Məhkəmə qərarları › İş №e-2(004)-95/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-95/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-95/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ilkin olaraq cavabdehlər "xxxx" MTK, “X2” MMC və Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK və eləcə də hüquqi varisləri “X2” MMC, Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054cü məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 ünvanında yerləşən ümumi sahəsi 81,40 kv.m olan mənzildə, müqavilə üzrə göstərilən kv.m görə yaranmış 16,60 kv.m üzrə 19920 (on doqquz min doqquz yüz iyirmi) manat pul məbləğinin və eləcə də sahənin düzgün hesablanmaması nəticəsində götürülmüş kreditə görə iddiaçıya vurulmuş 35992,80 manat (otuz beş doqquz doxsan iki manat 80 qəpik), həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 258,14 (iki yüz əlli səkkiz manat, 14 qəpik), hüquqi xidmətə görə 120 manat olmaqla cəmi 56290,94 (əlli altı min iki yüz doxsan manat, 94 qəpik) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı mənzil almaq üçün "xxxx" MTK-ya müraciət etmiş, nağd pul vəsaitinin az olması səbəbi ilə ona ilkin ödəniş edilməsi və işgüzar münasibət, müqaviləsi olan "xxxx" ASC-dən kreditin götürülməsi ilə evin alınmasının mümkün olacağı bildirilmişdir. Bu səbəbdən İddiaçılə cavabdeh "xxxx" MTK arasında GH-B6/000881 nömrəli 08 yanvar 2016-cı il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanında "xxxx" MTK tərəfindən inşaat edilən çoxmərtəbəli yaşayış kompleksində bina 6, mərtəbə 12 ümumi sahəsi 98,00 kv.m o cümlədən balkon sahəsi 13,45 kv.m olan 2 otaqdan ibarət 66 saylı mənzili İddiaçı təhvil verməyi, o isə bunun qarşılığında "xxxx" MTK-nə 117600 (yüz on yeddi min altı yüz) manat məbləğində pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəmək öhdəliyini götürmüşdür. Belə ki, 08 yanvar 2016-cı il tarixli GH-B-6/000881 saylı müqavilənin 3.1-ci bəndində qeyd olunduğu kimi, mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1200 (min iki yüz) manat pul məbləğində hesablanmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən 11760 manat pulu sifarişçi şəxsi vəsaiti hesabına, qalan 105840 manat hissəsini isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixinədək ödəyəcək. Bu səbəbdən iddiaçı ilə "xxxx" ASC ilə 1-xx-xx-2016-SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlamışdır və o, həmin müqaviləyə əsasən 105840 (yüz beş min səkkiz yüz qırx) manat məbləğində kredit borcu götürmüşdür. Kredit müqaviləsinin müddəti müqaviləyə əsasən 240 ay müəyyən edilmişdir. Daha sonra yəni, iddiaçıya çıxarışın verilə bilməsi üçün şirkət tərəfindən ondan öz əməkdaşlarına etibarnamə verilməsi tələb olunmuş, İddiaçı xx.xx.2022-ci il tarixdə etibarnamə vermiş və xx.xx.2022-ci il tarixdə AR DƏDRK İddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanda yerləşən yaşayış kompleksində bina 6, mərtəbə 12, mənzil 66 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququ qeydiyyata almış və bu barədə ona çıxarış təqdim etmişdir. Bundan sonra İddiaçı verdiyi etibarnamədən sui-istifadə edən "xxxx" MTK-nin əməkdaşı ona məxsus evi "xxxx" ASC ilə 1-xx-xx-2016-SHM-GH sayl 15 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1054-cü məhəllə, ev 122, ev 122A, 126, 126A, 128, mənzil 66 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ƏMDX DƏDKR PHŞ-in verdiyi çıxarışa əsasən mənzil sahəsinin 81.40 kv metr olması müəyyənləşdirilmişdir. İddiaçı müqaviləyə əsasən, ümumi sahəsi 98 kv.m olan mənzil deyil, ümumi sahəsi 81,40 kv.m olan mənzil təhvil verilmişdir və beləliklə nəzərdə tutulan mənzilin ümumi sahəsində 16,60 kv.m fərq yaranmışdır. Nəticə etibarı ilə, "xxxx" MTK müqavilə üzrə öhdəliyini düzgün icra etməmiş və İddiaçı 19920 manat (16,60x1200=19920) maddi ziyan vurmuşdur. Beləliklə, "xxxx" MTK tərəfindən sözügedən mənzilin ümumi sahəsinin kv.m düzgün hesablanmayaraq qanunvericiliyin normaları pozulmuş, "xxxx" MMC 19920 manat məbləğində əsassız varlanmış və eyni zamanda iddiaçıya həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa qeyd etmişdir ki, mənzilin kvadratı və dəyəri düzgün hesablanmış olsaydı (81.40x1200=97680) iddiaçı tərəfindən 97680 manat pul ödənilməli, belə olan halda 9768 manat ilkin ödəniş, 87912 manat isə kredit götürməli olacaqdı. Səhv hesablanmış 98 kv.m-ə görə götürdüyü 105840 manat kreditə səbəbindən hər ay 885,30 manat kredit ödəyir və bu səbəbdən ümumilikdə (240x885.30=212472) 212472 manat banka kredit öhdəliyi yaranmışdır. Düzgün hesablanmış 81.40 kv.m-ə görə 87912 manat kredit üzrə banka aylıq 735,33 ödəniş verəcəkdi. Bununla da ümumilikdə 176479,20 manat (240x735,33=176479,20) ödəniş etmiş olacaqdı. Yəni 08 yanvar 2016-cı il tarixli GH-B-6/000881 saylı müqavilənin 1.1 və 3.1-ci bəndinin pozulması səbəbindən İddiaçı "xxxx" ASC ilə 1-xx-xx-2016- SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 35992,80 AZN (otuz beş min doqquz yüz doxsan iki manat 80 qəpik) zərər (212472-176479,20=35992,80) görmüşdür. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdehlərin əsl Cavabdeh MMC ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən (xx.xx.2024-cü il tarixli protokola qeyd edilməklə) əsl olmayan cavabdehlər əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil4 iddia tələbinə etiraz verərək iddia ərizəsinə etirazını aşağıdakı qaydada əsaslandırmışdır: Mülki Məcəlləyə əsasən maddə 752: Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, silarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İşdə olan 3-16- 16/2-10/7752 nömrəli 28 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən azaltma əmsalları tətbiq edilmədən mənzilin faktiki sahəsi 91,1 kv.m., mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98 kv.m. təşkil edir. Hansı ki, müqavilənin tərkib hissəsi olan (müqavilənin 11.2-ci bəndi), mülkiyyətçiyə təqdim edilmiş mənzilin sxem-layihəsində də brut sahə 98 kv.m, net sahə - mənzilin faktiki sahəsi 91.3 kv.m. qeyd edilmişdir. MTK-nın təqdim etdiyi həmin sxem layihə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin mülkiyyətçiyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli Mənzilin Texniki pasportundakı sxem layihə və otaqların ölçüləri ilə eynilik təşkil edir. Yəni həm MTK-nın təqdim etdiyi sxem layihədə, həm mənzilin texniki pasportunda, həm də ekspert rəyində mənzilin faktiki sahəsinin 91.1 kv.m olduğu təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, mənzilin ümumi sahəsinə (brut sahə) yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Yəni tərəflər arasında podrat müqavilə bağlanmışdır və podrat müqaviləyə əsasən podratçı müqavilə şərtləri ilə razılaşdırılmış işi icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən otaqların ölçüsü və mənzilin ümumi sahəsi barədə İddiaçı geniş izah verilmiş və o, hansı ölçüdə hansı mənzili aldığını anlayıb müqaviləyə imza atmışdır. Mənzilin “Çıxarışında” mənzilin kvadratı hesablanarkən azaltma əmsalları tətbiq edildiyindən faktiki sahə ilə uyğunsuzluq yaranmışdır. Podratçının vəzifəsi tərəflər arasında razılaşdırılmış ölçüdə mənzili tikib təhvil verməkdir ki, o da öz öhdəliyini tam icra etmişdir və müqavilə şərtlərinə uyğun mənzil İddiaçı təhvil verilmişdir. Çıxarışda azaltma əmsallarının tətbiq edilərək mənzilin ölçüsünün faktiki ölçüsündən az göstərilməsi podratçının işinin qüsurlu icrası kimi təfsir edilməməlidir. Çünki podratçı müqavilə ilə razılaşdırılmış işin qiymətini hesablayarkən faktiki sahənin tikintisinə çəkdiyi xərcə əsasən hesabat aparır. Azaltma əmsallarının tətbiq edilməsi isə onun çəkdiyi xərclərin nəzərə alınmamasına, həddən artıq ziyana düşməsinə və nəticədə podratçının hüquqlarının pozulması ilə nəticələnər. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesində iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə prosesinin onun və iddiaçının iştirakı olmadan keçirib, qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil4 iddiaya etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, işdə olan 3-16-16/2-10/7752 nömrəli 28 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən azaltma əmsalları tətbiq edilmədən mənzilin faktiki sahəsi 91,1 kv.m., mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98 kv.m. təşkil edir. Hansı ki, müqavilənin tərkib hissəsi olan (müqavilənin 11.2-ci bəndi), mülkiyyətçiyə təqdim edilmiş mənzilin sxemlayihəsində də brut sahə 98 kv.m, net sahə - mənzilin faktiki sahəsi 91.3 kv.m. qeyd edilmişdir. MTK-nın təqdim etdiyi həmin sxem layihə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin mülkiyyətçiyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli Mənzilin Texniki pasportundakı sxem layihə və otaqların ölçüləri ilə eynilik təşkil edir. Yəni həm MTK-nın təqdim etdiyi sxem layihədə, həm mənzilin texniki pasportunda, həm də ekspert rəyində mənzilin faktiki sahəsinin 91.1 kv.m olduğu təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, mənzilin ümumi sahəsinə (brut sahə) yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun divaraltı sahə daxildir. Yəni tərəflər arasında podrat müqavilə bağlanmışdır və podrat müqaviləyə əsasən podratçı müqavilə şərtləri ilə razılaşdırılmış işi icra etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən otaqların ölçüsü və mənzilin ümumi sahəsi barədə İddiaçı geniş izah verilmiş və o, hansı ölçüdə hansı mənzili aldığını anlayıb müqaviləyə imza atmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, "xxxx" MTK ilə (Cavabdeh MMC) ilə İddiaçı arasında 08 yanvar 2016-cı il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində bina 6, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 98 kv.metr olmaqla, o cümlədən balkon sahəsi 13,45 kv.m., 2 otaqdan ibarət 66 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 117.600 manat olmaqla, mənzilin brut sahəsi üzrə hər kv.metr üçün 1.200 manat, 11.760 manatın sifarişçinin şəxsi vəsait hesabına, qalan 105.840 manat hissənin isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında xx.xx.2016-cı il tarixədək ödəcəyi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 91,37 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 98,0 kv.metr göstərilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında 1-xx-xx-2016-SHM-GH saylı 08 yanvar 2016-cı il tarixli kredit müqaviləsi bağlanmış və o, həmin müqaviləyə əsasən 105840 (yüz beş min səkkiz yüz qırx) manat məbləğində kredit borcu götürmüşdür. Kredit müqaviləsinin müddəti müqaviləyə əsasən 240 ay müəyyən edilmişdir. Daha sonra yəni, xx.xx.2022-ci il tarixdə AR DƏDRK İddiaçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü ünvanda yerləşən yaşayış kompleksində bina 6, mərtəbə 12, mənzil 66 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququ qeydiyyata almış və bu barədə ona çıxarış təqdim etmişdir. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mənzil sahəsinin 81.40 kv metr olması müəyyənləşdirilmişdir. İddiaçı ona, müqaviləyə əsasən, ümumi sahəsi 98 kv.m olan mənzil deyil, ümumi sahəsi 81,40 kv.m olan mənzilin təhvil verildiyini və beləliklə mənzilin ümumi sahəsində 16,60 kv.m fərqin yaranmasını, nəticə etibarı ilə, "xxxx" MTK-nın müqavilə üzrə öhdəliyini düzgün icra etməyərək, İddiaçı 19920 manat (16,60x1200=19920) maddi ziyan vurulduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2022-ci il tarixli çıxarış almışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1054-cü məhəllə 122, 122A, 126, 126A, 128 nömrəli evin 66 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 122A, M12, m.2), ümumi sahəsinin 81,40 kv.metr olduğu göstərilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********17-05301-093331 reyestr nömrəli texniki pasportda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1054-cü məhəllə 122, 122A, 126, 126A, 128 nömrəli evin 66 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 122A, M12, m.2), ümumi sahəsinin 81,40 kv.metr, yaşayış sahəsinin 46,50 kv.m, 2 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 13.9 kv.m x 0,3 = 4,2 kv.m göstərilməklə, mənzilin ümumi sahəsinin 81,40 kv.m olduğu qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********938600 nömrəli və xx.xx.2022-ci il tarixli **********597000 nömrəli çıxarışlardan müəyyən edilir ki, "xxxx" MTK xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********), sonradan adı dəyişdirilərək "xxxx" MTK olmuş, daha sonra isə "xxxx" MTK-nın adı dəyişdirilərək Cavabdeh MTK olmuşdur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/7752 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 122A, M12, m2) ümumi sahəsinin 81,4 kv.m, mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin ümümi sahəsinin 81,4 kv.m, həmin mənzilin mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m. təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 6/000881 saylı müqavilənin tələblərinə (98,0 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində bina 6, mərtəbə 12, brut sahəsi (mənzilin tikilən brut sahəsi) 98 kv.metr olmaqla, o cümlədən balkon sahəsi 13,45 kv.m., 2 otaqdan ibarət 66 nömrəli mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 117.600 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 81,40 kv.m göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 122A, M12, m2) ümumi sahəsinin 81,4 kv.m, mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə, 6-cı bina, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 2 otaqlı 66 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin ümümi sahəsinin 81,4 kv.m, həmin mənzilin mənzilin ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan 91,1 kv.m. təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli GH-B 6/000881 saylı müqavilənin tələblərinə (98,0 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. İşin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 98,0 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik mənzili iddiaçıya vermişdir. Belə ki, bu fakt ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 98,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə tam yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Mənzilin faktiki (net sahə) sahəsinə gəldikdə isə, ekspert rəyinə əsasən faktiki sahənin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 91,1 kv.m, yəni müqavilədə göstərilən 91.37 kv.m net sahədən hələ, 0.27 kv.m. cox təşkil etməsi müəyyən edilir. Müqavilə üzrə təhvil verilməli olan brut sahə - 98,0 kv.m isə, ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. (eks.rəyi 2 sual) Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə görə iddiaçı 98,0 kvm brut sahəsinin hər bir kv.m-nə görə 1200 manat hesablamaqla cəmi 117 600 manat ödəməlidir və iddiaçı tərəfindən bu məbləğ tam ödənilmişdir. Ekspert rəyi ilə 98,0 kv.m. brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Deməli, iddiaçı mənzilə görə nə artıq (əlavə), nə də müqavilədənkənar heç bir məbləğ ödəməmişdir. Göründüyü kimi, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar