Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1219/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş (açar sözlər: əqdlərin etibarsızlığı, saxta etibarnamə, daşınmaz əmlakın üzərində əşya hüquqlarının əldə edilməsi zamanı vicdanlılıq) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlunun, Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Ofisi, Bakı şəhəri 12 saylı Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Mülki işin mahiyyəti İddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, b 62, 758-759-cu məhəllə, giriş A, 45 saylı mənzillə bağlı Bakı şəhəri 18 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ saylı, 12500920 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, b 62, 758-759cu məhəllə, giriş A, 45 saylı mənzili ilə bağlı Bakı şəhəri 12 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixli, AN-İ saylı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, b. 62, 758-759-cu məhəllə, giriş A, 45 saylı mənzilin ½ hissəsi onun, ½ hissəsi isə İddiaçı2 mülkiyyətindədir. Onlar mənzili xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə əsasən, Cavabdeh3 xx.xx.2024-cü il tarixədək kirayəyə vermişdir. Bu barədə Bakı şəhəri 53 saylı notariat ofisində mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi tərtib olunmuş və xüsusi notarius X6 tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh3 məqsədi ona və İddiaçı2 məxsus olan mənzildə yaşamaq olmamışdır. O, Cavabdeh2 ilə əlbir olaraq, onlara qarşı dələduzluq cinayəti törədərək, Rusiya Federasiyasının Tümen vilayəti Tümen notariat dairəsində onların adından əvvəllər tanımadıqları, üzünü belə görmədikləri Cavabdeh2 adına mənzilin satılması üçün saxta etibarnamə düzəltdirmişdir. İddiaçı1 həyat yoldaşı X3 və İddiaçı2 həyat yoldaşı X5 adından mənzillərinin satılması üçün imzalarını saxtalaşdıraraq razılıq ərizələri almış və notarial qaydada təsdiq edilmişdir. Onlar Rusiya Federasiyasının Tümen vilayətində heç vaxt olmamış və Tümen notariat dairəsində onların adından sənədlər saxtalaşdırılarkən, Azərbaycan Respublikasında olmuş və ölkəni tərk etməmişdirlər. Mənzilin satılması üçün heç kimə notariat qaydasında razılıq verməmişlər. xx.xx.2024-cü il tarixdə cinayətkarlar Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, b. 62, 758-759-cu məhəllə, giriş A, 45 saylı mənzilin ½ hissəsinə dair onun adına çıxarış almışlar. Bakı şəhəri 18 saylı Notariat ofisində tərtib edilmiş və xüsusi notarius X7 tərəfindən imzalanmışdır. xx.xx.2024cü il tarixli, AN-İ №12500920 olan Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Rusiya Federasiyasının Tümen vilayəti Tümen notariat dairəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 72/49-H/72-2024-1-124 reyestr nömrəli saxtalaşdırılmış etibarnamə ilə Cavabdeh2 onların mülkiyyətində olan mənzili Cavabdeh1 satmışdır. 3 gün sonra isə onlara məxsus mənzil Cavabdeh1 tərəfindən 76 yaşlı Cavabdeh4 satılmışdır. Bu barədə Bakı şəhəri 12 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərtib edilmiş və xüsusi notarius X11 tərəfindən imzalanmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onların adından müqavilə bağlanarkən nə o, nə də yoldaşı Tümen şəhərinə getməmişdir. Sərhədkeçmə məlumatları da bunu da təsdiq edir. Aida xanımın vicdanlı alıcı olduğunu düşünmür. Çünki o, mənzilə baxış keçirmədən mənzili ucuz qiymətə almışdır. Sonra onu lizinqə qoymağa cəhd göstərmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Məhəmməd oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, özü bir dəfə 2016-2017-ci illərdə Moskva şəhərində olmuşdur. Tümen şəhərinə isə ümumiyyətlə getməmişlər. Mənzil hazırda Cavabdeh4 adınadır və çıxarışı da var. Cavabdeh1 hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Ona xx.xx.2024-cü il tarixdə 9 saylı Notariat Ofisindən zəng gəlmişdi. Notariusdan demişlər ki, Aidə xanım evi lizinqə qoymaq istəyir. O isə bildirmişdir ki, ev saxta sənəd əsasında satılıb, buna görə də evin lizinqə qoyulması həyata keçirilə bilməyib. Aidə xanım da digər şəxslərlə əlbirdir və vicdanlı alıcı deyildir. Sonuncu alğısatqı baş tutmadıqdan sonra həmin gün 3 nəfər gecə evə gəlib, qapının kilidini dəyişmək istəyiblər. Həmin vaxt isə o, evdə olmamışdır. Evdə anası olmuşdur. Onlar ev sahibinin evdə olduğunu bildikdən sonra qaçıb gediblər. 1-ci dəfə 18 saylı Notariusda, 2-ci dəfə isə 12 saylı Notariusda alğı-satqı edilib. 3-cü dəfə 9 saylı Notariusda alğı-satqı etmək, lizinqə qoymaq istəyiblər, lakin alınmayıb. Ev 250 kv.m sahəyə malikdir və qiyməti 700.000 manat civarıdır. Bu qiymətə olan evin 350.000 manata satılması ağlabatan deyil. Aidə xanım heç zaman mənzillə maraqlanmayıb. Aidə xanım vicdanlı alıcı olsa idi, bu qədər vaxt ərzində evi tələb edə bilərdi və ya evə gələrdi. Mənzili ilk dəfə onlardan Rauf adlı şəxs icarəyə götürmüşdür. Sonra isə Emin adlı şəxs götürmüşdür, lakin onu görməmişlər, qardaşı gəlirdi. Rauf haqqında sonradan sosial şəbəkədə xəbərləri gördükdən sonra məlum olmuşdur ki, onlar da aldadılmışdır. Evdə çox sayda bank kartları var idi. Eyni zamanda digər əşyalar da var idi. Aydın olur ki, bu şəxslər əlbir olublar ki, rahatlıqla əşyalarını evdə qoyublar. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, Aidə xanım iddiaçıları tanımır. O, mənzili Cavabdeh1 alğısatqı yolu ilə əldə etmişdir. xx.xx.2024-cü il tarixdə alğı-satqı olmuşdur. Aidə xanımın torpaq sahəsi olub, həmin torpaq sahəsini satıb və mənzil əldə edib. Aidə xanım saxta sənəd əsasında deyil, rəsmi çıxarış əsasında evi almışdır. Aidə xanımın lizinq barəsində məlumatı yoxdur. O, mənzilin lizinqə qoyulması üçün notariat ofisinə müraciət etməyib. O özü mənzilə baxıb, daha sonra onu almışdır. Onlar tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Onlar mənzilin dəyərini ödəyərək mənzili almışdır. Ev Aidə xanıma satılan zaman təmir vəziyyəti nəzərə alınmış və aşağı qiymətə satılmışdır. Aidə xanım evə baxıb bəyəndiyi və qiyməti münasib olduğu üçün almışdır. Onlara deyilmişdir ki, vaxt verin, 2024-cü ilin iyul-avqust ayları mənzildən çıxacağıq. Onlar də bununla razılaşmış və bu səbəbdən açarı götürməmişdir. Artıq dəfələrlə məlumat verdikdən sonra Aidə xanım evə gedib, həmin vaxt da evdə hay-küy olduğuna görə vəkilə müraciət etməli olmuşdur. Onlar hazırki iddiadan əvvəl mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişlər. Həmin iş üzraat bu işə görə dayandırılmışdır. İddia tələbinin onlara münasibətdı rədd edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsi. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (324.4). Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarı Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 15 sentyabr 2014cü il tarixli Qərarı Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı... Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakların Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 217,20 kv.m olan mənzilin ½ hissəsi xx.xx.2020-ci il tarixdən İddiaçı2, ½ hissəsi isə xx.xx.2024-cü il tarixdən etibarən İddiaçı1 adına qeydiyyata alınmışdır. - Rusiya Fedrasiysı, Tümen Vilayəti, Tümen şəhərində İddiaçı2 adından verilmiş, notarius Z.İ.Şaşukova adından təsdiq edilməklə verildiyi göstərilmiş ** AA ***1177 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, o, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 45 nömrəli mənzil üzərində hüquqda ½ payı idarə etməyi və üzərində sərəncam verməyi və digər əməliyyatları həyata keçirməyi 5 il müddətinə etibar etmişdir. - Rusiya Fedrasiysı, Tümen Vilayəti, Tümen şəhərində İddiaçı1 adından verilmiş, notarius Bezrodnova adından təsdiq edilməklə verildiyi göstərilmiş ** AA ***8987 nömrəli, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, o, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 45 nömrəli üzərində hüquqda ½ payı idarə etməyi, sərəncam verməyi və digər əməliyyatları həyata keçirməyi 5 il müddətinə etibar etmişdir. - Rusiya Fedrasiysı, Tümen Vilayəti, Tümen şəhərində X10 adından verilmiş razılıqdan görünür ki, o, həyat yoldaşı İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 45 nömrəli mənzilin ümumi mülkiyyət pay hüququnda ½ hissədə onun mülahizəsinə əsasən qiymətə satmasına razılıq vermişdir. - Rusiya Fedrasiysı, Tümen Vilayəti, Tümen şəhərində X8 adından verilmiş ** AA ***8384 nömrəli, xx.xx.2023-cü il tarixli razılıqdan görünür ki, o, həyat yoldaşı İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllə, ev 62, mənzil 45 nömrəli mənzilin ümumi mülkiyyət pay hüququnda ½ hissədə onun mülahizəsinə əsasən qiymətə satmasına razılıq vermişdir. - xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsi) görünür ki, İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 217,2 kv.m olan mənzilin paylı mülkiyyət üzrə onlara məxsus hissələrini kirayəçi Cavabdeh3 kirəyəyə vermişdir. - 18 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın AN-İ saylı, ******* saylı, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə onlara məxsus hissələrini alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir. Müqaviləni satıcıların əvəzinə Rusiya Federasiyası Tümen X12 Dairəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 imzalamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakların Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 (Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 217,20 kv.m olan mənzil xx.xx.2024-cü il tarixdən Cavabdeh1 adına qeydə alınmışdır. - Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın AN-İ saylı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1, mülkiyyət hüququ ilə ona məxsis Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 (Yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 217 kv.m, yaşayış sahəsi 136.44 kv.m, yardımçı sahəsi 80.76 kv.m olan 5 otaqlı mənzili alıcı Cavabdeh4 mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ölkədən çıxmış və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, X8 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ölkədən çıxmış və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyii Bakı şəhəri 9 saylı Notariat ofisinin xx.xx.2025-ci il tarixli, 906 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanına dair Cavabdeh4 iştirakı ilə rəsmiləşən lizinq müqaviləsi aşkar edilməmişdir. - Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 müraciətləri əsasında başlanmış ********* nömrəli cinayət işi üzrə 25 iyul 2025-ci il tarixdə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilmiş, lakin hazırki vaxtadək ekspertizanın rəyi hazır olmadığı üçün qeyd olunan rəyin surətinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi mümkün olmamışdır. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 olan ərazidə komendant vəzifəsində çalışır. Oranın sakini İddiaçı2 10 ildən artıqdır ki, tanıyır. Mənzil onlara məxsusdur. Kommunalları da onlar ödəibdir. 2024-cü ilin yanvarın əvvəllərində Əli müəllim demişdi ki evi kirayə vermişdir, lakin qarşı tərəf ödənişləri etmir. Onlar binaya qalxmışlar. Mənzil həmin zaman boş olmuşdur. Əli müəllim də mənzilin açarını dəyişdirmişdir. Mənzilə gəlib baxan olsa, birinci onlara müaciət edərdilər. Lakin başqa bir şəxs mənzili aldığına görə gəlib baxmamışdır. Aidə xanımı tanımır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 62 saylı binada yerləşən 45 saylı mənzilin paylı mülkiyyətçiləri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlu, mülkiyyətlərindəki mənzili xx.xx.2023-cü il tarixli kirayə müqaviləsi ilə Cavabdeh3 kirayəyə vermişlər. Daha sonra iddiaçılar Azərbaycan Respublikasında olduqları halda, onların adından Rusiya Federasiyasının Tümen vilayəti Tümen notariat dairəsində əvvəllər tanımadıqları Cavabdeh2 adına ümumi etibarnamə verilmiş, həmçinin onların həyat yoldaşlarının razılığının olması barədə sənəd tərtib edilmiş, bundan sonra həmin etibarnamə əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlunun adından çıxış edən Cavabdeh2 Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış AN-İ, ******* saylı, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən iddiaçıların paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh1 satmışdır. Daha sonra, Cavabdeh1 Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında həmin mənzili Cavabdeh4 satmışdır. Faktla bağlı cinayət işi başlanılmış, Bakı şəhəri Xətai Rayon Polis idarəsində istintaq aparılır. Hazırda iddiaçılar onların adından verilmiş etibarnamənin saxta olduğuna istinad edərək, etibarnamənin, onun əsasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ saylı, ******* nömrəli və xx.xx.2024-cü il tarixli AN-İ saylı, 12500920 nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və onların əsasında verilmiş çıxarışların ləğv edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh4 isə digər cavabdehləri tanımadığına, vicdanlı alıcı olduğuna istinad edərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, hazırda, bu faktla bağlı cinayət işi açılmış və istintaqı davam edir. Lakin etibarnamələrin əsilləri iş materiallarında və tərəflərdə olmadığından, mülki iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən istintaqın aparıldığı orqana sorğu verilsə də, cinayət işi üzrə təyin edilmiş ekspertiza rəyinin hələ də təqdim edilmədiyi bildirilmişdir. Bununla belə işin yuxarıda şərh edilən faktiki hallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlunun mülkiyyətində olan mənzil xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında onların adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılsa da, məhkəmənin müvafiq sorğuları əsasında, etibarnamənin verildiyi dövrdə iddiaçıların ölkə hüdudları daxilində olduğu müəyyən edilmişdir. Bu isə iddiaçıların adından verildiyi bildirilən etibarnamələrin etibarsız olmaqla heç bir hüquqi nəticə doğurmadığı anlamına gəlir. Bununla belə həmin saxta etibarnamə əsasında mənzilə dair Bakı şəhəri 18 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixli alğısatqı müqaviləsi bağlanmışdır. Halbuki hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu vacibdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən ilkin alğı-satqı müqaviləsi əqdin subyekt tərkibinə dair şərtlərə əməl edilmədən bağlanmış, mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, yəni səlahiyyətli şəxs iştirak etməmiş və bağlanmış müqavilə iddiaçıların iradə ifadəsini əks etdirməmişdir. Məhkəmənin qənaətinə görə, Rusiya Federasiyası Tümen şəhərində verildiyi göstərilən etibarnamələr əhəmiyyətsiz olmaqla heç bir hüquqi nəticə doğura bilməzdi və həmin saxta etibarnamələrin əhəmiyyətsizliyi onun əsasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını da ehtiva edir. Belə ki, Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə onu əldə etmişdir. Göründüyü kimi, həmin hissədə iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Bu səbəbdən iddia xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli, alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə sonuncu alıcı Cavabdeh4 vicdanlı əldə edən olub-olmaması ilə bağlı isə aşağıdakıları qeyd edir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı işdə xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, bu hal özü-özlüyündə həmin mənzilə dair sonradan bağlanmış əqdlərin etibarsızlığını ehtiva etmir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında da göstərildiyi kimi, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Daşınmaz əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsaslarına dair Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinin məzmunundan göründüyü kimi mülki qanunvericilikdə daşınmaz əmlakın əldə edilməsi ilə bağlı vicdanlılığın əsasları dəqiq şəkildə təsvir olunmuş, alıcının vicdanlı hesab edilə bilməsi üçün hüquq münasibətinin qarşı tərəfin reyestr üzrə həmin əmlakın mülkiyyətçisi olması prezumpsiyasının mövcudluğu, həmçinin şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas gətirilmişdir. Hazırki işdən də göründüyü kimi alıcı reyestr qeydiyyatı məlumatlarına istinadən əmlakı əldə etmişdir. Nəzərə alınmalıdır ki, vicdanlılıq institutunun ən önəmli ünsürü əldə edən şəxsin, bu əldə edilmənin qanuni əsaslara söykənmədiyini bilməməsi və ya bilməli olmaması ilə əlaqədardır. Hazırki iş üzrə isə aparılmış araşdırma nəticəsində yaşayış evi üzərində mülkiyyət hüququnun mübahisələndirilmədiyi müəyyən edilmiş, cavabdehin reyestrin məzmununun qeyri-dəqiqliyini bildiyi sübuta yetirilməmişdir. Başqa sözlə, hüquqi nəticə etibarı ilə Cavabdeh4 əmlakı vicdanlı əldə edən şəxs olmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Mənzilin bazar dəyərindən nisbətən aşağı qiymətə alınması kimi hallar isə alıcının vicdanlılığını istisna edən hal kimi qəbul edilə bilməz. İddia tələbinin vicdanlı alıcı olaraq Cavabdeh4 münasibətdə təmin edilməsi, onun dəyərini ödəməklə qanuni əsaslarla əldə etdiyi əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu səbəbdən, Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə tələb təmin oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar hazırkı qətnamə ilə müəyyən edilmiş halları əsas götürərək, təqsirkar şəxslərdən mübahisəli mənzilə görə dəymiş zərərin ödənilməsini ümumi qaydada tələb etmək hüququna malikdirlər. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 6 ünvanında yerləşən 45 saylı mənzilə dair İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlu ilə Cavabdeh1 oğıu arasında xx.xx.2024-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanılmış AN-İ saylı, 12500920 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh1 adına verilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğluna ödənilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 6 ünvanında yerləşən 45 saylı mənzilə dair İddiaçı1 və İddiaçı2 Məhəmməd oğlu ilə Cavabdeh1 arasında xx.xx.2024-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanılmış AN-İ saylı, 12500920 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 Məhəmməd oğluna ödənilsin Qətnamədən, tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1219/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1219/2025
24.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver