Məhkəmə qərarları › İş №e-2(004)-973/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-973/2024

13.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-973/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə “mirasda məcbüri payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 vərəsəsi İddiaçı ünvan 1 saylı daşınmaz əmlak üzərində cavabdehə məxsus ½ hissədə payından ¼ hissədə payının müəyyən edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh Firudin qızına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, ünvan 1 saylı daşınmaz əmlak üzərində iddiaçının ½ hissədən ¼ hissə payının müəyyən edilməsinə dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X15 xx.xx.1950-ci il tarixdə doğulmuş və 1964-cü il tarixdə mübahisələndirilən mənzilə köçmüşdür. O, xx.xx.2010-cu il tarixdə vəfat etmiş və xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1457 nömrəsi ilə qeyd edilmişdir. Mərhum X15 öldüyü tarixədək ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamış və həmin ev onun anasına məxsus olmuşdur. İddiaçı da doğulduğu andan hal-hazıradək həmin mənzildə qeydiyyatda durmaqla yaşayır. Hal-hazırda mübahisələndirilən mənzil iddiaçının mərhum atasının anası olan Qəmbərоvа Məlеykə Nəsir qızına məxsus olmuşdur. Vərəsəlik qaydasında mülkiyyət cavabdehə keçsə də, iddiaçının ona mərhum atasından qalan payı müəyyən edilməyərək cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ********** qeydiyyat nömrəli, qеydiyyаt tаriхi xx.xx.2023 olan çıxarış verilmişdir. Hesab edir ki, verilmiş çıxarış ləğv edilməli və iddiaçının payı müəyyən edilərək mübahisəli mənzilə dair yeni çıxarış tərtib edilməlidir. Bildirilir ki, iddiaçının mərhum atasının anası Qəmbərоvа Məlеykə Nəsir qızı xx.xx.1995-ci il tаriхdə vəfat edərkən mirası faktiki olaraq qəbul etmiş və ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla vəfat etdiyi tarixədək yaşamışdır. İddiaçı da həmin evdə doğulmuş və hal-hazıradək o evdə yaşamaqdadır. Cavabdeh iddiaya etirazı məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi ilə, vərəsəsi olduğu xx.xx.2010cu il tarixdə vəfat etmiş atası mərhum X12 çatmalı olan ünvan 1 ünvanında yerləşən əmlakdan pay tələbi ilə vərəsəlik qaydasında Cavabdeh Fridun qızına qarşı məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, onun atası X15 xx.xx.1950-ci il tarixdə doğulmuş və 1964-cü il tarixdə mübahisələndirilən mənzilə köçmüşdür. O, xx.xx.2010-cu il tarixdə vəfat etmiş və xx.xx.2010-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1457 nömrəsi ilə qeyd edilmişdir. Mərhum X15 öldüyü tarixədək ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamış və həmin ev onun anasına məxsus olmuşdur. İddiaçı da doğulduğu andan hal-hazıradək həmin mənzildə qeydiyyatda durmaqla yaşayır. Hal-hazırda mübahisələndirilən mənzil iddiaçının mərhum atasının anası olan X5 məxsus olmuşdur. Vərəsəlik qaydasında mülkiyyət cavabdehə keçsə də, iddiaçının ona mərhum atasından qalan payı müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, verilmiş çıxarış ləğv edilməli və iddiaçının payı müəyyən edilərək mübahisəli mənzilə dair yeni çıxarış tərtib edilməlidir. Bildirir ki, iddiaçının mərhum anası X11 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İddiaçı da həmin evdə doğulmuş və hal-hazıradək o evdə yaşamaqdadır. İddiaçının mərhum atası X15 faktiki olaraq mirası qəbul etmişdir. Miras xx.xx.1995-ci il tarixli vəsiyyətnamə əsasında Cavabdeh vəsiyyət edilmişdir. X10 Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən (Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunanlara əsasən iddiaçı məcburi pay müəyyən edilməklə ünvan 1 üzərində cavabdehə məxsus ½ hissədə payından iddiaçının ¼ hissədə payının müəyyən edilməsini tələb edir. Cavabdeh tərəf hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. İİk növbədə onu qeyd edir ki, iddiaçı miras qoyan X3 xx.xx.1995-ci il tarixdə vəfat etdiyinə istinad edir. Bu o deməkdir ki, həmin vaxt hazırki, yəni 2000-ci ilin 01 sentyabr tarixindən qüvvədə olan Müİki Məcəllə deyil, 1964-cü ildən qüvvədə olmuş Azərbaycan Respublikası Müİki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Miras qoyan X3 xx.xx.1995-ci il tarixdə vəfat etdiyi nəzərə alınmaqla, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Bu baxımdan 1964-cü ildən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan RespublİKası Müİkİ Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Göründüyü kimi, iddia ərizəsində istinad edilən miras qoyan X3 xx.xx.1995-ci il tarixdə vəfat etdiyi işin mübahisələndirilməyən hissəsidir. Əgər miras 1995-ci ildə açılmışdırsa, bu halda həmin vaxt qüvvədə olan Müİki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən isə miras açılan 1995-ci ildə X10 yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan, ölənin himayəsində olması kimi hallar barədə sübutlar təqdim olunmamışdır. Bundan başqa, İddiaçı mərhum atası X10 vərəsəsi olduğu barədə bəzi sübutları təqdim etsə də (doğum haqqında şəhadətnamə və sair), atası X10 özünün vərəsə olması barədə heç bir sübut təqdim etməmişdir. Başqa sözlə, X10 miras qoyan X3 oğlu olduğu halları təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim edilməmişdir. Həmin şəxslərin miras ünvanda yaşamaları vərəsə olduqları anlamına gətirmir və heç bir əhəmiyyət kəsb etmir. Bu səbəbdən hər hansı bir şahidlərin (iddiaçının vəsatətində adları qeyd edilməmişdir) məhkəmədə dindirilməsinə zərurət olmamışdır. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə baxılacaq işin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişlər, məhkəmə işə iddiaçı və 3-çü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, işə mahiyyəti üzrə baxılmasını tələb edərək, etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X21, xx.xx.1989; X13, xx.xx.1988; X17, xx.xx.1981; İddiaçı, xx.xx.1978; X14, xx.xx.1968; X4, xx.xx.1958; X37, xx.xx.1982; X30, xx.xx.2008; X7, xx.xx.2006; X18, xx.xx.1957; X8, xx.xx.1994; X19, xx.xx.2012 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli 3-16-5-8/69-2242/2023 saylı arayışdan görünür ki, X15 ilə X9 31 avqust 1976-cı il tarixdə nikaha daxil olmuş və bu barədə 898 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəsirov”, arvada “Nəsirova” soyadı verilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ 443757 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə, 1457 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 56 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin 19.12..2023-cü il tarixli 274 nömrəli arayışından görünür ki, vətəndaş İddiaçı ünvan 2 mənzilində qeydiyyatdadır və yaşayır. X15 xx.xx.2010cu il tarixdə vəfat etmiş, ölənə qədər bu ünvanda yaşamışdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, V-ЖГ 466595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X20 xx.xx.1978-ci il tarixdə doğulmuşdur. Bu barədə akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə, 1530 nömrə ilə qeydiyyat aparılmışdır. Atası X15, X1r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evin 1/2 hissədən 1 otaq X25, 1/2 hissədən 1 otaq X2 və 1/2 hissədə Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə rəsmiləşdirilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ 254477 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə, 410 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2V-133 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1995ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-1/40 № ilə qeyd olunan - vəsiyyətnaməyə əsasən xx.xx.1995-ci il tarixdə vəfat etmiş-X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdehdır və miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri Planlaşdırma İdarəsi yanında şəhər uçotmüxəlləfat bürosu tərəfindən xx.xx.1966 tarixdə verilmiş, qeydəalma nömrəsi ilə 2.37 nömrəli kitabın 15675-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 76.7 kv.m., yaşayış. sahəsi 65,5 kv-.m., yardımçı sahəsi 11.2 kv.m. olan fərdi yaşayış evindən mərhum X5 məxsus olan 1/2 hissədən ibarətdir. Mülki işin mübahisəsiz halıdır ki, vəsiyyət edən X11 xx.xx.1995-ci il tarixdə vəfat etmiş, şəxsin vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin 18 yanvar 1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən mübahisəli fərdi yaşayış evinin ona məxus hissəsi Cavabdeh vəsiyyət edilmişdir. İddiaçının atası X15 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir və iddiaçı həmin evin anasından atasına miras qaldığı hesab edilən hissədən məcburi pay tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, miras qoyan Məleykə Qəmbərova xx.xx.1995-ci il tarixdə vəfat etdiyindən, həmin münasibətlərin yarandığı vaxt qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Müİki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən, miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı atası X10 vərəsəlikdən məcburi pay hüququna malik olmasına dair, yəni Azərbaycan SSR Mülki Məcəlləsinin 538-ci maddəsinin təsir dairəsinə düşməsinə dair hər hansı sübutunu təqdim etməmişdir. Halbuki, hazırki halda sübutetmə yükü iddiaçının üzərindədir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə X10 vərəsəsi İddiaçı ünvan 1 saylı daşınmaz əmlak üzərində cavabdehə məxsus ½ hissədə payından ¼ hissədə payının müəyyən edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh Firudin qızına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, ünvan 1 saylı daşınmaz əmlak üzərində iddiaçının ½ hissədən ¼ hissə payının müəyyən edilməsinə dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216,220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə “mirasda məcburi payın müəyyən edilməsi və çıxarışın ləğvi və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar