Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1168/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzilin hazırki dəyərinin əvəzi olaraq 225.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 515 manat pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzil 06 noyabr 2003-cü il tarixində İddiaçı alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 06 noyabr 2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi ilə həmin mənzilin dəyərinin, yəni 41.691 ABŞ dolları (keçmiş Azərbaycan manatı ilə olan məzənnə ilə 204.285.900 manat) pulun ödənilməsi təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunan binanın A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. olan 3 otaqlı mənzilin 04 iyul 2003-cü il tarixli № 95 saylı müqavilə ilə X6 (daha sonra xx.xx.2004-cü il tarixdə həmin mənzilə dair müqavilə onun qızı X4 adına dəyişdirilmişdir) satılmasına baxmayaraq, göstərilən mənzil 06 noyabr 2003-cü tarixdə yuxarıda göstərildiyi kimi alqı-satqı yolu ilə 41.691 ABŞ dolları (keçmiş Azərbaycan manatı ilə olan məzənnə ilə 204.285.900 manat) pul dəyərində İddiaçı satılmışdır. Cavabdeh MMC pulu “Amay” Ticarət Mərkəzinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşdiyi binada nağd şəkildə qəbul etməklə alaraq, MMC-nin rəhbəri tərəfindən imzalı və möhürlü kassa mədaxil orderinin qəbzi ilə mənzilə dair pulun ödənilməsi təsdiq edilmişdir. Lakin Cavabdeh MMC-nin eyni mənzili başqa şəxsə satması Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, 2(001)-3301/2018 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnaməyə əsasən, ilkin iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı cavabdeh İddiaçı ilə digər Cavabdeh MMC arasında tərtib olunmuş 06 noyabr 2003-cü tarixli 147 saylı müqavilənin etibarsız hesab olunması, Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında yerləşən yaşayış evininA5 korpusu, 11-ci mərtəbə, 21 saylı 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.m. olan mənzildən istifadə edilməsi zamanı maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulmasının cavabdeh İddiaçı tapşırılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən X4 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11367/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən təmin edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən, X4 mübahisəli mənzilə dair bağladığı müqaviləyə əsas olan digər müqavilə İddiaçı müqaviləsindən daha əvvəlki tarixdə xx.xx.2003-cü il tarixdə bağlanmışdır. İddiaçı ilə bağlanan müqavilə isə daha sonra xx.xx.2003-cü il tarixdə bağlanmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(102)-1849/2019 saylı qərarına əsasən, təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11367/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, 06 noyabr 2003-cü il tarixli, 147 saylı alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, “İcraçı” (Cavabdeh MMC) Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzili “Alıcı”ya təhvil verməli olduğu halda təhvil verməmişdir. Göründüyü kimi, iddiaçı və cavabdeh tərəflər arasında 06 noyabr 2003-cü il tarixli, 147 saylı alqı-satqı müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Hal-hazırda 2003-cü ildən 19 il keçdiyini və həmin ünvanda (Atatürk prospekti 3078A) yerləşən mənzillərin orta bazar və hazırki bazar qiymətlərinin artdığı və 225.000 manat dəyərində təşkil etdiyi nəzərə alınmalıdır. Göründüyü kimi, tərəflər arasında 06 noyabr 2003-cü il tarixli, 147 saylı alqı-satqı müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan; İcraçı Cavabdeh MMC ilə alıcı X3 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 95 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzili alıcıya təhvil verməlidir. X3 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizədən müəyyən olunur ki, X3 xx.xx.2003-cü il tarixli, 95 saylı müqavilədə göstərilən mənzilin qızı X4 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İcraçı Cavabdeh MMC ilə alıcı X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 310 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzili alıcıya təhvil verməlidir. İcraçı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 147 saylı müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzili alıcıya təhvil verməlidir. xx.xx.2003-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli, 147 saylı alqı-satqı müqaviləyə əsasən keçmiş Azərbaycan manatı ilə olan məzənnə ilə 204.285.900 manat pul ödəmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3301/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı cavabdeh İddiaçı ilə digər Cavabdeh MMC arasında tərtib olunmuş 06 noyabr 2003-cü il tarixli 147 saylı müqavilənin etibarsız hesab olunması, Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 A məhəllə ünvanda yerləşən yaşayış evinin A-5 korpusu, 11-ci mərtəbə, 21 saylı 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv/metr olan mənzildən istifadə edilməsi zamanı maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulmasının cavabdeh İddiaçı tapşırılmasına dair iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078, «A» məhəlləsi ünvanında yerləşən yaşayış evinin A-5 korpusunun 11-ci mərtəbəsindəki 138.97 kv/metr ümumi sahəsi olan 3 otaqlı 21 saylı mənzil ilkin iddia üzrə iddiaçı X1 barədə onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2004-cü il tarixli, 310 saylı müqaviə etibarsız hesab edilmiş, mənzil qarşılıqlı İddiaçı sahiblik və istifadəsinə qaytarılması və qarşılıqlı iddia üzrə İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneəçilik törədilməsinin qarşılıqlı iddia üzrə cavabdeh X5 qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11367/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3301/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, ilkin iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 147 saylı müqavilə etibarsız hesab edilmiş, Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsi ünvanda yerləşən yaşayış evinin A-5 korpusu, 11-ci mərtəbə, 21 saylı 3 otaqdan ibarət sahəsi 138,97 kv.m olan mənzilindən istifadə edilməsi zamanı iddiaçı X5 cavabdeh İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, qanunsuz hərəkətlərə son qoyulmasının cavabdeh X2 tapşırılması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1849/2019 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11367/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A5 korpusunun 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə bazar dəyəri 210000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturadan müəyyən olunur ki, aparılmış ekspertizanın dəyəri 250 manat təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzil 06 noyabr 2003-cü il tarixində İddiaçı alqı-satqı yolu ilə satılmış və Cavabdeh MMC-nin direktorunun imzalı və möhürlü 06 noyabr 2003-cü il tarixli kassa mədaxil orderinin qəbzi ilə həmin mənzilin dəyərinin, yəni 41691 ABŞ dolları (keçmiş Azərbaycan manatı ilə olan məzənnə ilə 204.285.900 manat) pulun ödənilməsi təsdiq olunmuşdur. Bununla yanaşı qeyd olunan binanın A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. olan 3 otaqlı mənzilin 04 iyul 2003-cü il tarixli № 95 saylı müqavilə ilə X6 (daha sonra xx.xx.2004-cü il tarixdə həmin mənzilə dair müqavilə onun qızı X4 adına dəyişdirilmişdir) satılmışdır. Hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11367/2018 saylı qətnaməsinə əsasən mübahisəli mənzil barədə tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Lakin müqavilə etibarsız hesab edilsə də, cavabdeh iddiaçının mənzilin dəyəri olaraq ödədiyi pul məbləğini ona geri qaytarmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mənzil almaq üçün Cavabdeh MMC ilə müqavilə bağlamış və müqavilə üzrə üzərinə düşən öhdəliklərinə yerinə yetirmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış həmin müqavilə etibarsız hesab edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, mənzilin indiki dəyəri olan 225000 manat pul məbləğinin ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki müqavilənin etibarsızlığının nəticələri tətbiq edilməli, iddiaçı tərəfindən ödənilmiş pul məbləği ona geri qaytarılmalıdır. İddiaçı mənzil almaq üçün 2003-cü il tarixdə 41691 ABŞ dolları (keçmiş Azərbaycan manatı ilə olan məzənnə ilə 204.285.900 manat) pul məbləği ödəmişdir. Lakin müqavilənin ondan asılı olmayan səbəblərdən etibarsız hesab edilməsi ilə həmin müqaviləni bağlayarkən əldə etmək arzusunda olduğu mənzilindən məhrum olmuşdur. Həmin mənzilin hazırki bazar dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertiza rəyindən mənzilin bazar dəyərinin 210000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə ekspert rəyində öz əksini tapmış pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını daha ədalətli hesab edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 138,97 kv.m. (yaşayış sahəsi 78,32 kv.m.) olan, 3 otaqlı mənzilin hazırki dəyərinin əvəzi olaraq 210000 manat pul məbləği Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 480,70 manat məbləğində dövlət rüsumu əvəzi iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manat pul məbləği Cavabdeh MMCdən tutularaq "xxxx" MMC VÖEN **********, hesablaşma hesabı AZ45AİİB********************, Kapital ASC, 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X, AZ37NABZ******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə həmçinin şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən keçirilmiş ekspertizanın dəyəri cavabdeh tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A5 korpusunun, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin hazırki dəyərinin əvəzi olaraq 210000 manat və dövlət rüsumunun əvəzi olaraq 480,70 manat pul məbləği Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manat pul məbləği Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********, hesablaşma hesabı AZ45AİİB********************, X11 Cəmiyyəti, 200093, VÖEN **********, S.W.İ.F.T. AİİBAZ2X, AZ37NABZ******************** hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-1168/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1168/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver