Məhkəmə qərarları › İş №e-2(004)-981/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-981/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-981/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması və xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən həmin mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-4765/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-981/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki işin materialları işin baxılmasının aidiyyat məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli e-2(103)-2064/2024 nömrəli qərardadı ilə mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsasladırılmışdır ki, İddiaçı anası X5 ilə birgə (2014-cü ildə Cavabdeh MMC tərəfindən onlardan təhvil alınan) 44,6 m2 yaşayış sahəsinə malik mənzili alıb, 213472 saylı xx.xx.2014-cü tarixli çıxarış əldə edərək rəsmi şəkildə mülkiyyətçisinə çevrilmişlər. (çıxarış qoşmaya əlavə edilir). Qeyd edir ki, Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X5 məxsus üç otaqlı 70 m2 (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin də yerləşdiyi binanın söküntüsünə başlamış, İddiaçı və X5 ilə 11 iyul 2018-ci il tarixdə bağladığı 105 nomrəli müqaviləyə əsasən yeni bina inşa edərək, yuxarıda qeyd edilən ölçüdə mənzilin əvəzinə onlara ümumi sahəsi 127,6 m2 olan eyni blokda yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 02 (iki) ədəd iki otaqlı (hər biri 63,8 m2 olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliyini icra etməmişdir. Bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh onlara məxsus 70 m2 yaşayış sahəsi əvəzinə qeyd olunan sahənin 25%-i miqdarında, yəni 17,5 m2 və evinin qarşısında yerləşən bağ sahəsinin əvəzinə daha 5 m2, ümumilikdə, 22,5 m2 yaşayış sahəsini onlara ödənişsiz olaraq verməyi öhdəsinə götürmüşdür. Bununla da İddiaçı və X3 verilməli olan yaşayış sahəsinin bütövlükdə sahəsi 92,5 m2-dir. Bundan əlavə, müqavilənin 1.3-cü bəndinə görə Cavabdeh MMC təmir üçün həmin yaşayış sahəsinin hər m2-ə görə 250 manat, ümumilikdə 92,5 m2 yaşayış sahəsinə görə 23.125,0 manat İddiaçı anası X3 ödəməli idi. İddiaçı və X5 da yeni binada onlara veriləcək olan mənzillərin ümumi sahəsindən, yəni 127,6 m2 yaşayış sahəsindən onlara ödənişsiz olaraq verilən 92,5 m2 sahəni çıxdıqdan sonra qalan 35,1 m2 sahənin hər kvratmetri üçün 1650 manat məbləği 03 il ərzində proporsional olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.7-ci bəndinə əsasən belə bir razılığa gəlinmişdir ki, onların şirkətə 03 il ərzində ödəməli olduqlartı 57.915,0 manatdan şirkətin onlara təmir üçün ödəməli olduğu 23.125,0 manat çıxılsın və onlar 03 il boyunca proporsional olaraq ümumilikdə 34.790,0 manat, aylıq isə 965,00 manatı şirkətə ödəsinlər. Müqavilənin şərtlərinə sadiq qalaraq müqavilədə də qeyd olunduğu kimi ödənişə binanın bünövrəsi qazıldıqdan sonra xx.xx.2019-cu il tarixdən başlamışlar. Cavabdeh MMC isə bunun müqabilində yeni bina qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilənədək onlara hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC bağladığı müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. İddiaçı və X5 Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 600 manat kirayə haqqını İddiaçı bank hesabına ödəyib, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Bildirirlər ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 m2 yox, 72,5 m2-dir. Buna görə də həmin mənzillərin 63,8 m2-dən artıq olan hər m2-ə görə 1650 manat vəsait ödəməlidir. Bu müqavilə şərtinin pozulmasıdır. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Müqavilənin 3.1.1 bəndinə görə şirkət müqavilə bağlandığı gündən bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində binanın söküntüsünü və yerində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihəyə uyğun olaraq 03 ildən artıq olmayan müddətdə yeni binanın tikintisini başa çatdırmağı öhdəsinə götürmüş və artıq 05 il keçməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirməmişdir. Müqavilədə həmçinin, qeyd edilmişdir ki, binanın tikintisi hər hansı səbəbdən müqavilə ilə müəyyən olunmuş 03 ildən artıq müddətdə tamamlanarsa, mənzillər üçün hər hansı ödəniş tələb edilə bilməz. Bu baxımdan 03 illik müddət keçdiyinə görə İddiaçı və X1 hər hansı ödəniş tələb edilə bilməz. Ümumilikdə İddiaçı və X2 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmişlər, (bu faktı təsdiq edən bank hesabından çıxarışlar qoşmaya əlavə edilir), 6.724 manat borcları qalmışdır. Şirkət isə xx.xx.2023cü il tarixə kimi 08 aydır ki, aylıq ödəməli olduğu 600 manat ödənişi ödəmir. İddiaçı və X3 xx.xx.2023-cü il tarixə 5.400 manat kirayə haqqı borcu var. İddiaçı və X2 şirkətə olan borclarından şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazırdırlar. Bunun müqabilində şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirərək binanın tikintisini başa çatdırıb müqavilədə nəzərdə tutulmuş mənzillərdən birini mənə təhvil verməli, mənzil qanunvericiliklə müəyyən olunmuş qaydada istismara verilənə qədər isə aylıq 600 manat kirayə haqqını ödəməyə davam etməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər. İddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MTK-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müarciət edərək, iddia tələbinin rədd edilməsini və mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin iştiakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə, cavabdehin nümayəndəsinin tiddianın rədd edilməsinə dair ərizələrini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2004-cü il tarixli ÖM seriyalı 213472 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzili ümumi paylı mülkiyyət hüququ əsasında İddiaçı və X2 mülkiyyətindədir. Cavabdeh MMC (VÖEN **********) ilə İddiaçı və X5, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 23 iyun 2017-ci il tarixli 173 saylı sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən xx.xx.2004-cü il tarixli ÖM seriyalı 213472 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçilər İddiaçı və X3 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzilin də yerləşdiyi binanın söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin ünvanda mülkiyyətçilər İddiaçı və X3 məxsus olan üç otaqlı 70 m2 (faktiki ölçülmüş sahə) ölçüdə mənzilin əvəzinə mülkiyyətçilər İddiaçı və X4 yeni binada ümumi sahəsi 127,6 m2 olan eyni blokda yəni “E” blokunda 10 və 11-ci mərtəbələrdə yerləşən 02 ədəd iki otaqlı (hər biri 63,8 m2 olmaqla) 228 və 232 nömrəli mənzillərlə təmin etməyi öz öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh onlara məxsus 70 m2 yaşayış sahəsi əvəzinə qeyd olunan sahənin 25%-i miqdarında, yəni 17,5 m2 və evinin qarşısında yerləşən bağ sahəsinin əvəzinə daha 5 m2, ümumilikdə, 22,5 m2 yaşayış sahəsini onlara ödənişsiz olaraq verməyi öhdəsinə götürmüşdür. Bununla da İddiaçı və X3 verilməli olan yaşayış sahəsinin bütövlükdə sahəsi 92,5 m2-dir. Bundan əlavə, müqavilənin 1.3-cü bəndinə görə Cavabdeh MMC təmir üçün həmin yaşayış sahəsinin hər m2-ə görə 250 manat, ümumilikdə 92,5 m2 yaşayış sahəsinə görə 23.125,0 manat İddiaçı anası X3 ödəməli idi. İddiaçı və X5 da yeni binada onlara veriləcək olan mənzillərin ümumi sahəsindən, yəni 127,6 m2 yaşayış sahəsindən onlara ödənişsiz olaraq verilən 92,5 m2 sahəni çıxdıqdan sonra qalan 35,1 m2 sahənin hər kvratmetri üçün 1650 manat məbləği 03 il ərzində proporsional olaraq ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.7-ci bəndinə əsasən belə bir razılığa gəlinmişdir ki, onların şirkətə 03 il ərzində ödəməli olduqlartı 57.915,0 manatdan şirkətin onlara təmir üçün ödəməli olduğu 23.125,0 manat çıxılsın və onlar 03 il boyunca proporsional olaraq ümumilikdə 34.790,0 manat, aylıq isə 965,00 manatı şirkətə ödəsinlər. Müqavilənin şərtlərinə sadiq qalaraq müqavilədə də qeyd olunduğu kimi ödənişə binanın bünövrəsi qazıldıqdan sonra xx.xx.2019-cu il tarixdən başlamışlar. Cavabdeh MMC isə bunun müqabilində yeni bina qanunvericiliklə müəyyən edilmiş qaydada istismara verilənədək onlara hər ay 600 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC bağladığı müqavilədə qeyd olunan müddətdə binanın tikintisini başa çatdırmamış, buna görə də binanın tikintisi daha sonra “Koroğlu Residence” həvalə edilmişdir. İddiaçı və X5 Cavabdeh MMC ilə bağladıqları müqavilə “Koroğlu Residence” münasibətdə də qüvvədə qalmışdır. Şirkət sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 600 manat kirayə haqqını İddiaçı bank hesabına ödəyib, 2023-cü ilin fevral ayından etibarən aylıq kirayə haqqını ödəməyi dayandırmışdır. Cavabdeh bildirmişdir ki, müqavilədə qeyd olunan mənzillərin hər birinin ayrılıqda ümumi sahəsi 63,8 m2 yox, 72,5 m2-dir. Buna görə də həmin mənzillərin 63,8 m2-dən artıq olan hər m2-ə görə iddiaçı 1650 manat vəsait ödəməlidir. Cavabdehin bunu tələb etməklə, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozur. Çünki, müqavilənin 4.3-cü bəndinə görə binanın tikintisi başa çatdıqdan sonra mülkiyyətçiyə verilən mənzillərin sahəsi bu müqavilədə nəzərdə tutulmuş sahədən artıq olduqda şirkət tərəfindən mülkiyyətçidən həmin sahəyə görə hər hansı ödəniş tələb edilə bilməz. Müqavilənin 3.1.1 bəndinə görə şirkət müqavilə bağlandığı gündən bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində binanın söküntüsünü və yerində qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş layihəyə uyğun olaraq 03 ildən artıq olmayan müddətdə yeni binanın tikintisini başa çatdırmağı öhdəsinə götürmüş və artıq 05 il keçməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirməmişdir. Müqavilədə həmçinin, qeyd edilmişdir ki, binanın tikintisi hər hansı səbəbdən müqavilə ilə müəyyən olunmuş 03 ildən artıq müddətdə tamamlanarsa, mənzillər üçün hər hansı ödəniş tələb edilə bilməz. Bu baxımdan 03 illik müddət keçdiyinə görə İddiaçı və X1 hər hansı ödəniş tələb edilə bilməz. Ümumilikdə İddiaçı və X2 şirkətə ödəməli olduqları 34.750 manatın 28.026 manatını ödəmişlər, (bu faktı təsdiq edən bank hesabından çıxarışlar qoşmaya əlavə edilir), 6.724 manat borcları qalmışdır. Şirkət isə xx.xx.2023-cü il tarixə kimi 08 aydır ki, aylıq ödəməli olduğu 600 manat ödənişi ödəmir. İddiaçı və X3 xx.xx.2023-cü il tarixə 5.400 manat kirayə haqqı borcu var. İddiaçı və anası X2 şirkətə olan borclarından şirkətin onlara olan borcunu çıxdıqdan sonra qalan 1.324 manat borclarını ödəməyə hazır olduqları qeyd etmişdir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqısatqı qaydaları tətbiq edilir. İddianın predmetini - Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı verilməsindən və mənzil istismara qəbul edilənədək aylıq 600 manat kirayə haqqının Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsindən ibarətdir. Cavabdeh MTK (VÖEN **********) (əvvəlki Cavabdeh MMC VÖEN **********) müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulan mülkiyyətçilər İddiaçı və X3 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prosepkti 80 saylı evin yaşayış sahəsi 44,6 kv.m olan üç otaqlı 57 saylı mənzilin də yerləşdiyi binanın yerində inşa edilən yaşayış binasının “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilini İddiaçı mülkiyyətinə təhvil verməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-806/2024 nömrəli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2018-ci il tarixli 105 nömrəli müqavilə üzrə öhdəliklərin icrası və binanın tikintisi başa çatdırılmaqla, yeni binada 232 nömrəli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Mülki Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olmaları öz təsbitini tapmışdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı mənzilin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh iddiaçıya mənzilin təhvil verilənədək hər ay 600 manat kirayə haqqının ödənilməsinə üzərinə öhdəlik götürmüşdür. Lakin 2023-cü ilin fevral ayından etibarən üzrəinə götürmüş öhdəliyini yerinə yetirməmişdir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən həmin mənzil İddiaçı təhvil verilənədək 2023cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti Vaqif prospekti Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yerləşən İddiaçı və X3 məxsus olan üç otaqlı 70 kv.m ölçüdə olan mənzilin də yerləşdiyi binanı sökərək, yerində inşa etdiyi binanın tikintisini başa çatdırıb müqavilədə qeyd olunan “E” blokunda 10-cu mərtəbədə yerləşən 1 ədəd 2 otaqlı 228 nömrəli mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. xx.xx.2018-ci il tarixli 105 nömrəli müqaviləyə əsasən həmin mənzil İddiaçı təhvil verilənədək 2023-cü ilin fevral ayından etibarən hər ay üçün 600 manat kirayə haqqı Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar