Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1030/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, İddiaçı Qulam oğlunun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qulam oğlunun cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qulam oğlu cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 18 avqust 2021-ci il tarixli 63/01 №-li “ipoteka saxlayanın ipoteka predmetini əldə edilməsi üzrə X1 protokolu”nun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Qulam oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10829/2017 saylı, 31.10.2017-ci il tarixli icra vərəqəsinin və Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin 31.05.2021-ci il tarixli 17/74-106619/18-4k saylı məktubuna əsasən İddiaçı Qurban oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, A.Qurbani küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilinə dair cavabdeh tərəfindən hərrac keçirilmiş və buna dair 18 avqust 2021-ci il tarixində “Hərrac təşkilatının X1 63/01 №-li Protokof’u tərtib edilmişdir. Həmin protokola əsasən İddiaçı Qurban oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, A.Qurbani küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzili “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 28 687,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi manat 50 qəpik) manat məbləğinə tələbkar "xxxx" BOKT ASC-yə satılmışdır. Nəzərinizə çatdırırıq ki, iddiaçı onun mülkiyyətində olan əmlaka dair hərracın keçirilməsi ilə bağlı yalnız AR Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 11.01.2022-ci il tarixli 17/74-106619/2018-4K saylı məktubunu əldə etdikdən sonra məlumatlı olmuşdur ki, iddiaçı həmin məktubu 17.01.2022-ci il tarixində əldə etmişdir. Bildirilir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin normaları kobud şəkildə pozulduğundan hərracın keçirilməsi və hərracın hüquqi nəticələri etibarsız hesab olunmalıdır. Mülki iş üzrə "xxxx" BOKT ASC məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı Qulam oğlunun nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASCnin nümayəndəsi Nümayəndə iddiaya etiraz verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(103)- 10829/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə cəmi 22541.52 ABŞ dolları pul vəsaitinin ödəniş günü manatın məzənnəsi üzrə iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 45 000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin təşkilata olan borcunun ödənilməsi, cavabdeh İddiaçı mənzil hərracdan satıldıqdan ən geci 1 ay ərzində ünvan 2 ünvanında yerləşən 12 saylı mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(103)- 10829/2017 saylı icra vərəqəsi icra olunması üçün Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, A.Qurbani küçəsində yerləşən 21 say lı evin 12 saylı mənzili satılması üçün sözügedən qətnamədə qeyd olunan ilkin satış qiyməti ilə yəni, 45 000 manata açıq hərraca çıxarmışdır. İlkin hərrac baş tutmadığından, əmlak ilkin satış qiyməti 38 250 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 18 avqust 2021-ci il tarixli, 63/01 saylı protokola və həmin tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" BOKT ASC tərəfindən 28 687.50 manata əldə edilmişdir. Sözügedən protokola əsasən "xxxx" BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda sözü gedən mənzil FİNOKO BOKT ASC-nin mülkiyyətindədir. 23.02.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, A.Qurbani küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzil icra məmuru tərəfindən boşaldılmış, orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmış, daha sonra mənzil "Finoko BOKT ASC-yə təhvil verilmişdir. İlkin hərracın 29.06.2021-ci il tarixində saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə bildiriş göndərilmişdir. 212959 saylı qəbzdən də göründüyü kimi, qapı bağlı olduğuna görə bildirişi iddiaçıya çatdırmaq mümkün olmamışdır. “Birja yenilikləri” qəzetinin 250 №-li 08.06.2021-ci il tarixli buraxılışında edilmiş ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiymətinin 45000 manat olmaqla açıq hərracdan satılması barədə məlumat dərc olunmuşdur. Finoko BOKİ ASC tərəfindən 11.06.2021-ci il tarixində ilkin hərracın keçirilməsi barədə məktub hərrac bildirişinin surəti ilə bir yerdə iddiaçıya göndərilmişdir. 349883 saylı qaimədən də göründüyü kimi, 15.06.2021ci il tarixində qapı bağlı olduğuna görə məktub çatdırmaq mümkün olmamışdır. İddiaçı ilə əlaqə saxlanılmış, o isə məktubu "Mesenat Holding”ə çatdırmaq tapşırılmışdır. 359376 saylı qaimədən də göründüyü kimi, sözügedən məktub 17.06.2021-ci il tarixində təhvil alınmışdır. Təkrar hərracın 16.07.2021-ci il tarixində saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi baıədə bildiriş göndərilmişdir. 212708 saylı qəbzdən də göründüyü kimi, qapı bağlı olduğuna görə bildirişi iddiaçıya çatdırmaq mümkün olmamışdır. “Birja yenilikləri” qəzetinin 256 №-li 22.06.2021 -ci il tarixli buraxılışında edilmiş ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiymətinin 28 687.50 manat olmaqla açıq hərracdan satılması barədə məlumat dərc olunmuşdur. "xxxx" BOKT ASC tərəfindən 07.07.2021-ci il tarixində təkrar hərracın keçirilməsi barədə məktub hərrac bildirişinin surəti ilə bir verdə iddiaçıva göndərilmişdir. 36770İs saylı qaimədən də göründüyü kimi, 09.07.2021-ci il tarixində qapı bağlı olduğuna görə məktub çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC 18 avqust 2021-ci il tarixli X1 63/01 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı Qulam oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzil ilkin satış qiyməti 45.000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 38250 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 28687 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir; Buna dair 18 avqust 2021-ci il tarixdə X1 əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair 08 iyun 2021-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilini 45000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 29 iyun 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin açıq hərracın keçirilməsinə dair 06 iyul 2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilini 38250 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 16 iyul 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir; “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin 22.07.2021-ci il tarixli təklif məktubundan görünür ki, Xətai Rayon İcra Şöbəsinin 17/74-106619/18-4k saylı. 31.05.2021-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin. 12 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri" qəzetinin 22.07.2021 -ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 28 687,50 (iyirmi səkkiz min altı yüz səksən yeddi man 50 qəp) manat olmaqla təklif olunur. “Birja yenilikləri” qəzetinin 08.06.2021-ci il tarixli, 06.07.2021-ci il tarixli, 22.07.2021-ci il tarixli buraxılışlarının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilin açıq hərraca dair elan yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzili "xxxx" BOKT ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 11.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir; 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 (beş) iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 (iyirmi) təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 (otuz) təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 (üç) faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 (beş) faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır; 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən İddiaçı Qulam oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzili 45000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən 29 iyun 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı şəxs İddiaçı Qulam oğluna keçiriləcək hərracın vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Birja yenilikləri” qəzetinin 08.06.2021-ci il tarixli, 06.07.2021-ci il tarixli, 22.07.2021-ci il tarixli buraxılışlarında Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsində yerləşən 21 saylı evin 12 saylı mənzilin açıq hərraca çıxarılması barədə elan dərc edilmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə protokolun etibarsızlığı nəzərdə tutulmamış, müqavilənin və hərracın etibarsızlığını ehtiva edən hüquq normaları müyyənləşdirilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac həmin Qanunun 44-cü maddəsində göstərilən əsaslarla hərracın etibarsızlığına səbəb olduğu göstərilmişdir. Göründüyü kimi, protokol prosessual hərəkətləri ifadə edən akt olsa da, həm mülki qanunvericilikdə, həm də ki “İpoteka haqqında” Qanunda hərraca dair qaydaların pozulması məhz protokolun etibarsızlığını deyil, yalnız hərracın etibarsızlığı və bununla bağlı müqavilənin etibarsızlığını nəzərdə tutmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Qulam oğlunun hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Qeyd edilənlər baxımından iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Qulam oğlunun cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qulam oğlunun cavabdeh “Azərbaycan Respublikası Respublika Xammal və X2 Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-1030/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1030/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver