Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-122/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, podrat müqaviləsi üzrə iddia müddəti Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “Sahil-D Kompani" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizələrinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh MMC-yə qarşı “artıq ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh–Cavabdeh MMC tərəfindən xx.xx.2015-ci il tarixli, 509 nömrəli Müqaviləsi üzrə mənə verilməmiş 15,7 kv. metr mənzil sahəsinin əvəzini naturada və ya hazırkı bazar dəyərinə uyğun olaraq hər kv.metri 2500 manat hesablanmaqla (15,7x2500=39250) 39250 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 509 nömrəli Müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilən 3 saylı yaşayış binasında 24-cü mərtəbəsində ümumisahəsi 157,6 kv.m-dən ibarət olan, 3 otaqlı, 132 nömrəli mənzilin hər kvadrat metrinin dəyərini 800 (səkkiz yüz) manatdan hesablanmaqla ümumi dəyərini – 126080 (yüzi yirmi altı min səksən) manatı tam ödəyib almışdır. Həmin mənzilin dəyərini müqavilədə “Satıcı” tərəfindən mənə 157,6 kv.metr olduğu bildirilmiş və iddiaçı da onun təklifinə inanıb 157,6 kv. metr dəyərini tam ödəmişdir. Lakin, bir neçə gün əvvəl ona məlum olmuşdur ki, mənə sahəsinin 157,6 kv.metr olduğu bildirilən mənzilin sahəsi əslində 141,915,7 kv.metrin dəyərimüqavilə bağlanan dövrdə 12560 manat artıq hesablanaraq ödətdirilmişdir. Həmin binada hal-hazırda mənzilin hər kv.metrinin dəyəri 2500 manatdır. İndiki qiyməti isə 15,7 kv.metr sahəyə görə 39250 manat təşkil edir. Ona görə də, iddiaçıdan artıq hesablanıb alınmış 15,7 kv.metr sahənin indiki bazar dəyərinə uyğun 39250 manat pulun mənə qaytarılması barədə pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sahil-D Kompani" MMC-nin nümayəndəsi Nümayəndə2 ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini, iddia müddəti ötürüldüyü üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materialları - 22 dekabr 2015-ci il tarixli 509 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 132 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. - Cavabdeh MMC-nin 22 dekabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 3 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 24 mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 132 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. - Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 132 korpus 3, (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24, m 3) mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - 623547 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 132 korpus 3, (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24, m 3) mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydiyyatdan keçmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndinin tələblərinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu. Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü korpusunda yerləşən 132 saylı mənzilin (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24, m3) müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 144,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü korpusunda yerləşən 132 saylı mənzilin (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24) çöl divarlarının ortasından hesablanmaqla mənzilin daxilində olan və layihədə nəzərdə tutulan yaxud tutulmayan arakəsmələrin,divar(lar)ın, sütun(lar)ın, şaxta sahələrinin və s. altı da daxil olmaqla, müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 157,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Mülki iş materiallarından müəyyən olundu ki, tərəflər arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 509 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC ilə Cavabdeh MMC arasında müqavilə bağlanmış, Cavabdeh MMC ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 132 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin 22 dekabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən 3 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 24 mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 132 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqavilədən görünür ki, Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən,yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İş materiallarından olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu. Fəzail Bayramov küçəsi, 1156cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 3-cü korpusunda yerləşən 132 saylı mənzilin (yeni qaydalarla AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 34, M24, m3) müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 144,0 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, tərəflər arasında müqavilə bağlanmış və öhdəliklər müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, Cavabdeh MMC isə müqavilə üzrə ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 24-cü mərtbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 132 nömrəli mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin müqavilə şərtlərini pozaraq, müəyyən edilən sahədən daha az sahəli mənzili təhvil vermişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. Buradan görünür ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia tələbi mahiyyəti üzrə əsaslıdır. Məhkəmə ekspertiza rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə daha sonra qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə bu qənaətə gələrkən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməməsini, eləcə də ekspert rəylərinin hər ikisinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasını nəzərə alır. Beləliklə də, məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qeyd edilən prosesssual normaların tələbləri baxımından qeyd edilən rəyləri hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyri-müəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsində formalaşmış mövqeyə əsasən, tərəflərin arasında bağlanmış müqavilədə ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri podrat müqaviləsinə uyğundur. Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləyə əsasən Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzili qəbul etməsi işin mübahisəsiz halıdır. İddiaçı özü də, mənzili daha gec tarixdə ona təhvil verməsini iddia etməmişdir. Mənzili təhvil alan iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilin qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünkü tərəflər arasında daha kiçik sahəli olduğu iddia edilən mənzilə dair müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, 28 dekabr 2015-ci il tarixdə isə tərəflərin arasında qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə bağlanmış və mənzil iddiaçıya təhvil verilmişdir. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə qarşı mənzilin sahəsinin əskik olduğuna dair, başqa sözlə, cavabdeh tərəfindən müqavilənin lazımınca icra edilməsinə dair hər hansı tələb irəli sürməmişdir. Qanunvericiliyə görə, əgər məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh məhkəmədə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır . Cavabdeh mənzili iddiaçıya xx.xx.2015-ci il tarixdə təhvil verdiyini bildirərək bu barədə müqaviləni məhkəməyə təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili öz izahatında bu faktı təkzib etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 28 dekabr 2015-ci il tarixli 159 nömrəli müqaviləsinə əsasən Cavabdeh MMC İddiaçı 22 dekabr 2015-ci il tarixli 509 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 157,6 kv.metr olan 132 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. İddiaçının mənzil sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış alındıqdan sonra xəbər tutmasına dair dəlili əsassızdır. İddiaçı mənzili təhvil aldıqdan sonra onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən hərəkətlərin heç birini görməmiş, bununla da, heç bir üzürlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin nümayəndəsinin dəlili əsaslıdır. Çünki, qeyd edilən mənzil 28 dekabr 2015-ci ildə İddiaçı təhvil verilmişdir. İddiaçı isə “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia tələbi ilə 28 fevral 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yəni, İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün mənzili ilkin qeydiyyatdan keçirərək çıxarış aldığı xx.xx.2023-cü il tarixi deyil, məhz mənzilin ona təhvil verildiyi gün, yəni 28 dekabr 2015-ci ildir. Odur ki, iddia müddəti keçdiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-122/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-122/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver