Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-885/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X11 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndələri Leili İsmayılovanın və Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" ASC-ni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 18460 (on səkkiz min dörd yüz altmış) manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi, 3627 (üç min altı yüz iyirmi yeddi) manat məbləğində pulun, 8062 (səkkiz min altmış iki) manat məbləğində dəbbə pulunun və 181 (bir yüz səksən bir) manat məbləğində dövlət rüsumunun, cəmi 11870 (on bir min səkkiz yüz yetmiş) manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, 18191,71 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi, 4435,52 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 13479 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB- 0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 18191,71 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 4435,52 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 13479 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB- 0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17782 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 5025 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 14068,50 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə verərək, MLİ-ZB- 0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASC-yə və ya Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi öhdəliyinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması, 5025 manat məbləğində pulun, 8858,50 manat məbləğində dəbbə pulunun və 185 manat məbləğində dövlət rüsumunun, cəmi 14068,50 manat məbləğində pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fiziki şəxs Akif Nağıyev Suliddin oğlu ilə "xxxx" ASC arasında 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsi və 309/ZB saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən 35000 manat (otuz beş min) məbləğində pul vəsaiti 240 ay müddətinnə Borcalana ümumi dəyəri 45000manat, ümumi sahəsi 65 kv.m olan, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin satın alınması üçün verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Borcalan Yaşayış sahəsinin ümumi dəyərinin 10000 manat hissəsini öz vəsaiti hesabına, qalan 35000 manat hissəsini isə "xxxx" ASC-dən əldə etdiyi kredit hesabına ödəyərək Yaşayış sahəsini satın almışdır. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına həm Yaşayış sahəsinin "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulması ilə, həm də Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortası vasitəsilə təminat verilmişdir. Belə ki, Borcalanın həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından sığortası üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə 26 fevral 2016-cı ildə müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasının təsdiqi olaraq Borcalana MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsi təqdim edilmişdir. X14 16 noyabr 2023-cü ildə Sumqayıt şəhər X16 Xəstəxanasında beyin ödemi səbəbindən vəfat edib və bu onun 27 noyabr 2023-cü il tarixində verilmiş AZ-İİ № 398877 saylı ölüm haqqında şəhadətnaməsində qeyd olunub. X1 həyat yoldaşı olub və onların nikahı xx.xx.2018-ci ildə ləğv edilib. Birgə nikahdan isə onların xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı iki oğul övladları var. Akif Nağıyevin vəfatından sonra onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Yaşayış sahəsi vərəsəlik üzrə hər iki yetkinlik yaşına çatmayan övladının ½ hissə payı olmaqla birgə mülkiyyətinə keçmişdir və xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Reyestr nömrəsi: **********03-05101-093069) onların birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1244-cü maddəsinin və Mülki-prosessual Məcəllənin 72-ci maddəsinin tələblərinə əsasən X8 vərəsələri olan övladları yetkinlik yaşına çatmadıqları üçün miras onların adına qanuni nümayəndəri olan onun tərəfindən qəbul edilmişdir və onların qanunla qorunan bütün hüquq və mənafelərinin müdafiəsi qanuni nümayəndələri olan iddiaçı tərəfindən həyata keçirilir. Borcalan ilə Kredit və İpoteka müqavilələrini bağlayan Kreditor və İpoteka saxlayan "xxxx" ASC ləğvetmə prosesində olduğundan və onun ipoteka portfeli Bank "xxxx" ASC-nə ötürüldüyündən sığorta qanunvericiliyinə uyğun olaraq faydalanan şəxs Bank "xxxx" ASC Borcalanının ölümündən sonra sığorta hadisəsinin baş verməsi barədə xx.xx.2023-cü il tarixində İH-2023/5475 saylı məktubla Cavabdeh Sığorta şirkəti ASC-ni (bundan sonra“Sığortaçı”və “Cavabdeh”) məlumatlandırmışdır. Həmçinin, Sığorta müqaviləsi ilə sığortalanmış risk üzrə (borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi) sığorta hadisəsi baş verdiyi üçün (Borcalanın xx.xx.2023-cü il tarixində vəfatı) Yaşayış sahəsinin hazırkı mülkiyyətçilərinin qanuni nümayəndəsi olaraq sığorta ödənişinin faydalanan şəxsə verilməsi ilə bağlı 29 avqust 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə müraciət ünvanlanmışdır. Lakin Cavabdeh 03 sentyabr 2024-cü il tarixli 0331-24 saylı cavab məktubu ilə qanunsuz və əsassız səbəblərlə Sığorta ödənişinin faydalanan şəxsə verilməsindən imtina etmişdir və bugünə qədər də həmin səbəblərlə sığorta ödənişini ödəmir. Cavabdeh sığorta ödənişini vermədiyi üçün sığorta hadisəsinin baş verdiyi tarixdən (Borcalanın vəfat etdiyi tarixdən) bugünə qədər Kredit müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq kredit ödənişləri İddiaçı tərəfindən həyata keçirilir və cari tarixə qədər İddiaçı faydalanan şəxs olan Kreditora 3627 (üç min altı yüz iyirmi yeddi) manat vəsait ödəmişdir. Hazırda faydalanan şəxs Kreditora (İpoteka saxlayana) Kredit müqaviləsi üzrə cəmi borc 18460.00 manat (on səkkiz min dörd yüzaltmış manat, sıfır qəpik) təşkil edir. Aşağıdakı sadalanan qanuni və faktiki əsaslara görə hesab edirik ki, Cavabdehin sığorta ödənişinin verilməsindən imtinası tamamilə qanunsuz və əsassızdır və Sığorta ödənişi üzrə 18460 manat pul vəsaiti faydalanan şəxs Bank "xxxx" ASCnə, sığorta ödənişinin qanunsuz olaraq ödənilmədiyi dövr üzrə İddiaçı tərəfindən Borcalanın kredit borcu üzrə ödənilən 3627 həcmdə pul vəsaiti isə İddiaçıya ödənilməlidir: Sığorta ödənişindən imtina üçün qanuni və müqavilə əsasının olmaması. Cavabdeh məktubunda qeyd etmişdir ki, Borcalan 2017-ci ilin sentyabr ayında “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 1 nömrəli xəstəxanasında stasionar müalicə olunarkən şifahi olaraq “10 ilə yaxındır arterial hipertenziya xəstəliyinin mövcud olduğunu” bildirmişdir. Cavabdeh hər hansı ekspert rəyi və mötəbər sübut olmadan Borcalanın bu şifahi ifadəsinə görə belə qənaətə gəlmişdir ki, Borcalanın ölüm səbəbi olan beyin ödemi məhz arterial hipertenziyanın nəticəsi olmuşdur və bu xəstəlik Sığorta müqaviləsinin bağlanmasından əvvəl, təqribi 2006-2007-ci illərdən etibarən Borcalanda mövcuddur. Belə ki, иorcalan bu barədə Sığorta müqaviləsi bağlananda və sonra ыığorta müqaviləsinin qüvvədə olduğu müddətdə məlumat vermədiyi üçün сavabdeh ыığortaçı olaraq sığorta riskini qiymətləndirə bilməyib və “Kredit müqavilələri üzrə borcalanın həyaCnın ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 16 may 2024-cü il tarixli 20/4 nömrəli Qərarının 19.1.3-cü bəndinə (əvvəlki “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli 21 nömrəli Qərarının 18.1.3-cü bəndi) bu hal sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. İş üzrə məhkəməyə təqdim edilən Sığorta şəhadətnaməsinin “Sığorta riskləri” adlı bölməsinin 1-ci cümləsindən aşkar görünür ki, Sığorta müqaviləsi üzrə Borcalanın müqavilənin qüvvədə olduğu müddət ərzində “hər hansı bir səbəbdən ölümü” sığortalanmışdır. Əgər sığorta müqaviləsi özlüyündə şəxsi hər növ xəstəlik səbəbindən ölməsi halından sığortlayıbsa, Borcalanın arterial hipertenziya və digər hər hansı xəstəliyinin (təbii ki, qanunvericiliklə və sığorta şəhadətnaməsinin özündə istisna edilmiş xəstəliklər - narkomaniya, kəmağılllıq, QİÇS, onkoloji, şəkərli diabet və digər istisna olmaqla) olmasının Cavabdehin sığorta riskinin qiymətləndirilməsinə hansı və necə təsiri ola bilər? Yuxarıda qeyd edilən Qərarın müvafiq maddəsi imtina üçün əsas olan natamam və yalnış məlumat verməni müəyyən bir nəticəyə bağlayır. Yəni həmin maddənin imtina əsası ola bilməsi üçün Borcalanın yalnız hərəkətinin olması (yalnış və natamam məlumat vermənin özü) yetərli deyil, həmin hərəkət sığortaçının sığorta risklərini və zərəri qiymətləndirmək imkanını aradan qaldırmış (nəticə) olmalıdır. Hazırkı halda isə özlüyündə şəxsi bütün xəstəliklər üzrə ölümdən sığortalamış Cavabdehin qeyri-mötəbər mənbədən əldə edilən məlumat əsasındaarterial hipertenziya xəstəliyinin 10 ildir mövcudluğunu əsas gətirərək sığorta ödənişini verməkdəm imtinası qanunun tələbinə uyğun deyil, çünki həmin maddənin tətbiqi üçün əsas yoxdur. Cavabdeh müqaviləni bağlayanda bütün növ xəstəliklər üzrə Borcalanın ölə bilmə və ya əmək qabiliyyətini itirə bilmə riskini qiymətləndirmiş, görmüş, nəticələri üzrə öhdəliyi vəməsuliyyəti ilə bağlı iradəsini ifadə edərək həmin hallarda ödəniş etməyi öz üzərinə götürmüşdür. İmtina əsası kimi qeyd olunan xəstəliyin Sığorta müqaviləsinin bağlanmasından əvvəl Borcalanda mövcud olmaması: Cavabdehin məktubunda, həmçinin “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 05 sentyabr 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Borcalan 2017-ci ilin sentyabr ayında həmin PHŞ-nin 1 nömrəli xəstəxanasında stasionar müalicə olunarkən şifahi olaraq “yüksək təzyiq, yəni arterial hipertenziyadan” əziyyət çəkdiyini bildirmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, borcalanın belə bir ifadə işlətməsi hər hansı mötəbər sübutla sübut olunmur, həmçinin belə bir xəstəlikdən 10 ildən çox əziyyət çəkdiyi hər hansı bir tibb sənədi ilə də təsdiqini tapmır. Belə ki, cavabdeh və xəstəxana özü cavab məktublarında belə Borcalanın ilkin xəstəxanaya daxil olması və ona diaqnoz qoyulmasını 05 dekabr 2016-cı il tarixi, yəni Sığorta müqaviləsinin bağlanmasından sonra göstərib. Əgər 10 ildir bu xəstəlik var idisə, niyə 2016-cı ilin dekabrından əvvəl nə “Sumqayıt Tibb Mərkəzinin” 1 nömrəli xəstəxanasına nə də digər hər hansı xəstəxanaya Borcalan bu barədə müraciət etməyib, niyə hər hansı daxilolma, diaqnoz və müalicə sənədi mövcud deyildir? “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin bir tibb müəssisəsi olaraq hər hansı tibbi biliyi olmayan xəstənin şifahi məlumatına əsaslanıb onun 10 ildən çox arterial hipertenziyadan əziyyət çəkdiyini təsdiq etməsi həkimliyin peşə etikasına da uyğun deyildir. Hər hansı Bbbi biliyi olmayan xəstə təzyiqin hansı normada aşağı hansı normada yuxarı olduğunu necə müəyyən edə bilər? Həmçinin, Cavabdeh niyə məhz sadəcə Sumqayıt Tibb Mərkəzinə sorğu ünvanlayıb və niyə məhz təkcə həmin Mərkəzin rəyini əsas götürərək Borcalanda arterial hipertenziyanın 10 ildən çox olduğuna qərar verib? Digər tibb müəssisələrinə və ümumi sorğu üzrə Səhiyyə Nazirliyinə müraciət etmək əvəzinə sadəcə hansı meyarla seçim etdiyi bəlli olmayaraq təsadüfi bir xəstəxana seçərək onun rəyinə əsaslanıb. Hansı ki, həmin rəy də müəyyən bir elmi araşdırma üsulu ilə yox, sadəcə xəstənin deyib-demədini sübut oluna bilməyən şifahi sözünə görə tərtib edilib. Əgər xəstəlik Sığorta müqaviləsindən əvvəl mövcud olsa idi, Borcalanın bu barədə hansısa xəstəxanaya müraciəti, daxil olması, müalicə dövrü və hər hansı xəstəlik sənədi olardı. Cavabdehin bu cür mötəbər sübut təqdim edə bilməməsi, xəstənin deyib-demədiyi bəlli olmayan şifahi ifadəsinə əsaslanması elə Borcalanda Sığorta müqaviləsinin bağlanmasından əvvəl belə bir xəstəliyin olmadığını və ilk dəfə bu şikayətlərlə 05 dekabr 2016-cı ildə xəstəxanaya müraciət edildiyini göstərir. Eyni zamanda, onun keçmiş həyat yoldaşı, hansı ki Sığorta müqaviləsinin bağlanmasından əvvəl onunla eyni məişət həyatını paylaşıb, həmçinin qardaşı və digər yaxın qohumları Borcalanda 2016-cı ildən əvvəl belə bir xəstəliyin və onun hər hansı simptomlarının olmadığını bildirirlər və bunu məhkəmədə şahid ifadələrilə təsdiq edə bilərlər. Xəstəlik ilə ölüm səbəbi arasında səbəb-nəticə əlaqəsinin olmaması: Həmçinin, əgər şərti olaraq həmin xəstəliyin Sığorta müqaviləsinin bağlanmasından əvvəl Borcalanda mövcud olduğunu qəbul etsək, arterial hipertenziya ilə ölüm səbəbi olan beyin ödemi (beyində su yığılması) arasında heç bir səbəbli əlaqə mövcud deyildir. Cavabdeh necə müəyyən edib və hansı tibbi sənəd və ya ekspert rəyi əsasında qənaətə gəlib ki, borcalandakı beyin ödeminin səbəbi yüksək təzyiq olub? Yüksək təzyiq özü bir səbəb deyil, baş ağrısı kimi bir nəticə, bir simptomdur. Arterial hipertenziya özlüyündə hansısa xəstəliyə səbəb ola bilməz, hansı xəstəliyin göstəricisi ola bilər. Bu halda cavabdehin özlüyündə müstəqil olaraq beyin ödeminin səbəbinin yüksək təzyiq olduğunu müəyyən etməsi və buna əsaslanaraq sığorta ödənişindən imtina etməsi absurddur. Arterial hipertenziya yüksək təzyiq deməkdir və Azərbaycan Respublikasından yaşayan 40 yaş üzəri bütün insanların yarısında mövcuddur və ölkə üçün baş ağrısı qədər yayğın bir simptomdur. Həmçinin, xəstəliyin Sığorta müqaviləsindən 10 ilə əvvəl olduğunu qəbul etsə belə, bu halda belə sığorta ödənişinin verilməsindən imtina edilə bilməz. Çünki belə bir imtina əsası sığortanın hüquqi təbiətinə ziddir. Azərbaycan Respublikasının Ali Məhkəməsi 03 iyun 2021-ci il tarixli press-relizində sığorta münasibətləri üzrə aydınlıq gətirərək bildirib ki, sığorta hadisəsi gələcəkdə baş verməsi labüd (qaçınılmaz) olan hadisə yox, ehtimallar əsasında gələcəkdə baş verməsi proqnozlaşdırıla bilən hadisədir və sığorta həmin hadisələr nəticəsində yarana biləcək riskləri sığortalayır. Borcalanda arterial hipertenziya olmuş olsa belə, bu xəstəlik xərçəng və digər tip xəstəliklər kimi onun gələcəkdə ölümünü labüd (qaçınılmaz) edən hal kimi hesab edilə bilməz. Arterial hipertenziya da digər xəstəliklər kimi insan həyatı üçün sadəcə risk xarakterindədir, gələcəkdə onun ölümünü yəni sığorta hadisəsini labüd (mütləq) edəcək hal deyil. Məhz bunagörə də, Cavabdeh özü belə bu kimi xəstəlikləri sığorta riski kimi Sığorta müqaviləsi və Sığorta şəhadətnaməsində müəyyən edib (hər növ xəstəlikdən Borcalanın ölümü). Həm yüksək təyiqin bu qədər geniş yayılan xəstəlik olub normallaşdırılması, həm də ölümü labüd edən xəstəliklərdən olmaması bunu deməyə əsas verir ki, əgər Borcalanda 10 ildir yüksək təzyiq olduğunu qəbul etsələr belə, o bu məlumatı qəsdən gizləməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 917.2-ci maddəsinə əsasən, qəsdən məlumat verməmək istisna olmaqla, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Hazırki halda isə, Müqavilənin bağlanmasından 8 il keçmişdir və bu səbəbdən sığortaçı Cavabdeh sığorta müqaviləsi üzrə öhdəliklərinin, həmçinin sığorta ödənişinin verilməsi öhdəliyinin icrasından imtina edə bilməz. Cavabdehin imtina əsası barədə sığorta hadisəsi baş verməzdən əvvəl məlumat əldə etməsi: Cavabdeh öz cavab məktubunda sığorta hadisəsinin baş verməsindən (Borcalanın ölümündən əvvəl) əvvəl xx.xx.2023-cü il tarixində “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 1 nömrəli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xəstəxanasının 326 nömrəli məktubunda məhz Borcalanın 2017-ci ilin sentyabr ayında müalicə olunarkən 10 ilə yazın arterial hipertenziyadan əziyyət çəkdiyini dediyi qeyd olunmuşdur. Göründüyü kimi, sığortaçı Cavabdeh bu barədə məlumatı Borcalanın ölümündən əvvəl əldə edib. Qərarın 8.2-ci bəndinə əsəsən, sığortaçı sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta riskinin artmasına səbəb olan dəyişikliklər barədə məlumat aldıqda sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsi, o cümlədən sığorta haqqının artırılması tələbi ilə çıxış edə bilər. Lakin cavabdeh ona verilən hüquqlardan istifadə etməyərək sığorta müqaviləsini yeniləməyib və hər hansı dəyişiklik etməyib. Əgər həqiqətən də, arterial hipertenziyanın 10 ildir mövcud olması faktı sığorta riskini artıran səbəbdirsə, nə üçün cavabdeh məlumat aldıqdan dərhal sonra müqaviləni yeniləyib arterial hipertenziyanı təmin edilmiş sığorta riskləri siyahısında istisna etməyib? Bu özü onu göstərir ki, Cavabdeh özü belə istinad etdiyi halların tamamilə qanunsuz və əsassız olduğunun fərqindədir, yalnız formal cümlələrlə iddiaçının müraciəti üzrə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara görə hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir və sığorta ödənişi üzrə 18460 manat məbləğində pul vəsaiti faydalanan şəxs Bank "xxxx" ASC-nə, sığorta ödənişi üzrə 3627 manat pul vəsaiti isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faydalanan şəxsə ödədiyi pul vəsaitinin əvəzində ona cavabdehdən tutularaq ödənilməlidir. Həmçinin, Qərarın 18.2-ci bəndinə əsasən sığortaçı sığorta ödənişini bütün sənədlərin ona daxil olduğu gündən etibarən 7 yeddi iş günü müddətdə həyata keçirmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Hazırkı halda cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi 365 təqvim günü gecikdirilmişdir və cavabdeh tərəfindən 8062 (səkkiz min altmış iki) manat məbləğində dəbbə pulu (22087×0,1%×365) da cavabdehdən tutularaq ona ödənilməlidir Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Nağıyev Akif Suliddin oğlu arasında xx.xx.2016-cı il tarixli MLİ-BTB-M-0000495 nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin ititrilməsi hallarından həyat sığortası müqaviləsi bağlanmışdır və həmin müqavilə üzrə ağır xroniki xəstəliklər istisna olmaqla bütün növ xəstəliklər və onların nəticələri səbəbindən ölüm və 1 –ci qrup əlilliyə təminat verilmişdir. Faydalanan şəxs "xxxx" ASC xx.xx.2023-cü il tarixindən şirkətə müraciət edərək sığorta olunan Nağıyev Akif Suliddin oğluna ikinci dərəcəli əllilik təyin edilməsini bildirmişdir. Məktuba əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda Nağıyev Akif Suliddin oğluna xx.xx.2023-cü il tarixində ikinci dərəcəli əlillik (diaqnoz: kəllədaxili qansızamnın nəticələri. Spastik hemiplegiya, əzələ kontrakturası. İnsulindən asılı olmayan şəkərli diabet tip 2 ilkin aşkarlanmış.xroniki böyrək xəstəliyi ı mərhələ.motor afaziya) təyin edildiyi qeyd edilmişdir. Daha sonra "xxxx" ASC xx.xx.2023-cü il tarixli İH-2023/5475 nömrəli məktubla Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət edərək sığorta olunan A.S.Nağıyevin xx.xx.2023-cü il tarixində vəfat etdiyimni bildirmişdir. Məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ 398877 nömrəli ölüm haqqında şəhadətnamədə A.S.Nağıyevin xx.xx.2023-cü il tarixində ölümünə səbəb “Beyin ödemi” qeyd edilmişdir. "xxxx" ASC-nin daha öncəki xx.xx.2023-cü il tarixli MXD-2023/2377 nömrəli məktubu ilə əlaqədar sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi ( vəya bundan imtina) barədə qərarın qəbul olunması üçün əlilliyə səbəb olan haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər 1 saylı Xəstəxanasına 0274-23 nömrəli və Sumqayıt şəhər 2 saylı Xəstəxanasının poliknika şöbəsinə 0274-23 nömrəli məktub göndərilmişdir.Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsoinin 1 nömrəli xəstəxanasının xx.xx.2023-cü il traixli 326 nömrəli cavab məktubunda A. Nağıyevin xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək xəstəxanaının nevrologiya şöbəsində hipertonik ensefalopatiya, arterial hioertenziya 2 dər. Yüksək əlavə risk diqanozu ilə stasionar müalicədə olunduğu, 10 ilə yaxındır ki, arterial hipertenziya xəstəliyinin mövcud olduğu qeyd olunmuşdur. Göründüyü kimi, A.Nağıyevin ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi 26.0.2016-cı il tarixli MLİ-ZB-0000495nömrəli sığorta müqaviləsinin qüvvədəd olmadığı müddətdə (sığorta müqaviləsi bağlanmamışdan əvvələ) təsadüf edir. A.S.Nağıyev xx.xx.2016-cı il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən ona qoyulan diaqnozlar və müalicəsi barədə şifahi və ya yazılı məlumat taqdim etməmiş, bəyannamədə qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların (xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini) doğruluğunu təsdiq etmiş, yanlış va natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatlan təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindan sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Bu səbəbdən A.S. Nağıyevin əlilliyinə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2016 tarixli MLİ-ZB-0000495 nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən əlilliyə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə "xxxx" ASC-yə 13 iyul 2023-cü il tarixli 0297-23 nömrəli məktub göndərilmişdir. Daha sonra isə əlilliyinə səbəb olan xəstəliklə ölümün səbəbi arasında səbəbli alaqu olduğundan və bu xəstəliyin başlanma tarixi xx.xx.2016-cı il tarixli MLİ-ZB- 0000495 nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından önce) təsadüf etdiyindən "xxxx" ASC-yə sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə 3 sentyabr 2024-cü il tarixli 0331-24 nömrəli məktub göndərilmişdir. A.S.Nağıyev xx.xx.2016-cı il tarixində "Qala Hayat Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən yuxarıda göstərilən xəstəlikdən əziyyət çəkməsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmişdir. Halbuki "Qala Həyat Sığorta Şirkəti ASC ilə A.S.Nağıyev arasında bağlanan "İpoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman A.S.Nağıyev onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsəydi "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları"nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Q-21 saylı "Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları"xxxx"Qala Hayat Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi yaranmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək,məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Leili İsmayılova iddia tələbinə etiraza uyğun izahat verərək, etiraz müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ixtisası kardioreanematoloq, tibb elmləri namizədidir, eyni zamanda "Qala Hayat Sığorta Şirkəti ASC-nin işçisidir. Qeyd edir ki, müqavilə bağlanmamışdan əvvəl mərhum xəstəxanda olmuş və ona hipertonik ensefalopatiya, arterial hipertenziya 2 dər. Diaqnozu qoyulmuşdur. Bu uzun davam edən bir porosesdir. Mərhumun ölüm səbəbi beyin ödəmidir. Bu səbəbdir, xəstəliyi isə təbii ki yüksək təzyiq, hipertonik ensefalopatiya, arterial hipertenziya olmuşdur. Belə ki, ilk növbədə beyin damarları zədələnir, daha sonra qansızma olur. Sonda da qeyd olunur ki, arterial hipertenziya 3. dərəcədir. Demək ki, ölüm səbəbi yüksək arterial təzyiqlə əlaqəlidir. Mübahisə barəsində müstəqil tələb iurəli sürməyən üçüncü şəxs” Bank BTB” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ № 302723 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən edilir ki, Nağıyev Akif Suliddin oğlu ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 377 nömrəsi ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 atası Nağıyev Akif Suliddin oğlu, anası İddiaçıdır. TƏBİB Publik hüquqi şəxsi Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi X16 Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1188 nömrəli arayışından müəyyən edilir ki, 1970-ci il təvəllüdlü Nağıyev Akif Suliddin oğlu xx.xx.2023-cü il tarixdə saat 22.10-da Sumqayıt şəhər X16 Xəstəxanasının reanimasiya şöbəsinə stasionar müalicəyə daxil olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixdə saat 15.30-da xəstəxanada reanimasiya şöbəsində ölmüşdür. Ölümün səbəbi: baş beyin ödemi. AZ-İİ № 398877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Nağıyev Akif Suliddin oğlu xx.xx.2023-cü il tarixdə beyin ödemi səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1508 nömrəsi ilə qeyd edilmişdir. 2V-268 reyestr nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2023-cü ildə vəfat etmiş Nağıyev Akif Suliddin oğlunun vərəsələri ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 atası Nağıyev Akif Suliddin oğludur. Hər birinin miras əmlakn ½ irs almalıdır. Miras əmlak: ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzildir. Mənzil yüklüdür. ƏMDX DƏDR və X12 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzil paylı mülkiyyət hüquqi ilə ½ hissədə X4, ½ hissədə X3 paylı mülkiyyətindədir. Akif Nağıyev Suliddin oğlu ilə "xxxx" ASC arasında 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 35000 manat (otuz beş min) məbləğində pul vəsaiti 240 ay müddətinnə X13 Suliddin oğluna verilmişdir. Kredit ümumi dəyəri 45000manat, ümumi sahəsi 65 kv.m olan, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin satın alınması üçün verilmişdir. 309/ZB saylı xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Akif Nağıyev Suliddin oğlu ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin ümumi dəyərinin 10000 manat hissəsini öz vəsaiti hesabına, qalan 35000 manat hissəsini isə "xxxx" ASC-dən əldə etdiyi kredit hesabına ödəyərək almışdır. MLİ-ZB-0000495 nömrəli ipoteka krediti üzrə borcalaının həyat sığortası şəhadətnaməsinə əsasən Borcalanın, yəni xx.xx.1970-ci il təvəllüdlü Akif Nağıyev Suliddin oğlunun həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsi üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu vaxt xx.xx.2016-cı il tarixdən xx.xx.2031-ci il tarixədək müəyyən olunmuşdur. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 31180 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilir. illik sığorta haqqı 232,78 manat müəyyən edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 0331-24 saylı məktubda qeyd edilmişdir ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə Akif Nağıyev Suliddin oğlu arasında xx.xx.2016-cı il tarixində MLİ-ZB-0000495 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi bağlanmışdır. Şirkətə ünvanlanmış müraciətdən görünür ki, sığortalı A.Nağıyev xx.xx.2023-cü il tarixdə beyin ödemindən vəfat etmişdir. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Sumqayıt Tibb Mərkəzi Publik hüqyqi şəxsin 1 nömrəli Xəstəxanası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli 326 saylı məktubunda A.Nağıyevin xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək xəstəxananın nevrologiya şöbəsində hipertonik ensefalopatiya , arterial hioertenziya 2 dər. Yüksək əlavə risk diqanozu ilə stasionar müalicədə olunduğu, 10 ilə yaxındır ki, arterial hipertenziya xəstəliyinin mövcud olduğu qeyd olunmuşdur. Göründüyü kimi, A.Nağıyevin ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi 26.0.2016-cı il tarixli MLİ-ZB-0000495nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətdə (sığorta müqaviləsi bağlanmamışdan əvvələ) təsadüf edir. A.S.Nağıyev xx.xx.2016-cı il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən ona qoyulan diaqnozlar və müalicəsi barədə şifahi və ya yazılı məlumat taqdim etməmiş, bəyannamədə qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların (xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini) doğruluğunu təsdiq etmiş, yanlış va natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatlan təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindan sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Bu səbəbdən A.S. Nağıyevin əlilliyinə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2016 tarixli MLİ-ZB-0000495 nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə "xxxx" ASC-yə 20 dekabr 2023-cü il tarixli 0542-23 nömrəli məktub göndərilmişdir. AR Mülki Məcəlləsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə Qala Həyat” Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişin verilməsindən imtina edilir. Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsin Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsin Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, Nağıyev Akif Suliddin oğlu poliknikanın nevroloji kabinetində 2017-ci ildən sağ tərəfli üz və yuxarı ətrafda keyimə hipertonik ensefalopatiya diaqnozu ilə qeydiyyatda olmuşdur. xx.xx.1970-ci il təvəllüdlü Nağıyev Akif Suliddin oğlu xx.xx.2023-cü il tarixdə beyin ödemi diaqnozu ilə vəfat etmişdir. Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, "xxxx" ASC ilə Nağıyev Akif Suliddin oğlu arasında bağlanılmış 27.07.11-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 35000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Nağıyev Akif Suliddin oğlunun xx.xx.2023-cü il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 20843,52 manat təşkil edir. Nağıyev Akif Suliddin oğlunun xx.xx.2025-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 18191,71 manat təşkil edir və qeyd olunan ipoteka krediti üzrə xx.xx.2025-ci il tarixinə heç bir gecikmə müşahidə olunmur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli, mədaxil qəbzlərindən görünür ki, Nağıyev Akif Suliddin oğlu tərəfindən 27.07.11-ci il tarixli kredit müqaviləsinə əsasən 589,81 manat məbləğində kredit borcu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, fiziki şəxs Akif Nağıyev Suliddin oğlu ilə "xxxx" ASC arasında 27 iyul 2011-ci il tarixində 308/ZB saylı kredit müqaviləsi və 309/ZB saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən 35000 manat (otuz beş min) məbləğində pul vəsaiti 240 ay müddətinnə Borcalana ümumi dəyəri 45000manat, ümumi sahəsi 65 kv.m olan, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin satın alınması üçün verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Borcalan Yaşayış sahəsinin ümumi dəyərinin 10000 manat hissəsini öz vəsaiti hesabına, qalan 35000 manat hissəsini isə "xxxx" ASC-dən əldə etdiyi kredit hesabına ödəyərək Yaşayış sahəsini satın almışdır. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına həm Yaşayış sahəsinin "xxxx" ASC-nin xeyrinə ipotekaya qoyulması ilə, həm də Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortası vasitəsilə təminat verilmişdir. Belə ki, Borcalanın həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından sığortası üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə 26 fevral 2016-cı ildə müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasının təsdiqi olaraq Borcalana MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsi təqdim edilmişdir. X14 16 noyabr 2023-cü ildə Sumqayıt şəhər X16 Xəstəxanasında beyin ödemi səbəbindən vəfat edib və bu onun 27 noyabr 2023-cü il tarixində verilmiş AZ-İİ № 398877 saylı ölüm haqqında şəhadətnaməsində qeyd olunub. X1 həyat yoldaşı olub və onların nikahı xx.xx.2018-ci ildə ləğv edilib. Birgə nikahdan isə onların xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X10 adlı iki oğul övladları var. Akif Nağıyevin vəfatından sonra onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Yaşayış sahəsi vərəsəlik üzrə hər iki yetkinlik yaşına çatmayan övladının ½ hissə payı olmaqla birgə mülkiyyətinə keçmişdir və xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən (Reyestr nömrəsi: **********03-05101-093069) onların birgə mülkiyyətindədir. Borcalan ilə Kredit və İpoteka müqavilələrini bağlayan Kreditor və İpoteka saxlayan "xxxx" ASC ləğvetmə prosesində olduğundan və onun ipoteka portfeli Bank "xxxx" ASC-nə ötürüldüyündən sığorta qanunvericiliyinə uyğun olaraq faydalanan şəxs Bank "xxxx" ASC Borcalanının ölümündən sonra sığorta hadisəsinin baş verməsi barədə xx.xx.2023-cü il tarixində İH-2023/5475 saylı məktubla Cavabdeh Sığorta şirkəti ASC-ni (bundan sonra “Sığortaçı”və “Cavabdeh”) məlumatlandırmışdır. Həmçinin, Sığorta müqaviləsi ilə sığortalanmış risk üzrə (borcalanın ölümü və əmək qabiliyyətinin itirilməsi) sığorta hadisəsi baş verdiyi üçün (Borcalanın xx.xx.2023-cü il tarixində vəfatı) Yaşayış sahəsinin hazırkı mülkiyyətçilərinin qanuni nümayəndəsi olaraq sığorta ödənişinin faydalanan şəxsə verilməsi ilə bağlı 29 avqust 2024-cü il tarixində İddiaçı tərəfindən Cavabdehə müraciət ünvanlanmışdır. Lakin Cavabdeh 03 sentyabr 2024-cü il tarixli 0331-24 saylı cavab məktubu ilə qanunsuz və əsassız səbəblərlə Sığorta ödənişinin faydalanan şəxsə verilməsindən imtina etmişdir və bugünə qədər də həmin səbəblərlə sığorta ödənişini ödəmir. İddiaçı hal-hazıradək ödədiyi ödənişi, banka qalıq qalan borcun sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir. 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır 884.6–2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır. 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir. 885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir. 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir. 914.3. Şəxsi sığorta müqaviləsi bağlandıqda sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası Mərkəzi X7 16 may 2024-cü il tarixli, 20/4 saylı “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın qeyd edilən maddələrinə əsasən: 5.1. Bu Qaydaya görə sığorta predmeti kredit müqavilələri üzrə borcalan fiziki şəxslərdir. 5.2. Sığorta müqaviləsində sığorta təminatı verildiyi hallar istisna olmaqla, aşağıdakı kateqoriyalara aid şəxslər bu Qaydaya görə sığorta predmeti hesab edilmir: 5.2.1. 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; 5.2.2. narkoloji, psixonevroloji, vərəm, dəri-zöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; 5.2.3. Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İİÇV daşıyıcıları olan xəstələr. 6.1. Sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: 6.1.1. sığortalının ölməsi; 6.1.2. sığortalının xəstəlik və ya bədbəxt hadisə nəticəsində orqanizminin funksiyalarının pozulması ilə əlaqədar əlilliyinin müəyyən olunması. 6.2. Bu Qaydanın 6.3-6.6-cı bəndlərində göstərilənlər nəzərə alınmaqla, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş risklərin baş verməsi sığorta hadisəsi hesab olunur. 7.1. Bu Qaydanın 7.3-cü bəndində qeyd olunan hal istisna olmaqla, sığorta müqaviləsi sığortalı tərəfindən doldurulan sığortalanma haqqında ərizə əsasında bağlanır. 7.2. Bu Qaydanın 7.1-ci bəndində nəzərdə tutulan ərizə forması sığortaçı tərəfindən müəyyən edilir. Ərizənin mətni aydın və oxunaqlı olmalı, ərizədə əks olunan suallar dəqiq və vahid məna ifadə edərək sual əsasında verilən düzgün və anlaşıqlı cavablarla sığorta riskini birbaşa qiymətləndirməyə imkan verəcək şəkildə tərtib olunur. 7.3. İstehlak krediti üzrə sığortalanma zamanı sığorta müqaviləsi sığortalanma haqqında ərizə olmadan da bağlanıla bilər. 7.5. Sığorta müqaviləsinin bu Qaydanın 7.4.1-ci yarımbəndində nəzərdə tutulmuş qaydada bağlandığı halda da sığortaçı sığortalıya sığorta şəhadətnaməsi verməlidir. 7.6. Bu Qaydaya uyğun olaraq təqdim edilən sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. 7.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalıya hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş, sığorta müqaviləsinin bağlanması və sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimlənmə qaydasını, sığorta təminatına daxil olan riskləri, sığorta hadisəsi hesab edilməyən hadisələri, sığorta təminatına dair məhdudiyyətləri, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyin lazım olduğunu, sığorta ödənişinin verilməsi üçün tələb edilən sənədlərə və sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarına dair məlumatları, həmçinin özünün və nümayəndəsinin əlaqə məlumatlarını əks etdirən yaddaş vərəqinin elektron formada və ya kağız daşıyıcıda təqdim edilməsini təmin etməlidir. 7.8. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 7.9. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığortalının səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər. Belə ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatından, məhkəməyə təqdim etdiyi iş materiallarından müəyyən olunmuşdur ki, həyat sığortası müqaviləsinin bağlanması proseduru aşağıdakı kimidir: həyat sığortası müqaviləsi bağlanmazdan öncə sığortalıya həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim olunur. Müvafiq həyat sığortası üzrə ərizə və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə doldurulduqdan sonra sığortaçı və sığortalı arasında müvafiq sığorta müqaviləsi bağlanır, yəni sığortaçı tərəfindən sığortalıya həyat sığortası şəhadətnaməsi təqdim olunur. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə mərhum Nağıyev Akif Suliddin oğlu tərəfindən doldurulmuş həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim edilməmişdir. Hazırki halda ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) əvəzinə sığorta şəhadətnaməsinin son hissəsində cavabdeh tərəfindən təqdim edilmiş “sığortalı və sığortalı adından faydalanan şəxs” adlı hissə tərtib edilmişdir. Həmin hissədə qeyd edilir ki, bəyannamə imzalanan anda əlil və ya anadangəlmə anomalıyaya malik bir şəxs deyiləm, ağıldan kəmlik epilepsiya və digər ağır sinir pozğunluqlarından əziyyət çəkmirəm, şəkərli diabet, onkoloji və yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmirəm. Sığorta başa çatan tarixdə mənim yaşım 65-dən çox olmayacaqdır.Əsəb-psixi xəstəliklər, alkoqolizm və yaxud narkomaniyadan əziyyət çəkmirəm. Həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan aktiv istirahət və idmanla profesional səviyyədə və ya yüksək riskli digər əyləncə növləri ilə məşğul olmuram. Nəqliyyat vasitəsi kimi motosikletlərdən istifadə etmirəm. İÇV infeksiyasının daşıyıcısı deyilən və qics-ə yoluxmamışam. Bu bəyannaməni imzalayaraq bildirirəm ki, Mən bu bəyannamədə qeyd olunanlarlla razıyam və burada olan məlumatların doğruluğunu təsdiq edirəm. Mən anlayıram ki, yanlış və natamam məlumatların təqdim olunması və həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər. Cavabdeh iddia edir ki, mərhum A.Nağıyev hipertonik ensefalopatiya, arterial hipertenziya xəstəliyindən əziyyət çəkir, hətta A.Nağıyevlə sığorta müqaviləsi bağlanmamışdan əvvəl mövcud idi, yəni bu xrokini ürək-damar xəstəliyidir və mərhum bu barədə məlumat verməmişdir. Lakin A.Nağıyevin ölüm səbəbi beyin ödemidir. Yəni onun ölümü ilə arterial hipertenziya ilə birbaşa əlaqəsinin olduğuna dair sübut təqdim edilməmişdir. Ən əsası isə sığorta şirkəti tərəfindən tərtib olunmuş əlavədə arterial hipertenziya xəstəliyi ilə əlaqədar hər hansı qeyd edilməmiş, yəni məlumat verilməli olan xəstəliklər siyahısına əlavə edilməmişdir. Mərhum A.Nağıyevin hətta hipertenziyadan əziyyət çəkdiyini bilsə idisə belə, eləcə də hipertenziyanın xroniki ürək-damar xəstəliyinə aidyyəti olsa belə, həmin siyahıda hipertenziya qeyd edilmədiyindən, mərhumun hipertenziyanın xroniki ürək-damar xəstəliyi olmasını bilməsi və bu abrədə məlumat verməsi məcburiyyətində olmamış və bu barədə risk sığortaçının üzərinə düşmüşdür. Belə ki, sözügedən əlavə və həmin əlavəyə daxil edilən xəstəlik siyahısı hər kəs üçün anlaşılan və tam olmalı idi. Göründüyü kimi belə olan halda Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişindən imtina əsaslı olmamışdır. Hazırki halda Nağıyev Akif Suliddin oğlu tərəfindən sığorta müqaviləsi bağlanan zaman həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısı ilə bağlı yanlış və natamam məlumatların təqdim olunması öz təsdiqini tapmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsindən imtina edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda həyat sığortası müqaviləsi bağlanması ilə bağlı müraciət etmiş şəxslə həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərə dair məlumatların təqdim edilməsinə dair prosedur qaydasına əməl olunmamasının riskini sığortalı deyil sığortaçı daşımalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin öz etiraz ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, Q-21 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi X7 16 may 2024-cü il tarixli, 20/4 saylı “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nın təsdiq edilməsi barədə Qərarı ilə “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası” təsdiq edilmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, mərhum Nağıyev Akif Suliddin oğlunun vərəsələri olan X3 və X5 qanuni nümayəndəsi X20 xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Nağıyev Akif Suliddin oğlunun həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2016-cı il tarixli MLİ-ZB-0000495 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, xx.xx.2011 il tarixli kredit müqaviləsi üzrə borcalanın vərəsələrinin qanuni nümayəndəsi kimi onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan qalıq borcunun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və borcalanın vərəsələrinin qanuni nümayəndəsi kimi onun tərəfindən borcalanın ölümündən sonra ödəniş cədvəlinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilən pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Bank "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2011-cu il tarixli kredit müqaviləsinə əsasən verilmiş 35000 manat məbləğində ipoteka krediti Bank "xxxx" ASC-yə ötürülmüşdür. Nağıyev Akif Suliddin oğlunun ölümündən xx.xx.2025-ci il tarixinədək iddiaçı tərəfindən 4435,52 manat, xx.xx.2025-ci ildə isə 589,81 manat olmaqla, cəmi 5025,33 manat ödəniş etmişdir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş Arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır. Belə ki, Nağıyev Akif Suliddin oğlunun xx.xx.2025-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 18191,71 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 589,81 manat ödəniş edilmişdir. Bu səbəbdən Nağıyev Akif Suliddin oğlunun ipoteka krediti üzrə ümumi borcu 17601,90 (18191,71-589,81) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan qalıq borcun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601,90 (18191,71-589,81) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə ödənilməsi öhdəliyi cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-nin üzərinə qoyulmalıdır. Eyni zamanda müəyyən edilmişdir ki, mərhum Nağıyev Akif Suliddin oğlu xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra onun vərəsələrinin qanuni nümayəndəsi kimi hazırki iş üzrə İddiaçı xx.xx.2011-cu il tarixli kredit müqaviləsi üzrə Nağıyev Akif Suliddin oğlunun ölümündən xx.xx.2025-ci il tarixinədək iddiaçı tərəfindən 4435,52 manat, xx.xx.2025-ci ildə isə 589,81 manat olmaqla, cəmi 5025,33 manat ödəniş etmişdir. Odur ki, iddiaçı tərəfindən 5025 (beş min iyirmi beş) manat ödəniş edilmişdir. Sözügedən 5025 (beş min iyirmi beş) manat məbləğində pul Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan sığorta ödənişinin məbləğinə daxil olsa da, Qala Həyat” Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi etməkdən əsassız olaraq imtina edildiyindən mərhum Nağıyev Akif Suliddin oğlunun vərəsələrinin qanuni nümayəndəsi İddiaçı tərəfindən məhkəməyə müraciət edənədək banka ödənilmişdir. Buna görə də, iddia həmin əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5025 (beş min iyirmi beş) manat məbləğində pul Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi 8858,50 manat məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir.Belə ki, iddiaçı tərəfindən həmin dəbbə pulunun nə üçün, hansı qaydada hesablanması sübuta yetirilməmişdir. Həmçinin iddiaçı tərəfindən kredit borcuna görə hər hansı artıq məbləğ (dəbbə) ödənilməmiş, hər hansı ziyana düşməmişdir. İddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, MLİ-ZB- 0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 (on yeddi min altı yüz bir) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə ödənilməsi öhdəliyi cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-nin üzərinə qoyulmalı, İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5025 (beş min iyirmi beş) manat məbləğində pul Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 157 (bir yüz əlli yeddi) manat hissəsi Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. MLİ-ZB-0000495 saylı sığorta şəhadətnaməsinə əsasən 17601 (on yeddi min altı yüz bir) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə ödənilməsi öhdəliyi cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5025 (beş min iyirmi beş) manat məbləğində pul Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq, İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 157 (bir yüz əlli yeddi) manat hissəsi cavabdeh “Qala Həyat “ Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-885/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-885/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver