Məhkəmə qərarları › İş №e-2(005)-1268/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1268/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1268/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “kirayə müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 (iyirmi beş) manat əsas borc, 51,60 (əlli bir manat,altmış qəpik) manat məbləğində iddiaçı tərəfindən ödənilmiş inzibati cərimə, 0,41 (qırx bir qəpik) gecikdirmə faizinin, 30 manat dövlət rüsum olmaqla cəmi 107,01 (bir yüz yeddi manat, bir qəpik) manat məbləğin Cavabdeh tutularaq iddiaçı"xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdehov Niyazi oğlu arasında xx.xx.2024-cü il tarixində CİTYCAR mobil tətbiqi vasitəsilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır.Mülkiyyəti iddiaçıya məxsus olan “Geely Geometry” markalı, **- YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 18:36-da cavabdeh tərəfindən təhvil alınmış və onun tərəfindən xx.xx.2024 tarixdə, saat 18:53-də geri qaytarılmışdır. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan zaman xx.xx.2024-cü il, saat 18:53 tarixdə cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bunun nəticəsində EQ23207672 nömrəli protokol tərtib olunaraq, cavabdeh barəsində 40 manat inzibati cərimə və 11,60 manat dəbbə pulu tətbiq edilmişdir. Tərəfimizdən xx.xx.2024-cü il tarixində cavabdeh barəsində tətbiq olunan inzibati cərimə dəbbə pulu ilə birlikdə cəmi 51,60 manat ödənilmişdir. Daha sonra cavabdeh tərəfindən mülkiyyəti iddiaçıya məxsus olan “BYD E2” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 22:28-də cavabdeh tərəfindən təhvil alınmış və onun tərəfindən xx.xx.2024 tarixdə, saat 00:00-da geri qaytarılmışdır. İstifadəçi tərəfindən təsdiq edilən müqaviləyə əsasən kirayə ödənişi mobil tətbiqdə göstərilən tariflər əsasında hesablanır və həmin müqaviləyə əsasən istifadəçi müqavilə bağlandıqdan etibarən 5 gün ərzində müəyyən edilmiş tarifə uyğun olaraq 35,24 manat məbləğində kirayə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 10,24 manat ödənilsə də, geridə qalan 25 manat ödənilməmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerin yetirərək avtomobili cavabdehə təhvil versə də, cavabdeh öhdəliyini yerinə yetirməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Müqaviləyə əsasən cavabdeh yuxarıda göstərilən ödənişi xx.xx.2024-cü il tarixinədək ödəməli olsa da indiyə qədər heç bir ödəniş həyata keçirməmiş və xx.xx.2024-cü il tarixindən etibarən istifadəçi öhdəliyin icrasını gecikdirmiş borclu statusu əldə etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda məhkəmə hazırlıq iclasında iddiaçınən nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, Cavabdeh isə iddia tələbini qəbul etdiyi barədə ərizə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini, əvvəlki məhkəmə iclaslarında iştirak edən tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli avtomobilin elekron kirayə müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh “Geely Geometry” markalı, **-YJ-*** və “BYD E2” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini icarəyə vermişdir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,"xxxx" MMC-nin istifadəçisi olan Cavabdeh 23 avqust 2024-cü il tarixində şirkətə məxsus olan Gcelly Geometry markalı **- YJ-*** dövlət qeydiyyat nişanlı və “BYD E2” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürüb. Sürdüyü müddətə əsasən 35,24 (otuz beş manat, 24 qəpik) manat ümumi borc yaranıb, əlavə olaraq sürdüyü müddətdə 346.5 maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə olunmuşdur, cərimə ödənilmədiyi üçün dəbbə pulu 11,60 (on bir manat, 60) manat hesablanıb, ümumi borcdan 10,24 (on manat, 24 qəpik) manat ödəniş olunub qalan hissəsi 76,60 (yetmiş altı manat,60 qəpik) manat məbləğində borc məbləği kimi qalıb. Müştəri istifadə etdiyi zaman 34,94 (otuz dörd manat. 94 qəpik) manat sürüş borcu və 0,30 (0,30 qəpik) manat parklanma rejimdə olduğu üçün hesablanıb. - xx.xx.2024-cü il tarixli,EQ23207672 nömrəli protokoldan görünür ki, Cavabdeh İXM:346.5. nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarında 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat cərimə olunmuş, 11.6 manat isə dəbbə pulu tutulmuşdur. -xx.xx.2024-cü il tarixli,**********3 nömrəli ödəniş qəbzindən görünür ki, 40 manat cərimə,11.6 dəbbə pulu ümumi 51.6 manat DYP-nə ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli CİTYCAR mobil tətbiqi vasitəsi ilə avtomobilin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh razılaşdırılmış icarə haqqını ödəməyi, "xxxx" MMC isə ona Gcelly Geometry markalı **-YJ-*** və “BYD E2” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili və icarəyə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli CİTYCAR mobil tətbiqi vasitəsi ilə avtomobilin kirayə müqaviləsi əsasında cavabdehə Gcelly Geometry markalı **-YJ-*** və “BYD E2” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini icarəyə verilməsi razılaşdırılmışdır. Cavabdeh həmin avtomobili təhvil vermiş, lakin müqavilə üzrə nəzərdə tutulan icarə haqqını və avtomobili idarə etdiyi vaxt yaranmış cəriməni ödəməmişdir. Mülki yuxarıda qeyd edilənləri və cavabdehin etirafını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kirayə müqaviləsi üzrə yaranmış 25 (iyirmi beş) manat əsas borc, 51,60 (əlli bir manat,altmış qəpik) manat məbləğində iddiaçı tərəfindən ödənilmiş inzibati cərimə, 0,41 (qırx bir qəpik) gecikdirmə faizinin, 30 manat dövlət rüsum olmaqla cəmi 107,01 (bir yüz yeddi manat, bir qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kirayə müqaviləsi üzrə yaranmış 25 (iyirmi beş) manat əsas borc, 51,60 (əlli bir manat,altmış qəpik) manat məbləğində iddiaçı tərəfindən ödənilmiş inzibati cərimə, 0,41 (qırx bir qəpik) gecikdirmə faizinin, 30 manat dövlət rüsum olmaqla cəmi 107,01 (bir yüz yeddi manat, bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar