Məhkəmə qərarları › İş №e-2(004)-925/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-925/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-925/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger üçün 1643.68 (bir min altı yüz qırx üç manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 164.32 (yüz altmış dörd manat otuz iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67577 İphone 14 Plus markalı telefon, Apple adapter, Vinil Mat üçün 1439.66 (bir min dörd yüz otuz doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 143.34 (yüz qırx üç manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 3391 manat borc, 53.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger, İmei kod **********67577 İphone 14 Plus markalı telefon, Apple adapter, Vinil Mat almış və nəticədə 3391 (üç min üç yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2275.92 (iki min iki yüz yetmiş beş manat doxsan iki qəpik) manat (18 ay x 126.44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger üçün ümumilikdə 1808 (bir min səkkiz yüz səkkiz) manat olmaqla ondan, 1643.68 (bir min altı yüz qırx üç manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 164.32 (yüz altmış dörd manat otuz iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2160.54 (iki min yüz altmş manat əlli dörd qəpik) manat (18 ay x 120.03 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********67577 İphone 14 Plus markalı telefon, Apple adapter, Vinil Mat üçün ümumilikdə, 1583 (bir min beş yüz səksən üç) manat olmaqla ondan, 1439.66 (bir min dörd yüz otuz doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 143.34 (yüz qırx üç manat otuz dörd qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1353.12 manat təşkil edir. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Daha sonra iddiaçı Ələkbərov Emil məhkəməyə dəqiqləşdirilmə ərizəsi ünvanlıyaraq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung Charger üçün 1643.68 (bir min altı yüz qırx üç manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 164.32 (yüz altmış dörd manat otuz iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67577 İphone 14 Plus markalı telefon, Apple adapter, Vinil Mat üçün 1199.66 (bir min yüz doxsan doqquz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 199.34 (yüz on doqquz manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 3127 manat borc, 53.91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh SAMSUNG GALAXY S22 markalı telefonu aldıqdan 5 ay sonra onu qaytarmış, əvəzində qiymətində 65% endirim edilməklə, İPHONE 14 PLUS markalı telefonu almışdır. İPHONE 14 PLUS markalı telefonun qiyməti 2199.99 manat olmuş, 65% endirim edilərək, 1072,49 manat qiymətdən çıxılmaqla ona satılmış, ondan geriyə qalan məbləği tələb etmişdilər. X1 şərtlərini 5-ci bəndinə görə X1 sertifikatı alıcıya zəmanət müddəti çərçivəsində güzəştli şərtlərlə məhsulu dəyişmək imkanı verir. Məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir. Öncə əldə edilən məhsul Kontakt Home mağazasına təqdim edilir. Əgər müraciət 2-ci rübdə edilibsə, alıcıya 65% güzəşt olunur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirdi, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon almışdı. Daha sonra telefon baha olduğundan və ödəməkdə çətinlik çəkdiyindən qaytarmaq üçün mağazaya aparmışdı. Ona orada dedilər ki, telefonu qaytarmaqdansa qızıl zəmanətlə başqa telefon götürə bilər. O, daha ucuz olduğundan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********67577 İphone 14 plus markalı telefonu əldə etdi. Ona düzgün başa salmadılar ki, həm bu telefonun, həm də əvvəlki telefonun pulunu ödəməlidir. Bunu əvvəldən bilsəydi götürməzdi. Hal-hazırda maddi vəziyyəti ağırlaşıb. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən əsaslı olduğunda qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02126467 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung charger alıcıya verməyi, alıcı isə alıcı isə ilkin ödənişsiz hər ay 126,44 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən İmei kod **********24566 Samsung Galaxy S22 markalı telefon, Samsung charger adlı mal tam qüsursuz halda alıcıya təhvil verilmişdir. X1 şərtlərinin 5-ci bəndinə görə X1 sertifikatı alıcıya zəmanət müddəti çərçivəsində güzəştli şərtlərlə məhsulu dəyişmək imkanı verir.(Cədvəl 1) Məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir. Öncə əldə edilən məhsul Kontakt Home mağazasına təqdim edilir. Cədvəl 1-də əsasən Əgər müraciət 1-ci rübdə edilibsə 75%, 2-ci rübdə edilibsə 65%, 3-rübdə edilibsə 55%, 4-cü rüb və 2-cildə edilibsə 50%, 3-cü ildə edilibsə 30% alıcıya güzəşt olunur. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03786531 saylı nisyə alğı-satqı müqaviləsi və müqaviləyə əlavədən görünür ki, "xxxx" MMC İmei kod **********67577 İphone 14 plus markalı telefon, Apple adapter Vinil mat alıcıya verməyi, alıcı isə alıcı isə ilkin ödənişsiz hər ay 120,03 manat olmaqla 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktına əsasən İmei kod **********67577 İphone 14 plus markalı telefon, Apple adapter Vinil mat adlı mal tam qüsursuz halda alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 28 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 632,24 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1643,68 manat, cərimə 164,32 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə ödənilmiş məbləğ 720,88 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1439,66 manat, cərimə 143,34 manat təşkil edir. 21 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilmiş məbləğ 632,24 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1643,68 manat, cərimə 164,32 manat təşkil edir. xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə ödənilmiş məbləğ 960,88 manat, əsas borc üzrə ödənilməmiş məbləğ 1199,66 manat, cərimə 119,34 manat təşkil edir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 53,91 (əlli üç manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. 531.3-cü maddəsinə əsasən əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02126467 saylı nisyə alğı-satqı müqaviləsi üzrə borcun tutulması” hissəsinə münasibətdə tələbi əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında öhdəliklə əlaqədar novasiya baş verdiyindən iddiaçı birinci müqavilənin şərtləri üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edə bilməz. Çünki cavabdeh tərəfindən birinci müqavilə üzrə alqı-satqının predmeti olmuş əşya iddiaçıya geri qaytarılmış və tərəflər arasında bağlanmış yeni razılaşmaya əsasən əvvəlki şərtlərlə bağlı öhdəliklərə xitam verilmişdir. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. "xxxx" MMC ilə Cavabdeh (“Müştəri”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əlavədən görünür ki, İphone 14 plus markalı telefonun dəyəri 1510,56 manatdır. 21 yanvar 2024-cü il tarixli maliyyə arayışına əsasən həmin müqavilə üzrə Cavabdeh tərəfindən 960,88 manat məbləğində ödəniş edilmişdir. Müqavilə üzrə ödənilməmiş məbləğ 1199,66 manat təşkil edir. İddiaçı həmin məbləğdə pulun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 4911,55-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın ikinci müqaviləyə üzrə cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 119,34 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilə üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və 10 (on) manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 22 may 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh 1199,66 (bir min dörd yüz doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1209,66 (bir min iki yüz doqquz manat altmış altı) manat əbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 22 may 2024-cü il tarixli müqavilə üzrə Cavabdeh 1199,66 (bir min dörd yüz doxsan doqquz manat altmış altı qəpik) manat əsas, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1209,66 (bir min iki yüz doqquz manat altmış altı) manat əbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar