Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1435/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X25 Mehdi qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin satışına dair xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracın və xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərracın, həmçinin "xxxx" ASC-yə satilmasına dair "xxxx" ASC və "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 30/02 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolun etibarsız hesab edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzərində "xxxx" ASC-nin mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli, **********39-10101 nömrəli dövlət reyestrindən çıxarış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilərək fərdi ev üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra sənədinə əsasən cavabdeh X10 "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat cərimə, ümumilikdə 951434 manat və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satiş qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satiş qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satiş qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X27 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satiş qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satiş qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi edilməklə satılması və s. nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli Hərrac bildirişindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin ilkin satiş qiyməti 900.000 manat olmaqla açıq hərracdan satilması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə"Birja yenilikləri" qəzetinin xx.xx.2021-ci il tarixli 239 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "FM Express" məktub və poçt daşıma xidmətinin 197002 və 197002 qaimələrindən məlum olur ki, Salmanova Rəvanə və İddiaçı göndərilən Hərracın yeri və vaxti barədə bildirişlər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə göndərilmiş və həmin ünvanda qeyri-müəyyən tarixdə "Salmanova" soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 31/04 saylı protokoldan müəyyən edilir ki, fiziki şəxs X13 açıq hərraca çıxarılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi üzrə müəyyən olunmuş beh məbləğini ödəyərək xx.xx.2021-ci il tarixinə təyin edilmiş ilkin hərracda iştirak etmiş və hərrac "İpoteka Haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/1816 saylı məktubundan müəyyən edilir ki, satişa çıxarılmış digər əmlaklarla yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair keçirilmiş hərrac "İpoteka Haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamadığından Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutumaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətinə ala biləcəyi, əks halda qanunun 43.5-ci maddəsi tətbiq ediləcəyi barədə məlumat verilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci tarixli ərizədən müəyyən edilir ki, tələbkar "xxxx" ASC Xəzər rayon İcra şöbəsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsini "İcra Haqqında" AR Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsindən xx.xx.2021-ci tarixli Qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsini "İcra Haqqında" AR Qanunun 23-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. İddia ərizəsinə əlavə edilmiş Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı icra vərəqəsi üzrə tələb yönəldilən digər əmlaklarla yanaşı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması məqsədi ilə icra vərəqəsi üzrə hərracın davam etdirilməsi üçün "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/1601 saylı Hərracın keçirilməsi barədə Bildirişdən müəyyən edilir ki, satişa çıxarılan digər əmlaklarla yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin ilkin satiş qiyməti 900.000 manat olmaqla açıq hərracdan satilması məqsədi ilə "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində 11:00-da ilkin hərrac təyin edilmiş və bu barədə "Birja yenilikləri" qəzetinin xx.xx.2022-ci il tarixli 312 saylı buraxılışında elan dərc edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Birja yenilikləri" qəzetinin xx.xx.2022-ci il tarixli 315 saylı buraxılışında verilmiş elandan müəyyən edilir ki, satişa çıxarılmış digər əmlaklarlə yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə dair keçirilmiş təkrar hərrac "İpoteka Haqqında" Qanunun 43-cü maddəsinə əsasən baş tutmamışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İpoteka predmetinin əldə olunması barədə Təklifdən müəyyən edilir ki, digər əmlaklarlə yanaşı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evidair keçirilmiş hərraclar baş tutmadığından "İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satiş qiymətindən 25% az olmayan qiymətə ala biləcəyi barədə "xxxx" ASC-nə təklif (məlumat) vermişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nə ünvanlanmış məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8A saylı evin 47 saylı mənzilin təkrar hərracdakı satiş qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 675000 manata və 223125 manata əldə etməyimizə, eyni zamanda "İpoteka Haqqında" Qanunun 43.7-1-ci maddəsinə əsasən həmin əmlaklara dair protokolların imzalanmasına imzalanmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC, "xxxx" MMC və Xəzər rayon İcra şöbəsi tərəfindən imzalanmış (ehtimal edirlər ki, imzalanıb, belə ki, vəkil sorğusuna hərrac tərəfindən təqdim edilən protokol imzasız kserosurətdir) xx.xx.2022-ci il tarixli, 30/02 saylı İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün Hərracın yekunları barədə Protokoldan müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi qiyməti 675.000 (alti yüz yetmiş beş min) manat olmaqla "xxxx" ASC-nə satılmışdır. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən verilmişxx.xx.2022-ci il tarixli, **********39-10101 nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi "xxxx" ASC-nın mülkiyyətindədir. "FM Express" məktub və poçt daşıma xidmətinin Salmanova Rəvanə və İddiaçı göndərilən Hərracın yeri və vaxti barədə bildirişlər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə qəbul edən "Salmanova" soyadlı qeyd edilən evdə yaşayan şəxslərin imzası ilə oxşarlıq təşkil etmir. Diqqət yetirsə hər iki bildiriş bir şəxs tərəfindən qəbul edilib (imzalar eynidir), lakin həmin bilidirişi alan şəxs iddiaçıya məlum olmadığı kimi, bildirişi də iddiaçıya təqdim etməyib. İş üzrə xəttşünaslıq ekspertizası müəyyən ediləcəyi halda bildirişlər İddiaçı ailəsindən heç kimin qəbul etməədiyi aydın ola bilər. İddia ərizəsinə əlavə edilən mötəbər sübutlardan da müəyyən edilir ki, fərdi yaşayış evinin ilkin hərracda alıcısı qismində bir şəxs iştirak etmiş, lakin hərracda iki nəfərdən az alıcı iştirak etdiyinə görə hərrac baş tutmamışdır. İlkin hərrac barədə məlumat verilmədiyindən Əfsanə Süleymanova hərracda iştirak edərək evi almaq hüququndan məhrum olmuşdur. Göründüyü kimi qanunvericilik hərracın keçirilməsi zamanı elanların verilməsi ilə bildirişlərin göndərilməsinin təyinatinı fərqləndirərək, elanın verilməsinin bildirişin göndərilməsini istisna edən hala aid olmadığını müəyyən etmişdir. Məhkəmə iclasında nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, İddiaçınun iddia ərizəsində qeyd etdiyi kimi ipoteka ilə yüklü edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Xəzər Rayon İcra Şöbəsinin 10/5A saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən hərrac təyin edilmişdir. Hərracın keçirilməsinə dair bildirişlər tərəflərə göndərilmişdir. Daha sonra bank tərəfindən 2021-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq, “hərracın baş tutmaması əsaslarının dəyişdirilməsi” tələbinə dair iddia qaldırılmışdır. Bununla əlaqədar icra məmuruna bank tərəfindən müraciət olunaraq, icra sənədinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən geri qaytarılması xahiş olunmuşdur. Həmin qərardaddan da iddiaçı tərəf şikayət vermişdir. Göründüyü kimi, həmin vaxt onların hərrac prosesindən məlumatı olmuşdur, belə ki, şikayətlərinin məzmununda özləri bunu qeyd etmişdir. Bankın qaldırdığı iddia məhkəmədə baxılıb qurtardıqdan sonra icra məmuru hərrac təşkilatına hərracın davam etdirilməsi barədə məktub göndərmişdir. Bundan sonra da hərrac qaldığı yerdən davam etdirilmiş, yəni ikinci hərrac keçirilmiş, hərrac baş tutmadığından həmin əmlak bankın balansına keçmişdir. İddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin iddiaçının nümayəndəsi Vəkil2 səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçı və digər cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı icra vərəqəsinin surətinə əsasən cavabdeh X10 xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 25700 manat cərimə, ümumilikdə 957854 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri, Nizami rayonu, C.Naxçjyani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşin qeyri-yaşayış sahəsinə; Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X27 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiyməti 115700 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiyməti 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiyməti 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X27 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 900.000 manat, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 350000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4502/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Respublika Xammal və X20 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsi, X6 və X14 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(005)-155/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, X16, X2, İddiaçı, X4, X1, X7 və X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli № 01/1478 nömrəli bildirişin surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, xx.xx.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən ev 110, mənzil 31, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 6A, mənzil 47, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində 63 ünvanında qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi və həmçinin hərracın xx.xx.2021-ci il saat 11:00-də keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə, X16, X2, İddiaçı, X4, X1, X7 və X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli № 01/1601 məktubun surətindən görünür ki, Xəzər rayon İcra şöbəsinin 10/5A saylı, xx.xx.2021-ci il tarixli və Xəzər rayon Məhkəməsinin 2(103)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu X3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi 405000 manat, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzili 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 900000 manat, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi 115700 manat olmaqla "xxxx" MMC hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixinə hərrac təyin edilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon İcra şöbəsinin "xxxx" MMC, X19, X6, İddiaçı, X9, X5, X11, X12, "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10/5A nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və digər sənədlər hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2022-ci il tarixli 30/02 №-li Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 1108/2019 saylı icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 10/5A saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən keçirilmiş hərrac üzrə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 675000 manata "xxxx" ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının 01/1816 saylı, xx.xx.2021-ci il tarixli "xxxx" ASC-yə, X16, X2, İddiaçı, X4, X1, X7 və X8 ünvanlanmış məktubun surətindən görünür ki, məlumat üçün bildirik ki, Xəzər Rayon İcra Şöbəsi 10/5A saylı, 05.03.21-ci il tarixli sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi -405000.30 manat, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr. 110 saylı evin 31 saylı mənzil i-115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi-900000.00 manat., Bakı şəhəri Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi – 115700 manat olmaqla, "xxxx" MMC hərrac təşkilatı tərəfindən 29.03.21-il tarixinə hərrac təyin edilmişdir. Hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə manatla ala bilər. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə, "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən borclu X10 "xxxx" ASC-nin xeyrinə ümumilikdə 957864 manat pul vəsaiti tutulmalıdır. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi Xəzər rayon İcra Şöbəsinə icraya yönəldilmişdir. Xəzər rayon İcra Şöbəsi tərəfindən icra sənədi hərraca çıxarılması məqsədilə xx.xx.2021-ci il tarixində Külək MMC-yə göndərilmişdir. Külək MMC tərəfindən xx.xx.2021-ci il tarixində ilkin hərrac təyin olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən hərrac baş tutmamışdır. Hal-hazırda sözügedən icra sənədi üzrə icra tədbirlərinin dayandırılması və icra sənədinin geri qaytarılması zərurəti yaranmışdır. “İcra Haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsinə əsasən icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd olunanları nəzərə alaraq, “İcra Haqqında” AR Qanununun 23.1.1-ci maddəsinə əsasən borclu X19 barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra etmədən məhkəməyə geri qaytarılması barədə müvafiq qərarı qəbul etməyinizi Sizdən xahiş edirik. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icra sənədinin qaytarılması barədə qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, Xəzər rayon Məhkəməsinə icraatın dayandırılması ilə bağlı qərar təqdim olduğu üçün hərracın dayandırılması barədə Sizə müraciət olunmuşdur. İcra sənədi üzrə hərracın davam etdirilməsi üçün icra sənədində qeyd olunan əmlaklar və müvafiq sənədlər Sizə göndərilir. İş materiallarında olan hərracın keçirilməsinə dair bildirişdən və 306360, 306357, 306358, 306362, 306359, 306280, 306279, 306281, 306361 nömrəli mədaxil qəbzlərinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 10/5A saylı, 05.03.21-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən ev 110, mənzil 31, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 6A, mənzil 47, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində 63 ünvanında qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsi təyin edilmiş, həmin bildirişlər İddiaçı tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2022-ci il tarixli təklifin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi 675000 manata ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstu küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. İş materiallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin 10/5A saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Belə olan halda iş materiallarından göründüyü kimi hərrac təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş rəsmi qaydada xx.xx.2022-ci il tarixdə göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən şəxsən qəbul edilmiş, həmçinin “Birja Yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli tirajında müvafiq elanlar verilmişdir. Bu baxımdan onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkarın qeydiyyatda olduqları ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2022-ci ildə tələbkar "xxxx" ASC-yə təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanuni şəkildə həyata keçirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə bankın balansına keçirilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir. Eyni zamanda hərracın etibarsızlığı barədə iddia tələbi təmin edilmədiyindən məhkəmə, çıxarışın ləğvinə dair hissədə hüquqi qiymət verməyə zərurət görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “hərracın nəticələrinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1435/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1435/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver