Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-133/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: maddi ziyan) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə və X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə və Hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə əsasında həmin nəqliyyat vasitələrinin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli "xxxx" ASC ilə X9 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh2 adına göstərilən nəqliyyat vasitələrinin Azərbaycan Respublikası DİN Baş X17 İdarəsi tərəfindən aparılmış qeydiyyatın (verilmiş şəhadətnamələrin) ləğv olunmasına və nəqliyyat vasitələrinin öz faktiki sahibliyinə qaytarılması; bu mümkün olmadıqda isə göstərilən nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyərinin olaraq 65000 (altmış beş min) manat məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən öz xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Schmitz” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli yarımqoşqu və 2007-ci il buraxılışlı “Mercedes Benz” M1840LS yük markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil mərhum atası X3 xüsusi mülkiyyətində olmuşdur. Sözügedən yarımqoşqu və avtomobil atası tərəfindən cavabdeh "xxxx" BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməklə həmin təşkilatdan atası M.Səlimov tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti alınmışdır. Qeyd edilən kredit vəsaitindən ödəmələrdə gecikmələr yarandığından hazırkı iş üzrə cavabdeh "xxxx" BOKT ASC X3 ölümündən sonra ona qarşı iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən prosessual varisi olduğu X2 həmin iş üzrə iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 14248.68 ABŞ dolları məbləğində əsas borcun, 3490.20 ABŞ dolları məbləğində faiz borcunun 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutulan məbləğin X4 məxsus “Schmitz" yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS" yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Pro Kredit" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X4 qaytarılması qət edilmişdir. Sözügedən qiyabi qətnamə barədə 2019-cu ilin avqust ayında Nərimanov rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı ona məlumat vermiş, atası M.Səlimovun öldüyü barədə ona dedikdə, vərəsə olaraq qiyabi qətnamənin icrası üzrə borclu olduğu bildirilmişdir. Bundan sonra iddiaçı, atası M.Səlimovun xx.xx.2018-ci il tarixli qiyabi qətnamənin qəbul edilməsindən 11 ay əvvəl vəfat etməsinə, ölmüş şəxsin barəsində qətnamə çıxarılmasının yolverilməz olduğuna əsaslanaraq, qiyabi qətnamənin ləğvinə dair Nərimanov rayon məhkəməsinə ərizə vermişəm. 6. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı “Pro Kredit" BOKT ASC-nin varisi olduğu X4 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh X4 qarşı Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim İ.K.Xəlilov, hakimlər X.Cəlilova, İ.Kərimovdan ibarət tərkibdə) 03 fevral 2020-ci il tarixli, 2(105)-2026/2020 saylı qərardadı ilə şikayəti təmin edilmiş, iş üzrə Nərimanov rayon Məhkəməsinin sözügedən (icraata xitam) xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün mülki işin həmin rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilən nəticəyə gələrkən Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin həmin rayonun məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilməsinə, sözügedən qiyabi qətnamə ləğv olunduğu üçün bu qətnamədən verilmiş icra sənədi ilə əlaqədar keçirilmiş hərracın hər hansı bir qanuni əsasının mövcud olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hazırda qanuni qüvvəsində olan yuxarıda sözügedən qərarı ilə hesab etmişdir ki, mövcud olmayan qiyabi qətnaməyə əsasən keçirilmiş hərracın hüquqi nəticələri yoxdur. Bu ərəfədə, 2019-cu ilin avqust-sentyabr ayında, qiyabi qətnamənin ləğvinə dair ərizəyə baxıldığı dövrdə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli, 9624-15-20-i saylı sifariş məktubu əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC X3 mülkiyyətində olmuş 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqunu və “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngliavtomobilin hərracını keçirmişdir. Qeyd edilən hərrac təşkilatı tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokollarla yuxarıda sözügedən yarımqoşqu 8.287,50 manata, digər avtomobil isə 20.400 manata olmaqla 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, "xxxx" BOKT ASC-yə satılmış və sonradan “Schmitz” yarımqoşqu” və “Mercedes Benz” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (iş üzrə cavabdeh) adlı şəxsə satılmışdır. Qeyd edilməlidir ki, qiyabi qətnamənin ləğv edilməsinə dair məhkəmə qərardadının mövcudluğu “Pro Kredit" Bokt ASC-ə, İcra və Probasiya Şöbəsinə rəsmən bəlli olduğu halda, qanunsuz olaraq hərrac keçirilmiş, 2 həftə sonra isə, tərəfindən “Pro Kredit" Bokt ASC-ə, İcra və Probasiya Şöbəsinə qarşı məhkəmədə “hərracın etibarsızlığına dair” iddia qaldırılmasını bilən sonuncular xx.xx.2019-cu ildə avtomaşın və qoşqunu təkrar olaraq F.Tarquliyevə satmışlar. Nəqliyyat vasitələrini alan zaman F.Tarquliyev də qiyabi qətnamənin ləğv edildiyi və hərracın nəticələrinin mübahisələndirilməsinə dair məhkəməyə müraciət olunduğundan məlumatlı olmuşdur. Digər tərəfdən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində 2(005)- 1540/2020 saylı mülki iş üzrə (qiyabi qətnamənin ləğvindən sonra əyani icraatda baxılmaqla) ilk iddiaçı “Pro Kredit" Bokt ASC-nin M.A.Səlimova qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz, borcu və cərimə borcunun ödənilməsi" tələbinə dair ilk, İddiaçı cavabdeh “Pro Kredit" Bokt ASC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia üzrə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-3161/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş: Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdeh “Pro Kredit" Bokt ASC-yə və F.C.Tarquliyevə qarşı "hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi üzrə işin icraatı baxılmamış saxlanılmışdır (atası M.Səlimovdan mirasın qəbulunun və hüquq varisliyinin müəyyən edilmədiyinə görə). Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsi MKnın xx.xx.2021-ci il tarixli, 2 (103)-3161/2021 saylı qərardadı ilə apellyasiya şikayətim qismən təmin edilmiş: Nərimanov rayon məhkəməsinin qətnaməsi ləğv edilməklə yanaşı, ilk iddiaçı “Pro Kredit" Bokt ASC-nin M.A.Səlimova qarşı iddia tələbi üzrə işin icraatına xitam verilmişdir (M.Səlimovun öldüyündən sonra ona qarşı iddianın yolverilməzliyinə görə). Bundan sonra, varisi olduğu atası M.Səlimovdan qalmış miras əmlakın qəbulu rəsmiləşdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına uyğun olaraq, tərəfimdən cavabdehlər "xxxx" BOKT ASC, Cavabdeh2 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y-232 və Y-233 protokollar əsasında "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında yuxarıda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Daha sonra tərəfindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə ilə həmin məhkəməyə müraciət olunaraq, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 9624-15- 20-i saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında, digər cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən 13 sentyabr 2019-cu il tarixində “SCHMİTZ yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz-ağ rəngli yarımqoşqu və “Mercedes Benz” M1840LS” yük markalı, 2007-ci il buraxılışlı 99- XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına və sözügedən hərracın nəticələri haqqında 13 sentyabr 2019-cu il tarixində tərtib olunmuş Y-232 və Y-233 saylı protokolların, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqulu və “Mercedes Benz” J840LS yük markalı, 2007- ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin “Pro Kredit" BOKT ASC-nin adma dövlət qeydiyyatının etibarsız hesab edilməsi, huquqi əsası olmayan xx.xx.2019-cu il tarixli, Y-232 və Y233 protokollar əsasında “Pro Kredit" BOKT ASC ilə X10 arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına göstərilən avtomobillərin DİN Baş X17 İdarəsi tərəfindən verilmiş texniki pasportların ləğv olunmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sözügedən iddia tələbimüzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadla hazırkı məsələ ilə əlaqədar iddia qaydasında məhkəməyə müraciət etməklə deyil, icrada dönüş edilməsi ilə bağlı müraciət etməli olduğuna istinad olunaraq yuxarıda göstərilən iddia ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. 2(005)-143/2022 saylı mülki iş üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsi məhkəməyə təqdim olunan vaxt (xx.xx.2021-ci il) Mülki Prosessual Məcəllədə qətnamənin icrasına dönüş edilməsi məsələlərini tənzimləyən norma mövcud olmasa da, prosessual qanunvericilikdə bunu qadağan edən müddəalar da göstərilməmiş, məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin 13-cü maddəsi rəhbər tutulmaqla bu növ məsələlər həll olunmuşdur. Eyni zamanda sözügedən qərardadda göstərilmişdir ki, həmin iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə iddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində baş tutmuş alqı-satqı müqavilələrinin etibarsız sayılması barədədir. Bundan sonra, tərəfindən Nərimanov rayon məhkəməsinə ərizə verilərək, Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə icrada dönüşə dair ərizəsi təmin edilmiş, xx.xx.2018-ci il tarixli qiyabi qətnamə əsasında keçirilmiş hərracın nəticələri və “Pro Kredit" BOKT ASC ilə Cavabdeh2 arasında alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, qeyd edilən avtomaşın və qoşquya dair M.Səlimovun hüquqlarının bərpa edilməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin 2(005)- 1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından “Pro Kredit" BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, (xx.xx.2022-ci il tarixli qərardadla) şikayətin baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətə Bakı Apellyasiya Məhkəməsində baxıldığı ərəfədə xx.xx.2022-ci il tarixli qərardaddan Famil Tarquliyev şikayət vermişdir. F.Tarquliyevin şikayəti əsasında qəbul olunan xx.xx.2022-ci il tarixli qərardadla onun şikayəti təmin olunmuş, qiyabi qətnamənin icrasında dönüş edilməsinə dair ərizəmin təmin edilməməsi qərara alınmışdır. Nərimanov rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət Bakı Apellyaisya Məhkəməsinin MK-nın 2(103)-6715/2022 saylı xx.xx.2022-ci il tarixli (Sədrlik edən və məruzəçi hakim E.Mehdiyev) qərardadı ilə qismən təmin edilmiş, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş materialları şikayətə yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Nərimanov rayon məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə işə yenidən baxılmasının nəticəsi olaraq, F.Tarquliyevin şikayəti təmin olunmuş; Nərimanov rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərardadı ləğv edilmiş, icrada dönüş edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Tərəfindən verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi MKnın 2(103)-1257/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə: şikayəti qismən təmin edilmiş; Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş; Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş; Nərimanov rayon məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə cavabdeh X3 varisi İddiaçı ərizəsi qismən təmin edilmiş; Hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmiş; Hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, 99ZB759 dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. 27. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadında Məhkəmə Kollegiyası vurğulayır ki, qətnamənin icrasında dönüş qaydaları ləğv olunmuş məhkəmə aktı əsasında tərtib edilmiş icra sənədində göstərilənlərin icra edilməsi ilə əlaqədar yaranmış nəticələrin aradan qaldırılması üçün tətbiq edilir. Belə ki, Nərimanov rayon məhkəməsinin 2(005)-2685/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində bankın xeyrinə tutulmuş pulun ödənilməsini təmin etmək məqsədilə hərrac həyata keçirilmişdir. Məhkəmə MPM-in 236-1.1-ci maddəsini bu məsələyə tətbiq etməklə hesab edir ki, ləğv olunmuş məhkəmə aktı əsasında keçirilmiş hərracın hüquqi nəticələri ləğv edilməlidir. Lakin hərracdan sonra baş vermiş proseslər (xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanması) Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əhatə olunmadığından X8 vicdanlı əldə edən olub-olmamasına, alqı-satqı müqaviləsinə əsasən verilmiş şəhadətnamələrin ləğv edilməsinə dair məsələlərə hazırki icraat çərçivəsində baxıla bilməz. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən xx.xx.2023-cü il tarixli qərardadı qanuni qüvvəsini aldığına və ondan şikayət verilməsi imkanı MPM-də nəzərdə tutulmadığına, həmçinin, qərardadın məzmununda müəyyən edilmiş hüquqi mövqeyinə görə atasına məxsus olmuş və hazırda iddia etmək hüququ olan nəqliyyat vasitələrinin cavabdeh BOKT tərəfindən F.C.Tarquliyevə satılmasının və həmin nəqliyyat vasitələrinin F.Tarquliyevin adına qeydiyyatının ləğv edilməsi məsələsəsinin qətnamənin icrasında dönüş qaydasında həll edilməsi mümkün olmadığına görə, lakin atasından miras qalmış əmlakların (nəqliyyat vasitələrinin) BOKT tərəfindən qanunsuz keçirilmiş hərracla əldə edilməsi və başqa şəxslə satılmasının iddiaçının vərəsəlik və mülkiyyət hüquqlarını pozduğuna görə hazırki tələblə ümumi qaydada məhkəməyə müraciət edərək məhkəmə müdafiəsi hüuqundan istifadə etməlidir. Belə ki, atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə BOKT tərəfindən əldə edilməsi yuxarıda sadalanan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi də qərara alınmışdır. Belə vəziyyətdə hesab edir ki, "xxxx" ASC-nin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu da işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə də müəyyən olunur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğunu bilə-bilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsi də qanunsuzdur. Özünə məxsus olamadığını bildiyi halda, BOKT-un atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı F.Tarquliyevə satmasına dair xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri də etibarsız hesab edilməli və sözügedən nəqliyyat vasitələrinə dair F.C.Tarquliyevin adına DİN BDYP İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv edilməli, nəqliyyat vasitələrinə dair atası M.Səlimovun adına dövlət qeydiyyatı bərpa olunmalı və nəqliyyat vasitələri F.C.Tarquliyevdən alınaraq öz istifadə və sahibliyinə verilməlidir. Hazırki işin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdeh BOKT qanunsuz yolla əldə etdiyi atasına məxsus əmlakları, qanunsuz olduğunu bildiyi halda, alqı-satqı müqaviləsi əsasında digər cavabdeh F.C.Tarquliyevin adına özgəninkiləşdirmiş, F.Tarquliyev də nəqliyyat vasitələrinin qanusnuz hərracdə əldə edildiyini və tərəfindən bu hərracın və qiyabi qətnamənin nəticələrinin aradan qaldırılmasına dair məhkəmədə mübahisə qaldırıldığını bildiyi halda, BOKT-la əlbir olaraq əmlakları ələ keçirmişdir. Ona görə də F.Tarquliyevin vicdanlı əldə edən olmasına dair bundan əvvəlki məhkəmə işlərində irəli sürdüyü mülahizələri əsassızdır. Hesab edir ki, hüquqi əsası olmayan hərrac protokolu əsasında cavabdeh "xxxx" BOKT-nin mülkiyyətinə əsassız olaraq keçirilmiş, bununla da özünə məxsus olmadığını bilə-bilə BOKT tərəfindən yuxarıda sözügedən avtomobilin və qoşqunun F.Tarquliyevə satılması qanunsuzdur. Odur ki, həmin alqı-satqının etibarsız sayılması, əldə edilənlərin geri qaytarılması, yaxud bu, mümkün olmadıqda, nəqliyyat vasitəsinin və qoşqunun bazar dəyərinin cavabdeh BOKTdan tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin qanunsuz satdığı (özgəninkiləşdirdiyi) nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “MERCEDES BENZ M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyərinin olaraq 65000 (altmış beş min) manat məbləğin və ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin hallarına dair iddia ərizəsində göstərilənlərdən və hazırki işin məhkəmə hazırlıq iclaslarında əldə edilmiş sənədlərdən birmənalı surətdə müəyyən olunur ki, cavabdeh "xxxx" ASC iddiaçının atasına məxsus olmuş nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına mülkiyyət hüququ ilə qeydə aldırmış və əmlakın özünə məxsus olmadığını bildiyi halda, həmin əmlakları başqa şəxsə satmaqla, əmlakların dəyəri həcmində ona zərər vurmuşdur. Belə ki, iddiaçının atasından miras qalmış nəqliyyat vasitələrinin qanunsuz hərrac vasitəsilə BOKT tərəfindən əldə edilməsi iddia ərizəsində istinad olunan və iş materialına əlavə olunan qanuni qüvvəsində olan məhkəmə aktları ilə birmənalı müəyyən olunduğu işin mübahisəsiz halıdır. İstinad olunan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinin dövlət qeydiyyatının ləğv edilməsi də qərara alınmışdır. Belə vəziyyətdə hesab edirəm ki, "xxxx" ASC-nin qanunsuz hərəkətləri ilə atasına məxsus əmlakların özgəninkiləşdirilməsi ilə vərəsəlik və mülkiyyət hüququnun pozulduğu da işin mübahisəsiz halıdır. İş materialları və məhkəmə aktları ilə də müəyyən olunur ki, "xxxx" ASC nəqliyyat vasitələrinə dair həyata keçirdiyi hərracın qanunsuz olduğunu bildiyi kimi, həmin qanunsuz hərrac nəticəsində əldə etdiyi nəqliyyat vasitələrinin (məhkəmə mübahisəsi olduğunu biləbilə) tez-tələsik (dövlət qeydiyyatından şəhadətnamə əldə etdikdən 1 gün sonra) özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, əslində özünə məxsus olmayan əmlakı sataraq gəlir əldə etmək istədiyini də bilirdi. Özünə məxsus olmadığını bildiyi halda, BOKT-un iddiaçının atasına məxsus olmuş (həmin vaxt isə iddiaçının vərəsəlik hüququ ilə yüklü olan) əmlakı F.Tarquliyevə satmaqla əmlakın dəyəri həcmində iddiaçıya zərər vurması da işin mübahisəsiz halıdır. İddiaçının atasından miras qalmış nəqliyyat vasitələrinin - əmlakın – özünə məxsus olmadığını bilə-bilə cavabdeh BOKT tərəfindən qanunsuz hərəkətlərlə özgəninkiləşdirilməsi iddiaçının mülkiyyət hüququndan məhrum olmağı, yəni, əmlakın dəyəri həddində real zərərə məruz qalmağı ilə nəticələnmişdir. Belə ki, cavabdeh "xxxx" ASC iddiaçının atasının mülkiyyətində olan nəqliyyat vasitələrini qanunsuz olaraq öz adına rəsmiləşdirməklə, bu qanunsuz əməllərini davam etdirərək qeydə alınmış “hüququndan” sui-istifadə edərək nəqliyyat vasitələrini özgəninkiləşdirməklə nəqliyyat vasitələrinin dəyəri həcmində iddiaçıya real maddi zərər vurmuşdur. Buna görə də iddiaçı atasından miras qalmış, iddiaş vərəsəlik və mülkiyyət hüququnun yarandığı əmlakı qanunsuz özgəninkiləşdirməklə əmlakın dəyəri həddində ziyan vurduğuna görə, avtonəqliyyat vasitələrinin 2019-cu ilə mövcud olmuş bazar dəyəri məbləğində zərərin əvəzinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə tələb irəli sürməkdə haqlıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia təmin olunduğu təqdirdə cavabdeh "xxxx" ASC-nin hüquqları pozulacaqdır. Belə ki, "xxxx" BOKT ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1131 saylı, kredit müqaviləsinə əsasən X4 illik 28 faiz hesablanmaqla, 24 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh X5 mülkiyyətində olan Schmitz Yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobil və 2007- ci il buraxılışlı, Mercedens Benz M 1840 LS YÜK markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilləri xx.xx.2015-ci il tarixli 1131 saylı ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Öhdəliklər borclu tərəfindən icra edilmədiyindən, cavabdeh X3 vəfat etməsindən məlumatsız olduğundan iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edilmiş və iddia təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində hərrac keçirilmiş, baş tutmuş hərrac nəticəsində X4 məxsus “Schmitz Yarımqoşqu” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" ASC tərəfindən əldə edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırki iddianın təmin edilməsi "xxxx" ASC-nin qarşısında olan pul (kredit) öhdəliklərinin məhkəmə tərəfindən silinməsi kimi qiymətləndiriləcəkdir. "xxxx" ASC qüvvədə olan məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında əldə etmiş, daha sonra ipoteka ilə yüklü edilmiş əmlakı satmış və M.Səlimovun bank qarşısında olan öhdəliklərə yönəlmişdir. Yəni əmlakın əldə edilməsi məhkəmə qətnaməsinə əsasən qanunvericiliyin bütün tələblərinə riayət edilərək baş tutmuşdur. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsilə İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-143/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" BOKT ASC-yə, Cavabdeh2 və Nərimanov rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mülki Məcəllənin 558, 1151 və 1153-cü maddələri nəzərə alınmaqla qeyd edilməlidir ki, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, işin mübahisəsiz halı odur ki, M.Səlimovun bank qarşısında öhdəlikləri olmuş, öhdəliklərin icra edilməsi məhkəmə qətnaməsi və icra vərəqəsi əsasında həyata keçirilmişdir. Mərkəzi kredit reyestrində olan məlumatlara əsasən hazırda kredit müqaviləsi üzrə M.Səlimovun bank qarşısında heç bir borcu yoxdur və öhdəliklər icra edilmişdir. İddia tələbi təmin edilsə, bu halda borclunun öhdəliklərinin hüquqi nəticələri hansı formada icra ediləcəyi qeyri müəyyəndir. Cavabdeh "xxxx" ASC bütün əməliyyaları qanunvericiliyin tələblərinə uyğun həyata keçirmiş və hazırda cavabdehdən pulun tutulması tam əsassız və qanunsuzdur. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı. xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli, 9624-15-20-i saylı sifariş məktubu əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC X3 mülkiyyətində olmuş 2004-cü il buraxılışı, **- ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCHMİTZ” markalı yarımqoşqunu və “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir. - "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cu il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokollarından görünür ki, 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu 8.287,50 manata, “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil 20.400 manata olmaqla 2(005)- 2685/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, hazırkı iş üzrə cavabdeh "xxxx" BÖKT ASC-yə satılmışdır. - AD № 587932 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Schmitz yarımqoşqu" **-ZJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır. - AD № 587931 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz" 1840LS yük markalı **-JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydə alınmışdır. - "xxxx" ASC və X9 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Schmitz” markalı **-ZJ-*** qeydiyyat nişanlı yarımqoşqu 8000 manata sonuncuya satılmışdır. - "xxxx" ASC və X9 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Mercedes Benz" 1840LS yük markalı **- JU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 23000 manata sonuncuya satılmışdır. - Baş Dövlət Yol Polis tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş komputer çıxarışından görünür ki, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “Schmitz” markalı yarımqoşqu xx.xx.2019-cu il tarixdə "xxxx" ASCnin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır və hazırda onun adına qeydiyyatdadır. “Mercedes Benz" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.2019-cu il tarixdə X8 adına qeydiyyata alınmışdır və hazırda onun adına qeydiyyatdadır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X4 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinin təmin edilməsi, X2 14.248,68 (on dörd min iki yüz qırx səkkiz ABŞ dolları altmış səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 3.490,20 (üç min dörd yüz doxsan ABŞ dolları 20 sent) ABŞ dolları məbləğində faiz borcu, 526,96 (beş yüz iyirmi altı ABŞ dolları doxsan sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18.265,84 (on səkkiz min iki yüz altmış beş ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, tutulan məbləğin X4 məxsus “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı, “Mercedens Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsaitin hesabına "xxxx" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X4 qaytarılması, İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi qismən iddiaçı BOKT "xxxx" ASC-nin cavabdeh X4 qarşı (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair hissədə ləğv edilmiş, mülki işin icraatına həmin hissədə xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3161/2021 saylı digər qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2020-ci tarixli qətnaməsi - İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair hissədə ləğv edilmiş, İddiaçı cavabdehlər BOKT "xxxx" ASC-yə, Bakı Şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-3816/2021 saylı qərarı ilə iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3161/2021 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1257/2023 saylı qərardadından görünür ki, cavabdeh X3 hüquqi varisi İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı qismən ləğv edilmiş, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə cavabdeh X3 varisi İddiaçı ərizəsi qismən təmin edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmiş, hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. - “X1 Company” MMC tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, “Mersedes Benz M1840 LS” yük avtomobili üçün orta bazar dəyəri 35000 (otuz beş min) və həmin nəqliyyat vasitəsinə qoşulmuş “SCHMİTZ“ yarımqoşqusu üçün 30000 (otuz min) olmaqla, ümumilikdə nəqliyyat vasitəsinin qoşqusu ilə dəyəri 65000 (altmış beş min) müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 26 №-li xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, 2019-cu ilədək "Mercedes-Benz M 1840 LS Yük” markalı, **-UK-*** dövlət nömrə nişanlı avtomobilin likvid dəyəri 35000 manat təşkil edirdir. Bugünkü günə avtomobilin likvid dəyəri 30000 manat təşkil edir. 2019-cu ilədək “Schmitz” markalı **-ZE-*** dövlət nömrə nişanlı yarımqoşqunun likvid dəyəri 11000 manat təşkil edirdi, bugünkü günə 8000 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndə-vəkilinin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində bankın xeyrinə tutulmuş pulun ödənilməsini təmin etmək məqsədilə 13 sentyabr 2019-cu il tarixdə hərrac keçirilmişdir. Baş tutmuş hərrac nəticəsində iddiaçının atası X4 məxsus “Schmitz Yarımqoşqu” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı və “Mercedens Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobillər "xxxx" ASC tərəfindən əldə edilmiş və onun adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Bundan 1 gün sonra isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitələri X8 mülkiyyətinə keçmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Bundan sonra İddiaçı icrada dönüş ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun ərizəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 1257/2023 saylı qərardadı ilə hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə və hərracın nəticəsi olaraq DİN-in Baş X17 İdarəsində “Schmitz Yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli avtomobilə dair xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamə ləğv edilmişdir. Hazırda İddiaçı cavabdeh "xxxx" ASC-nin qanunsuz satdığı (özgəninkiləşdirdiyi) nəqliyyat vasitələrinin: 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS YÜK” markalı avtomobilin dəyəri olaraq 35000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, hər iki nəqliyyat vasitəsinin cəmi bazar dəyəri olaraq 65000 (altmış beş min) manat məbləğin cavabdeh "xxxx" ASC-dən öz xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, qeyd olunan nəqliyyat vasitələri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası olaraq hərrac vasitəsilə "xxxx" ASC-nin adına qeydə alınmışdır. Bununla belə məhkəmə qətnaməsi ləğv edilmişdir. Hal-hazırda "xxxx" ASC-nin İddiaçı qarşı kredit müqaviləsi üzrə tələbi - məhkəmə mübahisəsi yoxdur. Məhkəmə, sonuncu məhkəmə baxışı iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi izahatında "xxxx" ASC ilə iddiaçının mərhum atası M.A.Səlimov arasında 2015-ci ildə bağlanmış kredit müqaviləsi üzrə sonuncunun ödənilməmiş borcu qalması və hazırki iddia tələbi təmin olunacağı halda həmin borc məbləğinin taleyinin necə olacağı barədə mülahizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki məhkəmə icraatında "xxxx" ASC ilə İddiaçı arasında (sonuncunun bağlamış olduğu) kredit müqaviləsi üzrə mübahisə - iddia tələbi olmadığına görə məhkəmə yalnız verilmiş iddia tələbi üzrə işin araşdırılmış hallarını qiymətləndirməyə və icraatında olan iş üzrə mübahisəni həll etməyə mükəlləfdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1257/2023 saylı qərardadı ilə icrada dönüş kimi hərracın nəticəsi olaraq nəqliyyat vasitələrinə dair "xxxx" ASC-nin adına qeydə alınmış şəhadətnamələr ləğv edilmişdir. Məhkəmə qətnaməsi ləğv edildiyindən icrada dönüş qərardadına əsasən, qətnamənin icrası olaraq "xxxx" ASC-nin xeyrinə alınanlar digər tərəfə qaytarmalı, əvvəlki vəziyyət bərpa olunmalı (nəqliyyat vasitələri əvvəlki mülkiyyətçiyə qayıtmalı) idi. Lakin "xxxx" ASC-nin adına qeydə alınmış nəqliyyat vasitələrinə dair şəhadətnamələr Bakı Apellyaisya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli qərardad ilə ləğv edilsə də, qeyd olunan tarixdən əvvəl – xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitələri başqa şəxsin - X8 mülkiyyətinə keçdiyindən bu hal faktiki olaraq mümkün olmamış, əmlaklar əvvəlki mülkiyyətçiyə qaytarılmamışdır. Nəqliyyat vasitələri hazırda məhkəmə qətnaməsi üzrə tərəf olmayan başqa bir şəxsin X8 mülkiyyətindədir. İddiaçı mülkiyyətçi olan atasının vərəsəsi olaraq gözlənilən miras əmlakdan (nəqliyyat vasitələrindən) məhrum olmuşdur. İddiaçı əmlakın "xxxx" ASC tərəfindən digər şəxsə - F.Tarquliyevə satılmasını mübahisləndirməmiş və əmlakın üçüncü şəxsdən (hazırki mülkiyyətçidən) alınaraq ona qaytarılması tələbini irəli sürməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ləğv edilmiş 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin nəticəsində keçirilmiş hərracın qanunsuz omasına dair hazırki iş materiallarında olan məhkəmə aktlarındakı hüquqi mövqelərə istinad edərək, əmlakı qanunsuz hərrac vasitəsilə əldə etmiş "xxxx" ASC-nin həmin əmlakın mülkiyyətçisi olmadığı halda əmlakı başqa şəxsə satmaqla ona əmlakın dəyəri həcmində ziyan vurulduğuna istinad etmişdir. İşin araşdırılmış hallarını qiymətləndirərək və qanuni qüvvəsində olan məhkəmə aktlarına əsaslanaraq, məhkəmə hesab edir ki, hazırda İddiaçı, icrada dönüş qaydasında mərhum atasının mülkiyyətinə (miras əmlak aktivinə) qayıtmalı olan, lakin "xxxx" ASC tərəfindən özgəninkiləşdirilmiş nəqliyyat vasitələrinin dəyərinin ona ödənilməsi barədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ləğv edilmiş 2(005)-2685/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası olaraq keçirilmiş hərracın qanunsuz olmasına dair hüquqi mövqe Bakı Apellyasiya Məhkəməsinin qərardadında da ifadə olunmuşdur. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim İ.K.Xəlilov, hakimlər X.Cəlilova, İ.Kərimov) 03 fevral 2020-ci il tarixli, 2(105)-2026/2020 saylı qərardadında Məhkəmə Kollegiyası belə nəticəyə gəlmişdir ki, hərracın keçirilməsinə əsas - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi olmuş, həmin qətnamə isə Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilmişdir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə mövcud olmayan qiyabi qətnaməyə əsasən keçirilmiş hərracın nəticələrinə əsaslanmaqla iş üzrə icraata xitam verməklə səhvə yol vermişdir. Qiyabi qətnamə ləğv olunduğu üçün hərracın keçirilməsinin hər hansı bir qanuni əsası qalmamışdır. Məhkəmə hesab edir ki, işin araşdırılan həqiqi hüquqi halları, istinad olunan məhkəmə aktları, xüsusən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 1257/2023 saylı qərardadı ilə Bakı şəhər Nərimanov rayon məhkəməsinin ləğv edilmiş 2(005)-2685/2018 saylı xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş qaydasında xx.xx.2019-cu ildə keçirilmiş hərracın hüquqi nəticələrinin (o cümlədən, "xxxx" ASC-nin adına nəqliyyat vasitələrinə dair aparılmış dövlət qeydiyyatının) ləğv edilmiş olması həmin əmlaklara dair "xxxx" ASC-nin 2019-cu ildə mülkiyyət hüququnun olmadığı nəticəsini yaratmaqla sonuncunun həmin əmlakları başqa şəxsə özgəninkiləşdirilməsinə da hüququ olmadığını təsdiq edir. Belə ki, "xxxx" ASC, hazırki iddiaçının atasına məxsus əmlakı qanunsuz yolla əldə edərək başqa şəxsə satmışdır. Belə olan halda, iddiaçının həmin əmlakdan məhrum olması, miras əmlak kimi gözlənilən mülkiyyət hüququnun pozulması işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, hazırki iddia tələbinin həllində "xxxx" ASCnin həmin əmlakların 2019-cu ildə başqa şəxsə satıldığı qiymətin deyil, əmlakların 2019-cu ildə real bazar dəyərinin müəyyənləşdirilməsi və məhz həmin dəyərə münasib pulun tutulması iddiaçının pozulmuş əmlak hüququnun ədalətli bərpasına xidmət etmiş olar. Məhkəmə araşdırması zamanı mübahisəli avtomobilləriin satıldığı dövr ərzində onların orta bazar dəyərinin müəyyən edilməsi (iddiaçının məhrum olduğu əmlakın dəyərinin müəyyən edilməsi) məqsədilə məhkəmə əmtəəşünaslıq və əlavə məhkəməəmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 3-16-16/2-9/6155-9/2023 №-li rəyinə əsasən, nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti nəzəri 2019-cu il tarixə: 2007-ci il buraxılışlı ağ rəngli, “Mercedes-Benz M 1840 LS Yük” markalı, yüksüz kütlə 7025 kq, Yəhərli Dartıcı nəqliyyat vasitəsi - 38000,00 manat, 2004-cü il buraxılışlı boz ağ rəngli, Özüboşaldan, yüksüz kütlə 6381 kq, “Schmitz Yarımqoşqu” nəqliyyat vasitəsi - 33000,00 manat; hazırki qiyməti: 2007-ci il buraxılışlı ağ rəngli, "Mercedes-Benz M 1840 LS Yük” markalı, yüksüz kütlə 7025 kq, Yəhərli Dartıcı nəqliyyat vasitəsi - 35000,00 manat, 2004-cü il buraxılışlı boz ağ rəngli, Özüboşaldan, yüksüz kütlə 6381 kq, “Schmitz Yarımqoşqu” nəqliyyat vasitəsi - 30000,00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9839-9/2023 №-li rəyinə əsasən, nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəyə yararlı və təqdim edilmiş xx.xx.2024-cü il tarixli “Üzləşmə Aktı”nda qeyd edilən qüsurlu vəziyyətdə orta bazar qiyməti nəzəri 2019-cu il tarixə: 2007-ci il buraxılışlı ağ rəngli, “Mercedes-Benz M 1840 LS Yük” markalı, yüksüz kütlə 7025 kq, Yəhərli Dartıcı 38000,0 manat, təmir bərpasına çəkiləcək 13280 manat nəzərə alınmaqla təxminən – 24000 (38000-14000) manat, 2004-cü il buraxılışlı boz ağ rəngli, Özüboşaldan, yüksüz kütlə 6381 kq, “Schmitz Yarımqoşqu’’ nəqliyyat vasitəsi – 33000,00 manat, təmir bərpasına çəkiləcək 500 manat nəzərə alınmaqla, təxminən 32000 (33000- 1000) manat, hazırki qiyməti: 2007-ci il buraxılışlı ağ rəngli, “Mercedes-Benz M 1840 LS Yük” markalı, yüksüz kütlə 7025 kq, Yəhərli Dartıcı nəqliyyat vasitəsi - 35000,00 manat, təmir-bərpasına çəkiləcək 13280,00 manat nəzərə alınmaqla təxminən - 21000,00 (35000- 14000) manat, 2004-cü il buraxılışlı boz ağ rəngli, Özüboşaldan, yüksüz kütlə 6381 kq, “Schmitz Yarımqoşqu’’ nəqliyyat vasitəsi - 30000,00 manat, təmir-bərpasına çəkiləcək 500,00 manat nəzərə alınmaqla təxminən - 29000,00 (30000-1000) manat müəyyən olunmuşdur. Göründüyü kimi ekspert rəyləri arasında ziddiyyət yaranmışdır. Məhkəmə, hər iki ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, mülki iş üzrə sonuncu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9839- 9/2023 №-li ekspert rəyi məhkəmə tərəfindən sübut kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin böyük eksperti, 2014-cü ildən ekspert iş stajına malik, İ dərəcəli ədliyyə qulluqçusu, İİ dərəcəli ekspert-əmtəəşünas, ali təhsilli X6 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, qeyd olunan rəydə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2023-cü il tarixli 3-16-16/2-9/6155-9/2023 №-li rəydən fərqli olaraq, mübahisəli nəqliyyat vasitələrinin yararlı vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər, iş materiallarına əlavə olunmuş üzləşmə aktı nəzərə alınmış, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, iş materiallarında olan sənədlərə, Respublikada yerləşən avtobazarlara mövcud olan qiymətlərdən, internet saytlarında və eləcə də məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəyə yaralı və qüsurlu vəziyyətdə orta bazar qiyməti barədə göstərilən nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan nəqliyyat vasitələri 27 sentyabr 2019-cu il tarixdə satıldığından, iddiaçıya dəymiş zərərin məbləği hesablanarkən, hazırki dövrün deyil, əmlakların satıldığı 2019-cu il tarixinə mövcud olan orta bazar dəyərləri əsas götürülməlidir. Hazırki dövr üzrə məbləğlər nəzərə alınmaqla zərərin hesablanması iddiaçının əsassız varlanması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Beləliklə məhkəmə, nəqliyyat vasitələrinin satıldığı dəyərini müəyyən edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9839-9/2023 №-li rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, nəqliyyat vasitələrinin orta bazar dəyəri üzrə ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Bununla belə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 aprel 2024-cü il tarixli 3-16-16/2-9/9839-9/2023 №-li rəyinə əsasən, “Schmitz Yarımqoşqu’’ nəqliyyat vasitəsinin 2019-cu il tarixə orta bazar dəyəri təmir bərpasına çəkiləcək xərc alınmaqla, təxminən 32.000 manat müəyyən edilməsinə baxmayarag, iddiaçı qeyd olunan nəqliyyat vasitəsinin dəyəri olaraq 30.000 (otuz min) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməli, 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq iddia tələbi həcmində 30.000 (otuz min) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bununla yanaşı məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 235 (iki yüz otuz beş) manat cavabdehdən alınaraq İddiaçı xeyrinə, ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS yük“ markalı avtomobilin dəyəri olaraq 24000 manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 manat olmaqla, cəmi 54000 (əlli dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 235 (iki yüz otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 110 (yüz on) manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2007-ci il buraxılışlı, “Mercedes Benz M 1840 LS yük” markalı avtomobilin dəyəri olaraq 24000 (iyirmi dörd min) manat və 2004-cü il buraxılışlı “Schmitz Yarımqoşqu” markalı avtomobilin dəyəri olaraq 30000 (otuz min) manat olmaqla, cəmi 54000 (əlli dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 235 (iki yüz otuz beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 110 (yüz on) manat cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-133/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-133/2024
14.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver