Məhkəmə qərarları › İş №e-2(005)-1115/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1115/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1115/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: pul tələbi, iddia müddəti) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki halları: xx.xx.2018-ci il tarixdə "xxxx" MMC və Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış,müqavilə üzrə "xxxx" MMC “Ocean” markalı su təmizləmə sistemini 1690(bir min altı yüz doxsan) manat məbləğində Cavabdeh satmışdır. Daha sonra Cavabdeh alqı-satqı müqaviləsi üzrə şərtlərə əməl etmədiyi və öhdəliklərini yerinə yetirmədiyi üçün "xxxx" MMC-yə 1010(bir min on) manat borcu yaranmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Dinamic Ocean” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh: Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcuna görə 1010 (bir min on) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 1010 (bir min on) manat pulun və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Hüquqi şəxs "xxxx" MMC(VÖEN**********) “OCEANRO452 CS” markalı su təmizləmə sisteminin kreditlə satışı ilə əlaqədar olaraq Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə müvafiq olaraq "xxxx" şirkətinə məxsus olan və qiyməti 1690 (bir min altı yüz doxsan) manat məbləğində olan “OCEANRO452 CS” markalı su təmizləmə sistemi Cavabdeh yoxlanılaraq təhvil verilməklə quraşdırılmış və bu barədə xx.xx.2018-ci il tarixli müqavilə, müqaviləyə 1 saylı əlavə tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. xx.xx.2018-ci il alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh“OCEANRO452 CS” markalı su təmizləmə sistemini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, lakin kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən ilkin ödəniş 50 (əlli) manat, 1 saylı əlavəsinin 1-ci bəndinə göstərilən qaydada 24 aymüddətinə hər ayın 20-dən gec olmayaraq aylıq 70 azn olmaqla ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh NəbiyevZəbulla Cəbi oğluxx.xx.2018- ci il tarixli alqısatqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1010(bir min on) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 1010(bir minon) manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuş, 16 fevral 2018-ci il tarixdə axşam saatlarında qapı döyüldü və 2(iki) nəfər gənc qız(universitetlərdən birinin tələbəsi kimi təqdim edirlər) özlərini "Dinamik Ocean” MMC-nin rəsmi satış təmsilçiləri kimi təqdim edirlər(boyunlarında adı çəkilən şirkətin rəsmi işçiləri olduqlarını təsdiq edən imzalı möhürlü vəsiqələri vardı) və X1 hissəsində qeyd olunan “Ocean 1690” markalı su təmizləmə sistemini satdıqlarını, adı çəkilən sistem haqqında təqdimat etmək istədiklərini qeyd edirlər. Saatın çox gec olduğunu, yaşlı adamam dincəlmək istədiyini, belə bir sistemə ehtiyacı olmadığını və s. etirazını bildirdikdə xanımlar israr edirlər.Xanımların israrı qarşısında tab gətirə bilməyəcəyindən qapını bağlayıram, amma xanımlar qapını döyüb israrla "ocean 1690” su filteri haqqında təqdimatı dinləməyimi xahiş edirlər. Adı çəkilən filteri alacağı təqdirdə onlara bu alqı-satqıdan bonus gələcəyi və bu da onların tələbə kimi keçinmələrinə müsbət təsir edəcəyini bildirirlər. 1 (bir) saatdan sonra, 24:00 radələrində su filterinin quraşdırılmasına razılıq verdiyini Və onları aşağıda gözləyən başqa bir qrup dərhal mənzilə daxil olaraq "Ocean 1690” su təmizləyən sistemini mənzilə qoymuşdurlar. Ertəsi gün su təmizləyici qurğunu quraşdırılmış, həm də, müəyyən sənədlərə imza atmışdırlar. Cavabdeh Toğrul bəylə danışanda qiymətin çox baha olduğunu bildirirmiş o isə öz növbəsində qurğunun unikal bir sistem olduğunu, bizə çox münasib verdiklərini, rəsmi distributorun təmsil etdiyi "xxxx" MMC olduğu üçün heç bir yerdə o qiymətə bu qurğunu tapa bilməyəciyini və s. şirin yalan ifadələrlə onu razı salmağı bacarmışdır. Cavabdeh isə ucuz tapacağı təqdirdə ya qurğunu geri qaytaracağını, ya da bazar qiymətinə uyğun ödəniş edəcəyini bildirmişdir razılıq əldə edilərək 50(əlli) azn ilkin ödəniş etmişdir. Bundan sonra hər ay 70(yetmiş) azn olmaqla 11(on bir) aya yaxın müddət ərzində ümumilikdə 800(səkkiz yüz) azn vəsait Şirkətin nümayəndələrinə ödəmişdir. Vəsaiti nağd şəkildə bir neçə ay Toğrul Qasımov, daha sonra isə adını xatırlamadığım başqa bir nümayəndə gəlib mənzildən aparırdı. Hər dəfəsində ödənişi bank vasitəsilə ödəmək istədiyini bildirdikdə nümayəndələr bunun bankla mümkün olmadığını bildirirdilər. Ödənişə dair qəbz, mədaxilməxaric orderi və buna bərabər tutulan hər-hansı rəsmi sənəd tələb etdikdə isə "xxxx" MMC-nin insanı manipulyasiya etmək bacarığına malik olan əməkdaşları buna ehtiyacın olmadığını hər şeyin səmimiyyət üzərində qurulduğunu bildirib onu bu mövzudan yayındıra bilirdilər. Bu da sonralar isə ödənişi nağd şəkildə almaq, qəbz təqdim etməmək Şirkət üçün daha sərfəli olduğunu , daha asan yayına biləcəklərini başa düşüb.Həmçinin, Toğrul Qasımova qiymətin çox baha yazıldığını, onu aldatdıqlarını bildirəndə, adı çəkilən şəxs 1050(bir min əlli) azn bir dəfəyə ödəyəcəyi təqdirdə müqavilə üzrə öhdəliyini sıfırlaya biləcəyini bildirirmişdir. Qrafik üzrə ödənişin 10-cu ayı olardı ailə üzvləri ona “Ocean 1690” su təmizləyən sistemindən də, mükəmməl sistemin daha ucuz(550 azn qiymətə) olduğunu əyani şəkildə online satış platformalarından ona göstərdilər. Artıq 800(səkkiz) azn ödəniş etmişdir, bu da bazardakı analoji məhsullarla müqaisədə yüksək rəqəm idi. Şirkətin nümayəndələri ilə, şirkətlə dəfələrlə əlaqə saxlayıb ona çox baha qiymətə məhsul verdiklərini, onu aldatdıqlarını, bazarda daha ucuza sistemlərin mövcudluğunu məhsullarını gəlib götürmələrini bildirməyinə, bunu Toğrul Qasimovla razılaşdırdığını söylədiyinə baxmayaraq onu dinləməmişdirlər.Növbəti ayın ödəniş vaxtında adını xatırlamadığı şirkətin nümayəndəsini boş yola salıb daha ödəniş etməyəcəyini bildirmişdir. Bundan sonra "Dinamik Ocean” MMC 3(üç) nəfər "qolu zorlu” idman cüssəli əməkdaşlarını ağ BMW X5 markalı avtomobillə “haqq-hesab” çəkmək üçün ünvanıma göndərib ödənişi qanunsuz olaraq məcburi almaq, bizi qorxutmağa başladı. Ünvanıma dəfələrlə gələn adı çəkilən “qolu zorlu” əməkdaşlar oğlu ilə yaşadığı ünvanın qarşısında mübahisəsinə çıxan qonşuların müdaxiləsindən sonra çıxıb gedirdilər. Hətta oğlu onlara etdiyi ödənişi geri qaytaracaqları təqdirdə eyni adlı, eyni kriteriyalı məhsulu yeni, qablaşdırılması pozulmadan alıb verə biləcəyini bildirib. Əməkdaşlar isə bundan imtina edərək ödənişin edilməli olduğunu bildirirdilər. 7(yeddi) il bundan öncə primitiv, heç bir normativ hüquqi bazaya əsaslanmadan tərtib olunmuş, müqavilə nömrəsi belə olmayan, quraşdırılmış predmetin təhvil-təslimi haqqında akt tərtib olunmadan tələm-tələsik təhvil verilmiş su təmizləyici qurğu haqqında "işbazların” qaldırdığı iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin Cavabdeh iddia müddəti ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, iddia müddətinin ötürülməsi ilə bağlı tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında verilən izahatlar İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının nümayəndəsi özlərini “AzərSu” əməkdaşları kimi tanıtmış və suyu yoxlamaq istəmişlər. Daha sonra su və su aparatlarını endirimli qiymətlə ona təklif etmiş, 2 gün sonra onlar tərəfindən aparat qoşulmuşdur. Ödənişləri etdiyini, lakin bu zaman ödəniş qəbzlərinin ona verilməməsini bildirdi. Eyni zamanda qeyd etdi ki, iddiaçı tərəfindən ona satılan cihazı başqa mağazada daha ucuz qiymətə görmüş, bu barədə əvvəldən iddiaçı ilə aralarında razılıq olduğundan ona məlumat vermiş və bundan sonra heç bir ödəniş etməyəcəyini, cihaza ehtiyacının olmadığını bildirmiş və onlarda filtrin geri götürülməsini tələb etmişdir. Həmçinin cavabdeh bildirdi ki, 10 ay ərzində ödənişlər etmiş, həmçinin ilkin ödəniş kimi 50 manat da iddiaçıya ödənilmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materialları - 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən,”satıcı”- "xxxx" MMC tərəfindən “alıcı”- Cavabdeh 1690 manat dəyərində 24 ay müddətinə, “Ocean”markalı su təmizləmə sistemini satmış,”alıcı” isə müqavilə üzrə kredit üzrə hesablanmış əsas borc məbləğini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən 02 dekabr 2024-cü il tarixli Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki, 7 gün müddətində müqavilədə qeyd olunan 1690 manat əsas borcdan qalıq borc olaraq 1010 manat ödənilməsi tələb edilmişdir. - xx.xx.2024-cü il tarixli arayışa əsasən,borclu Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 14 dekabr 2024-cü il tarixə 1010 manat borcu yaranmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiçı məhkəmədə iddia qalıdırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq AR Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 417.3-cü maddəsinə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). İşə baxan məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindn müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, cavabdehin özünün etiraz ərizəsindən və izahatlarından görünür ki, onun tərəfindən təxminən 11 ay, hər ay 70 manat məbləğində olmaqla və ilkin ödəniş olaraq 50 manat ödənilmişdir. Beləliklə, cavabdeh tərədindən müqavilə üzrə ödənişlər vaxtında və tam həcmdə aparılmamışdır. Məhkəmə cavabdehin su filtrindən istifadə etməməsi dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada müqavilənin ləğvi ilə bağlı müraciət etməsi, və ya eyni tələblə məhkəmədə iddia qaldırması işin materialları ilə müəyyən edilmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, dəlillər əsassızdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflərin arasında müqavilə 16 fevral 2018-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Cavabdehin izahatından da görünür ki, onun tərəfindən ödənişlər təxminən 2019-cu ilin əvvəllərindən başlayaraq dayandırılmışdır. İddiaçı tərəfindən cavabdehin daha sonra hər hansı ödəni etməsini təsdiqləyən sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçı tərəfidnən müqavilənin müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə ən geci 2023-cü ilin fevral ayının 20-də müraciət edilməli olmasına baxmayaraq, müddəti ötürmüş və 2024-cü ilin dekabr ayında müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Dinamic Ocean” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. “ Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Dinamic Ocean” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar