Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1116/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın vərəsələrin dairəsinə uyğun yenidən bölünməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın (xx.xx.2022-ci il tarixli) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1906-cı il tarixdə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində vəfat etmiş ulu babası X30 İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ərəgit kəndində ona məxsus olan miras ev qalmışdır. Həmin evə vərəsə kimi öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı 21 may 2022-ci il tarixli 418 saylı məktubunda göstərmişdir ki, “X34 əmlakına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair İsmayıllı rayon notariat ofisinə müraciət daxil olmuşdur. X37 1906-cı il tarixində vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən mərhumun vərəsəsi İddiaçı olması barədə sizə məlumat verilir. Mərhumdan qalmış hər hansı bir əmlak üçün çıxarış verilməsi üçün Sizə göndərilir”. Bundan sonra həmin məktuba əsaslanaraq, xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, onun - İddiaçı adına mərhum X30 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsi, Ərəgit kəndində yerləşən mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qalmış mülkə dair mərhumun adına arayış (Çıxarış) verilməsini xahiş etmiş, lakin İdarənin 02 avqust 2022-ci il tarixli **********65 saylı cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda miras əmlakla bağlı məhkəmə mübahisələri olduğu göstərilmiş və nəticədə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-65/2017 saylı qətnaməsi əsasında (miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi) miras əmlakın Cavabdeh1 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq müvafiq mülkiyyət sənədləri verilməsi qeyd edilmiş və qeyd olunan səbəblərə görə müraciətin icrasının mümkün olmaması göstərilmişdir. Həmin İdarənin 11 oktyabr 2021-ci il tarixli **********46 saylı sorğuya cavab məktubu ilə vəkilinə bildirilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən X34 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bundan sonra vəkili tərəfindən həmin İdarəyə yenidən sorğu göndərilərək, hansı əsaslarla X34 adına qeydiyyata alınmamış daşınmaz əmlaka Cavabdeh1 və Cavabdeh2 adına mülkiyyət hüququ haqqında sənəd verilməsi barədə məlumat verilməsini və həmin mülkiyyət hüququ haqqında sənədin onlara göndərilməsi xahiş edilmişdir. İdarənin 29 avqust 2022-ci il tarixli **********31 saylı məktubu ilə sorğuya konkret cavab verilməmiş və Cavabdeh1 və X12 adına verilmiş mülkiyyət sənədi onlara göndərilməmişdir. 29 sentyabr 2022-ci il tarixdə, Cavabdeh1 və X12 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın (xx.xx.2022) surətini əldə etmişlər. Reyestr Xidmətinin özünün verdiyi məlumatdan görünür ki, X34 adına daşınmaz əmlak dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda əgər X34 adına daşınmaz əmlakla bağlı dövlət qeydiyyatına daxil edilmiş sənədlər yoxdursa, onda reyestr xidməti hansı məlumatların uyğunluğunu yoxlamış və hansı əsaslarla Cavabdeh1 və X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış vermişdir? Əldə olan məlumatlara əsasən, Cavabdeh1 və X12 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi üçün həmin əmlaka dair hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmamış və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh1 və X12 adına dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələbləri kobud şəkildə pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1 və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi vəzifəsinin həmin ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2243/202 nömrəli 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)- 476/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərardadı ilə verdiyi apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-766/2023 nömrəli qərarı ilə verdiyi kassasiya şikayəti də təmin edilməyərək apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin qərarının 23-cü bəndində göstərilmişdir ki, hazırkı mübahisənin hüquqi təbiəti vərəsəlik münasibətlərinə əsaslanmaqdadır. Çıxarış da məhz vərəsəlik münasibətləri ilə bağlı məhkəmə qətnaməsi əsasında verilmişdir. İstinad edilən məhkəmə qətnamələrində göstərilir ki, X7 da X34 vərəsəsidir. Təbii ki, onun ölümündən sonra onun varislərinin və həmin əmlakı faktiki idarə edən digər vərəsələrin də həmin miras əmlakdan qanun üzrə pay almaq hüquqları yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat düzgün aparılmamış və digər vərəsələrin hüquqları pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, mülki qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verildiyindən, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 və X12 adına aparılmış qeydiyyat və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış (xx.xx.2022) etibarsız hesab edilməli, miras əmlak vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməlidir. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və sonuncunun nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı “dövlət reyestrində aparılmış qeydiyyatın və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın (xx.xx.2022) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi”nə dair tələblərini əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırkı iddia tələbləri ilə bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə mübahisələri olmuş və Xədicə və Cavabdeh2lərin 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X35 vərəsələləri olması və X20 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş" mülkü adlanan miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktı və onların adına həmin əmlakın X8 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında həyata keçirilmişdir. Belə ki, İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi ilə Ağaməşədi X2 nəvəsi olması və X30 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli, 2(037)-273/2010 saylı qətnaməsi ilə Ağaməşədi X1 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş, yaşayış evi və evin yerləşdiyi 0,05 hektar torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə tapşırılmışdır. Qeyd olunan məhkəmə qətnamələri əsasında həmin torpaq sahəsinə və torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə Ağaməşədi Haqverdiyevin adına Daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İsmayıllı rayon Notariat kontorunda 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli “Fərdi yaşayış evinin bağışlanması” müqaviləsinə əsasən Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı İddiaçı bağışlamış, həmin yaşayış evi və torpaq sahəsi 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışa və çıxarışa əlavə edilmiş 407-3028/132 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2015-ci il tarixli, 2(107)- 114/2015 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi qismən, X30 və X9 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınardaşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2015-ci il tarixli, 2(002)-3537/15 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsinə əsasən Xədicə və Cavabdeh2lərin 1906-cı ildə vəfat etmiş X23 vərəsələri olması və X20 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın Xədicə və Cavabdeh2lər tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli, 2(107)-1265/2018 saylı qətnaməsi ile X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(102)-7084/2018 nömrəli qərarı ilə X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən ‘Hacı Dadaş" mülkü adlanan miras əmlak X8 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(037)-81/2020 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair X3 adına 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2011-ci il tarixli, MA seryalı ******* nömrəli çxarış ləğv edilmiş, İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair mülkün X4 bağışlanması barədə İsmayıllı rayonu notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən Hacı Dadaş mülkü adlanan üç mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 06 dekabr 2011-ci il tarixli MA seryalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Hazırkı iş üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə 30 sentyabr 2022-ci il tarixdə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə başqa bir iddia ərizəsi ilə cavabdeh 9 saylı Qəbələ ərazi idarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 1906-cı il tarixdə vəfat etmiş X30 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X34 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş və iddia ərizəsi e-2-1(116)-1925/2022 nömrə ilə icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(116)- 1925/2022 nömrəli qərardadı ilə hər iki iş e-2-1(116)-2243/2022 nömrə ilə bir icraatda birləşdirilmiş, iddia tələbləri vahid iddia şəklində “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X30 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X34 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuş və e-2-1(116)-1925/2022 nömrəli işin icraatına xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 1906-cı il tarixdə vəfat etmiş X30 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair mərhum X34 adına arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1(102)- 766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Xədicə və Cavabdeh2lərin 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X35 vərəsələri olması və X20 miras qalmış, ismayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktı müəyyən olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, qeyd olunan qətnamədən hazırkı iş üzrə iddiaçı Aliyə Haqverdiyevə tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qanuni qüvvəyə minmiş qətnamə əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən, “Hacı Dadaş" mülkü adlanan miras əmlak Xədicə və Cavabdeh2lərin adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilmiş, istər qeyd olunan əvvəlki işlərdə, istərsə də hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılımış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olmuşdur. Əvvəlki işlərdə və hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olması həmçinin aşağıda qeyd olunanlarla da təsdiq olunur. Belə ki, hazırkı iddia ərizəsindən göründüyü iddiaçının birinci tələbi İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ikinci tələbi isə “miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi”ndən ibarət olsa da, hər iki iş üzrə tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, həm mübahisə predmeti olan mülk, həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eyni, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarətdir. Digər tərəfdən iddiaçının birinci tələbi dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarət olsa da, iddia ərizəsində mülki qanunvericilikdə əqdlərin etibarsız olmasını tənzimləyən hər hansı bir normasına istinad olunmamış, aparılmış qeydiyyatın etibarsız olmasını şərtləndirən hər hansı bir fakta istinad olunmamışdır. İddiaçının Şəki İnzibati Məhkəməsinə ünvanladığı “Xədicə və Cavabdeh2lərin adına aparılımış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı “Xədicə və Cavabdeh2lərin adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və “miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi tələbinə” dair iddia ərizələri çox cüzi istisnalar olmaqla eyni faktlar və hallarla əsaslandırılmışdır. İddiaçının hər iki tələbi ilə bağlı təkrar qeyd edirlər ki, etirazın yuxarıda qeyd olunan hissələrində mübahisə predmeti olan İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən mülkə dair Xədicə və Cavabdeh2lərin vərəsəlik hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən olunması ətraflı şərh olunmuşdur və bu hal isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsini və yenidən sübut edilməsini istisna etmiş olur. İddia olunan həmin fərq işin halları ilə deyil, iddia tələbinin fərqli ifadə tərzi ilə bağlıdır. Belə ki, mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi ilə X8 və Cavabdeh2 1906-cı ildə İsmayıllı rayonu, Ərəgit kəndində vəfat etmiş X35 vərəsələləri olması və X20 miras qalmış, İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın X14 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsindən iddiaçı Aliyə Haqverdiyevə tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmiş, birinci instansiya məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli, 2(102)-7084/2018 nömrəli qərarının qəbul edilməsi ilə qanuni qüvvəyə minmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən, “Hacı Dadaş” mülkü adlanan miras əmlak Cavabdeh1 və Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış və bu barədə onlara müvafiq sənədlər verilmişdir. Hazırkı mübahisəyə dair işdə isə iddiaçı sözügedən mülkə dair üçüncü şəxslərin adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini, 1906-cı il tarixdə vəfat etmiş X30 miras qalmış həmin mülkə dair mərhumun adına arayış (çıxarış) verilməsini tələb etsə də, iddia tələbinin bu şəkildə ifadə olunması əslində iddiaçının nail olmaq istədiyi məqsəd anlamında iddianın mahiyyətini dəyişmir və iddianın mümkünlüyü ilə bağlı prosessual məhdudiyyətlərdən yayınmaq məqsədi ilə vahid hüquqi maraqla ehtiva olunan eyni tələbin pərdələnməsi kimi qiymətləndirilməlidir. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, üçüncü şəxslərin adına aparılmış qeydiyyat və bu barədə çıxarış ləğv olunmadan mərhumun adına reyestrdən müvafiq arayışın (çıxarışın) verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, istər əvvəlki işdə, istərsə də hazırda baxılan işdə həm tərəflər - iddiaçı, cavabdeh inzibati orqan, üçüncü şəxslər, həm mübahisə predmeti olan mülk və həm də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsəd eynidir. Başqa sözlə, hər iki iş üzrə iddiaçının tələbi onun həqiqi niyyəti və hüquqi marağı baxımından üçüncü şəxslərin adına aparılımış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın ləğvinə yönəlmişdir”. Digər tərəfdən hesab edir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını yubatmaq məqsədilə hazırkı iddianı qaldırmışdır. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-149/2023 nömrəli, 18.05 2023cü il tarixli qətnaməsi ilə Xədicə və Cavabdeh2lərin ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən 477,40 kv.metr sahəsi olan fərdi yaşayış evinin cavabdeh Aliyə Haqvardiyevanın qeyri qanuni sahibliyindən götürülərək onların birgə sahibliyinə və istifadələrinə verilməsi barədə iddia tələbləri təmin olunmuş, qətnamə qanuni qüvvəsini almış və icraaya yönəldilmişdir. Aliyə Haqverdiyevə qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan icraaya yönəldildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət edərək, icraaya mane olmağa çalışmışdır. Yuxarıda qeyd olunanların, yəni hazırkı iş və əvvəlki işlər üzrə tərəflərin və mübahisə predmeti olan mülkün eyni olması, eləcə də iddiaçının hüquqi marağı, nail olmaq istədiyi məqsədinin, yəni Xədicə və Cavabdeh2lərin adına aparılmış qeydiyyatın və bu barədə dövlət reyestrindən çıxarışın qanunsuz olması ilə bağlı həmin qeydiyyatın və onun nəticələrinin mübahisələndirilməsindən ibarət olması, hazırkı iddia ərizəsi və Şəki İnzibati Məhkəməsində baxılmış inzibati işə dair iddia ərizəsində eyni hallar və faktlara istinad olunması, hazırkı iddia ərizəsində mülki qanunvericiliyin əqdlərin etibarsız olmasını tənzimləyən hər hansı bir normasına və aparılmış qeydiyyatın etibarsız olmasını şərtləndirən hər hansı bir fakta istinad olunmaması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-766/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının 45, 46,47 və 48-ci bəndlərinin tələbləri kontekstində iddiaçı Aliyə Hqverdiyevanın hazırkı iddia tələblərinə qiymət verərək hesab edirik ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən İddiaçı cavabdehlər X14, Cavabdeh2 və üçüncü şəxs 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair X14 və Cavabdeh2 adına dövlət reyestində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (xx.xx.2022) etibarsız hesab edilməsi və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1904/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ərizəçi X3 ərizəsi təmin edilərək X34 1906-cı ildə və onun arvadı Aliyə xanımın 1918-ci il tarixdə Lahıc kəndində ölməsi, doğum tarixinə dair xx.xx.2008-ci il tarixli 9/598 saylı arxiv arayışında adı X37 yazılmış, xx.xx.2008-ci il tarixli 9/443 saylı arxiv arayışında adı X43 Haqverdiyev yazılmış, xx.xx.2008-ci il tarixli 9/441 saylı arxiv arayışında adı Hacı X32 yazılmış, xx.xx.2008-ci il tarixli 9/444 saylı arxiv arayışında adı X16 yazılmış şəxslərin eyni şəxs olması, o cümlədən xx.xx.2008-ci il tarixli 9/598 saylı arxiv arayışında – adı Neymət Dadaş oğlu yazılmış, ölüm haqqında şəhadətnamədə adı – X15 yazılmış, X3 doğum haqqında şəhadətnaməsində adı – X19 yazılmış və X3 şəxsiyyət vəsiqəsində adı Nemət yazılmış şəxslərin eyni şəxs olması faktlarının müəyyən edilməsi qət olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsindən görünür ki, X3 ərizəsi təmin edilmiş, 1929-cu ildə İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş, X3 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş X34 nəvəsi olması və X41 və X9 miras qalmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınar-daşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin iş materiallarında olan 28 dekabr 2010-cu il tarixli 2(037)-273 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, 1929-cu ildə İsmayıllı rayonu Lahıc qəsəbəsi Ərəgit kəndində anadan olmuş X3 1906-cı ildə İsmayıllı rayonu Ərəgit kəndində vəfat etmiş babası X30 miras qalmış, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 (sıfır tam yüzdə beş) hektar həyətyanı torpaq sahəsi üzərində qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ müəyyən edilmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan 3 mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması, texniki sənədlərin tərtib olunması, dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Rayon Ərazi İdarəsinə tapşırılmışdır. İş materiallarından aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnamələri əsasında həmin torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə Ağaməşədi Haqverdiyevin adına Daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, İsmayıllı rayon Notariat kontorunda 4Ə- 3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011-ci il tarixli “Fərdi yaşayış evinin bağışlanması” müqaviləsinə əsasən Ağaməşədi Haqverdiyev mülkiyyətində olan İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0,05 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş üç mərtəbəli 16 otaqlı fərdi yaşayış evini qızı İddiaçı bağışlamış, həmin müqavilə əsasında sözügedən əmlak DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınaraq ona 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. İşin mübahisəsiz hallarına görə, X7 xx.xx.2015-ci ildə Bakı şəhərində ürəyin dayanması səbəbindən vəfat etmişdir. İşin mübahisəsiz digər halına görə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2015-ci il tarixli, 2(107)-114/2015 saylı qərardadı ilə mərhum X7 hüquq varisi X10 ilə əvəz edilmiş, həmin məhkəmə kollegiyasının 03 iyun 2015-ci il tarixli, 2(107)-114/2015 saylı qətnaməsinə əsasən isə, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Xədicə və Cavabdeh2lər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq İsmayıllı rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı qətnaməsi qismən, X30 və X9 miras qalmış, “Hacı Dadaş” mülkü adlanan daşınmaz əmlakın və digər daşınardaşınmaz əmlakın birinci növbəli vərəsə kimi Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair hissədə ləğv edilmiş, ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilsə də, şikayət təmin edilməyərək qərardad dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.102015-ci il tarixli, 2(102)-3537 saylı qərarına əsasən). İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli, 2(107)-6/2019 saylı qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli 2(037)-273/2010 saylı qətnaməsi də ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Ağaməşədi Haqverdiyevin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Hacı Dadaş” mülkü adlanan mülkə və mülkün yerləşdiyi 0,05 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019- cu il tarixli, 2(102)-5873/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3167/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 əri və Cavabdeh2 atası olmuş X24 1906-cı ildə İsmayıllı rayonunun Ərəgit kəndində vəfat etmiş X34 nəticəsi və Cavabdeh1 anası olmuş X11 isə nəvəsi olması faktları müəyyən edilmiş, həmin qətnamədən X7 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4855/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-663/15 saylı, xx.xx.2015-ci il tarixli qərarına əsasən). İş materiallarından həmçinin aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 1906-cı ildə vəfat etmiş X23 vərəsələri olması və X20 miras qalmış İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 hektar torpaq sahəsində yerləşən “Hacı Dadaş” mülkü adlanan miras əmlakın Cavabdeh1 və Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır (Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2018-ci il tarixli, 2(107)- 1265/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2018- ci il tarixli, 2(102)-7084/2018 nömrəli qərarına əsasən). Həmçinin müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-81/2020 saylı qətnaməsi ilə İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində Hacı Dadaş mülkü adlanan 3 mərtəbəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsinə dair X3 adına verilmiş 16 avqust 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli Çıxarış ləğv edilmiş, həmin əmlakın İddiaçı bağışlaması barədə İsmayıllı rayon Notariat kontorunda reyestrdə 4Ə-3/382 nömrə ilə qeydə alınmış 08 sentyabr 2011ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməklə həmin əmlak ilə bağlı İddiaçı adına verilmiş 06 dekabr 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Həmin məhkəmə qətnaməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. İş materiallarından o da aydın olur ki, İsmayıllı rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(037)-65/2017 saylı qətnaməsi əsasında İsmayıllı rayon Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində olan Hacı Dadaş mülkü adlanan miras əmlakı Xədicə və Cavabdeh2lərin adına dövlət qeydiyyatına alınaraq onlara müvafiq mülkiyyət sənədləri verilmişdir. İş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonu Lahıc qəsəbəsinin Ərəgit kəndində 0,05 ha həyətyanı torpaq sahəsində yerləşən mülkə dair Cavabdeh1h qızı və Cavabdeh2 adına dövlət reyestrində aparılmış qeydiyyatın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, o cümlədən “X30 miras qalmış mülkə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün miras qalmış mülkə dair mərhumun adına arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə bir icraatda birləşdirilmiş iddiasına Şəki İnzibati Məhkəməsində baxılmış, məhkəmənin e-2-1(116)-2243/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-476/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərardadına və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən). Azərbaycan Respublikası Ali Məhkəməsinin surəti iş materiallarına əlavə edilmiş 2(102)-3533/23 saylı, xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-149/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Xədicə və Cavabdeh2lərin cavabdeh İddiaçı qarşı “daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi” barədə iddia tələbi təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-914/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək geri qaytarılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti də təmin olunmamışdır. Hazırkı işdə isə İddiaçı mübahisə mövzusu olan mülkü mərhum X31 üzrə vərəsəsi kimi faktiki qəbul etdiyini iddia edərək, həmin mülkə dair cavabdehlər Xədicə və Cavabdeh2lərin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və bu barədə çıxarışın etibarsız hesab edilməsini və miras əmlakın vərəsələrin dairəsinə uyğun olaraq yenidən bölünməsini xahiş etmişdir. Bu baxımdan məhkəmənin qənaəti ondan ibarətdir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisə mövzusu olan mülkün (mirasın) iddiaçı tərəfindən qəbul edilibedilmədiyi məsələsi aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Beləliklə, vərəsəlik şəhadətnaməsi olmadığı halda, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən edilir. Lakin hazırki işdə iddiaçının vərəsəsi olduğu şəxsin (atasının) miras əmlakı faktiki qəbul etməsi faktı, yəni mübahisələndirilən əmlakın iddiaçının miras qoyanının miras kütləsinə (miras aktivinə) daxil olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Halbuki Mülki Məcəllənin 1151.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş materialları ilə onun (iddiaçının) mübahisə mövzusu olan miras əmlakını vərəsə kimi faktiki qəbul etdiyi qənaətinə gəlmək mümkün deyildir. Belə ki, işin materiallarından da göründüyü kimi, İsmayıllı Rayon Məhkəməsinin 29 mart 2010-cu il tarixli, 2(037)-38/2010 saylı və 28 dekabr 2010-cu il tarixli 2(037)-273 saylı qətnamələri ilə iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyevin 1906-cı ildə vəfat etmiş X34 qanun üzrə vərəsəsi kimi mübahisə mövzusu mülkü qəbul etməsi faktı və onun üzərində mülkiyyət hüququ müəyyən edilərək daşınmaz əmlakın reyestrində müvafiq qeydiyyat aparılsa da, həmin qətnamələr Xədicə və Cavabdeh2lər şikayətləri əsasında sonradan ləğv edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-81/2020 saylı qətnaməsinə əsasən isə həmin əmlaka dair Ağaməşədi Haqverdiyevin, sonradan isə onun qızı İddiaçı adlarına verilmiş çıxarışlar ləğv edilməklə buna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi, müvafiq məhkəmə qətnamələri ilə mübahisələndirilən miras əmlakının iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən edilsə də, həmin qətnamə sonradan ləğv olunmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, həmin miras əmlakının iddiaçının mərhum atası Ağaməşədi Haqverdiyev tərəfindən qəbul edilməsi faktı müəyyən olunmadığından həmin əmlakın atasından qalan miras kütləsinə daxil olması da mümkün olmamışdır və işin bu halı iddiaçının atasından qalan mirası qəbul etməsi faktının araşdırılmasının zəruri olmadığını göstərməkdədir. Bu qənaətə gələrkən məhkəmə xüsusi ilə onu da nəzərə almışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə müəyyənləşdirilən hüquqi mövqeyin hazırkı işə tətbiqi də mümkün deyildir. Çünki həmin qərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı mübahisə isə çox daha əvvəldən yaranmış vərəsəlik münasibətləri ilə əlaqədardır və mövcud iddia ərizəsi məhkəmənin icraatına həmin Qərardan sonra daxil olmuşdur. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, iddiaçının digər (cavabdehlərin adına xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın və bu barədə çıxarışın etibarsız hesab edilməsi) tələblərinin də əsassız olduğunu vurğulayır; belə ki, iddiaçının mübahisə mövzusu miras əmlakı vərəsə kimi faktiki qəbul etməsinin, bununla da mübahisələndirilən əmlakın miras kütləsinə daxil olmasının müəyyən edilməməsi onun göstərilən iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa sahib olmadığını göstərir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin cavabdehlərin nümayəndəsinin “hazırkı mülki iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməli olması” ilə bağlı arqumentinə də münasibət bildirərək həmin dəlilin əsaslı olmadığını vurğulayır. Belə ki, hazırkı mübahisənin tərəfləri iş materiallarındakı digər məhkəmə aktları eynilik təşkil etsə də, eyni predmet və əsaslar üzrə iddia əsasında mahiyyəti üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu müəyyən olunmur. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-766/2023 nömrəli qərarının aid olduğu inzibati işə gəldikdə isə, həmin işin başlanmasına səbəb olmuş iddia mülki hüquqi xarakterli hesab edilməsi səbəbdən mümkün hesab olunmamışdır. Bu isə, eyni tələb üzrə mülki icraat qaydada iddia qaldırılmasına maneə sayıla bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın vərəsələrin dairəsinə uyğun yenidən bölünməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın vərəsələrin dairəsinə uyğun yenidən bölünməsi” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1116/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1116/2024
29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver