Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1142/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşet üçün 215 manat ödənilməmiş hissənin, 21 manat cərimənin, 02.08.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 markalı komputer üçün 1126.8 manat ödənilməmiş hissənin, 112.2 manat cərimənin, ümumilikdə 1475 manat borcun və 34.75 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.01.2020-ci il tarixli və 02.08.2020-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, sonuncu İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşet və Acer Aspire 3 markalı komputer almış və nəticədə 1475 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.01.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 378 manat (12 ay x 31.5 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşet üçün ümumilikdə, 236 manat olmaqla ondan 215 manat odənilməmiş hissə, 21 manat cərimə, 02.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1144.8 manat (12 ay x 93.9 manat + 18 manat ilkin ödəniş) Acer Aspire 3 markalı komputer üçün ümumilkdə 1239 manat olmaqla ondan, 1126.8 manat ödənilməmiş hissə, 112.2 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 289.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqdim gününə hesablanmış 1(bir) %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 07.01.2020-ci il tarixli 20018531 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşetə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 31.5 manat olmaqla cəmi 378 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-nə hər ay 31.5 manat ödəməyi öhdəsinə götürmüşdür; 02.08.2020-ci il tarixli 21050634 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh Acer Aspire 3 markalı komputerə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 93.9 manat olmaqla cəmi 1144.8 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən Cavabdeh "xxxx" MMC-nə hər ay 93.9 manat ödəməyi öhdəsinə götürmüşdür; 24.01.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" MMC-nə İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşetə görə 215 manat əsas, 21 manat cərimə, cəmi 236 manat, Acer Aspire 3 markalı komputerə görə 1126.8 manat əsas, 112.2 manat cərimə, cəmi 1239 manat borcu vardır; Pretenziya məktubundan görünür ki Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Cavabdeh oğlu alqı–satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh risk dairələrinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu və cəriməni müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 34.75 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 34.75 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşetə görə 215 manat əsas, 21 manat cərimə, cəmi 236 manat, Acer Aspire 3 markalı komputerə görə 1126.8 manat əsas, 112.2 manat cərimə, cəmi 1239 manat məbləğində borc və 34.75 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********78809 SAMSUNG GALAXY Tab A 8.0 markalı planşetə görə 215 manat əsas, 21 manat cərimə, cəmi 236 manat, Acer Aspire 3 markalı komputerə görə 1126.8 manat əsas, 112.2 manat cərimə, cəmi 1239 manat məbləğində borc və 34.75 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1142/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1142/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver