Məhkəmə qərarları › İş №e-2(004)-899/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-899/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-899/2025 13.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "Honor" markalı mobil telefona görə 384,80 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "Taube" markalı paltaryuyan maşına görə 629,90 manat ödəməyi sonuncu öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 22,00 manat ödəniş edilmiş və qalıq 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 47,8 (qırx yeddi manat səksən qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixli, № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 47,8 (qırx yeddi manat səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 366,6 (üç yüz altmış altı manat altmış qəpik) manat, xx.xx.2024-cü il tarixli, № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,9 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas 94,4 (doxsan dörd manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 724,3 (yeddi yüz iyirmi dörd manat otuz qəpik) manat borcun, yekun olaraq iki müqavilə üzrə 948,7 (doqquz yüz qırx səkkiz manat yetmiş qəpik) manat əsas, 142,2 (yüz qırx iki manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1090,9 (min doxsan manat doxsan qəpik) manat borcun və 30,90 (otuz manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Honor" markalı mobil telefonu Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 18 ay müddətinə, hər ay 22 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı "Taube" markalı paltaryuyan maşını Cavabdeh qızına satmış, cavabdeh alınmış əşyanın əvəzində 24 ay müddətinə, hər ay 27 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 478 (dörd yüz yetmiş səkkiz) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləyə əsasən 629,9 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas 944 (doqquz yüz qırx dörd) manat cərimə borcu vardır. İddiaçı tərəfindən cərimə borcuna güzəşt tətbiq olunaraq borc azaldılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, sonuncuya borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 462 (cərimə öhdəliyinə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas öhdəliyə münasibətdə) maddələri çıxış edir. MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MM-in 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarından görünür ki, alıcı Cavabdeh satıcı ilə bağladığı yuxarıda qeyd olunan nisyə alqı-satqı müqavilələri üzrə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə MM-in 467-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə cərimə pulunu 47,8 manat məbləğində deyil, 30,2 (otuz manat iyirmi qəpik) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə cərimə pulunu 94,4 manat məbləğində deyil, 61,1 (altmış bir manat on qəpik) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğlərdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyinəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyinəzərdən məqsədə müvafiq hesab edilmir. İddia tələbinin faktiki və hüquqi halları ilə tərəflər arasında bağlanmış nisyə alqısatqı müqavilələrinin şərtləri və MM-in 462 (cəriməyə münasibətdə), 467 (cərimə borcunun azaldılmasına münasibətdə) və 600.4-cü (əsas borca münasibətdə) maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "Honor" markalı mobil telefona görə 384,80 manat, xx.xx.2024-cü il tarixli, ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "Taube" markalı paltaryuyan maşına görə 629,90 manat ödəməyi sonuncu öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələrin şərtləri pozularaq öhdəliklərə əməl edilməmiş, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 30,2 (otuz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,9 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 61,1 (altmış bir manat on qəpik) manat cərimə borcu yaranmışdır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,90 (otuz manat doxsan qəpik) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 30,2 (otuz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,9 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 61,1 (altmış bir manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1040 (min qırx) manat miqdarında pul və 30,90 (otuz manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqavilə üzrə 318,8 (üç yüz on səkkiz manat səksən qəpik) manat əsas, 30,2 (otuz manat iyirmi qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 629,9 (altı yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 61,1 (altmış bir manat on qəpik) manat cərimə olmaqla, ümumilikdə 1040 (min qırx) manat miqdarında pul və 30,90 (otuz manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar