Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1437/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********03540 iPhone 12 mini markalı telefon, Apple 20W USB-C adapter üçün 1683,6 manat ödənilməmiş hissə, 168,4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********12592 Samsung Galaxy A12 markalı telefon üçün 342 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92441 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 950 manat ödənilməmiş hissə, 95 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Kreml - Yumşaq – Künc üçün 981,2 manat ödənilməmiş hissə, 98,8 manat cərimə borcunun, ümumilikdə 4353 manat borc və 63.53 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ kodu **********03540 iPhone 12 mini markalı telefon, Apple 20W USB-C adapter, İMEİ kodu **********12592 Samsung Galaxy A12 markalı telefon, İMEİ kodu **********92441 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter, Kreml - Yumşaq - Künc almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2059,02 manat (18 ay x 114.39 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********03540 iPhone 12 mini markalı telefon, Apple 20W USB-C adapter üçün 1852 manat olmaqla, ondan 1683,6 manat ödənilməmiş hissə, 168,4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430,2 manat (18 ay x 23.9 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********12592 Samsung Galaxy A12 markalı telefon üçün 376 manat olmaqla, ondan 342 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1981 manat (18 ay x 110 manat + 1 manat ilkin ödəniş) olan İMEİ kodu **********92441 iPhone 11 markalı telefon, Apple 20W USB-C Adapter üçün 1045 manat olmaqla, ondan 950 manat ödənilməmiş hissə, 95 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2006,4 manat (24 ay x 83,6 manat + 0 manat ilkin ödəniş) olan Kreml - Yumşaq – Künc üçün 1080 manat olmaqla ondan 981,2 manat ödənilməmiş hissə, 98,8 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2519,82 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 03251094 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 430,2 manat olan İMEİ kodu **********12592 Samsung Galaxy A12 markalı telefonu 18 ay müddətinə, aylıq 23,9 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1981,98 manat olan **********03540 İMEİ kodlu iPhone 12 mini markalı telefonu və ümumi qiyməti 77,04 manat olan Apple 20W USB-C adapteri 18 ay müddətinə, aylıq 114,39 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22330327 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1891,20 manat olan Kreml-yumşaq künc məhsulunu 24 ay müddətinə, aylıq 83,60 manat ödəmə şərtilə almışdır. Qeyd edilən məhsul 115,20 manat qızıl zəmanətlə təmin edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24013542 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1981 manat olan iPhone 11 markalı telefonu və Apple 20W USB-C adapter 18 ay müddətinə, aylıq 110 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan “Əşyaların təhvil-təslim” aktlarının surətlərindən görünür ki, Cavabdeh 0323485, 03251094, 22330327 və 24013542 nömrəli müqavilələr ilə ona satılan malları qüsursuz təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 981,2 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 981,2 manat əsas, 98,8 manat cərimə borcu manat olmaqla, cəmi borcu 1080 manat təşkil edir. xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 1034 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 950 manat əsas, 95 manat cərimə borcu olmaqla, cəmi borcu 1045 manat təşkil edir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 88,2 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 342 manat əsas, 34 manat cərimə borcu olmaqla, cəmi borcu 376 manat təşkil edir.xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 1683,6 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 1683,6 manat əsas, 168,4 manat cərimə borcu olmaqla, cəmi borcu 1852 manat təşkil edir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən 63,53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 981,2 manat, cərimə borcuna görə 98,8 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 950 manat, cərimə borcuna görə 95 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 342 manat, cərimə borcuna görə 34 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 1683,6 manat, cərimə borcuna görə 168,4 manat olmaqla, ümumi 4353 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 70 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 70 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 1683,6 manat, cərimə borcuna görə 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 342 manat, cərimə borcuna görə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 950 manat, cərimə borcuna görə 70 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 981,2 manat, cərimə borcuna görə 70 manat, cəmi 4206,8 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 63,53 manat pulun 61 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 1683,6 manat, cərimə borcuna görə 90 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 342 manat, cərimə borcuna görə 20 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 950 manat, cərimə borcuna görə 70 manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borca görə 981,2 manat, cərimə borcuna görə 70 manat olmaqla, cəmi 4206,8 (dörd min iki yüz altı manat, səksən qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 63,53 manat pulun 61 (altmış bir) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1437/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1437/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver