Məhkəmə qərarları › İş №e-2(004)-873/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-873/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-873/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, SAMSUNG WATCH3 41MM saat üçün 153,33 manat ödənilməmiş hissə, 15,67 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, EPSON printer üçün 291,55 manat ödənilməmiş hissə, 29,45 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54716 SAMSUNG GALAXY TAB A8 LTE markalı planşet, SAMSUNG TAB A8 BOOK COVER, XİAOMİ SMART BAND 6 saat, PANASONİC ev telefonu üçün 251,14 manat ödənilməmiş hissə, 25,86 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********88829 SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ, AKAMİ JAM CASE SAMSUNG S22 ULTRA üçün 1847,2 manat ödənilməmiş hissə, 184,8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, MİKRODALĞALİ SOBA PANASONİC, HUAWEİ FREEBUDS 4İ qulaqlıq 2 ədəd, LOGİTECH RACİNG WHEEL G29 oyun aksessuarı, PS4 üçün 1318,16 manat ödənilməmiş hissə, 131,84 manat cərimə olmaqla, ümumilikdə 4249 manat borc və 62,49 manat ödənilmiş dövlət rüsumun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən SAMSUNG WATCH3 41MM saat, EPSON printer, İMEİ kodu **********54716 SAMSUNG GALAXY TAB A8 LTE markalı planşet, SAMSUNG TAB A8 BOOK COVER, XİAOMİ SMART BAND 6 saat, PANASONİC ev telefonu, İMEİ kodu **********88829 SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ, AKAMİ JAM CASE SAMSUNG S22 ULTRA və MİKRODALĞALİ SOBA PANASONİC, HUAWEİ FREEBUDS 4İ qulaqlıq 2 ədəd, LOGİTECH RACİNG WHEEL G29 oyun aksessuarı, PS4 almış və nəticədə 4249 (dörd min iki yüz qırx doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1054,62 manat (18 ay x 58,59 manat + o manat ilkin ödəniş) olan SAMSUNG WATCH3 41MM saat üçün 169 manat olmaqla ondan, 153,33 manat ödənilməmiş hissə, 15,67 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 752,94 manat (18 ay x 41,83 manat + 0 manat ilkin ödəniş) olan EPSON printer üçün 321 manat olmaqla ondan, 291,55 manat ödənilməmiş hissə, 29,45 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1180,08 manat (12 ay x 98,34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********54716 SAMSUNG GALAXY TAB A8 LTE markalı planşet, SAMSUNG TAB A8 BOOK COVER, XİAOMİ SMART BAND 6 saat, PANASONİC ev telefonu üçün 277 manat olmaqla ondan 251,14 manat ödənilməmiş hissə, 25,86 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3357,9 manat (18 ay x 186,55 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********88829 SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ, AKAMİ JAM CASE SAMSUNG S22 ULTRA üçün 2032 manat olmaqla ondan, 1847,2 manat ödənilməmiş hissə, 184,8 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1927,26 manat (18 ay x 107,07 manat + 0 manat ilkin ödəniş) olan MİKRODALĞALİ SOBA PANASONİC, HUAWEİ FREEBUDS 4İ qulaqlıq 2 ədəd, LOGİTECH RACİNG WHEEL G29 oyun aksessuarı, PS4 üçün 1450 manat olmaqla ondan, 1318,16 manat ödənilməmiş hissə, 131,84 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 44441,42 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2021ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların Təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə bildiriş göndərilsə də, həmin bildiriş «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 029978 saylı müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1054,55 manat təşkil edən SAMSUNG WATCH3 41MM markalı saatın alqı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 029978 nömrəli alqı-satqı müqaviləsi üzrə SAMSUNG WATCH3 41MM markalı saat tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 752,94 manat təşkil edən EPSON markalı printerin alqı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən ******* nömrəli alqı-satqı müqaviləsi üzrə EPSON markalı printer tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 03781313 saylı müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1180,14 manat təşkil edən İMEİ kodu **********54716 SAMSUNG GALAXY TAB A8 LTE markalı planşet, SAMSUNG TAB A8 BOOK COVER, XİAOMİ SMART BAND 6 markalı saat, PANASONİC markalı ev telefonunun alqı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 03781313 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********54716 SAMSUNG GALAXY TAB A8 LTE markalı planşet, SAMSUNG TAB A8 BOOK COVER, XİAOMİ SMART BAND 6 markalı saat, PANASONİC markalı ev telefon tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 03631207 saylı müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 3357,96 manat təşkil edən İMEİ kodu **********88829 SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ, AKAMİ JAM CASE SAMSUNG S22 ULTRA-nın alqı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 03631207 nömrəli alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********88829 SAMSUNG GALAXY S22 ULTRA markalı telefon, VİNİL ŞƏFFAF, PLYONKA İSTEHSALİ, AKAMİ JAM CASE SAMSUNG S22 ULTRA tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 03781928 saylı müqavilədən və müqavilənin tərkib hissəsi olan Əlavədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında ümumilikdə dəyəri 1927,26 manat təşkil edən PANASONİC markalı mikrodalğalı soba, HUAWEİ FREEBUDS 4İ qulaqlıq 2 ədəd, LOGİTECH RACİNG WHEEL G29 markalı oyun aksessuarı, PS4-ün alqı-satqısına dair müqavilə bağlamışlar. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən 03781928 nömrəli alqı-satqı müqaviləsi üzrə PANASONİC markalı mikrodalğalı soba, HUAWEİ FREEBUDS 4İ qulaqlıq 2 ədəd, LOGİTECH RACİNG WHEEL G29 markalı oyun aksessuarı, PS4 tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 18 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə ödənilməmiş məbləğ 3861,38 manat təşkil edir. Cavabdehin ödənişləri gecikdirməsi ilə müqavilə şərtlərini pozduğuna görə müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1-ci müqavilə üzrə 52,2 (0,58 manat x 90 gün), 2-ci müqavilə üzrə 86,1 manat (0,41 manat x 210 gün), 3-cü müqavilə üzrə 88,2 manat (0,98 manat x 90 gün), 4-cü müqavilə üzrə 558 manat (1,86 manat x 300 gün), 5-ci müqavilə üzrə 385,2 manat (1,07 manat x 360 gün) cərimə hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 1-ci müqavilə üzrə 15,67 manat, 2-ci müqavilə üzrə 29,45 manat, 3-cü müqavilə üzrə 25,86 manat, 4-cü müqavilə üzrə 184,8 manat, 5-ci müqavilə üzrə 131,84 manat cərimə hesablanmışdır. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 62,49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə hesablanmış 387,62 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 60 manat olmaqla cəmi 182 manat məbləğində cərimə borcunun müəyyən edilməsi ədalətli və məqsədəmüvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 3861,38 manat əsas borc, 182 manat cərimə borcu olmaqla, cəmi üzrə 4043,38 manat borc və dövlət rüsumu kimi ödənilmiş 62,49 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 3861,38 (üç min səkkiz yüz altmış bir manat otuz səkkiz qəpik) manat əsas borc, 182 (bir yüz səksən iki) manat cərimə borcu olmaqla, cəmi üzrə 4043,38 (dörd min qırx üç manat otuz səkkiz qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 62,49 (altmış iki manat qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar