Məhkəmə qərarları › İş №e-2(004)-784/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-784/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-784/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 3914,44 (üç min doqquz yüz on dörd manat qırx dörd qəpik) manat pul və 70 (yetmiş) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il saat 12:30 radələrində Bakı şəhəri, K.Kazımzadə küçəsi ərazisində Cavabdeh idarə etdiyi “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfimizdən CSP100145453 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalanmış “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota RAV 4” markalı, **-DY- *** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 6168 (altı min bir yüz altmış səkkiz) manat təşkil edir. Həmin məbləğin 2253.56 (iki min iki yüz əlli üç manat, 56 qəpik) manatı “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən CSP100145453 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalı olduğundan xx.xx.2021-ci il tarixində zərər vuran nəqliyyat vasitəsinin icbari sığortasını sığorta edən "xxxx" ASC tərəfindən iddiaçı ASC-yə ödənilmişdir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən dəymiş zərərdən "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi çıxılaraq 3914.44 (üç min doqquz yüz on dörd manat qırx dörd qəpik) manat məbləğində sığorta ödənişi zərəçəkənə ödənilmişdir. Cavabdehə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində bildiriş göndərilərək ödənilmiş sığorta ödənişinin təşkilatımıza ödənilməsi xahiş olunmuş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan CSP96355 nömrəli tarixli sığorta aktına əsasən müəyyən olunur ki, “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və hesablanmış sığorta ödənişi 6168 manat təşkil edir. İş materiallarında olan Hesab-faktura aktına əsasən müəyyən olunur ki, “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 6168 manat təşkil edir. İş materiallarında olan 8174 nömrəli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə X1 6168 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş inzibati tənbeh haqqında qərarın preyudisiallığı əsas götürülməklə tələb Cavabdeh dair hissədə hər 3 dispozitiv şərt yerinə yetirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddia tələbi üzrə tələb edilən vəsaitin ümumi həcmi mülki işin mübahisəsiz halıdır. Mübahisəli hal məsuliyyətin təqsirkarlar (cavabdeh və digər sürücü) arasında bölünməsidir. Belə ki, xx.xx.2021-ci il saat 12:30 radələrində Bakı şəhəri, K.Kazımzadə küçəsi ərazisində Cavabdeh idarə etdiyi “Toyota Fortuner” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfimizdən CSP100145453 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalanmış “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Cinayət işinin rədd edilməsi haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota RAV 4” markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 6168 (altı min bir yüz altmış səkkiz) manat təşkil edir. Həmin məbləğin 2253.56 (iki min iki yüz əlli üç manat, 56 qəpik) manatı “Toyota RAV 4” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən CSP100145453 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin kasko sığortası növü üzrə sığortalı olduğundan xx.xx.2021-ci il tarixində zərər vuran nəqliyyat vasitəsinin icbari sığortasını sığorta edən "xxxx" ASC tərəfindən iddiaçı ASC-yə ödənilmişdir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən dəymiş zərərdən "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi çıxılaraq 3914.44 (üç min doqquz yüz on dörd manat qırx dörd qəpik) manat məbləğində sığorta ödənişi zərəçəkənə ödənilmişdir. Cavabdehə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində bildiriş göndərilərək ödənilmiş sığorta ödənişinin təşkilatımıza ödənilməsi xahiş olunmuş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Cavabdeh tərəf arqument olaraq bildirir ki, baş vermiş hadisədə təkcə o deyil, həmçinin digər avtomobilin sürücüsü X3 da inzibati məsuliyyətə cəlb edilməklə təqsirli bilinmişdir (bu barədə RPİ-nin müvafiq qərarı əlavə olunmuşdur). Odur ki, hazırki iddia tələbi üzrə məbləğ təkcə cavabdehdən deyil, X2 da tələb edilməlidir. Həmin arqumentə münasibətdə məhkəmə bildirir ki, reqress hüququ sahibi olan sığorta şirkəti iddiaçı kimi hüququndan yalnız Cavabdeh qarşı istifadə etmişdir. Cavabdeh hazırki öhdəlik məbləği üzrə baş vermiş hadisə üzrə təqsirli olan digər şəxs(lər)ə qarşı zərərin müvafiq hissəsini tələb etməklə bağlı tələb irəli sürə bilər. Həmin iddia tələbinin əsaslılığına məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Həmçinin, hazırki iş üzrə məsuliyyətin bölünməsi nöqteyi-nəzərdən öhdəliyin təqsirkarlar arasında təqsirlərinə münasibətdə proporsional olaraq ədalətli qaydada bölünməsi mümkün deyildir. Məhkəmə tələb iddia həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu qaydada Cavabdeh İ oğlundan tutularaq iddiaçıya ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3914,44 (üç min doqquz yüz on dörd manat qırx dörd qəpik) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası təmin edilsin. Cavabdeh 3914,44 (üç min doqquz yüz on dörd manat qırx dörd qəpik) manat pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar