Məhkəmə qərarları › İş №e-2(005)-1153/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1153/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1153/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X2 cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə X5 tərəfindən verilmiş ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X6 qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 verdiyi 7500 ABŞ dollarının, vurulmuş zərərə görə 750 manatın və iş üzrə ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(005)- 5382/2021 saylı qərardadı ilə iddiaçı X2 cavabdeh X6 qarşı pul tələbinə dair ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı X5 15.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, ödənilmiş 129 manat məbləğində dövlət rüsumu iddiaçı X3 geri qaytarılmalıdır. Belə ki, 01 noyabr 2021-ci il tarixli, 20957 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, X5 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 129 manat pul ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddiaçı X5 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ödənilmiş 129 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3 və 114.2-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı X5 tərəfindən "xxxx" ASC-nin K0204011 nömrəli terminalına 01 noyabr 2021ci il tarixli, № 20957 olan mədaxil qəbzi ilə ödənilmiş 129 manat məbləğində dövlət rüsumu İddiaçı X3 geri qaytarılsın. Qərardadın icrası X1 və "xxxx" ASC-nə həvalə həvalə edilsin. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar