Məhkəmə qərarları › İş №e-2(004)-935/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-935/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-935/2023 28.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçın Cavabdehnə qarşı "müqavilə öhdəliyinin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "müqavilə öhdəliyinin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 04 sentyabr 2013-cü il tarixli müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 3-cü blok, 16-cımərtəbəsində yerləşən ümumisahəsi 94 kv.metr olan 2 otaqlı, 166 saylı mənzilin bütün sonlama işlərini tamamlayaraq ona təhvil verilməsi, habelə mənzilin mülkiyyət hüququnu adına qeydə aldırmaq üçün qanunla nəzərdə tutulmuş sənədlərin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, payçı kimi icraçı cavabdehlə 04 sentyabr 2013-cü il tarixli müqavilə bağlayaraq ünvan 2 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 3-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı, 166 saylı mənzili pulunu birdəfəlik və nağd qaydada ödəməklə almışdır. Cavabdeh həmin müqavilənin 8.1.-ci maddəsinə əsasən mənzili tikib ona təhvil vermək öhdəliyi götürmüş və təhvil vermə hər iki tərəfin təsdiqlədiyi akt əsasında rəsmiləşməlidir. Lakin cavabdeh 10 ilə yaxın müddətdə ona məxsus mənzili nə təhvil vermir, nə də özəlləşmə üçün müvafiq sənədləri təqdim etmir. O, dəfələrlə cavabdehin rəhbəri ilə görüşərək müqavilə öhdəliyinə riayət etməsini, dəyərini tam, birdəfəlik və nağd qaydada ödədiyi mənzili ona təhvil verməsini tələb etmiş, lakin sonuncu hər dəfə “mənə 2-3 ay da möhlət verin” deyərək üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçın nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icraçı - "xxxx" MTK ilə payçı - İddiaçı arasında başlanmış 04 sentyabr 2013-cü il tarixli müqavilədən görünür ki, tərəflər öz aralarında ünvan 2də inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından pay barədə razılaşmışlar. ünvan 2 ünvanına inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 94 kv.m olan 166 nömrəli mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə öhdəliyin dəyəri 1 kv.m sahəsi üçün 585 manat təyin edilir. Cəmi 94 kv.m sahəsi üçün 55000 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100% miqdarında, yəni 55000 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqimənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 04 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən müəyyən edilmiş öhdəliklərin icrası üçün razılaşmışlar, lakin İddiaçı müqavilədə müəyyən edilmiş öhdəlikləri icra etməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Cavabdehlə bağlanmış 04 sentyabr 2013-cü il tarixli müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 3-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı, 166 saylı mənzilin bütün sonlama işlərini tamamlanaraq iddiaçıya təhvil verilməli və mənzilin mülkiyyət hüququnu adına qeydə aldırmaq üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlə bağlanmış 04 sentyabr 2013-cü il tarixli müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında inşa edilən 16 mərtəbəli yaşayış evinin 3-cü blok, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 94 kv.metr olan 2 otaqlı, 166 saylı mənzilin bütün sonlama işlərini tamamlanaraq iddiaçıya təhvil verilsin və mənzilin mülkiyyət hüququnu adına qeydə aldırmaq üçün qanunla nəzərdə tutulmuş sənədlərin iddiaçıya təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar