Məhkəmə qərarları › İş №e-2(004)-829/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-829/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-829/2025 08.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pulun tutulması) Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli, 09544061 nömrəli müqaviləyə əsasən, satıcı “X3 12” markalı, **********11405 İmei kodlu müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

3. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 532,05 manat, qaytarılma müddəti 15 ay, aylıq ödəniş 35,47 manat müəyyənləşdirilmişdir.

4. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

5. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli, 02984273 nömrəli müqaviləyə əsasən, satıcı “X3 12” markalı, **********31609 İmei kodlu müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

7. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 572,04 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 31,78 manat müəyyənləşdirilmişdir.

8. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

9. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli, 02984285 nömrəli müqaviləyə əsasən, satıcı “Tecno Camon 20 Pro” markalı **********12662 İmei kodlu müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

10. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

11. Müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, əşyanın qiyməti 689,04 manat, qaytarılma müddəti 18 ay, aylıq ödəniş 38,28 manat müəyyənləşdirilmişdir.

12. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

13. "xxxx" MMC ilə Cavabdeh arasındakı xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən, satıcı “X1 Style 2 cocount” müqavilənin predmeti olan əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

14. Müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

15. Müqaviləyə əlavə olan ödəniş cədvəlingən görünür ki, əşyanın qiyməti 107,01 manat, qaytaılma müddəti 9 ay, aylıq ödəniş 11,89 manat müəyyənləşdirilmişdir.

16. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən əşya alıcı tərəfindən təhvil alnmışdır.

17. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2023-cü il tarixli, müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 532,05 manat, ilkin ödəniş olmamaqla aylıq 35,47 manat ödəmək şərti ilə 15 aylıq ödəniş müddəti, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 572,04 manat, ilkin ödəniş olmamaqla aylıq 31,78 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müdəti, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 689,04 manat, ilkin ödəniş olmamaqla aylıq 38,28 manat ödəmək şərti ilə 18 aylıq ödəniş müddəti və xx.xx.2023-cü il tarixli müqavilə üzrə əşyanın alqı-satqı qiyməti 107,01 manat, ilkin ödəniş olmamaqla aylıq 11,89 manat ödəmək şərti ilə 9 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir. Hazırda dörd müqavilə üzrə əsas borca ödənilməmiş məbləğ 1276,28 manat, cərimə 129,72 manat məbləğdədir.

18. xx.xx.2024-cü il tarixli xəbərdarlıqla müqavilələrə əlavədə qeyd olunmuş məbləğin tam şəkildə ödənilməsi təklif olunmuşdur.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

19. İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydadasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********11405 olan “X3 12” markalı telefon üçün 496,05 manat ödənilməmiş hissə, 49,95 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********31609 olan “X3 12” markalı telefon üçün 476,04 manat ödənilməmiş hissə, 47,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********12662 olan “Tecno Camon 20 Pro” markalı telefon üçün 221,18 manat ödənilməmiş hissə, 22,82 manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, “X2 2” qulaqlıq üçün 83,01 manat ödənilməmiş hissə, 8,99 manat cərimə olmaqla, ümumilikdə 1406 manat borc, 34,06 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********11405 “X3 12” markalı telefon, İmei kodu **********31609 “Xiaomi Redmi” Note 12 markalı telefon, İmei kod **********12662 “Tecno Camon 20 Pro” markalı telefon, “X2 2” qulaqlıq almış və nəticədə 1406 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 532,05 manat olan İmei kod **********11405 “X3 12” markalı telefon üçün ümumilikdə, 546 manat olmaqla ondan, 496,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49,95 manat cərimə, xx.xx.2023-cü il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 572,04 manat olan İmei kod **********31609 “X3 12” markalı telefon üçün ümumilikdə, 524 manat olmaqla ondan, 476,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 689,04 manat olan İmei kod **********12662 “Tecno Camon 20 Pro” markalı telefon üçün ümumilikdə, 244 manat olmaqla ondan, 221,18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,82 manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 107,01 manat olan “X2 2” qulaqlıq üçün ümumilikdə, 92 manat olmaqla ondan, 83,01 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,99 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 623,86 manat təşkil edir.

b) iddiaya etiraz

21. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi bildiriş göndərilmiş, iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmə baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

25. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

26. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

27. Belə ki, borcun əsası olan alqı-satqı müqavilələri, müqaviləyə əlavə olan ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktları və maliyyə arayışlarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh müvafiq olaraq “X3 12” markalı telefon, “X4 12” markalı telefon, “Tecno Camon 20 Pro” markalı telefon və “X2 2” qulaqlıq almış, əşyalar alıcıya təhvil verilmişdir.

28. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 1276,28 manat əsas borcu yaranmışdır, hansı ki, bu məbləğ cavabdehdən tutulmalıdır.

29. Həmçinin, iddiaçı tərəfindən dörd müqavilə üzrə müvafiq olaraq 49,95 manat, 47,96 manat, 22,82 manat və 8,99 manat da cərimə borcları hesablanmışdır.

30. Məhkəmə cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia tələbi əsaslıdır.

31. Belə ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur.

32. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.

33. Qeyd olunanlara əsasən, nəzərə alınmalıdır ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 49,95 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 47,96 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 22,82 manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 8,99 manat dəbbə pulunu ədalətli və məqsədə müvafiq sayır.

34. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 34,06 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

36. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Göstərilənləri və MPM-in 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə 496,05 manat ödənilməmiş hissə, 49,95 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 476,04 manat ödənilməmiş hissə və 47,96 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 221,18 manat ödənilməmiş hissə, 22,82 manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 83,01 manat ödənilməmiş hissə, 8,99 manat cərimə olmaqla, ümumilikdə 1406 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,06 manat olmaqla, cəmi 1440,06 manat pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar