Məhkəmə qərarları › İş №e-2(004)-985/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-985/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-985/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 2 ədəd 6.5” Smart Segway holder üçün 848,3 (səkkiz yüz qırx səkkiz manat otuz qəpik) manat ödənilməmiş hissə, 84,7 (səksən dörd manat yetmiş qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Wonlex markalı saat, X2 2 markalı saat və Samsung Galaxy markalı saat üçün 857,2 (səkkiz yüz əlli yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 84,8 (səksən dörd manat səksən qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Elari KidPhone 2 və Samsung Galaxy markalı saat üçün üçün 319 (üç yüz on doqquz) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********00341 olan X1 10 markalı telefon üçün 1532 (min beş yüz otuz iki) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat cərimə, ümumilikdə, 3910 manat borc, 59,1 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, 2 ədəd 6.5” Smart Segway holder, 8.0” Smart Segway holder, Wonlex markalı saat, X2 2 markalı saat, Samsung Galaxy markalı saat, Elari KidPhone 2, Samsung Galaxy markalı saat və İmei kodu **********00341 olan X1 10 markalı telefon almış və nəticədə 3910 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1397 manat (24 ay x 58 manat + 5) manat ilkin ödəniş 6.5” Smart Segway holder, 8.0” Smart Segway holder, 6.5” Smart Segway holder üçün ümumilikdə, 933 manat olmaqla ondan, 848,3 manat ödənilməmiş hissə, güzəşt olunaraq 84,7 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1422 manat (18 ay x 79 manat + 0 manat ilkin ödəniş) Wonlex Saat - 2 ədəd, Elari KidPhone 2 Saat, Samsung Galaxy saat üçün ümumilikdə, 942 manat olmaqla ondan, 857,2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 84,8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 954 manat (18 ay x 53 manat + 0 manat ilkin ödəniş) Elari KidPhone 2, Samsung Galaxy saat üçün ümumilikdə, 350 manat olmaqla ondan, 319 manat ödənilməmiş hissə, güzəşt olunaraq 31 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti manat (12 ay x 219 manat + 219 manat ilkin ödəniş) İmei kodu **********00341 X1 10 markalı telefon üçün ümumilikdə, 1685 manat olmaqla ondan, 1532 manat ödənilməmiş hissə, güzəşt olunaraq 153 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 8.0" Smart Segway holderdən xx.xx.2019-cu il tarixində imtina etmiş və məhsul 465,6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Wonlex Saatdan xx.xx.2019-cu il tarixində imtina etmiş və məhsul 234 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 83,1 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 465,6 manat, ümumilikdə 548,7 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 330,8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 234 manat, ümumilikdə 564,8 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1950 manat təşkil edir. Cavabdehin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqaviləyə son ödəniş tarixi xx.xx.2020-ci il, xx.xx.2019-cu il tarixli müqaviləyə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1397 manat təşkil edən 6.5” Smart Segway holder, 8.0” Smart Segway holder və 6.5” Smart Segway holderin, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 1422 manat təşkil edən Wonlex Saat - 2 ədəd, Elari KidPhone 2 Saat, Samsung Galaxy saat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 954 manat təşkil edən Elari KidPhone 2 və Samsung Galaxy saat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə dəyəri 2847 manat təşkil edən İmei kodu **********00341 olan X1 10 markalı telefonun alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01141493 nömrəli, xx.xx.2019-cu il tarixli 01045790 nömrəli, xx.xx.2019-cu il tarixli 01066210 nömrəli və xx.xx.2019-cu il tarixli 00919789 nömrəli əlavə ödəniş cədvəllərinin 2 bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ xx.xx.2019-cu il tarixli, 01141493 saylı müqavilə üzrə 84,7 manat, xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə üzrə 84,8 manat, xx.xx.2019-cu il tarixli 01066210 saylı müqavilə üzrə 31 manat, xx.xx.2019-cu il tarixli 00919789 saylı müqavilə üzrə 153 manat təşkil edir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01141493 nömrəli alqı-satqı müqaviləsi üzrə 2 ədəd 6.5” Smart Segway holder və 8.0” Smart Segway holder tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01045790 nömrəli alqı-satqı müqaviləsi üzrə Wonlex Saat - 2 ədəd, Elari KidPhone 2 Saat və Samsung Galaxy saat tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 01066210 nömrəli alqı-satqı müqaviləsi üzrə Elari KidPhone 2 və Samsung Galaxy saat tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00919789 nömrəli alqı-satqı müqaviləsi üzrə İmei kodu **********00341 olan X1 10 markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 59,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 05 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu xx.xx.2019-cu il tarixli, 01141493 saylı müqavilə üzrə iddiaçıya 848,3 manat əsas borc, 84,7 manat cərimə borcu, cəmi 933 manat; xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə üzrə iddiaçıya 857,2 manat əsas borc, 84,8 manat cərimə borcu, cəmi 942 manat; xx.xx.2019-cu il tarixli 01066210 nömrəli müqavilə üzrə iddiaçıya 319 manat əsas borc, 31 manat cərimə borcu, cəmi 350 manat və xx.xx.2019-cu il tarixli 00919789 nömrəli müqavilə üzrə iddiaçıya 1532 manat əsas borc, 153 manat cərimə borcu, cəmi 1685 manat olmaqla, ümumilikdə 3910 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyaların ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddianın cərimənin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01141493 nömrəli müqavilə üzrə hesablanmış 84,7 manat cərimənin, xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə üzrə hesablanmış 84,8 manat cərimənin, xx.xx.2019-cu il tarixli 01066210 nömrəli müqavilə üzrə hesablanmış 31 manat cərimənin və xx.xx.2019-cu il tarixli 00919789 nömrəli müqavilə müqavilə üzrə hesablanmış 153 manat cərimənin tənasübsüz yüksək olmasını nəzərə alaraq, həmin müqavilələr üzrə hesablanmış cərimənin məbləğinin azaldılmasını və cərimənin xx.xx.2019-cu il tarixli, 01141493 nömrəli müqavilə 50 manat, xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli 01066210 nömrəli müqavilə üzrə 20 manat və xx.xx.2019cu il tarixli 00919789 nömrəli müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01141493 nömrəli müqavilə əsasında əsas borc üzrə 848,3 manat, cərimə borcu üzrə 50 manat; xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə əsasında əsas borc üzrə 857,2 manat, cərimə borcu üzrə 50 manat; xx.xx.2019-cu il tarixli 01066210 nömrəli müqavilə əsasında əsas borc üzrə 319 manat, cərimə borcu üzrə 20 manat və xx.xx.2019-cu il tarixli 00919789 nömrəli müqavilə əsasında əsas borc üzrə 1532 manat, cərimə borcu üzrə 100 manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 3776,5 manat borc və dövlət rüsumu kimi ödənilmiş 59,1 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01141493 nömrəli müqavilə əsasında əsas borc üzrə 848,3 (səkkiz yüz qırx səkkiz manat otuz qəpik) manat, cərimə borcu üzrə 50 (əlli) manat; xx.xx.2019-cu il tarixli 01045790 nömrəli müqavilə əsasında əsas borc üzrə 857,2 (səkkiz yüz əlli yeddi manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 50 (əlli) manat; xx.xx.2019-cu il tarixli 01066210 nömrəli müqavilə əsasında əsas borc üzrə 319 (üç yüz on doqquz) manat, cərimə borcu üzrə 20 (iyirmi) manat və xx.xx.2019-cu il tarixli 00919789 nömrəli müqavilə əsasında əsas borc üzrə 1532 (bir min beş yüz otuz iki) manat, cərimə borcu üzrə 100 (bir yüz) manat olmaqla, ümumilikdə hər dörd müqavilə üzrə 3776,5 (üç min yeddi yüz yetmiş altı manat əlli qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59,1 (əlli doqquz manat on qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar