Məhkəmə qərarları › İş №e-2(004)-837/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-837/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-837/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzil üçün artıq alınan11070 (on bir min yetmiş) manat məbləğində pulun və ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasın xx.xx.2017-ci il tarixdə 0776 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, K03ünvanında yerləşən 2 otaqlı, tam yəni ümumi sahəsi 79.60 kvadratmetr olan 65272,00 (altmış beş min iki yüz yetmiş iki) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000,00 (otuz min) manatını ilkin ödəniş kimi həyata keçirməli, qalan 35 272,00(otuz beş min iki yüz yetmiş iki)manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 (səkkiz yüz iyirmi) təşkil edir. İddiaçı tərəfindən qalan məbləğ 36 ay ərzində tam olaraq ödənilmiş və ona cavabdeh tərəfindən borcun olmamasına dair maliyyə arayışı təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış Müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil təhvil verməmiş, mənzilin isə ümumi sahəsi 66.10 kv.metr təşkil edir. Halbuki, həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 79.60 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili təhvil vermişdir. Bundan əlavə müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 41.57 kvadratmetr olduğu göstərildiyi halda AR ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 36.1 kvadratmetr olduğu müəyyən edilmişdir. Yəni, cavabdeh müqavilə üzrə öhdəliklərinə tam əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuş, bununla da ona əhməmiyyətli dərəcədə maddi ziyan vurmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 56A, M14, m3 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 79.60 kvadratmetr kimi göstərilmiş mənzil üçün artıq ödənilən 13.50 kv.m sahənin dəyəri 11070 (13.5X820=11070) manat pulun və ödənilmiş 124 (yüz iyirmi dörd) manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 məhkəməyə ərizə verərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MTK ilə İddiaçı bağlanmış xx.xx.2017-ci il tarixli, 0776 nömrəli alqı-satqı müqaviləsinə əsasən MTK (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, K03ünvanında yerləşən 2 otaqlı, tam yəni ümumi sahəsi 79.60 kvadratmetr olan 65272,00 (altmış beş min iki yüz yetmiş iki) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000,00 (otuz min) manatını ilkin ödəniş kimi həyata keçirməyi, qalan 35 272,00(otuz beş min iki yüz yetmiş iki)manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 (səkkiz yüz iyirmi) manat təşkil edir. Cavabdeh MTK tərəfindən verilmiş 1038 saylı, 07 oktyabr 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, 03 ünvanında yerləşən 2 otaqlı, tam yəni ümumi sahəsi 79.60 kvadratmetr olan mənzilə görə borcu yoxdur. AR ƏMDKY DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 56 A, M14 , m.3 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/1329 saylı ekspert rəyinin məzmunundan, görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasını ümumi sahəsinin 66,1 kv.m təşkil etdiyi müəyyən edilmiş. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı, şaxtalar nəzərə alınmadan 68,2 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin ümumi sahəsinin bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınmaqla 79,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə 0776 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14cü mərtəbəsində yerləşən 3 saylı mənzilin tam sahəsi müqaviləyə əsasən 79,6 kv.m. həmin mənzilin faktiki sahəsinin 68,2 kv.m təşkil etdiyini nəzərə alarq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahə arasında 11,4 kv.m fərq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 0776 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kooperativ (satıcı) inşa etdiyi ona məxsus olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, K blokunun, mərtəbə 14, 03 ünvanında yerləşən 2 otaqlı, tam yəni ümumi sahəsi 79.60 kvadratmetr olan 65272,00 (altmış beş min iki yüz yetmiş iki) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 30000,00 (otuz min) manatını ilkin ödəniş kimi həyata keçirməyi, qalan 35 272,00 (otuz beş min iki yüz yetmiş iki) manat məbləğində pulu müqavilənin imzalandığı gündən 36 ay ərzində müqaviləyə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 820 (səkkiz yüz iyirmi) manat təşkil edir. İddiaçı mənzilin pay dəyərini tam ödəməklə, müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Buna baxmayaraq, iddiaçı mənzilə çıxarış alarkən, mənzilin ümumi sahəsinin 79,60 kv.m əvəzində 66,10 kv.m olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə şərtlərini pozaraq, müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili iddiaçıya ona təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 56 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 saylı mənzilin müqaviləyə əsasən tam sahəsinin 79,6 kv.m, həmin mənzilin faktiki sahəsinin 68,2 kv.m təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulmuş sahə arasında 11,4 kv.m fərq olduğu müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh MTK-dan 9348 (doqquz min üç yüz qırx səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 114,48 (yüz on üç manat qırx səkkiz qəpik) manat tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Habelə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan 9348 (doqquz min üç yüz qırx səkkiz) manat manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 114,48 (yüz on üç manat qırx səkkiz qəpik) manat tutularaq, İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh MTK-dan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar