Məhkəmə qərarları › İş №e-2(005)-1041/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1041/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1041/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti və Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixli, ML/3415 nömrəli maliyyə lizinqi müqaviləsi üzrə 17.276,08 manat məbləğində qalıq borc və ödənilməsi 2 il ərzində gecikdirilmiş həmin vəsaitin gecikdirilmiş vaxt üçün illik beş faizi, yəni 2 il üzrə cəmi 1.727,6 manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 19.003,68 manat məbləğdə pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 148 manat məbləğində dövlət rüsumunun Cavabdeh birdəfəlik şəkildə tutularaq İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - İddiaçı BOKT MMC ilə cavabdeh - Cavabdeh arasında 30 noyabr 2021-ci il tarixli, ML/3415nömrəli maliyyə lizinqi müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, iddiaçı - İddiaçı BOKT MMC öz mülkiyyətində olan 2010-cu il buraxılışlı, X6 minik markalı, SALLAAA14AA550555 ban nömrəli nəqliyyat vasitəsini (ilizing obyekti) cavabdeh - Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verməyi, cavabdeh isə bunun müqabilində iddiaçıya hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürüb. 30 noyabr 2021-ci il tarixli, ML/3415 nömrəli müqavilənin 8.2-ci maddəsinə əsasən, cavabdehin iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 31.448 manat, 22% dərəcəsi ilə 12 ay müddətinə təşkil edir. Bu məbləğdən 3.448 manat lizinq verənin mükafatını təşkil edir. Sözügedən maliyyə lizinqi müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq, cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək hər ayın 2-i tarixində iddiaçının bank hesabına 2.620.64 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin cavabdeh – Cavabdeh yalnız bir ay ödəniş edib, daha sonra isə ümumiyyətlə müqavilə üzrə öhdəliyini icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin sahiblik və istifadəsindən geri alıb. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh cari lizinq borcu 38.843,12 manat müəyyənləşdirilib. Belə olan halda iddiaçı - İddiaçı BOKT MMC qanunvericiliyin və müqavilənin ona tanıdığı hüquqdan istifadə etməklə, cavabdeh - Cavabdeh müvafiq bildiriş ünvanlayıb. Həmin bildirişdə qeyd edilib ki, bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun satın ala və ya lizinq obyektinin alıcısını göstərə bilər; Bildirişin verildiyi tarixdən 15 təqvim günü ərzində Cavabdeh lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, qəzalı vəziyyətdə olan lizinq obyekti - 2010-cu il buraxılışlı, X6 minik markalı, SALLAAA14AA550555 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh İddiaçı BOKT MMC-yə olan 38.843,12 manat məbləğdə borcundan çıxılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan – Cavabdeh tutularaq lizinq verən – İddiaçı BOKT MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. Cavabdeh – Cavabdeh bildirişdə qeyd edilən müddət ərzində iddiaçı - İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməyib. Beləliklə, iddiaçı bildirişdə də cavabdehə xəbərdarlıq etdiyi qaydada lizinq obyekti olan nəqliyyat vasitəsini 03 oktyabr 2023-cü il tarixdə satışa çıxarıb. "xxxx" MMC tərəfindən tərtib edilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” Hesabata əsasən, 2010-cu il buraxılışlı, “X6” minik markalı, SALLAAA14AA550555 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 30.000 manat məbləğdə müəyyənləşdirilib. Qeyd edilən nəqliyyat vasitəsi uzun müddət satılmadığı üçün hər dəfə qiymət bir qədər endirilməyə başlanıb, lakin bu da fayda verməyib. Təxminən dörd aya yaxın avtomobil satılmayıb. Nəhayət, xx.xx.2023-cü il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsinin satış qiyməti 24.650 manat məbləğdə razılaşdırılmaqla, iddiaçı - İddiaçı BOKT MMC (satıcı) tərəfindən X3 (alıcı) satılıb. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 24.650 manat məbləğində pul vəsaiti cavabdeh - Cavabdeh iddiaçı - İddiaçı BOKT MMC-yə olan 41.926,08 manat məbləğdə borcundan çıxılıb. Lakin göründüyü kimi, bu vəsait cavabdehin iddiaçıya olan borcunu tam ödəməyib. 17 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh iddiaçı -İddiaçı BOKT MMC-yə olan qalıq borcu 17.276,08 manat təşkil edir. Belə olan halda, iddiaçı - İddiaçı BOKT MMC cavabdeh - Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən bildiriş ünvanlayıb və iddiaçıya olan 17.276,08 manat məbləğdə qalıq borcunu 3 gün müddətində ödəməsini xahiş edib. Buna baxmayaraq cavabdeh yenə də bildirişdə qeyd edilən müddət ərzində iddiaçı - İddiaçı BOKT MMC-yə heç bir geri dönüş etməyib. O, hələ də müqavilədən əmələ gələn öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının cavabdehə qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 cavabdehin VÖEN-ə malik olduğunu, müqavilə bağlanarkən də vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə istinad edildiyini, yalnız fərdi sahibkarlarla müvafiq müqavilə bağladıqlarını, işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosesual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Göründüyü kimi, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrıayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, Cavabdeh fərdi sahibkar kimi qeydiyyatdan keçməklə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almışdır. İddiaçı BOKT MMC isə hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. xx.xx.2021-ci il tarixli lizinq müqaviləsinin surətindən də görünür ki, Cavabdeh VÖEN-i müqavilədə qeyd edilmiş, yəni o, fərdi sahibkar kimi həmin müqaviləni bağlamışdır. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə pul tələbi məhz tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı pul tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar