Məhkəmə qərarları › İş №e-2(005)-1229/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1229/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1229/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X12 Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi X3, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" QSC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" QSC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”Capitals Auction” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 91 saylı protokolunun etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(037)-06/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" QSC ilə Mövlаmоv Məhərrəm Mövlаm оğlu, İsmаyılоv Vаlid Səməd оğlu və Mövlаmоv Rаmil Məhərrəm оğlu аrаsındа bаğlаnmış xx.xx.2009-cu il tаrixli, 15L000000829 sаylı kredit xətti, xx.xx.2009-cu il tаrixli, 15S000001148 sаylı və xx.xx.2009-cu il tаrixli, 15S000001147 sаylı zаminlik müqаvilələrinə əsаsən cаvаbdehlər Mövlаmоv Məhərrəm Mövlаm оğlu, İsmаyılоv Vаlid Səməd оğlu və Mövlаmоv Rаmil Məhərrəm оğlundаn Аzərbаycаn Respublikаsı Mərkəzi Bаnkının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun оlаrаq mаnаt ekvivаlentində hesаblаnmаqlа xx.xx.2013-cü il tаrixli, 26R000002740 sаylı kredit rаzılаşmаsı üzrə 228212,50 АBŞ dоllаrı əsаs kredit bоrcu, 32752,20 АBŞ dоllаrı fаiz bоrcu və 1000 АBŞ dоllаrı cərimə оlmаqlа, cəmi 261964,60 АBŞ dоllаrı və xx.xx.2014-cü il tаrixli, 26R********** sаylı kredit rаzılаşmаsı üzrə 25350,34 АBŞ dоllаrı əsаs kredit bоrcu, 2210,58 АBŞ dоllаrı fаiz bоrcu və 50 АBŞ dоllаrı cərimə оlmаqlа, cəmi 27610,92 АBŞ dоllаrı məbləği və iddiа qаldırmаq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 mаnаt, ipоtekа predmetinə tutmаnın yönəldilməsi bаrədə bildirişin qeydə аlınmаsı üçün ödənilmiş 10 mаnаt dövlət rüsumu və 21 mаnаt xidmət hаqqı оlmаqlа, cəmi 58 mаnаt məbləğin, ümumilikdə 289575,52 АBŞ dоllаrı və 58 mаnаt məbləğin müştərək qаydаdа аlınаrаq "xxxx" QSC-yə ödənilməsi, borcun xx.xx.2011-ci il tаrixli, 26M000000172 sаylı ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа ilə yüklü edilmiş, АR ƏMDK yаnındа DƏDRX Qəbələ Ərаzi İdаrəsi tərəfindən verilmiş hüquqlаrın dövlət qeydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət reyestrindən MА seriyаlı, ******* sаylı Çıxаrışа əsаsən yüklülüyü xx.xx.2012-ci il tаrixdə qeydə аlınmış, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sаhəsinə аçıq hərrаcdа sаtılmаqlа yönəldilməsi, ipоtekа predmetinin hərrаcdа ilkin sаtış qiymətinin 715000 mаnаt məbləğində müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun 03 mаnаtının "xxxx" QSC-yə аid edilməsi qət edilmiş, iddiаnın qаlаn hissəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti qismən təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnаməsi qismən, yəni Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən 1148,2 kv.m ümumi sаhədən ibаrət 2 mərtəbəli qeyri-yаşаyış sаhəsinin ilkin sаtış qiyməti 930000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin daşınmaz əmlakın likvid dəyəri 920000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-176/2021-011 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixində icraata başlanılma haqqında qərar qəbul edilmişdir. İcra sənədinə əsasən AR ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışa əsasən yüklülüyü xx.xx.2012-ci ildə qeydə alınmış, İsmayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0.1148 ha torpaq sahəsində yerləşən mülkiyyətində olan 2 mərtəbəli 1148.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 920000 manat məbləğində müəyyən edilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 105255/22-45-2 saylı sifariş məktubu ilə Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 91 nömrəli protokol əsasında real dəyərindən çox ucuz qiymətə dəyərləndirilmiş və satılmışdır. Hərracın keçirilməsinin yeri və vaxtı barəsində ona lazımi qaydada məlumat verilməmişdir. Hərracın təşkil olunması və keçirilməsi ilə bağlı zəruri olan qanuni prosedurlar düzgün aparılmamışdır. Heç kimin işitirakı olmadan qeyri-qanuni formada əmlakı ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Baxmayaraq ki, onun ödənilməli borcu ümumilikdə 289575 АBŞ dоllаrı, yəni 492277 manat olmuş, ipoteka saxlayana 586500 satılmışdır. Halbuki məhkəmənin qanuni qüvəyə minmiş qətnaməsi ilə onlara olan borcu ilə əmlakın dəyəri arasında olan 94000 manat pulu ayrıca hesaba qoymadan, bu barədə məlumat vermədən bir başa protokol tərtib edərək borcdan xeyli miqdarda artıq dəyərə malik olan əmlakını tələbkara vermiş, bu protokol əsasında əmlakı dəyəri ödənilmədən tələbkarın mülkiyyətinə keçmişdir. Halbuki tələbkar tələb olunan məbləği ödəməli və hüquqlarına hörmətlə yanaşmalı idi. Qeyd olunan məbləği ödəyə bilmədiyi halda qanunverciliklə nəzərdə tutulmuş qaydada imtina etməli idi. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh ”Capitals Auction” MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 91 saylı hərracın nəticələrinin (protokolunun) ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində hərrac prosesindən məlumatsız olması və əmlakın dəyərinin bazar qiymətinə uyğun olmamasını və artıq qalan məbləğin ona ödənilməməsini qeyd etmişdir. İsmayıllı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 105255/22-45-2 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmişdir. Təqdim edilmiş icra vərəqəsindən də göründüyü kimi əmlakın satış dəyəri öz əksini qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmişdir. Qanuni qüvvəsini almış icra vərəqəsində qeyd edilmiş dəyər ilə həmin əmlak hərraca çıxarılmışdır. Məhkəmə gedişatı ərzində əmlakın ilkin satış dəyəri ilə bağlı narazılıq olsa idi, yuxarı instansiya məhkəməsinə müraciət edilə bilərdi. Hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci ildə “525-ci” qəzetində elan verilmiş və bildirişlər tərəflərə göndərilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac keçirilmişdir. İkinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Göründüyü kimi ipoteka saxlayan artıq qalan məblğin ödənişini həyata keçirməli idi. Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X7 hərracın qanunauyğun şəkildə keçirildiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-06/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qismən, yəni Mövlаmоv Məhərrəm Mövlаm оğlunun mülkiyyətində оlаn İsmаyıllı şəhəri, Bаbək küçəsində yerləşən 1148,2 kv.m ümumi sаhədən ibаrət 2 mərtəbəli qeyri-yаşаyış sаhəsinin ilkin sаtış qiyməti 930000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi və həmin daşınmaz əmlakın likvid dəyəri 920000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2045/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; Cavabdeh MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253 nömrəli bildirişinin surətindən görünür ki, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 920000 manat müəyyən edilmişdir; Cavabdeh MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 253-1 nömrəli bildirişinin surətindən görünür ki, İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinə dair açıq hərracın keçirilməsi xx.xx.2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakların satış qiyməti 15% aşağı qiymətlə 782000 manat müəyyən edilmişdir; “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 124 (5930) nömrəli və xx.xx.2022-ci il tarixli, 139 (5945) nömrəli tirajlarının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı məxsus İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinə dair açıq hərracın keçirilməsi elan edilmişdir; Cavabdeh MMC-nin İddiaçı ünvanladığı bildirişlərin surətindən görünür ki, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində “M. Məhərrəm” adlı şəxs bildirişi imza edərək qəbul etmişdir; "xxxx" QSC-nin Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə ünvanladığı məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 307/253 saylı “İpoteka predmetinin alqısatqısı barədə müqavilə bağlanmasına” dair təklif məktubuna cavab olaraq bildirmişdilər ki, onlaraq təklif olunan İddiaçı mülkiyyətində olan İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsini borcun əvəzinə, yəni 586500 manat məbləğində qəbul etməyə razı olmuşdular; Cavabdeh MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair 91 nömrəli, xx.xx.2022-ci il tarixli protokolunun surətindən və xx.xx.2022ci il tarixli müqavilənin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 176/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi və İsmayıllı rayon İcra və Probasiya şöbəsinin sifariş məktubu əsasında Cavabdeh MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) "xxxx" ASC ipoteka predmeti olan İddiaçı məxsus 2 mərtəbəli, 1148,2kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 586500 manata əldə etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında Cavabdeh MMCnin təşkilatçılığı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iki hərrac keçirilmişdir. Hərracların keçirilməsi ilə bağlı “525-ci” qəzetində elanlar verilmiş, eyni zamanda iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına” dair protokola əsasən İddiaçı məxsus İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsini ipoteka saxlayan "xxxx" ASC əldə etmişdir. Hazırda iddiaçı qeyd edilən əmlakların dəyərindən aşağı satıldığına və hərrac təşkil edilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyinə istinad edərək hərracın nəticələrinin ləğv edilməsini tələb edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində hərracın nəticələrinin ləğv edilməsini xahiş etsə də, lakin iddia ərizəsinin məzmunundan və əsaslanmasından aydın olur ki, iddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə uyğun olaraq məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əşyaların dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə daşınmaz əşyaların dəyəri müəyyən edilmiş və onların açıq hərracdan satılması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsi tərəfindən qətnamə dəyişdirilmədən saxlanmışdır. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə əmlakın satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Hərracın keçirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh MMC tərəfindən İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsi xx.xx.2022-ci il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş, iddiaçının ünvanına göndərilmiş məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli 124 (5930) nömrəli buraxılışında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlaklar 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmiş və məktub iddiaçı tərəfindən imza edilərək qəbul edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “525-ci” qəzetinin xx.xx.2022-ci il tarixli 139 (5945) saylı buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə təklif məktubları göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə almağı təklif etmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış və İsmаyıllı şəhəri, Bаbək küçəsində dövlət mülkiyyətində оlаn 0,1148 hа tоrpаq sаhəsində yerləşən, 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sаhədən ibаrət qeyri-yаşаyış sahəsinin açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, daşınmaz əşyaların real bazar dəyərinin düzgün müəyyən edilməməsi və hərrac keçirilərkən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı iddiaçının dəlilləri öz təsdiqini tapmadığından iddia təmin edilə bilməz. İddia tələbinin əsaslarından biri kimi əmlakın əldə edilməsi qiyməti ilə borc arasında yaranmış fərqin ona ödənilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin dəlillər hərracın ləgv edilməsi üçün əsas deyildir. Belə ki, icra sənədi üzrə borc silindikdən sonra qalan qismi müvafiq icra orqanın depozit hesabına köçürülür və qalıq məbləğin verilməsi hərrac mərkəzinin səlahiyyətinə aid deyil. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" QSC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və "xxxx" QSC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar