyə alqı-satqı (MM 600.4-cü maddə) münasibətləridir. “Məhkəmə hüququ bilir” prinsipi nəzərə alınmaqla mübahisənin qanuni əsası məhz məhkəmənin özü tərəfindən müəyyən edilir, lakin, hüquqi şəxs olan İddiaçı ayrı-ayrı şəxslərlə daxil olduğu hüquq münasibətlərinin mahiyyətini bilməsi və bu istiqamətdə düzgün əsaslarla müqavilənin hazırlanması, bağlanması, digər hüquqi əməliyyatların, sənədləşdirmələrin (malın təhvil-təslim aktı və s.) aparılması zəruri hesab edilir. Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 may 2022-ci il tarixli YYK6188975nömrəli müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 648 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə 416 (dörd yüz on altı) manat əsas borcu mövcuddur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv sübutetmə funksiyası təşkil edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqaviləyə əsasən 416 (dörd yüz on altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 02 may 2022-ci il tarixli YYK6188975 nömrəli müqaviləyə əsasən 416 (dörd yüz on altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar