Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-786/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Quba "ASAN” Xidmət Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Quba "ASAN” Xidmət Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə 20.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Quba “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin 25.08.2021-ci il tarixli, 4Ə-2215, 4Ə-2214 və 4Ə-2213 reyestr nömrəli bağışlanma müqavilələrin etibarsız hesab edilməsi və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yenidən Cavabdeh2 adına qeydiyyata alınaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülüyünün bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 14.02.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 05.08.2013-cü il tarixli kredit müqaviləsi bağlanaraq 100000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi Cavabdeh2 məxsus Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən fərdi yaşayış evi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Yasamal rayon məhkəməsinin 08.09.2015-ci il tarixli, 2(004) 1874/2015 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2, X6 və X4 müştərək qaydada cəmi 136663,58 manat pulun iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Bundan sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsinin 22.05.2017-ci il tarixli, 2(103)-5089/2017 saylı qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra “X9” MMC- nin Hərracın yekunları barədə 12.03.2018-ci il tarixli, 84 nömrəli, 12.03.2018-ci il tarixli, 85 nömrəli və 12.03.2018-ci il tarixli, 86 nömrəli protokollarına əsasən Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba rayonunun 2-ci Nügədi kənd sakini X1. Lakin Cavabdeh2 “X9” MMC tərəfindən 12.03.2018-ci il tarxli 84, 85 və 86 nömrəli hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilələrinin ləğv edilməsi barədə iddia tələbi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş, Nərimanov rayon məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(005)-27/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya məhkəməsi iddiaçının şikayətini təmin edərək “X9” MMC-nin 12.03.2018-ci il tarxli 84, 85 və 86 nömrəli protokollarını etibarsız hesab etmiş və torpaq sahələrinin çıxarışları əvvəlki sahibi Cavabdeh2 adına keçirilməsini qət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi nəzərə almamışdır ki, torpaq sahələri Quba rayonunun 2-ci Nügədi kənd sakini X2 sonra Bank tərəfindən DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə ipoteka yüklülüyünün ləğv edilməsi barədə məktublar verilmişdir ki, yeni mülkiyyəti öz hüquqlarını dövlət qeydiyyatına aldıra bilsin. Bu səbəbdən çıxarışlar yenidən Cavabdeh2 adına keçirildikdən sonra ipoteka yüklülüyü dövlət qeydiyyatına alınmamışdır. Bu üzdən Cavabdeh2 həmin torpaq sahələrini ipoteka predmeti olduğunu və məhkəmə qətnaməsi üzrə tələblərin həmin torpaqlara yönəldildiyini bildiyi halda Quba “ASAN xidmət” Mərkəzinin Notariat ofisində 25.08.2021-ci il tarixli, 4Ə-2215, 4Ə-2214 və 402213 reyestr nömrəli bağışlanma müqavilələrinə əsasən Cavabdeh3 adına keçirmişdir. Bununla da Cavabdeh2 qanunsuz olaraq açıq hərracdan yenidən satılmalı olan əmlakları özgəninkiləşdirmişdir. İpoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir. Lakin hal-hazırda DƏDRX-də ipoteka yüklülüyü ləğv edildiyindən ehtimal var ki, mübahisəli torpaq sahələrinin yeni mülkiyyətiçisi olan Cavabdeh3 da həmin torpaqları özgəninkiləşdirə bilər. Odur ki, Cavabdeh3 mübahisəli torpaqların bağışlanması barədə müqavilələr etibarsız hesab edilməli və yenidən Cavabdeh2 adına keçirilərək ipoteka yüklülüyü DƏDRX-də bərpa edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, iddiaçının nümayəndəsi düzgün danışmır. İddiaçı ASC Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Quba rayonu 2-ci Nügədi kənd ərazisində yerləşən rüşvətxor məmurlarla iş birliyinə girərək Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə zidd hərəkətlər edərək onun mülkiyyət hüququnu pozmuşdur. İş Azərbaycan Respublikası Ali Məhkəməsində olarkən, yekun məhkəmə qərarını gözləmədən ipoteka predmeti olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 5 otaqlı fərdi yaşayış evindən başqa qeyd olunan digər əmlakları hərrac vasitəsi ilə onu xəbərdar etmədən öz mənafelərinə görə adamlarına satmışlar. O, İddiaçı ASC-yə və “X9” MMC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər gedərək qeyd olunan torpaq sahələrini öz mülkiyyətinə geri qaytarmışdır. Artıq onlar İddiaçıASC-nin girovu sayılmadığına görə həmin əmlakları özgəninkiləşdirmişdir. Bu faktlardan göründüyü kimi, iddiaçının tələb etdiyi əmlaklar onun girovundan öz istəyi ilə azad olunmuşdur və o da qanuni şəkildə həmin əmlakları özgəninkiləşdirmişdir. İddianın rədd olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Quba "ASAN” Xidmət Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrin səbəbi barəsində məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1874/2015 saylı, 08.09.2015-ci il tarixli qətnaməsinin surətinə əsasən iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, X7 və X5 cəmi 136663,58 manat borc və bildirişin qeydə alınması üçün ödənilmiş 124 manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmuş, tutmanın ipoteka predmeti olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 m2 yaşayış və 149,7 m2 yardımçı sahədən ibarət olan fərdi yaşayış evi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-146/2020 saylı, 21.07.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1874/2015 saylı, 08.09.2015-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168 m2 yaşayış və 149,7 m2 yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 110000 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 16530 manat, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 18270 manat və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 4930 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra həmin qətnamədən tərəflər ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Melki Kollegiyasının 31.05.2021-ci il tarixli, 2(102)-2499/2021 saylı qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 146/2020 saylı, 21.07.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “X9” MMC-nin 12.03.2018-ci il tarixli, 84 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1874/2015 saylı, 08.09.2015-ci il tarixli icra sənədinə əsasən açıq hərracdan 9150 manata X1. İş materiallarında olan “X9” MMC-nin 12.03.2018-ci il tarixli, 85 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən Cavabdeh2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1874/2015 saylı, 08.09.2015-ci il tarixli icra sənədinə əsasən açıq hərracdan 10100 manata X1. İş materiallarında olan “X9” MMC-nin 12.03.2018-ci il tarixli, 86 nömrəli hərracın yekunları barədə protokolunun surətinə əsasən Cavabdeh2 məxsus Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1874/2015 saylı, 08.09.2015-ci il tarixli icra sənədinə əsasən açıq hərracdan 3000 manata X1. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-27/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 X11 imüstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “X9” MMC və İddiaçı ASC-yə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və göstərilən protokollar üzrə əmlakların alğı-satqısı barədə müqavilələrin ləğv edilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4809/2020 saylı, 24.08.2020-ci il tarixli qətnaməsinin surətinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(005)-27/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək “X9” MMC-nin 12.03.2018-ci il tarixli, 84, 85 və 86 nömrəli protokolları etibarsız hesab edilərək Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X8 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınması barədə RX seriyalı, ******* nömrəli çıxarışlar ləğv edilmiş və həmin torpaq sahələrinə Cavabdeh2 mülkiyyət hüquqları bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların təsdiq edilmiş surətinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 23.08.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh2 ilə hədiyyə alan qismində Cavabdeh3 arasında bağlanmış 25.08.2021-ci il tarixli, 4Ə-2213 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 mülkiyyət hüququ üzrə ona məxsus olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh2 ilə hədiyyə alan qismində Cavabdeh3 arasında bağlanmış 25.08.2021-ci il tarixli, 4Ə-2214 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 mülkiyyət hüququ üzrə ona məxsus olan Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh2 ilə hədiyyə alan qismində Cavabdeh3 arasında bağlanmış 25.08.2021-ci il tarixli, 4Ə-2215 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətinə əsasən Cavabdeh2 mülkiyyət hüququ üzrə ona məxsus olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hazırki iş üzrə cavabdehin iddiaçıya - banka olan kredit borcu məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 və digər cavabdehlərdən müştərək qaydada tutulmuş və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi üzrə icra sənədinə əsasən əmlaklar 12.03.2018-ci il tarixdə açıq həracdan X3 və dövlət reyestrində onun adına rəsmiləşdirilmişdir. Bundan sonra Cavabdeh2 2020-ci ildə həmin açıq hərracın yekunları barədə protokolların etibarsız hesab edilərək çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə Nərimanov rayon Məhkəməsində iddia qaldırmış, iddia tələbi rədd edilmişdir. Lakin həmin qətnamədən verilmiş apelyasiya şikayəti təmin edilərək 12.03.2018-ci il tarixli açıq hərracın protokolları etibarsız hesab edilmiş və çıxarışların əmlakın əvvəlki mülkiyyətçisi olan Cavabdeh2 adına qeydiyyata alınması qət edilmişdir. Bundan sonra həmin əmlaklar 23.08.2021-ci ildə Cavabdeh2 adına qeydiyyata alınmış və o, 25.08.2021-ci ildə həmin əmlakları öz övladı Cavabdeh3 bağışlayaraq özgəninkiləşdirmişdir. Hazırda iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakları Cavabdeh2 Cavabdeh3 bağışlaması barədə müqavilələrin etibrasız hesab edilərək əmlakların yenidən Cavabdeh2 adına keçirilərək iddiaçının xeyrinə ipoteka ilə yüklülüyünün bərpa edilməsini tələb edir. Cavabdeh həmin əmlakları yenidən öz adına rəsmiləşdirdikdən sonra artıq bankın xeyrinə ipoteka ilə yüklü sayılmadığına görə özgəninkiləşdirdiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh məhkəmə qətnaməsinə əsasən ondan və digər cavabdehlərdən bankın xeyrinə pul tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldildiyini, həmin əmlakların ipoteka yüklülüyünü bilirdi. Buna baxmayaraq o, həmin əmlakları ipoteka saxlayanın razılığı olmadan öz övladına bağışlamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Həmin Qanunun 31.1-ci mddəsinə əsasən, ipoteka predmetinə Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını və ya ipoteka ilə təmin olunmuş əsas öhdəliyin vaxtından əvvəl icrasını, həmin öhdəlik icra olunmadıqda ipoteka predmetinə tutmanın yönəldilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Quba “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin 25.08.2021-ci il tarixli, 4Ə-2215, 4Ə-2214 və 4Ə-2213 reyestr nömrəli bağışlanma müqavilələri etibarsız hesab edilməli, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yenidən Cavabdeh2 adına qeydiyyata alınaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü bərpa edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba “ASAN xidmət” Mərkəzinin Notariat ofisinin 25.08.2021-ci il tarixli, 4Ə-2215, 4Ə-2214 və 4Ə-2213 reyestr nömrəli bağışlanma müqavilələri etibarsız hesab edilsin, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yenidən Cavabdeh2 adına qeydiyyata alınaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklülüyü bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-786/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-786/2022
03.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver