Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-103/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər:pul tələbi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Natanilnovnanın nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 74653 (yetmiş dörd min altı yüz əlli üç) manat pulun alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-ti ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik mənzillərin inşa edilərək təmirli vəziyyətdə vətəndaş İddiaçı1 təhvil verilməsinə dair MMC tərəfindən öhdəlik götürülmüşdür. Eyni zamanda Cavabdeh MMC-ti ilə İddiaçı2 arasında 17 fevral 2023-cü il tarixdə bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" MMC-ti ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X1 övladı İddiaçı2 şamil edilmişdir. X9 ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə görə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin inşa edilərək təmirli vəziyyətdə vətəndaş X4 təhvil verilməsinə öhdəlik götürmüşdür. Cavabdeh MMC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Akta əsasən Bakı şəhəri ünvan 1, F.Məmmədov küçəsi, Qarabağ küçəsi və Quliyev küçəsi ünvanında yerləşən X24 Kompleksində 7-ci binanın, 3cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzilin ona və həmin yaşayış kompleksinin 7-ci binasının, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 olan 583 və 7-binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 kv.m. olan 577 nömrəli mənzilləri İddiaçı1 təhvil verilmişdir. Mənzillər vətəndaşlara təhvil verildikdən sonra mənzillərdə bir müddət sonra qüsürlar özünü biruzə verməyə başlamışdır. Məlum olmuşdur ki, mənzillərin təmirində zəif keyfiyyətə malik olan təmirtikinti materialları istifadə edilmiş, təmir işləri keyfiyyətə malik olmayan tikinti materiallardan istifadə edilməklə aparılması aşkara çıxarılmışdır. Yaşayış kompleksinin 7-ci binasının, 4cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72,78 olan 583 nöməli mənzildə sanitar qovşağdakı qurğularda yaranmış olan nasazlıq səbəbindən mənzilin dəhlizində divar kağızlarının qopması baş vermişdir. Döşəmələrdə laminatın birləşmə yerlərində şişmələr və digər hallar vətəndaşların narahatlığına səbəb olmuşdur. Bununla bağlı həmin vətəndaşlar bir sıra dövlət orqanlarına və ərazi üzrə Nərimanov rayon İcra Hakimiyyətinə şiakyətlər ünvanlamışlar. Hər iki vətəndaş İddiaçı2 və İddiaçı1 dəymiş ziyan tələbi ilə onları məhkəmə orqanlarında təmsil etmək üçün mənimlə hüquqi yardım göstərilməsinə dair müqavilə bağlamışlar. Mənzillərə müvafiq sorğu əsasında mütəxəssislər dəvət olunmuşdur və təmir işlərinin vəziyyəti və keyfiyyətinə dair mütəxəssis rəyi verilməsi tələb edilmişdir. Mütəxəssis rəyi ilə yuxarıda qeyd edildiyi kimi mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materiallarının keyfiyyətsiz olduğu və mənzillərin ölçülərinin təhvil-təslim aktında göstərilən ölçülərə uyğun gəlməməsi aşkarlanmışdır. Belə ki, müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132,97 kv.m ümumi sahəyə malik mənzilin ölçülərinin 118,9 kv.m olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və 583 nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı2 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048,0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən İddiaçı1 7440 manat, İddiaçı2 21.105 manat ziyan vurulmuşdur. Beləliklədə müqavilə öhdəliklərinin pozulması nəticəsində vətəndaş İddiaçı1 Natalivnaya 33.500 manat, İddiaçı2 isə şirkət tərəfindən 41.153 manat maddi zərər dəymişdir. Ümumilikdə İddiaçı1 və İddiaçı2 müqavilə öhdəliyinin pozulması nəticəsində cəmi 74653 (yetmiş dörd min altı yüz əlli üç) manat zərər dəymişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O öz izahatında bildirmişdir ki, mənzilindən çıxarılan zaman heç bir əşyasının çıxarılmasına icazə verilməyib. Dəfələrlə mənzilə baxış keçirmək, aparılan təmir barəsində məlumatlanmaq istəyib, lakin cavabdeh tərəfindən maneələr törədilib. Döşəmələrdən həşəratlar çıxır. Şəhərin mərkəzində tam təmirli mənzil versə də, hazırda keyfiyyətsiz tikilidə yaşayır. Hər gün mənzilin qapısının düzəldilməsi məqsədi ilə usta gətirdiyini, bununla bağlı stress yaşadığını qeyd etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 Natanilnovnanın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O bildirdi ki, iş üzrə ekspertiza təyin edilmiş və ekspertiza rəyi mövcuddur. Həmin rəylərdə sözügedən mənzilin sahələri qeyd edilib. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh TRİUMF 2022" MMC-nin nümayəndəsi X15 iddia tələbinin rədd edilməsini xahiş etdi. Bildirdi ki, iddiaçı müstəqil eksperti mənzilə buraxmadığı üçün rəy təqdim edə bilmirlər. Mənzil iddiaçıya təhvil verilib. 300-ə yaxın mənzil vətəndaşlara təhvil verilmişdir. İddiaçı ödəniş etməklə əlavə sahə alıb. Qüsur olsaydı mənzillər təhvil alınmazdı. Digər mənzillərdən fərqli olaraq iddiaçının sanitar qovşağına aksessuarlar qoyulmuşdur. Ekspert rəyi ilə razı deyillər. Mənzil təhvil-təslim edilmişdir, iddia tələbi əsassızdır. Cavabdeh öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə lazımi qaydada məlumatkandırılmış cavabdein nmayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materialları - 27 avqust 2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (Cavabdeh MMC hüquqi varisi) X10 arasında müqavilə bağlanmış, "xxxx" MMC (Cavabdeh MMC hüquqi varisi) Bakı şəhəri,Nərimanov rayonu,Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsindəki tikiləcək çox mərtəbəli yaşayış binasının inşa edildiyi ərazidə “Mülkiyyətçi"yə məxsus (********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il larixli, RX ******* Seriyalı reyestrdən çıxarış birmərtəbəli qəzalı tikilinin söküntüsünü və yeni yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş ünvan 3 ünvanındakı mənzilinin ümumi sahəsinə(“Mülkiyyətçi”-nin çıxarışda qeyd olunan (49,4.0 kv.m) və faktiki mövcud olan (87,3 kv.m) hissəsinə uyğun olaraq) şirkət tərəfindən güzəşt edilməklə (87,3 kv.m+21,7 kv.m (25%) əlavə sahə verilməklə =109 kv.m) 7-ci binanın 3-cü mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeydi-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərti ilə)yerləşən 576 nömrəli,4(dörd) otaqlı mənzili bu müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş qaydada “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi,”Mülkiyyətçi” isə yaşayış üçün qəzalı vəziyyətdə olan,söküləcək mənzili "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, “Mülkiyyətçi”- X11 "xxxx" MMC-dən bir kvadrat metri 1500 manat olmaqla 22 kv.m metr əlavə sahə alır,aldığı əlavə sahənin 10.000 manatını bu müqavilə ilə bağlanan anda ödəyir,qalıq 23.000 manatı isə mənzil təhvil verilənədək ödəyir.Qalıq borc ödənilməzsə mənzil təhvil verilmir. "xxxx" MMC yekun olaraq 132.0 kv.m sahəsi olan təmirli mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür və yaşayış sahəsi təhvil verilənədək hər ay 500 manat kirayə haqqı müvəqqəti yaşayış üçün müqavilə üzrə “Mülkiyyətçi”-yə ödəməyi öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı Əlavə Razılaşmaya əsasən görünür ki,Müqavilə üzrə “Alıcı”ya təhvil verilməsi nəzərdə tutulan,ünvan 4 ünvanında yerləşən 2 ədəd hər birinin sahəsi 70 kv.m-lik ümumi sahəyə malik mənzillərin sahəsi alıcı tərəfindən bir kvadrat metri 1500 manat olmaqla hesablanıb əlavə 4 kvadrat metrə 6000(altı min) manat ödənilmək şərti ilə veriləcək mənzillərin ümumi sahəsi artırılaraq 72 kv.m müəyyən edilir.”Əvəzləşdirilən mənzil”in sahəsinin 4 kvadrat metr artırılmasına görə ödəniləcək 6000 manat və xx.xx.2021-ci il tarixli 1.2-ci bəndində nəzərdə tutulmuş qalıq 7000 manat borc ümumillikdə 13000 manat məbləğində borc pul isə mənzil "xxxx" MMC tərəfindən təhvil verilənədək alıcı tərəfindən ödənilir.Qalıq borc ödənilməzsə mənzil təhvil verilmir. - xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Tərəflərin imzaladıqlan xx.xx.2021 -ci il tarixli Müqaviləyə əsasən, “Əmlak mülkiyyətçisi” olaraq İddiaçı1 bu Aktla, ünvan 5 ünvanında yerləşən mənzili sökülməsi üçün “Tikinti şirkəti” olaraq "xxxx" Məhdud Məsuliyvətli Cəmiyyətinə təhvil verir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə bu Aktla həmin mənzili "Əmlak mülkiyyətçisi" olan X3 qəbul edir. -xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X12 xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində 576 saylı mənzilə görə 110 kv.m.-lik sahəsini hər bir kv.nı 1500,00 (bir min beş yüz)manat olmaqla 22 kv.nı artıraraq 132 kv.metrlik mənzilə görə 33000.00 (Otuzz üç min)manat məbləğində 10000.00 (On min) manat ödəniş edib və “İnteks" MMC -yə 23000.00 (İyirmi üç min) manat borcu var. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən İddiaçı1 bu Aktla,ünvan 6, F.Məmmədov küç, Qarabağ küç və Quliyev küç. ünvanında yerləşən X24 Kompleksində 7-ci binanın, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 72.78 m2 olan 583 (7/11) nömrəli mənzil sakinin əmlakı olaraq yaşamaq üçün “Tikinti şirkəti” olaraq Cavabdehndən təhvil alır, Cavabdeh isə bu Aktla həmin mənzili “Əmlak mülkiyyətçisi” olan İddiaçı1-ya təhvil verir. Bu akt əsasında İddiaçı1 mənzili təhvil aldığı andan ona veriləsi kompensasiya şəklində kirayə pulu dayandırılır. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki,xx.xx.2021-ci il tarixli müqavilə üzrə tərəflərin imzaladıqları xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən X11 bu Aktla,ünvan 6, F.Məmmədov küç, Qarabağ küç və Quliyev küç. ünvanında yerləşən X24 Kompleksində 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132.97 m2 olan 576 (7/4) nömrəli mənzil sakinin əmlakı olaraq yaşamaq üçün “Tikinti şirkəti” olaraq Cavabdehndən təhvil alır, Cavabdeh isə bu Aktla həmin mənzili “Əmlak mülkiyyətçisi” olan X11 -na təhvil verir. Bu akt əsasında X11 mənzili təhvil aldığı andan ona veriləsi kompensasiya şəklində kirayə pulu dayandırılır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı2 Baxı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və N.Quliyev küçələri kəsişməsində yerləşən "Triumf Palace" yaşayış kompleksinin 7-ci binası, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132.97 m2 olan 576 saylı ( 7-ci bina üzrə 4 saylı) mənzil ona məxsusdur və Cavabdeh MMC -yə ("xxxx" MMC-nin hüquqi varisi) mənzilin dəyəri üzrə borcu yoxdur. - xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X5 xx.xx.2021 tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində sahəsi 132.97 kv.m. sahəli 576 saylı mənzilə görə 23 000.00 (İyirmi üç min) manat ödəniş edib və Cavabdeh MMC-yə ("xxxx" MMC -nin hüquqi varisi) borcu yoxdur. -xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı1 qızı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən “Triumf Palace” yaşayış kompleksində Vİİ binanın İİİ mərtəbəsində sahəsi 72.78 kv.m. olan 577 saylı (2 otaqlı) və Vİİ binanın İV mərtəbəsində sahəsi 72.78 kv.m. olan 583 saylı (2 otaqlı) mənzillərə görə 13 000.00 (On üç min) manat ödəniş edib və Cavabdeh MMC-yə ("xxxx" MMC –nin hüquqi varisi) borcu yoxdur. - xx.xx.2023-cü il tarixli xx.xx.2021-ci il tarixli müqavilə xitam verilməsi haqqında “Razılaşma”-ya əsasən, tərəflərin razılığı əsasında "xxxx" MMC ilə bağlanmış xx.xx.2021ci il tarixli müqaviləyə xitam verilir. “Birinci tərəf-in xx.xx.2023-cü il tarixli Ərizəsini nəzərə alaraq, Tərəflər razılaşırlar ki, xitam verilən 27.0S.2021-Cİ il tarixli Müqaviləyə əsasən “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7/4) nömrəli mənzilə dair veni müqavilə İddiaçı2 adına rəsmiləşdiriləcək. - xx.xx.2023-cü il tarixli 014/TP-D-23 saylı müqaviləyə əsasən görünür ki, "xxxx" MMC ilə X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn hüquq və vəzifələr X6 övladı İddiaçı2 şamil edilir. Tərəflər razılaşırlar ki, xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş və “Triumf Palace” yaşayış kompleksinin 7-ci binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 132.97 kv.m olan 576 (7 saylı bina 4 saylı mənzil) nömrəli mənzili X7 təhvil verilmişdir. “İkinci tərəf’ “Mənzil”-i X2 təhvil alacaq və həmin mənzilin təhvil-təsliminə görə Cavabdeh MMC heç bir öhdəlik və məsuliyyəti daşımır. - İddiaçı2 Natilovna və İddiaçı1 Natilovnanın vəkili və nümayəndəsi Vəkil tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubundan görünür ki,müqavilələrdə nəzərdə tutulmuş, yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 576 nömrəli 132.97 kv.m ümumi sahəyə malik mənzilin ölçülərinin 118.9 kv.m olması, yaşayış kompleksinin 7-ci binasının 3-cü və 4-cü mərtəbəsində yerləşən 577 və 583 nömrəli mənzillərin hər birinin ölçülərinin isə 70,3 kv.m təşkil etməsi müəyyən edilmişdir. İddiaçı2 Natanilovnnnın mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048.0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunur. Bundan başqa şirkət tərəfindən mənzillərin ölçülərində uyğunsuzluq gəldiyindən İddiaçı1 7440 manat,İddiaçı2 21.105 manat ziyan vurulmuşdur.Müqavilə öhdəliklərinin pozulması nəticəsində vətəndaş İddiaçı1 33.500 manat ,İddiaçı2 isə şirkət tərəfindən 41.153 manat maddi zərər dəymişdir.Müqavilə üzrə öhdəliyin pozulması nəticəsində cəmi 74653 manat pul vəsaitinin 3 gün ərzində İddiaçı2 və İddiaçı2 ödənilməsi xahiş edilmişdir.Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - “X23 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 saylı mənzillərin hər birinin daxili ümumi sahələrinin 70,3 kv.m olduğu, 576 saylı mənzilin isə daxili ümumi sahəsinin 118,9 kv.m olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilən qüsurlar nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 576, 577 və 583 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərinin və materialların keyfiyyətsiz olduğu müəyyən edilir. Qeyd olunan ünvanda 577 və 583 saylı mənzillərdə yenidən aparılmalı təmir işlərinə (materiallarla birlikdə) hər mənzil üçün təqribən 13030,0 (on üç min otuz) manat, 576 saylı mənzildə isə yenidən aparılmalı təmir işlərinə (materiallarla birlikdə) təqribən 20048,0(iyirmi min qırx səkkiz) manat dəyərində vəsait tələb olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv. M 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576, 577 və 583 saylı mənzillərdə aparılmış təmir-tikinti işlərində qüsurların olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 576 saylı mənzil üzrə 23651,0 manat, 577 və 583 saylı mənzillər üzrə isə 14762,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin faktiki sahəsinin 130,4 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin çöl divarlarının ortasından hesablanmaqla mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin sahəsinin 136,74 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin sahəsinin 70,5 kv.m. təşkil etdiyi müəyyən edilmişdir.Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 mənzilin şaxtalarının altına düşən sahənin 1,08 kv.m., sütunların altına düşən sahənin 1,1 kv.m., arakəsmə divarların altına düşən sahənin 5,0 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,6 kv.m., 577 və 583 mənzillərin şaxtalarının altına düşən sahənin 1,8 kv.m., sütunların altına düşən sahənin 1,2 kv.m., arakəsmə divarların altına düşən sahənin 2,1 kv.m., lociyanın sahəsinin isə (müvafiq azaltma əmsalı tətbiq olunmadan) 3,0 kv.m. təşkil etdiyini nəzərə alaraq,576 saylı mənzilin ümumi sahəsnin 132,58 kv.m ,577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin ümumi sahəsinin 73,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 mənzillərin hər birinin daxili ümumi sahəsinin 70,8 kv.m olduğu, 576 saylı mənzilin daxili ümumi sahəsinin 130,4 kv.m olduğu müəyyən edilmişdir. Qeyd olunan mənzillərdə arakəsmə divarların layihəyə uyğun inşa edildiyini nəzərə alaraq, təmir nəticəsində mənzilin ümumi sahəsinin ölçülərində fərq yaranmadığı müəyyən edilir. - Yerli baxışa aid CD diskin materiallarından görünür ki, Baxış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişmələrində tikilən çox mərtəbəli yaşayış kompleksinin 7-ci binasının 3-cü mərtəbəsində yerləşən 577 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik, 7-ci binanın 4-cü mərtəbəsində yerləşən 583 nömrəli 72,78 kv.m. ümumi sahəyə malik və 7-ci binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 132,97 kv.m. olan 576 nömrəli mənzillərdə aparılmışdır. Mənzillərdə müxtəlif təmir qüsurlarının mövcydluğu – divarda çoxsaylı çatlar, sanitar qovşaqda su borusunun yararsız vəziyyətdə olması, qapı-pəncərələrin açılıbbağlanmamasl və s. kimi hallar müəyyən edilmişdir. -Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 313 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 324.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Maddə 217.3 cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “ Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının: 3.8. Mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən: 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4.Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətlərinə əsaslanan öhdəliklər yaranmışdır. Öhdəliyə əsasən bir tərəf digərinə müqavilədə nəzərdə tutulan ölçüdə sahəni tikərək təhvil verməyi, digər tərəf isə bunun müqabilində öz mülkiyyətində olan mənzili sökülərək yerində hündür mərtəbəli yaşayış binasının tikintisi üçün qarşı tərəfə təhvil verməyi öz öhdəsinə götürmüşdür. İddiaçılar öhdəliyini yerinə yetrimiş, mülkiyyətində olan mənzilləri cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mənzilləri təhvil versə də, mənzillərin müqavilədə göstərilən ölçüdə və keyfiyyətdə verilməsi ilə bağlı öhdəliyini tam icra etməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı müqavilə şərtlərinə əsasən Cavabdeh MMC tərəfindən sökülməsi üçün təhvil vrilmiş mənzillərin əvəzinə İddiaçı1 72,78 kv.m. sahəli 577 və 72,78 kv.m. sahəli 583 nömrəli mənzilləri, X14 isə 132,97 kv.m sahəyə malik 576 nömrəli mənzilləri təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı1 ona təhvil erilmiş mənzillər üçün 13000 manat; Şamayeva Süryəyya 576 nömrəli məzil üçün 33000 manat mbləğində pul ödəmişdir. Tərəflərin arasında olan razılığa əsasən (xx.xx.2021-ci il tarixli əlavə razılaşma) mənzilin hər 1 kvadrat metri 1500 manat qiymətə hesabanmışdır. İddiaçılar məhkəməyə müraciət edərək, həm mənzillərin sahələlərinin razılaşdırılandan az olması; həm də keyfiyətsiz təmir nəticəsində iddiaçılara maddi ziya vurulmasına görə caabdehdən həmi zyanın ödənilməsini tələb edirlər. Mülki işin materialları, o cümlədən mütəxəssis rəyi, ekspert rəyləri, yerli baxış protokolu ə tərəflərin izahatları ilə iddianın qismən saslı olduğu öz təsdiqini tapır. Belə ki, mülki işin materiallarında olan 25 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv.m; 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində inşa edilmiş 7 saylı binada yerləşən mənzillərin daxilində olan və layihədə nəzərdə tutulan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və.s. altı nəzərə alınmadan (layihədə nəzərdə tutulmayan arakəsmələrin, divar(lar)ın, sütun(lar)ın və.s. altı isə nəzərə alınmaqla), azalma əmsalları isə nəzərə alınmadan 576 saylı mənzilin faktiki sahəsinin 130,4 kv.m., 577 və 583 saylı mənzillərin isə ayrı-ayrılıqda hər birinin faktiki sahəsinin 77,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2025-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov, Qarabağ və Nemət Quliyev küçələrinin kəsişdiyi yerdə inşa edilmiş 7 saylı binada 577 və 583 mənzillərin hər birinin daxili ümumi sahəsinin 70,8 kv.m olduğu, 576 saylı mənzilin daxili ümumi sahəsinin 130,4 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi Azərbaycan Respublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, mənzillərin ümumi sahəsinin hesablanması zamanı yalnız lociyaya münasibətdə azalma əmsalı tətbiq olunmalı olduğu, belə olduğu halda isə 576 saylı mənzilin ümumi sahəsinin 128,6 kv.m; 577 v 583 mənzillərinin ümumi sahəsinin isə 69,0 kv.m olduğu müəyyən edilir. Bu hal 25 iyul 2024-cü il tarixli ekspert rəyinin qərardadın 1-ci sualına cavabı ilə də təsdiq edilir. Göründüyü kimi, cavabdeh mənzilləri müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur Eyni zamanda ekspert rəyləri ilə mənzildə aparılan təmir işlərinin mənzilin sahəsinin dəyişilməsinə təsir göstərmədiyi rdə müəyyən edilir. Beləliklə, 576 saylı mənzil üzrə (132,97-128,6=)4,37 kv.m; 577 və 583-cü mənzillər üzrə (72,78-69=)3,78 kv.m. sahə əksik təhvil verilmişdir. Belə olan təqdirdə, 576 saylı mənzilə görə 6555 manat; 577 və 583 saylı mənzillərin hər biri üzrə isə 5670; cəmi 11340 manat məbləğində pul iddiaçılara ödənilməlidir. İddia tələbinin ikinci hissəsi – məzillərin lazımi keyfiyyətfə təhvil verilməməsi, bu səbəbdən iddiaçılara maddi ziyanın dəyməsi faktı da mülki işin materialları – o cümlədən tərəflərin izahatları, elspert rəyi, yerli müayinə iclasının protokolu cə video görüntüləri ilə öz təsdiqini tapır. Cavabdeh bu hissədə tələbə etiraz edərkən təmir xərclərinin şişirdilidiyini, məzillərin təhvil verilərkən qüsurların olmadığını, iddiaçının qüsurların aradan qaldırılması üçün şərait yaratmadığını bildirsə də, qeyd edilənləri təqdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, bu qəbildən olan mübahisələrin düzgün həlli üçün maddi hüquq normasının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Mülki işin materiallarında olan ekspert rəyi ilə tədqiq olunan mənzillərdə mövcud olan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 576 saylı mənzil üzrə 23651,0 manat, 577 və 583 saylı mənzillər üzrə isə 14762,0 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində İddiaçı2 mənzilində yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) 20048,0 manat, İddiaçı1 577 və 583 nömrəli mənzillərin hər birində malik yenidən aparılmalı olan təmir işlərinə görə (materiallar ilə birlikdə) hər mənzil üçün 13030.0 manat vəsait tələb olunduğu bildirilir və həmin pul məbləğlərinin cavabdehdən tutulması tələb edilir. Məhkəmə hesab edir ki, tələb iddia tələbi həcmində təmin edilməli və mənzillərə dəymiş zərərin aradan qaldırılması üçün Cavabdeh MMC-dən 20048 manat məbləğində pul İddiaçı2; 26060 manat məbləğində pul İddiaçı1 ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 85 manatı Cavabdeh MMC-dən 15 manatı isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təhvil verilən mənzilin sahəsi əksik olduğu üçün 11340 (on bir min üç yüz qırx manat) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Təhvil verilən mənzilin sahəsi əksik olduğu üçün 6555 (altı min beş yüz əli beş) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddiaçı1 məxsus mənzilə dəymiş zərərin aradan qaldırılması üçün 20048 (iyirmi min qırx səkkiz) manat, İddiaçı2 26060 (iyirmi altı min altmış) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 313 manat məbləğində dövlət rüsumunun 269 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 85 manatı Cavabdeh MMC-dən, 15 manatı isə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-103/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-103/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver